İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   45   46   47   48   49   50   51   52   ...   142

XII. Başkəsənlər tayfası
 
 
Xəlifə Müaviyə uzun sürən səyahətdən qayıtmış Ubeyd ibn Şəriyyə əl-Curxumidən soruşdu: “Allahın
adıyla soruşuram, bizə de görüm, sən Azərbaycan haqda nə öyrəndin?”
Ubeyd dedi: “Azərbaycan türk torpağıdır. Onlar qədim zamanlardan orda yaşayırlar və bir-birlərinə
qarışaraq inkişaf eləyib, gücləniblər”.
 
***
Səhər tezdən başkəsənlərin kəndinə yola düşdülər. Coni güzgüdə geriyə baxır, şükür eləyirdi. “Şükür
sənə, İlahi, salamat qurtardığıma inana bilmirəm. Demək, alnıma qəlyançəkənlərin əlində ölmək
rüsvayçılığı yazılmayıbmış”.
Günortaya yaxın gəlib başkəsənlərin kəndinə çatdılar. Başkəsənlər xəz papaqlar qoymuş, aşılanmış
qoyun dərisindən kürk geymişdilər. Pori düşünürdü: “Bunları geyindirmək üçün nə qədər xəz dərili
heyvanı, qoyunu öldürüb dərilərini soymaq lazım gəlib? Bunlar adam kimi geyinsəydilər, bədənlərini
qızındırmaq üçün adicə parçadan, süni dərilərdən istifadə eləsəydilər, indi nə qədər heyvan sağ idi?
Meşədə, çöldə gəzir, ot otlayır, yarpaq yeyirdilər”.
Elə bil Conin onun ürəyindən keçənləri duydu, əyilib qulağına pıçıldadı. Amanın günüdü, çaşıb
bunlara da niyə bu qədər yenot öldürübsüz, niyə bu qədər qoyunun başını kəsibsiz deyərsən ha!
Bunların peşəsi baş kəsmək, yenotun, qoyunun başını kəsməyib, sənlə mənim başımı kəsəsi deyillər
ha!
Başkəsənlər onlarla soyuq görüşdülər, dilucu keflərini soruşub evə dəvət elədilər. Məlum oldu ki,
burda ayrıca yatacaqlar. Kişilər yuxarıda, ikinci mərtəbədə, qadınlar isə birinci mərtəbədə. Dostlara
dəhlizin sağında geniş bir otaq verdilər, otaqda paltar şkafı, divan, iki təkadamlıq çarpayı var idi.
Dilxor olmuşdular, Pori paltarlarını ayırıb ona verən arvadına deyirdi: “Sizinkilərin ancaq bircə
məqsədləri var, necə eləsinlər, ərlə arvadı bir-birindən ayırsınlar. Bunlar qızlarını ərə verəndə
deyirlər, qızımızı sənə veririk, apar. Amma gərək qızımıza yaxın düşməyəsən, on metr ətrafında
fırlanasan”. “Sən də yaxın düşmədin, on metr ətrafında fırlandın?” – Əfi dedi və qəhqəhə ilə güldü.
“Bağışlayacaqsan, on metr ətrafında fırlanıb, sənə yaxın düşməyəcəkdimsə, onda niyə evlənirdik?”
Onlar ac idilər, tezliklə süfrə açılacağını gözləyirdilər, amma başkəsənlərin corablarını çıxardıb,
köynəklərini dirsəklərinə kimi çirmələdiklərini görəndə qorxuya düşdülər, bunlar neyləyirdilər, baş
kəsməyə hazırlaşırdılar?
Böyük qaynı soruşdu, bəs siz niyə soyunmursuz? Dəstəmaz almayacaqsız? Namaz qılmırsız? Pori yox
cavabı verəndə qaynı hirsləndi, niyə, müsəlman deyilsiz? Müsəlman namaz qılar!
– Qılar, – Coni özünü saxlaya bilməyib söhbətə qarışdı. – Hələ ağlı kəsmir.
– Sənin ağlın kəsir?
– Niyə də kəsmir? Əlhəmdülillah, biz də müsəlmanıq.
– Onda soyun, dəstəmazını al, namazımızı qılaq. Dostun da sənə baxıb ibrət götürsün.
Coni yazıq-yazıq ona baxırdı, o isə çiyinlərini çəkirdi. Mənə elə baxma, sənin üçün heç nə eləyə
bilmərəm. Dilini dinc saxlamadın, cəzanı çək. Mən səndən ibrət götürmək fikrində deyiləm. Harda
görülüb canavardan ibrət götürəsən?
Coni geriyə addım ata bilmirdi, ox yayından çıxmışdı, böyük qayın onu gözləyirdi. Dilxor halda


corablarını çıxartdı, qollarını çırmalayıb, hamamın qabağında düzülmüş əlüzyuyanlarda dəstəmaz
alıb, namaz qılmaq üçün dəhlizdə başkəsənlərlə birlikdə cərgəyə durdu.
Namazdan sonra onları salona yeməyə dəvət elədilər, burda süfrə masaların üzərində yox, yerdən
açılmış, adamlar da süfrənin ətrafında altlarına balış qoyaraq oturmuşdular. Süfrəyə hər cür
yeməklər, salatlar, sular, turşular düzülmüşdü, bircə araqdan başqa. Coni boylanır, araq gətiriləcəyini
gözləyirdi. Pori dostuna baxır, təəssüflə gülümsəyirdi. Başsız canavar, insan olmağına olubsan, amma
şüurun heyvan şüuru olaraq da qalıb. İndicə başkəsənlərlə birlikdə dəstəmaz alıb, namaz qılıb, amma
boylanır, onun üçün araq gətiriləcəyini gözləyir. Gətirməyəcəklər, ay nankor insan. Qəlyançəkənləri
bəyənmirdin, üç günə başkəsənlər səni abid elərlər.
Yeməkdən sonra çay gətirdilər və Coni onlardan soruşdu, sizə niyə başkəsənlər deyirlər?
Porinin qayınatası başını qaldırıb qonağına baxdı, nəyə görəsə onu diqqətlə nəzərdən keçirib başını
aşağı saldı və dedi: “Bu kəndin tarixini, burda insanların nə vaxt binə saldıqlarını bilən yoxdur,
amma qəbiristanlığımıza görə burda atəşpərəstlikdən əvvəlki dövrlərdə də insanların yaşadıqlarını
müəyyən eləmək olar. Böyük kənd imiş, adamlar əkər, biçər, mal-qoyun saxlayarmışlar. Yaxşı
yaşayırmışlar, amma yüzlərlə silahlı döyüşçüsü olan böyük quldur dəstəsinin başçısı kəndə basqın
elər, taxıllarını, mal-qoyunlarını əllərindən alarmış. Vermək istəməyənlərin isə qız-gəlinlərini əsir
alıb apararmış. Onların silahı yox imiş, müqavimət göstərə bilmirmişlər. İşi belə görən adamlar
dəstənin başçısı ilə danışıb deyirlər, sən bizə toxunma, biz də hər il sənin taxıl, mal-qara, yun, ərzaq
payını ayırıb verək. Belə də razılaşırlar, quldur dəstəsinin başçısı hər il dəstəsi ilə kəndə gələr, onun
üçün ayrılıb yığılanları arabalara yüklətdirib apararmış. Günlərin birində bir əcnəbi cavan oğlan
gəlib kəndə. İşin nə yerdə olduğunu öyrənib deyir, silah boş şeydir, əsas başdır, sizdə də baş yoxdur!
Amma bəxtinizdən başı olan birisi gəlib bu torpaqlara çıxıb və o sizin indiyə kimi başsızlığınıza görə
çəkdiyiniz işgəncələrə son qoyacaq.
Onda kənddə şərab bol imiş, adamlar gecə-gündüz bu kafir içkisindən bol-bol içirmişlər. Əcnəbi
deyir, mənim üçün iyirmi bardaq şərab gətirin, qalanı ilə işiniz olmasın. Şərab bardaqlarını gətirirlər,
əcnəbi cibindən bir torba çıxarır, torbanın içində toz var imiş, əcnəbi bu tozdan hər bardağa bir
çimdik səpir.
Tezliklə quldur öz dəstəsiylə gəlib çıxır, dəstədə yüz nəfər silahlı adam var imiş. Əcnəbi onlara deyir,
hər şey hazırdır, amma siz əvvəlcə bizə qonaq olun, dünyada tayı-bərabəri olmayan ləzzətli
şərabımızın dadına baxın. Quldurlar həvəslə razılıq verir və bardaqlardan şərab süzüb içməyə
başlayırlar. Beş-on dəqiqədən sonra isə hamısı yerə uzanıb xorhaxorla yatırlar.
Əcnəbi qurşağındakı sivri uclu bıçağını çıxardır və başlayır quldurların başını kəsməyə. Hamısının
başını kəsir, yalnız iki nəfəri sağ saxlayır. Adamlara deyir, başları iki arabaya yükləyin, meyitləri isə
uçurumlardan birinə atıb üstünü torpaqlayın. Adamlar onun dediyini eləyirlər, sonra əcnəbi o iki
nəfəri ayıldır. Deyir, aparın bu arabaları öz məmləkətinizə və deyin, bizim torpaqlara yenə gəlsəniz,
yenə də başlarınızı arabalara yükləyib geri, öz torpaqlarınıza göndərəcəyik.
Sonra da quldurların başqa kəndlərdən yığdığı qənimətləri də, tüfəngləri, barıt çəlləklərini, qılıncları
da adamlara paylayır. Onlara tüfəngdən atmağı öyrədir. Daha heç bir quldur dəstəsi cürət eləyib bu
kəndə yaxın düşə bilmir. Yaxın düşənləri son nəfərinə kimi qırırmışlar. Əcnəbi kənddə böyük hörmət
qazanır, kəndin ən gözəl qızını ona verib evləndirirlər. Oğul-uşaqları olur, onlar da böyüyəndən sonra
öz ataları kimi düşmənlərindən onların başlarını kəsməklə qisas alırlar və adları da qalır
başkəsənlər. Biz həmən əcnəbinin nəslindənik”.
Həyətə düşəndə Coni kiçik qayından ayaqyolunun yerini soruşdu, oğlan dönüb əlini evdən xeyli


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə