İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə98/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   94   95   96   97   98   99   100   101   ...   142

– Coni, yavaş, – Səmoş əlini dodaqlarının üstünə qoyub susmaq işarəsi verdi, – qoy bir-bir cavab
verim. Necə yəni sənə nə dəxli? Duzəkənsənsə, demək, sənə də dəxli var. Əlbəttə, kənddə ən
mehriban ailə olacaqdılar, əminin başqa nə seçimi vardı? Mehriban olmayacaqdı, Gülmayə təpəsinə-
təpəsinə vuracaqdı. Yazıq başını qorumaq üçün mehriban olurmuş. Nəyə deyirsən, and içim,
Gülmayənin əlindən qurtarmaq üçün də gedib Rusiyətə! Kişilərin çoxu arvadlarından canını
qurtarmaq üçün məhz uşaqlarının böyüməsini gözləyirlər.
Sanki adının tutulmasını gözləyirmiş. Gülmayə son günlər tez-tez şəhərə gəlir, satlıq evlərə baxır,
bəzənsə kəndə qayıtmır, ya Conigildə, ya da Bilogildə qalırdı. Bu da başlamışdı ərini tərifləməyə.
“İtlər ona elə qulaq asırlar ki, heç mən arvadı ona elə qulaq asmıram. Kişi bir dəfə səsini qaldırır,
itlər qarşısında oturub quyruqlarını qısırlar”.
Coni yenə də söhbətə müdaxilə elədi:
– Quyruqlarını qısırlar, ya qaldırırlar?
– Sən bununla nə demək istəyirsən? – Gülmayə gözlərini şübhəylə qıydı.
Coni etiraza yol verməyəcək tərzdə dedi, mən nə demək istədiyimi çox yaxşı bilirəm. Söhbət nə vaxt
gəlib quyruğun üstünə çıxırsa, mən artıq bu işin axırının yaxşı olmayacağını düşünməyə başlayıram.
Bizim quyruqla bağlı acı təcrübəmiz var. Heç nə başa düşə bilmirəm, əmilərimin təlim məsələsi niyə
ancaq quyruqla əlaqəli olur? Şir quyruğunu havada oynadır, at quyruğunu qaldırır, it quyruğunu qısır.
Olmaz, təlimlərini keçsinlər, heyvanların quyruqları ilə işləri olmasın?
Digər əmisi arvadlarından fərqli olaraq, Gülmayəyə dil çatdırmaq olmurdu, gənclik havası başında
qalmışdı, ucadan, əl-qol hərəkətiylə danışırdı. Səmoş da Coniyə göz-qaş eləyirdi, səy duzəkən, buna
da Gülmayə deyərlər, dərinə getmə, yoxsa əmin kimi sənin də təpənə-təpənə vurar.
– Ona görə quyruqla əlaqəli olur ki, quyruqlu heyvanlara təlim keçirlər. Quyruqları da varsa,
quyruqlarını tərpətməlidirlər də. Başqa haralarını tərpədəcəklər?
– Heç dəxli var? Bu heyvanların tərpətməyə başqa əzaları yoxdurmu? Məsələn, başlarını, qıçlarını
tərpədə bilməzlərmi?
– Coni, sən danışma, – Gülmayə hirslə dedi, – sən nəslin adını batırıbsan! Duzəkənlər sənə görə
xəcalət çəkirlər!
– Duzəkənlər mənə görə yox, sənə görə xəcalət çəkirlər. Əmimi qaçırtmağınla papağımızı yerə
soxubsan. Necə soxubsansa, o vaxtdan da yerin altında qalıb, dartıb çıxarda bilmirik.
– Coni, sən danışanda mənim cinlərim qaynaşır. Minnətiniz olsun, əmin aralıqda qalmışdı. Kimdi ona
qız verən? Mən başına yapışdım, oğul, ev-eşik sahibi elədim! Sonrası da, fərasəti olardı,
qaçırtmazdım! Belə əcəb eləyib qaçırtmışam! Başqa sözün?
Coninin başqa sözü çox idi, qadının alışıb-yanan gözlərinə baxanda həqiqəti dərk elədi, Səmoş
haqlıydı, dərinə getsəydi, qadın təkcə dilini yox, əllərini də işə salacaqdı.
Şirlərə, atlara təlim keçən əmiləri də vətənə kifayət qədər pul göndərirdilər, itlərə təlim keçən əmisi
isə bu məsələdə rekord vururdu. Tezliklə Gülmayə oğlunu da götürüb rayon mərkəzinə köçdü. Şəhərin
mərkəzində ikimərtəbəli, yaraşıqlı həyət evi, yeganə oğluna bahalı xarici maşın, dükan aldı. Coni bir
şey başa düşə bilmirdi, ruslar onların itlərinə təlim keçsin deyə az qala əmisinə kisəylə pul
verirdilər. Çayxananın bir daimi müştərisi də artmışdı, həm də bu müştəri əvvəlki daimi müştərilərin
hamısından çox xeyir verirdi. Bəzən günortadan sonra çayxanaya gəlir, çayxananı bağlatdırır, əmisi
oğlanlarını da çağırırdı. Çay içir, domino oynayırdılar. Sonra isə gedib çörək, meyvə, toyuq alıb
gətirirdi. Pori toyuğu qızardır, süfrə açır, oturub yeyib-içirdilər. Hər dəfə də masanın üstünə azından
əlli dollar qoyurdu. Pori deyirdi, Coni, mən ilk dəfədir sənin Rusiyətdə olan əminə görə dua


eləyirəm, qoy rus itləri ona bir xətər yetirməsinlər. Başına bir iş gəlsə, biz batdıq!
Porinin duası yetərsiz oldu, aradan heç o qədər keçməmiş Bilo Gülmayəni maşınla çayxanaya gətirdi,
qadın ağlayır, baş-gözünə döyürdü. Başımıza daş düşüb, andıra qalmış it əminin boğazını gəmirib,
kişini öldürüb.
Coni bu xəbəri də çox sakit qarşıladı, başa düşə bilmirdi, Bilo niyə heyvanların güdazına gedən
əmisi arvadlarını məhz onun yanına gətirirdi? Axı o, əmilərinin Rusiyada heyvanlara təlim keçməsinə
yaxşı baxmayan, narazılığını bildirən yeganə duzəkən idi. Bilo da qadınları yeganə narazı duzəkənin
yanına gətirirdi.
Bilonun maşınıyla əmisigilə getdilər, kənddən əmisi oğlanları da gəlmişdilər. Belə işlərdə
ağsaqqallıq eləyən Bilo dedi, gedib əmimin meyitini Rusiyətdən gətirməli, vətəndə dəfn eləməliyik.
Günü sabah yola düşməliyik.
Coni etirazını bildirdi, mən gedə bilmərəm, dedi, məscidə gedib and içmişəm ki, əgər bu əmim də
itlərin zavalına gələrsə, nə onun meyitini gətirmək üçün, nə də köpəkdən qisas almaq üçün heç hara
getməyəcəyəm.
Bilo söhbətə müdaxilə elədi, belə olan halda panyatkalı cahillərin neyləməli olduqları haqda bir
xeyli kəlamlar döşədi. Coni, bu hər insanın başına gələ bilər. Günlərin birində sən özün də düşüb
soyuq rus çölündə ölə bilərsən. Onda bəs hansı duzəkən sənin meyitini gətirib vətəndə dəfn eləyər?
Coni pəncərənin qabağında oturmuşdu, ayağa qalxdı, üzünü duzəkənlərə tutdu:
– Görün sizə nə deyirəm, əgər günlərin birində soyuq rus çölündə ölərəmsə, heç biriniz gedib məni
gətirməyin, qoy donum, qalım orda. Meyitimi də vəhşi heyvanlar parçalasınlar!
Sözünü deyib ayağa qalxdı, evdən çıxanda özündə iradə tapıb yox deyə bildiyinə görə sevinirdi.
“Bunlara deyirəm, qulaq asmırlar, iş işə gələndə isə yenə də mənim yaxamdan yapışırlar. İkisini mən
gətirmişəm, bəsimdir. Məndən başqa duzəkənlərdə kişi yoxdurmu?”
Evdə arvadı onu gözləyirdi. Məlum işdir, əmisinin öldürülməsi xəbərini eşitmişdi, amma hər halda
soruşmağı lazım bildi, bu xəbəri ərinin dilindən eşitmək ona ayrıca ləzzət verəcəkdi. Bu qadının
sevinməsi üçün, lampasına neft tökülməsi, çiçəyinin gül açması üçün duzəkənlərin başına bir iş
gəlməsi kifayətdi.
– Köpək əminin boğazını gəmirib?
– Hə, – təsdiq elədi.
– Niyə?
– Mən hardan bilim? – Coni çiyinlərini çəkdi.
Səmoş istehzayla gülümsədi: “Bilirsən, ancaq həmişə olduğu kimi, duzəkənlərin şərəfi zədələnər deyə
həqiqəti etiraf eləmək istəmirsən. Coni, insanlardan fərqli olaraq, heyvanlar xəyanəti bağışlamırlar!
Səy duzəkən gül kimi rus qızlarını qoyub qancığa tamah salanda köpəyin bunu ona bağışlamayacağını
bilməliydi! Amma bu dəfə fərqli olub, əmilərin adətən canlarını göydə tapşırardılar. Bu əmin isə
yerdə tapşırıb. Sən mənə de görüm, bu dəfəki toplantının gündəliyində hansı məsələlər vardı? İtə
ölüm hökmü kəsdiniz, ya bəraət verdiniz?” “Bugünkü toplantının gündəliyində yalnız bir məsələ var
idi, – Coni də arvadı kimi ibarəylə danışırdı, – Rusiyətə getmək, əmimin meyitini gətirib, öz
torpağımızda dəfn eləmək”.
– Sən də gedəcəksən?
– Yox…
– Nə əcəb? – arvadı inamsızlıqla səsləndi.
– Mən məsciddə and içmişəm, gedə bilmərəm.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə