K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə12/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

 
 
İrrasional bilik problemi
 

 33 
inkiĢafının  ayrı-ayrı  mərhələlərində  onlarla  bilavasitə  «ünsiyyətdə» 
olmaqla Mütləq Varılığın ad və sifətlərinin təzahürü olan bu hikmətlərə 
və beləliklə də, bütün iyerarxiyanın – yaradılıĢın həqiqətinə yiyələnmiĢ 
olur. Məsələn, təsəvvüf fəlsəfəsində bu mərtəbələrdən biri qeyb aləmidir 
ki,  maddi  və  qeyri-maddi  «hər  Ģeyin  formasız,  ancaq  potensial  Ģəkildə 
mövcud  olduğu  qüvvət  məkanı»dır  [2,  107]  və  ora  daxil  olan  insan 
vasitəsiz olaraq bu həqiqətləri öyrənmiĢ olur.  
Ġyerarxiyanın  baĢında  və  ya  onun  da  fövqündə  duran  Mütləq 
Varlıq  ilahi  aləmlərdən,  mələklərdən  fərqli  olaraq  passiv  mövqedə 
dayanmır,  əksinə,  O,  subyektə  təsir  edə,  onun  inkiĢaf  yolunu 
istiqamətləndirə  və  mənəvi  inkiĢafının  həddini  təyin  edə  biləcək  bir 
qüvvədir. Onu da bildirək ki, fərqli dünyagörüĢlərində Mütləq Varlıq bir 
mənbə  olaraq  idrak  nəzəriyyəsinin  son  mərhələsi  ola  bildiyi  kimi,  yəni 
tam dərk edildiyi kimi, bu proses fövqündə qalan transendent varlıq kimi 
də çıxıĢ edə bilir. Belə bir fikir də irəli sürmək mümkündür ki, məhz bu 
faktor  dünyagörüĢün  monoteist  və  ya  panteist  istiqamətli  olmasında 
əsaslı rol oynayır.  
Yeri gəlmiĢkən onu da qeyd edək ki, panteizmdə hər Ģey Allah və 
ya  Allah  hər  Ģey  hesab  edildiyinə  görə,  müəyyən  mənada  onu  da 
monoteizm adlandırmaq olar. Lakin biz monoteist deyəndə məhz tövhidə 
– Tək, Yaradan və yaratdıqlarının fövqündə var olan Allaha inanan və bu 
mövqedən çıxıĢ edən dünyagörüĢləri nəzərdə tuturuq. 
Ġrrasional  idrakın  üçüncü  mənbəyi  ilahi  sifətləri  özündə 
cəmləĢdirib təbiətində bütün kainatın sirrini ehtiva edən, özünü dərk edib 
tanımaqla  kainatın,  hətta  ilahinin  sirlərindən  agah  ola  bilən,  kainatın 
kiçik bir modeli, mikrokosm olan insandır. 
Məlum  olduğu  kimi,  Qədim  Yunan  fəlsəfəsində ilk olaraq insanı 
düĢüncə obyektinə çevirən Ģəxs Sokrat olmuĢdur. «Ġnsan – ilahi mülkün 
bir  hissəsidir»  [112],  –  deyə  bildirən  filosof  bütün  varlıqları  məhz 
insanın  düĢüncəsinə  nisbətdə  təsnifləĢdirmiĢdir:  «ġeylər  iki  cürdür: 
əbədi,  yaradılmayan  və  daim  yaranan,  lakin  heç  vaxt  varlığı  olmayan. 
DüĢüncə və fikirlə dərk edilənlər, görünür ki, daim var olanlardır; rəy və 
ağılsız  hisslərə  tabe  olanlar  isə  yaranır  və  məhv  olurlar,  heç  vaxt 
həqiqətən  var  olmurlar»  [111].  Onu  da  xüsusilə  vurğulayaq  ki,  Sokrat 
fəlsəfəsində söhbət maddiyyat fövqünə qalxa bilən insandan gedir, çünki 
«filosof  ilk  növbədə  ruhunu  bədənindən  azad  etməklə  özünü  müĢahidə 
edə  bilər»  [112].  Deməli,  insan  maddiyyatdan  uzaq  olmaqla  bütövə  – 
hissəsi olduğu ilahi mülkə birləĢmək və bununla da hər Ģeyi dərk etmək 
qüdrətindədir:  «Məgər  düĢüncədə  –  yalnız  orada  –  həqiqi  varlıqdan  nə 


 34 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
isə  onun  qarĢısında  açılmırmı?»  [112]  Maraqlıdır  ki,  Sokrata  məxsus 
mistik  və  irrasional  bir  məfhum  olan  Daymonion  insanın  rasional 
düĢüncəsinə,  real  həyatına  ciddi  təsir  edə  biləcək  bir  qüvvədir.  Bu, 
filosofun  rasional  və  irrasional  düĢüncələri  kompleks  Ģəkildə  qəbul 
etdiyinə dəlalət etdiyi kimi, ikincinin insan təfəkküründə hakim mövqedə 
durmasının tərəfdarı olmasından da xəbər verir.  
ġərq  fəlsəfə  tarixində  isə  mənbəyi  insan  olan  irrasional  bilik 
formasına hürufilikdə (XIV əsr) rast gəlmək mümkündür.  
«Bütün  adlar  32-dir»  və  ya  «bütün  Ģeylər  varlığını  32  hərfdən 
aldı», – deyən təlimin banisi Fəzlullah Nəimi onu da bildirir ki, «hərf və 
kəlam  Kamil  Ġnsandan  ayrılmazdır»,  «ruh  və  hərf  eynidir»  [104,  126-
127].  Yəni  maddi  və  ihahi  aləmlərin  sirlərini  özündə  ehtiva  edən insan 
mikrokosmdur  və  irrasional  biliklərin  mənbəyidir.  Mütəfəkkirə  görə, 
«insan  həm  natiq  kimi,  həm  də  ilahinin  daĢıyıcısı  kimi  ölümsüzdür. 
Tanrının  bütün  keyfiyyətləri  ölümsüzdür  …və  insana  xasdır.  Lakin  o, 
cahilliyindən  bunu  bilmir»  [104,  118-119].  Deməli,  cahilliyindən 
qurtulmaqla, özünü dərk etməklə insan nəinki kainatın sirlərinin hamısını 
anlamaq, hətta Tanrıya çevrilə bilmək iqtidarındadır.  
Göstərilən mənbələr ayrı-ayrılıqda olduğu kimi, sintez Ģəklində də 
irrasional  biliyin  mənbəyi olmuĢlar.  Sintez  təĢkil edən  tərəflərin  bütün-
lüklə üst-üstə düĢüb eyniləĢdiyini nəzərə alsaq, sintez Ģəkilli mənbələrin 
əsasən  panteist  dünyagörüĢlü  filosoflara  yaxud  təlimlərə  xas  olduğunu 
desək,  zənnimizcə,  yanılmarıq.  Onu  da  xüsusilə  vurğulayaq  ki,  belə 
fikirlərə  regionundan  asılı  olmayaraq  həm  Qərb,  həm  də  ġərq  fəlsəfəsi 
tarixində rast gəlmək mümkündür.  
Dinin hakim ideologiya olduğu, eyni zamanda, elm və texnikanın 
da inkiĢaf etməyə baĢladığı orta əsrlərdə Qərb və ġərq mütəfəkkirlərinin 
fəlsəfi  görüĢlərində  Allah-təbiət,  Allah-insan  və  ya  Allah-insan-təbiət 
sintez mənbələrini müĢahidə etmək mümkündür.  
Fəlsəfi  görüĢlərində  yeniplatonçuluğa  və  xristianlığa istinad  edən 
IX  əsr  fransız  filosofu  Ġoann  Skott  Eriuqena  (877)  belə  hesab  edir  ki, 
«dünyanın  inkiĢafı  Allahdan  baĢlayıb  yenə  Allaha  qayıdan  bir  dairəvi 
hərəkətdir.  Tanrının  yaratması  ilə  baĢlayan  bu  inkiĢafda  özü 
yaradılmamıĢ  və  yaradan  təbiət  olan  Ġlahi  Ruh  mərhələ-mərhələ  axır… 
Beləcə təbiətdə üç bölmə var: Tanrı, ideyalar, ayrı-ayrı Ģeylər» [37, 141-
142].  Tanrının  özünü  dərk  edilməz  hesab  etsə  də,  filosof  Oğul  və 
Müqəddəs Ruhu Onun dərkinə aparan rəmzlər, təbiəti və bütün varlıqları 
isə  Mütləq  Ruhun  təzahürü  olaraq  qəbul  etmiĢdir,  yəni  insan  təbiəti, 
onda olan ilahi sirləri dərk etməklə Allaha geri dönə bilər.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə