K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə6/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   2   3   4   5   6   7   8   9   ...   91

 20 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
mümkündür:  zahiri  və  batini  və  ya  rasional  (rationalis  (lat.)  –  ağıllı)  və 
irrasional (irrationalis (lat.) – ağılsız, Ģüursuz).  
Məlumat üçün onu da bildirək ki, elmlərin (biliklərin) təsnifatında 
bəzi mütəfəkkirlər zahir və batin (rasional və irrasional) bilikləri bərabər 
göstərmiĢlər.  Məsələn,  XII  əsrin  filosofu  ġihabəddin  Sührəvərdi  yazır: 
«Həqiqi  elmlər  iki  yerə  bölünür:  zövqi  (intuitiv,  Ģüurüstü)  və  nəzəri, 
bəhsi»  [147,  5].  Sufi  mütəfəkkir  Sərrac  Tusi  isə:  «Batini  elm  deyəndə 
batini əməllərin (ürəyin) elmini, zahiri elm deyəndə isə zahiri əməllərin 
(bədən üzvlərinin) elmini nəzərdə tuturuq» [149, 43], – deyə bildirir. Hər 
iki  bilik  növü  arasında  isə  məhz  batini  elmin  (irrasional  biliyin)  ilahi 
həqiqətlərə apardığı iddia edilir. 
Terminlərdən  də  göründüyü  kimi,  bölgü  biliyin  əldə  edilməsi  və 
dərki  prosesində  insan  ağlının,  Ģüurunun  və  məntiqinin  rolunun 
dərəcəsinə müvafiqdir. Yəni əgər rasional bilik ağıla, məntiqə əsaslanırsa 
və onun «yardımı ilə dünyanı baĢa düĢməyə cəhd edirsə» [24, 246-247], 
irrasional  isə  əksinə,  ağıldan  kənar,  məntiqdən  uzaq  bir  bilik  deməkdir. 
Maraqlıdır ki, ensiklopedik lüğətlərdə bilik anlamı əksər hallarda yalnız 
rasional  biliklərə  Ģamil  edilərək  izah  edilir.  Məsələn  onlardan  birində 
yazılıb:  «Bilik  –  gerçəkliyin  idrakı  prosesinin  ictimai-tarixi  təcrübə  ilə 
yoxlanan və məntiqlə təsdiqlənən nəticəsidir. Onun adekvat inikası insan 
Ģüurunda təsəvvür, anlam,  istidlal, nəzəriyyə Ģəklində olur» [126, 192].  
Eyni lüğətdə irrasional «ən ümumi mənada ağılın hüdudlarından kənarda 
olan,  qeyri-məntiqi  və  ya  qeyri-intellektual,  rasional  təfəkkürlə  bir 
ölçüyə gəlməyən, hətta ona zidd olan» [126, 221] bir anlam kimi təqdim 
edilir.  BaĢqa  bir  lüğətdə  isə  irrasional  bilik  və  irrasionallıq  «ağıla  zidd 
xüsusi  qüvvə»  kimi  təqdim  edilir  və  buna  əsaslanaraq  bildirilir  ki, 
«irrasionallıq  gerçəkliyi  xaotik,  qanunauyğunluqdan  uzaq,  təsadüfi  və 
kor-korana  iradəyə  tabe  hesab  etməkdir».  O  da  əlavə  olunur  ki, 
«irrasional  təlimlər,  bir  qayda  olaraq,  cəmiyyətin  inkiĢafının  dönüĢ 
dövrlərində  yaranır  və  adətən  məntiqlə  qurulmuĢ  sistem  Ģəklində  deyil, 
dağınıq ideya  və  aforizmlərdə təsvir  olunmuĢ  hallar  formasında təqdim 
olunur»  [99].  Onu  da  qeyd  edək  ki,  ensiklopedik  lüğətlərin  verdiyi 
məlumatlara görə, irrasionallıq həm də «insanın ruhani həyatının bu və 
ya digər qeyri-rasional aspektlərinin ön plana çəkilməsidir» [126, 221]. 
Maraqlı bir faktdır ki, riyaziyyat elmində də tam və kəsr ədədlərlə, 
vahidlə  ölçülə  bilməyən,  «sonsuz  qeyri-dövri  onluq  kəsirlərlə  ifadə 
olunan»  [132],  yəni  insan  ağlının  çərçivəsini  aĢan,  adi  normadan  kənar 
ədədlərə irrasional ədəd deyilir.  


 
 
İrrasional bilik problemi
 

 21 
Deyilənlərdən belə məlum olur ki, əvvəla, irrasional bilik insanın 
ruhani,  yəni  mənəvi  həyatı  ilə  əlaqəlidir,  ikincisi,  ağılın,  məntiqin 
çərçivəsinə sığmır və bu səbəbdən rasional təfəkkürə zidd qəbul edilir və 
nəhayət  üçüncüsü,  daha  çox  xaotik  bir  cəmiyyət  üçün  xarakterikdir. 
Məlumatların  özlərindən  özlərinə  qarĢı  bir  əks  arqument  göstərək: 
məlumatlarda  irrasional  təfəkkürün  və  ya  biliyin  varlığı  inkar  edilmir. 
Deməli,  insana  xas  və  onun  idrak  prosesində  müəyyən  rola  malik  bir 
məfhum  kimi  irrasional  biliyin  sistemli  araĢdırmaya  və  Ģərhə  ehtiyacı 
vardır  və  yalnız  bundan  sonra  söylənən  fikirlərin  nə  dərəcədə  həqiqətə  
uyğun olub olmamasını bildirmək olar.   
Problemi daha ətraflı Ģərh etmək məqsədi ilə əvvəlcə Qərb və ġərq 
fəlsəfi düĢüncəsində irrasional bilik anlayıĢları ilə tanıĢ olaq. 
Qərb  fəlsəfəsində  irrasional  bilik  əsasən  qnosis  termini  ilə  eyni-
ləĢdirilir və ya yaxın mənalı sözlər kimi qəbul edilir. Qnosis, qnostisizm 
qədim tarixə malik, mürəkkəb və ziddiyyətli anlamlardır. Bəzi tədqiqatçı 
alimlər  onu  ġərq  dinləri  ilə  əlaqələndirir,  digərləri  sırf  ilk  xristian 
mətnlərinə  aid  edir,  bir  baĢqaları  isə  onun  xristianlığa  heç  bir  aidiyyatı 
olmayıb  kökləri  ilə  platonçuluğa  və  ya  pifaqorçulara  gedib  çıxdığını 
iddia edirlər [122, 19-20]. Bəs qnosis nədir? «Ən ali fəlsəfi mistisizmdən 
ən aĢağı sehrə qədər çox müxtəlif formalarda özünü ifadə edən rəngarəng 
ideyalar»  [122,  23]  kimi  təqdim  edilən  qnosis  «sirli  sözlər»,  «gizli 
kəlamlardır» [122, 37]. «Özündə yaradılıĢın və insan həyatının mənasını 
daĢıyan»  [122,  38]  bu  həqiqət  –  qnosis  «həm  bütün  varlığın  [çoxluqda 
reallaĢan] vəhdəti, həm [aĢağı aləmlə tamamlanan] ali aləm, həm [yalnız 
yaradılıĢda zəruri olan] xilas,  həm bir insanın [həm də bütün dünyanın] 
yoludur» [122, 36]. Deməli, qnosis müxtəlif Ģəkillərdə təzahür edə bilən 
vahid  bir  həqiqətdir  ki,  nəinki  bir  insanın,  hətta  bütün  maddi  və  qeyri-
maddi varlıqların mahiyyətini özündə ehtiva edir. Burada nəzərə çarpan 
digər  məsələ  onun  bir  xilas  yolu  olmasıdır,  yəni  qnosis  insana  öz 
mahiyyətini açan, ona hissəsi olduğu vəhdəti göstərən bir bilikdir. 
ġərq  fəlsəfəsində  irrasional  bilik  mə‗rifət  kimi  məlumdur. 
Ədəbiyyata ilk dəfə sufi mütəfəkkir Zu‗n-Nun Misri tərəfindən gətirilən 
mə‗rifət  termini  yalnız  «bilik  əldə  etmə  deyil,  həm  də  irfan  (batini 
məna),  kəĢf,  ilham,  intuisiya  kimi  anlayıĢları  özündə  cəmləĢdirən»  [2, 
98]  bir  anlamdır.  Məzmununa  görə  mə‗rifəti  iki  yerə  ayıraraq  yazırlar: 
«Haqqın  mə‗rifəti  –  Onun  (Allahın  –  K.B.)  vahidliyinin  bilinib,  ad  və 
sifətlərinin  açıqlanmasıdır.  Həqiqətin  mə‗rifətinə  isə  yol  yoxdur,  çünki 
O, əlçatmazdır» [149, 56]. Ġbn Sina isə belə deyir: «O (mə‗rifət) – sidqlə 
istənilən  (can  atılan)  Zatın  (Allahın  –  K.B.)  haqqının  sifətlərinin  cəmi 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə