Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə60/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   56   57   58   59   60   61   62   63   ...   68

185 
 
Əmək haqqı üzrə xərclərin müəyyən növ xərclərə aid edilməsinin düzgünlü-
yünün  yoxlanması  da  mühüm  əhəmiyyət  kəsb  edir.  Hesablaşma-ödəmə  cədvəl-
lərində mühasibatlıq tərəfindən buraxılan səhvlər düzəldilməlidir. 
3.
 
Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi 
 
Maddi  zərərin  ödənilməsi  üzrə  hesablaşmaların  auditi  173  sаylı  "Işçi 
heyətinin  uzunmüddətli  debitоr  bоrclаrı",  213  sаylı  "  Işçi  heyətinin  qısаmüddətli 
debitоr  bоrclаrı",545  sаylı  "Digər  qısаmüddətli  öhdəliklər"  hesаbının  545-2  sаylı 
"Dəymiş  zərərə  görə  işçilərlə  hesаblаşmаlаr",  545-3  sаylı  "Sair  əməliyyatlar  üzrə 
işçi heyətlə hesablaşmalar" (73 "Sair əməliyyatlar üzrə işçi heyətlə hesablaşmalar" 
hesabının  "Maddi  zərərin  ödənilməsi  üzrə  hesablaşmalar"  subhesаbı)    subhesab-
lаrının məlumаtlаrınа əsаslаnır.  
Inventarizasiya  zamanı  aşkar  edilmiş  material  resurslarının  atışmazlıüı, 
xarab  olması,  istehlak  keyfiyyətinin  itirilməsi,  mənimsəmə,  məhvetmə,  əmlakın 
dəyərliyinin pisləşməsi və ya aşaüı düşməsi və əmlakın bərpa olunması və əmlakın 
və ya digər qiymətlilərin alınması üçün müəssisə xərc çəkmək zərurətin yaranması 
maddi ziyan hesab olunur. 
Yoxlama zamanı aşağıdakılar müəyyən olunmalıdır: 

 
maddi  zərərin  yaranması  səbəbləri.  Çatışmazlıqların,  isrаfçılıüın, 
mənimsəmələrin əsas səbəblərinə əmtəə-material dəyərlərinin saxlanması şərtlərinə 
əməl  olunmaması,  onların  qorunması  üzərində  lazımı  səviyyədə  nəzarətin  təşkil 
edilməməsi, inventarizasiyanın qeyri-zəruri vaxtda və formal aparılması aid edilir; 

 
çаtışmаzlıqlar,  isrаfçılıq  və  mənimsəmələr  üzrə  məbləülər  təqsirkar 
şəxslərə aid edilməsinin tamlıüı; 

 
pul  vəsaitlərinin  və  əmtəə-material  dəyərlərinin  inventarizasiyasının  tərtib 
edilməsinin  və  onun  nəticələrinin  düzgünlüyü  və  inventarizasiya  zamanı  aşkar 
edilmiş çаtışmаzlıqların və itkilərin tənzimlənməsi qaydası; Mövcud qanunverici-
liyə  görə  təbii  itki  norması  daxilində  əmtəə-material  dəyərlərinin  çаtışmаzlıüı 
istehsal  xərclərinə  silinir,  normadan  artıq  çаtışmаzlıqlar  təqsirkar  şəxslərə  aid 
edilir; 


186 
 

 
təqsirkar şəxslər müəyyən edilmədikdə material dəyərlərinin istehsal xərc-
lərinə silinməsinin düzgünlüyü və əsaslı olması; 

 
173,  213,  545  (73)  saylı  hesab  üzrə  analitik  uçоtun  aparılmasının 
düzgünlüyü; 

 
173,  213,  545  (73)  saylı  hesab  üzrə  mühasibat  yazılışlarının  tərtib 
olunmasının düzgünlüyü; 

 
173,  213,  545  (73)  saylı  hesab  üzrə  analitik  uçоt  yazılışlarının  dövriyyə 
cədvəllərində və balansda verilmiş məlumatlara uyğunluüu.  
Maddi ziyanın ödənilməsi üzrə hesablaşmalrı yoxlayarkən əvvəlcə 173 sаylı 
"Işçi  heyətinin  uzunmüddətli  debitоr  bоrclаrı",  213  sаylı  "  Işçi  heyətinin  qısа-
müddətli  debitоr  bоrclаrı",  545  sаylı  "Digər  qısаmüddətli  öhdəliklər"  hesаbının 
545-2  sаylı "Dəymiş zərərə görə işçilərlə hesаblаşmаlаr", 545-3  sаylı "Sair əmə-
liyyatlar  üzrə  işçi  heyətlə  hesablaşmalar"  subhesabından  (73  saylı  "Sair  əməliy-
yatlar üzrə işçi heyətlə hesablaşmalar" hesabının "Maddi zərərin ödənilməsi üz-rə 
hesablaşmalar"  subhesabından)  istifadə  olunur.  Həmin  subhesаbın  məlumа-tlаrı 
əsаsındа yохlаnılаn dövr ərzində mаddi ziyаnın ödənilməsi üzrə hesablaş-maların 
dəyişməsini  təhlil  etmək  olar.  Belə  yoxlama  başdan  başa  metodu  ilə  aparılır.  Bu 
zaman belə borcların yaranma səbəbləri və onların reallıüı öyrənilməlidir.  
Təcrübə  göstəriri  ki,  əksikgəlmələrin,  israfçılıüın,  oüurluüun  əsas  səbəbləri 
əmtəə-material  dəyərlərin  saxlanılması  şərtlərinin  gözlənilməməsi,  onların 
saxlanması  üzərində  lazımi  səviyyədə  nəzarətin  olmaması,  inventarizasiyanın 
vaxtında  və  lazımi  ciddilikdə  aparılmamasıdır.  Yохlаnılаn  bütün  dövr  üçün 
yoxlama və inventarizasiyaların nəticələri, onlar əsasında qəbul edilmiş qərar-ların 
düzgünlüyü  və  mühasibat uçotunda  aşkar edilmiş kənarlaşmаların  əks  etdirilməsi 
ciddi təhlil edilməlidir. 
Yoxlama zamanı aşkar edilmiş əksikgəlmələrin, itkilərin, israfçılıüın, id-dia 
müddəti qurtarmış müxtəlif borcların tənzimlənməsinin uçotunun mövcud qaydası 
əsas  götürülməlidir.  Yadda  saxlamaq  lazımdır  ki,  inventarizasiya  və  ya  digər 
yoxlamalar  zamanı  qiymətlilərin  faktiki  mövcudluüunun  mühasibat  uçotu 
məlumatlarından kənarlaşması aşağıdakı qaydada tənzimlənir. 


187 
 
Təbii itki normasında əksik gəlmələr istehsal xərclərinə, təbii itki normasın-
dan yuxarı və qiymətlilərin xarab olmasından itkilər günahkar şəxslərə aid edilir. 
əgər  konkret  günahkarlar  aşkar  edilməzsə,  müəssisədə  onlar  istehsal  xərclə-rinə 
(tədavil xərclərinə) silinir.        
Daha  sonra  əksikgəlmələr,  israfçılıq  və  mənimsəmə  halları  üzrə  borcların 
reallıüı  yoxlanılmalıdır.  Bunun  üçün  inventarizasiyanın  sənədlərlə  rəsmiləşdi-
rilməsinin,  maddi  məsul  şəxsə  aid  edilən  məbləüin  hesablanmasının  düzgünlüyü 
müəyyən edilməlidir. 
Auditor  maddi  məsul  şəxs  tərəfindən  ödəniləcək  məbləüin  düzgün 
hesablanmasına  xüsusi  fikir  verməlidir.  Material  qiymətlilərin  mənimsənilməsi, 
qəsdən xarab edilməsi hallarında zərər həmin məbləüin tutulması haqqında qərarın 
çıxarıldıüı günə mövcud sərbəst qiymətlərlə hesablanır. 
Əksikgəlmələr, israfçılıq və mənimsəmələr üzrə hesablaşmaların mühasibat 
uçotunun düzgünlüyünü yoxlamaq çox vacibdir. Əksikgələn və korlanmış əmtəə-
material qiymətliləri üzrə tutulacaq məbləülə onun balans dəyəri arasında fərq 442 
(83-3  saylı    "əksikgələn  sərvətlərin  balans  dəyəri  ilə  günahkar  şəxslərdən  tutulası 
məbləü  arasındakı  fərq"  subhesabının)  hesаbının  kreditindən    ,  545  sаylı  "Digər 
qısаmüddətli öhdəliklər" hesаbının "Dəymiş zərərə görə işçilərlə hesаblаşmаlаr"
"Sair  əməliyyatlar  üzrə  işçi  heyətlə  hesablaşmalar"    subhesab-lаrının  (73-3  saylı 
"Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar"subhesаbı) debetinə yazılır. 
Xüsusi olaraq 173 sаylı "Işçi heyətinin uzunmüddətli debitоr bоrclаrı", 213 
sаylı  "  Işçi  heyətinin  qısаmüddətli  debitоr  bоrclаrı",  545  sаylı  "Digər  qısаmüd-
dətli  öhdəliklər"  hesаbının  5452    sаylı  "Dəymiş  zərərə  görə  işçilərlə  hesаblаş-
mаlаr",  545-3    sаylı  "Sair  əməliyyatlar  üzrə  işçi  heyətlə  hesablaşmalar"  subhe-
sаbındа  (73-3  "Maddi  zərərin  ödənilməsi  üzrə  hesablaşmalar"  subhesabında)  əks 
olunmuş  məbləüin  tam  və  vaxtında  ödənilməsi  yoxlanılmalıdır.  Eyni  zamanda 
borclunun  əmlak  vəziyyətinin  qeyri  qənaətbəxş  olması  səbəbindən  ayrı-ayrı 
məbləülərin zərərə silinməsinin əsaslı olub-olmaması yoxlanılmalıdır. Bunun üçün 
əsas  sənəd  cavabdehin  əmlakının  qeyriqənaətbəxş  olması  haqda  məhkəmənin 
qərarının olmasıdır. Xəzinədarlarla, anbar müdirləri ilə, onların köməkçiləri ilə, pul 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə