Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə65/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   60   61   62   63   64   65   66   67   68

202 
 
Audit  prosesində  məhsul  buraxılışının  ahəngdarlıüı  və  alıcılara  vaxtında 
göndərilməsi  yoxlanılır.  Bunun  üçün  məhsul  buraxılışı  və  göndərilməsi  qrafikinə 
əməl  olunmasına  diqqət  yetirir.  Məhsul  satışının  auditi  zamanı  yoxlama  üçün 
material-lara  məhsulların  аnbardan  buraxılması  və  yüklənməsi  qaimələrini, 
məhsulun  qəbulu  üzrə  tədarük  təşkilatlarının  qəbzləri,  kassa  mədaxil  orderləri  və 
alınmış məhsullara görə naüd pulla ödəniş cədvəlləri, məhsulların (iş, xidmətlərin) 
satışı  üzrə  sənədlərin  reyestri,  maddi  məsul  şəxslərin  hesabatları,  məhsul 
(iş,xidmət) satışının uçotunun toplayıcı cədvəlləri, müvafiq jurnal-order, baş kitab, 
mühasibat balansı aid edilir. 
               
 
2.
 
Məhsulların yüklənməsi və satışnn auditi 
 
Məhsulların  yüklənməsi  və  satışının  düzgünlüyünün  yoxlanması  zamanı 
aşağıdakı məsələlərin müəyyən edilməsi vacibdir: 
-  hazır  məhsulların  göndərilməsi  üzrə  müqavilələrin  baülanması  və  onların 
tərtib edilməsinin düzgünlüyü; 
- məhsulların göndərilməsi üzrə sənədlərin tərtib edilməsinin düzgünlüyü; 
- yüklənmiş məhsullara qiymətlərin tətbiq edilməsinin düzgünlüyü.  
-  baülanmış  müqaviləyə  müvafiq  olaraq  məhsulların  malgöndərənlərdən 
alıcılara  çatdırılması üzrə  xərclər nəzərə  alınmaqla buraxılış qiymətinin  müəyyən 
edilməsinin düzgünlüyü; 
-  yüklənmiş  mallar  üzrə  banka  ödəmə  tələbnamələrinin  –  tapşırıqların 
vaxtında təqdim edilməsi; 
-  məhsul  (iş,  xidmət)  buraxılışı  və  satışının  uçоtu  üzrə  mühasibat  yazılış-
larının tərtib edilməsinin düzgünlüyü; 
-  uçоt  siyasətində  satışın  müəyyən  edilməsinin  sezilmiş  variantına  müvafiq 
olaraq  məhsul  (iş,  xidmət)  yüklənməsi  və  satışının  analitik  və  sintetik  uçоtunun 
aparılmasının düzgünlüyü; 
-  601(45,  46)  saylı  hesablar  üzrə  analitik  və  sintetik  uçоt  yazılışlarının  baş 
kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluüu. 


203 
 
Hazır  məhsula  mövcud  standartlara  və  ya  təsdiq  olunmuş  texniki  şərtlərə 
cavab  verən  və  anbara  qəbul  edilmiş  məmulat  və  yarımfabrikatlar  aid  edilir. 
Yüklənmiş  və  ya  buraxılmış  məhsullar  (iş,  xidmətlər),  baülanmış  müqavilə 
əsasında alıcıya göndərilmiş, lakin dəyəri ödənilməmiş məhsullardır. Hazır məhsul 
buraxılışı üzrə müqavilədə malgöndərən və alıcı təşkilatın adı, ünvanı, məmulatın 
zəruri xarakteristikası, güzəşt (artım), hesablaşma qaydası, ƏDV və öhdəliyin digər 
rekvizitləri,  iltizam,  müqavilə  şərtlərinin  yerinə  yetirilməsi  üzrə  zəmanət,  dəymiş 
zərərin  ödənilməsi  və  b.  məsələlər  əks  etdirilir.  Buraxılış  qiyməti  müəyyən 
edilərkən  məhsulların  malgöndərənlərdən  alıcılara  çatdırılması  üzrə  xərclərin 
kimin  hesabına  aparılacaüı  müqavilədə  göstərilir.  Müqavilədə  bu  şərt  «Franko» 
süzünün küməkliyi ilə əks etdirilir. Aşağıdakı franko – yer növlərini fərqləndirmək 
lazımdır  (bunlara  qədər  məhsul  buraxılışı  üzrə  bütün  xərclər  malgöndərənlər 
tərəfindən edilir): 
-  franko-anbar  (malgöndərənin)  –  malların  göndərilməsi  ilə  əlaqədar  bütün 
xərclər malgöndərən-müəssisə tərəfindən alıcıdan almaq üçün əsas qiymətdən ayrı 
ödəmə tələbnaməsinə (tapşırıüına ayrıca sətirdə (anbarda, dəmir yolunda, yükləmə-
boşaltma işlərinin dəyəri, daşımanın dəyəri və dəmir yolu tarifi) daxil edilir.  
- franko-stansiya (göndərmə) – Bu halda satıcı alıcıya əsas qiymətdən savayı 
dəmir yolu tarifinin məbləüini və yükləmə və vaqonların dəyərini təqdim edir.  
-  franko-stansiya  (təyinat  yeri).  Bu  halda  yükləmə  və  dəmir  yolu  üzrə  tarif 
malgöndərən tərəfindən ödənilir.  
-  franko-anbar  (alıcının).  Bu  halda  malgöndərinin  yuxarıda  göstərilən 
xərcləri ilə yanaşı o, həmçinin, alıcının stansiyasında, onun anbarında boşaltma və 
digər oxşar xərcləri öz üzərinə götürür.  
Ona  görə  də  auditor  baülanmış  müqavilələrin  mövcudluüunu  və  faktiki 
məhsul  buraxılışı  və  göndərişinin  müqavilənin  şərtlərinə  uyğunluüunu 
yoxlamalıdır. Bunun üçün aşağıdakı formada köməkçi cədvəl tərtib olunur (cədvəl 
4). 
                                                                                                       Cədvəl 4 
       Alıcılara məhsulların yüklənməsi qrafikinin gözlənilməsinin yoxlanılması 


204 
 
Məhsulun  
adı 
 
 Qrafik və ya müqа- 
 vilə  üzrə    göndərmə   
müddəti 
Faktiki göndərmə  
müddəti 
 
Kənarlaşma, 
      (+; -)  
 
   Qeyd 
 
 
 
 
 
 
 
Kənarlaşma  aşkar  edildikdə  onun  səbəbləri  və  təqsirkar  şəxslər  müəyyən 
olunur. 
Yoxlama  prosesində  işçilər  və  ekspeditorlar  tərəfindən  sənədlərin 
müəssisənin mühasibatlıüına təqdim olunması qrafikinin gözlənilməsinə də diqqət 
verilir. 
Məhsul satışı  prosesinə nəzarət  təsərrüfatdaxili  nəzarətin çox  əmək  tutumlu 
bölməsi hesab olunur. Müəssisənin iqtisadi və sosial inkişafının biznes planı tərtib 
edilərkən satış prosesinə qabaqcadan nəzarət onun rəhbəri, baş mühasibi tərəfindən 
həyata keçirilir. 
Məhsul buraxılışının yoxlanılması zamanı faktiki nəzarət üsullarından geniş 
istifadə olunur. Auditor satılmış məhsulun miqdarını, həcmini, keyfiyyətini, maya 
də-yərini və satışdan əldə olunan pul gəlirini yoxlayır. Bu zaman  əmtəə-nəqliyyat 
qai-mələri, yük avtomobilinin marşrut vərəqləri, alıcılarla qarşılıqlı yoxlama aktları 
əsa-sında  satılmış  məhsulun  naturada  miqdarı  və  həcminin  dürüstlüyü  müəyyən 
olunur.  
Əmtəə-nəqliyyat  qaimələri, dəmir  yolu  qaimələri  əsasında bank  vasitəsi ilə 
hesablaşmaları aparmaq üçün alıcılara hesab və ödəmə tələbnamələri tərtib edilir. 
Ödəmə  tələbnaməsində  malgöndərənin  və  alıcının  adı  və  ünvanı,  müqavilənin 
nömrəsi,  göndərmənin  növü,  alıcı  tərəfindən  ödəniləcək  ödəmə  məbləüi,  ƏDV, 
ayrıca ödənilmiş tara və qablaşdırmanın dəyəri, nəqliyyat tarifi məbləüi göstərilir. 
Ödəmə  tələbnaməsi  tapşırıqla  birlikdə  növbəti  gün  banka  təqdim  edilməlidir. 
Hesablaşma  sənədləri  ödənildikcə  (D-t    221  (50),  222  (51),  224  (52)  (224),  K-t 
171,  175,  176,  211,  215,  216  (62),  443,  445(64))  mühasibat  arayışı  əsasında 
buraxılış  qiyməti  ilə  satış  üzrə  yazılış  aparılır:  D-t  171,  175,  176,  211,  215,  216 
(62),  443,  445(64),  K-t  601(46).    Ədədlə  ölçülən  məhsullar  onların  tam  dəyəri 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə