Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

39 
 
Viskonti  (Giovanni  Maria  Visconti)  doğulur  və  mirasın  ötürülməsi  baxımından  nikah 
müqaviləsində müvafiq müddəanın dəyişdirilməsi, ona yenidən baxılması zərurəti yaranır. 
1389-cu ilin 17 avqustunda nikah mərasimi Melyonda baş tutur. Valentina ər evinə misli 
görünməmiş  bir  cehizlə  yola  salınır.  Gənc  cüt  bir  müddət  Vensen  şəhərində  yaşamağa 
qərar verir. Həmin dövrdə Valentina üç uşaq doğur, lakin körpələrdən ikisi vaxtından əvvəl 
ölür. 
Ağılsız  VI  Karlın  sarayında  Valentinanın  günü  yaxşı  keçmir.  Çünki  kralın 
arvadı  İzabella  Bavarskaya  (fransızca  Isabeau  de  Baviere)  gəlinlə  heç  cür  yola  getmək 
istəmir. Çox vaxt Yelizaveta Bavarskaya (almanca Elisabeth von Bayern), yaxud sadəcə 
İzabo  (Isabo)  adlandırılan  kral  arvadı,  onun  ana  tərəfdən  qohumları  (dayısı  və  xalası 
uşaqları)  Valentinanı  sarayda görmək  istəmirlər.  Tarixçilər bunu izah  edərkən iki səbəb 
göstərirlər. Birinci səbəb odur ki, Karl öz gəlininə simpatiya bəsləmiş, Valentinaya ayrıca 
diqqət  yetirmiş,  onun  belə  münasibətini  bəyənməyənlərin  üstünə  nifrətlə  getmişdir.  Kral 
gəlinini  «sevimli  bacısı»  hesab  etmiş,  saray  mərasimlərinin  hamısında  onun  həmişə 
yaxından  iştirakını  tələb  etmişdir.  Kralın  gəlini  belə  üstün  tutması,  ona  xüsusi  hörmət 
bəsləməsi,  daim  diqqət  yetirməsi,  xətrini  əziz  tutması  saray  adamlarının  ürəyincə  ola 
bilməzdi. Buna görə Valentinanı sarayda əhatə edən insanlarda ona qarşı paxıllıq, həsəd 
yaranmışdır.  İkinci  səbəb  budur  ki,  gəlinin  saraya  gəlməsindən  sonra  kral  arvadı 
İzabellanın Birinci Lüdoviklə münasibətlərində əngəl yaranmışdır.  
Gəzən  şayələrə  görə,  Valentinanın  əri  ilə  kral  arvadı  İzabella  arasında  roman 
(eşqbazlıq)  yaşanırdı.  Birinci  Lüdovik  kral  arvadının  qaynı  (ərinin  qardaşı)  olmasına 
baxmayaraq  onlar  sevişirdilər.  İfritə  İzabella  Valentinanı  ərinə  qarşı  sui-qəsd  təşkil 
etməkdə  və  onu  tilsimləməkdə  günahlandırırdı.  Kral  arvadı  ərinin  başını  belə  fikirlərlə 
durmadan doldururdu ki, gəlin taxt-tacın Orlean Lüdovikinə keçməsindən ötrü canfəşanlıq 
edir. Hətta arvad müəyyən arqumentlər gətirməklə fikrini əsaslandırmağa çalışırdı. Belə ki, 
Valentinanın  atası  bir  vaxtlar  öz  dayısını  taxtdan  salmışdır.  Onun  dayısı  kral  arvadının 
babası  olduğundan  köhnə  ədavət  lap  qızışmışdı.  Hətta  kral  arvadının  sonrakı  antimilan 
siyasətini  məhz  bununla  əlaqələndirirlər.  Valentina  dofini
75
  zəhərli  alma  ilə  zəhərləməyə 
cəhd  göstərməkdə  və  cadugərlikdə  günahlandırılırdı.  Gəlini  görən  kimi  kralın  əhvalının 
yaxşılaşması  cadu  nəticəsində  əmələ  gələn  xəta  kimi  dəyərləndirilirdi.  Həqiqətən 
Valentinanın və yaxud onun ərinin yanında kralın əhvali-ruhiyyəsinin düzəlməsi, özünü 
dərhal yaxşı hiss etməyə başlaması açıq-aşkar görünürdü və kənardakılar bunu qısqanclıqla 
qarşılayırdılar.  Buna  görə  Valentinanın  ayağına  cadugərlik  (ovsunçuluq,  sehrbazlıq)  və 
qara  magiya  yazırdılar.  Ağılsız  kralın  hər  yeni  tutmasından  sonra  gəlinə  nifrətin  ölçüsü 
artırdı.  
Yaranmış mübahisələrdən sonra Valentina Parisdən Sent-Pol şəhərinə qovulur. 
Arvadını düşmənlərindən qorumaqdan ötrü Lüdovik 1396-cı ilin martında Asnierə köçür. 
Orada  olduqları  müddətdə  Valentina  daha  dörd  uşaq  doğur.  Lüdovik  Bluadakı  qəsrini 
genişləndirir  və  möhkəmləndirir.  Təxminən  1400-cü  ildə  Valentina  asnierdən  Bluaya 
köçür.  Qəsr  mürəkkəb  coğrafi  ərazidə  olduğundan  (hökmdarın  düşmənləri  sayılan 
Burqund hersoqlarının malikanələrinin yaxınlığında yerləşdiyindən) Valentinanın əri oranı 
əsl  qalaya  çevirir.  1402-ci  ildə  Valentinanın  atası  taun  xəstəliyindən  dünyasını  dəyişir, 
onun dul qalan arvadı Katerina Milan hökumətini idarə etməyə başlayır. 


40 
 
Siyasi  situasiyanın  mürəkkəb  olması  və  hakimiyyət  uğrunda  mübarizənin 
kəskinləşməsi  ilə  əlkaqədar  olaraq  ağılsız  kralın  adından  hakimiyyəti  idarə  etmək 
imkanından yararlanmaq fikrinə düşən Lüdovik kral arvadı İzabella ilə müqavilə bağlayır. 
Onların məhəbbət əlaqələri davam etdiyindən kral arvadı razılıq verir. Lüdovik burqundlar 
əleyhinə  mübarizədə  ona  kömək  edir.  1407-ci  ilin  23  noyabrında  İzabella  öz  axırıncı 
uşağını doğur, lakin körpə cəmi bir neçə saat sonra ölür. Həmin gün Orlean Lüdoviki öz 
məşuqəsi kral arvadı İzabellanın Paris şəhərində Köhnə məbəd küçəsində yerləşən evindən 
çıxarkən qətlə yetirilir. 1407-ci ilin 23 noyabrında Orlean Lüdoviki öz düşməni, Burqund 
hersoqu  Qorxmaz  Janın  (Jean  sans  peur)  sifarişi  əsasında  Raul  Danketonvill  tərəfindən 
qətlə yetirilmişdir.  
Ərinin  öldürülməsindən  sonra  Valentina  Parisə  gələrək  günahkarların 
cəzalandırılmasını  kraldan  xahiş  edir.  Zəif  kral  əvvəlcə  öz  razılığını  bildirir,  lakin  çox 
keçmədən fikrindən daşınaraq onu saraydan uzaqlaşdırır.  
Valentina  ərinin  38  yaşında  ikən  öldürülməsini  çox  kədərlə  qarşılayır,  şiddətli 
şəkildə  ağlayır,  bundan  çox  əsəbiləşir,  göz  yaşlarının  gümüş  rəngli  fontanı  onun  gerbi, 
«artıq mənim üçün heç nə hər şeydir, hər şeysə heç nədir» («Plus ne m’est rien, rien ne 
m’est plus») kəlmələri devizi olur. Ərinin öldürülməsinə cəmi bir il dözən Valentina 1408-
ci ilin dekabr ayının 4-də Bluada dünyasını dəyişir. Valentina ölüm yatağında uşaqlarını 
başına  toplayıb  onları  öz  evlərinin  böyüklüyünü  qoruyub  saxlayacaqlarına  və  atalarının 
öldürülməsinə  görə  qisası  yerdə  (cavabsız)  qoymayacaqlarına  söz  verib  and  içmələrinə 
vadar edir.  
Valentinanın  Milana  hökmdarlıq  etmək  hüququ  sonralar  XII  Lüdovik  və  I 
Fransisk arasında italyan müharibəsinə səbəb olmuşdur. Qeyd edək ki, Fransa kralı XII 
Lüdovik  Orlean  Lüdovikin  nəvəsidir,  I  Fransisk  (François  I)  isə  XII  Lüdovikin  əmisi 
oğludur.  
Valentina italyan, fransız, alman dillərində səlis danışmış, latın dilini mükəmməl 
bilmişdir.  Arfada  çalmağı  bacarmış,  mütaliəni  sevmiş,  topladığı  kitablar  Fransa  Milli 
Kitabxanasının nüvəsini təşkil etmişdir. Onun şərəfinə bir neçə şeir yazan XIV əsr fransız 
şairi və şeirşünası Estaş Deşanın (Eustache Deschamps) patronessası
76
 olmuşdur. 
Həmçinin italyan mənşəli orta əsr fransız yazıçısı Kristina de Pizanın (Christine 
de Pizan) adresatı
77
 olmuşdur.  
Əlavə  olaraq  Valentina  dövrünün  sayılıb-seçilən  adamlarından  bir  neçəsinin 
anası kimi məşhurluq qazanmışdır. 
Valentina ölkənin kralı Orlean Lüdoviklə nikahda olduğu müddətdə düz on uşaq 
doğmuşdur.  
Valentinanın  bir  oğlu  Birinci  Orlean  Karlı  (Charles  d’Orleans)  xüsusən  çox 
tanınırdı.  Orlean  hersoqu  Birinci  Orlean  Karlı növbəti dövr  Fransa şairləri içərisində ən 
məşhurlarından biri, görkəmli fransız feodalı və hərbi rəisi, Valua kral evinin üzvü, qraf 
olmuşdur. Fransa kralı XII Lüdovikin atasıdır. 
Valentinanın digər oğlu Orlean Filippi de Vertü qrafı olmuşdur. 
Başqa  oğlu  Orlean  Janı  (Jean  d’Orleans)  həmçinin  Xeyirxah  III  Jan  kimi 
məşhurlaşmışdır.  Orlean  Janı  Angulem  qrafı  (comte  d’Angouleme)  olmuşdur,  kral  I 
Fransiskin babasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə