55
Milli Qəhrəmanlar
40
illiyi
Bəşir Kərimov
1976-1995
FEVRAL
Bəşir Bəylər oğlu Kərimov 1976-
cı il fevral ayının 2-də Füzuli rayonu-
nun Qacar kəndində anadan olmuşdur.
1991-ci ildə kənd orta məktəbinin
səkkizinci sinfini bitirərək Füzuli
şəhərindəki texniki-peşə məktəbində
təhsilini davam etdirmişdir. Erməni
qəsbkarları bu illərdə Azərbaycan
torpaqlarına-Qarabağa geniş planlı hü-
cumlar edirdilər.
1993-cü ildə ermənilər Qacar
kəndinə hücum etdikləri vaxt Bəşir
erməni yaraqlılarına qarşı igidliklə vu-
ruşmuşdur. Qacar kəndi işğal olunduq-
dan sonra ailəsi ilə birlikdə Dilağarda
kəndində məskunlaşmışdır.
1994-cü ildə Bəşir Beyləqan Rayon
Hərbi Komissarlığı tərəfindən Milli
Ordu sıralarına çağırılmışdır. Gəncə
şəhərində “N” saylı hərbi hissədə qulluq
etmişdir. 1995-ci il 13-17 mart hadisələri
zamanı, dövlətçiliyimiz uğrunda silah-
lı dəstənin zərərsizləşdirilməsində iş-
tirak etmiş və bu qarşıdurma zamanı
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli, 307 saylı
Fərmanı ilə Kərimov Bəşir Bəylər oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir. Bakı
şəhərinin Şəhidlər Xiyabanında dəfn
edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Kərimov Bəşir Bəylər oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-1995.- 5 aprel.- S.1.(Ölümündən
sonra).
Kərimov Bəşir Bəylər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.110.
Seyidzadə, M. Kərimov Bəşir Bəylər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.113.
Əsgərov, V. Kərimov Bəşir Bəylər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.148.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
2
Milli Qəhrəman
56
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Ha-
cıyev Etibar Firudin oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.- (Ölümündən sonra).
Əsgərov, V. Hacıyev Etibar Firidun oğlu /Vüqar Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.104-105.
Məhərrəmov, Q. Hacıyev Etibar Firidun oğlu //Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə.- Gəncə, 2007.- S.42.
Seyidzadə, M. Hacıyev Etibar Firudin oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.80.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
Milli Qəhrəmanlar
45
illiyi
Etibar Hacıyev
1971-1992
FEVRAL
Etibar Firudin oğlu Hacıyev 1971-ci
il fevral ayının 5-də Qərbi Azərbaycanın
Vardenis rayonunun Zod kəndində do-
ğulmuşdur. Zod kənd orta məktəbini
bitirdikdən sonra bir müddət sovxoz-
da işləmişdir. Erməni millətçiləri və
separatçıları tərəfindən oradakı soy-
daşlarımız qovulan zaman onun ailəsi
Kəlbəcər rayonuna köçmüşdür.
1989-cu il 13 iyun tarixində hərbi
xidmətə çağırılmış və Perm şəhərində
hərbi xidmətini başa vurduqdan sonra
ailəsinin məskunlaşdığı Göygöl rayo-
nuna gəlmişdir.
1992-ci ildə Etibar Hacıyev könüllü
olaraq Milli Orduya yazılmış və tor-
paqlarımızın müdafiəsinə qalxmışdır.
Böyük Canbar, Kiçik Canbar, Buzlaq,
Erkəc kəndlərinin düşmən tapdağın-
dan azad edilməsində xüsusi fədakarlıq
göstərmişdir. 1992-ci il iyun ayının
15-də Goranboy rayonunda Ağcakənd
kəndinin azad edilməsi uğrunda gedən
döyüşdə qəhrəmancasına həlak olmuş-
dur.
Azərbaycan Respublikası Preziden-
tinin 23 iyun 1992-ci il tarixli 6 saylı
Fərmanı ilə Hacıyev Etibar Firudin oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Göygöl rayonunun Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Göygöl rayonunun Yeni Zod
kəndindəki küçələrdən biri qəhrəmanın
adını daşıyır.
5
Milli Qəhrəman