KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

51 
 
Hardansa  Əkrəmin  yadına  keçmiş  –  beş  il  əvvəlki  bir  əhvalat  düşdü.  Onda 
da payız idi. Yeganə ilə sahil xiyabanlarında gəzişirdi. Şəhər yenicə qaranlıqlaşırdı. 
Dəniz  vağzalının  həndəvərində  həsir  şlyapalı,  tosqun  bir  kişinin  yaxınlaşdığını 
görəndə qız özünü itirdi; qorxudan tir-tir əsdi. Əkrəm dönüb Yeganəyə baxdı, rəngi 
ağappaq  idi.  Həsir  şlyapalı  kişi  bir  az  da  irəli  gələndə...  qız  şaşqınlıqla  çırpınıb, 
Əkrəmin əlindən çıxdı və geriyə qaçaraq ağacların arasında yox oldu. 
O  niyə  belə  etmişdi, arada  nə sirr vardı – hələ  bu  çağacan  Əkrəm  bilmirdi. 
Sonralar hər dəfə o barədə söz salanda qız söhbəti yayındırmışdı. 
−Sən allah, ayrı şey danış. Heç özüm də baş açmadım o axşam mənə həmzət 
toxunmuşdu, nə olmuşdu... Bir də axı, bunu tez-tez soruşmağın mənası nədir?.. 
İndi qızın həmin əhvalatla əlaqədar həqiqəti ört-basdır elədiyini xatırladıqca, 
Əkrəm şübhələr içində boğulurdu. 
“Yaxşı,  bəs  Yeganə  nə  üçün  gəlib  çıxmasın?!  Harda  yubana  bilər  o? 
Tamaşada...  məşqdə...  gəzməkdə...  Necə?!  Gəzməkdə?!  Kiminlə?!  O  qədər  adam 
var ki! Elə aktyorlarla, başqaları ilə. Bütün günü evdə tək oturmayacaq ki! Mən o 
zaman  axmaqlıq  elədim.  Gərək  Yeganə  ilə  evlənməyəydim.  Ər  evinə  gedənədək 
namusunu  qorumayan  qızla  möhkəm  ailə  qurmaq  çətindir.  Bir  də  mən,  haradan 
biləydim  ki,  o  ismətsizdir?  Ağladı...  Hər  şeyi  bağışladım.  Axı,  sevirdim.  Özüm 
ondan çox kövrəldim. Anam arifdi, deyəsən, məsələni duymuşdu, üzümə vurmadı. 
Ürəyini  baxışlarından  oxudum.  Eh!..  Kaş  anam  sağ  qalaydı,  mən  öləydim!  Bu 
dəqiqə  gözlərim  görsəydi,  doyunca  onun  şəklinə  baxardım...  Onsuz  da  sifəti 
xəyalımdadır.  Qaranlıqda  haləyə  oxşar  bir  işıqlı  sahə  görürəm,  anam  ordadır.  Ağ 
saçları  tən  ortadan  yanlara  daranıb.  Alnında,  üzündə  qırışlar  var.  Sifəti  arıqdır, 
ovurdları  çuxura  düşüb.  Rəngi  bəmbəyaz,  dodaqlarının  qanı  qaçıb.  Gözlərinin 
ətrafına  elə  bil  qaranlıq  çöküb.  Xəstəlik  arvadı  haldan  salıb...  Sabah  mütləq 
qəbirüstə  getməliyəm!.  Öpəcəyəm  məzarının  daşından,  deyəcəyəm:  “Ana, 
gəlmişəm.  Ancaq  gözlərim  kordur...”  Sonra  dostum  Sərdargilin  evlərinə  də 
dəyməliyəm.  Düzdür,  valideynləri,  bacı-qardaşı  məni  görəndə,  qaysaqlanmış 
yaraları təzədən sızlayacaq... Nakam oğul itirmək böyük dərddir! Çox güman razı 
olardılar  ki,  elə  Sərdar  da  şikəst  qayıdaydı!  Evdə  səsini  eşidəydilər,  isti  nəfəsini 
duyaydılar...  Amma  gözsüz  yaşamaq  dəhşətdir.  Xüsusən,  mənim  üçün.  Beş  il 
oxudum... bütün haqq-sayım heçə getdi. Mən gecələr göyün dərinliklərinə baxmaq, 
başqalarının  sezə  bilmədiyi  ən  xırda  işıqları  axtarmaq,  tapmaq  niyyətində  idim... 
arzularım ürəyimdə qaldı. Kəşf olunmamış ulduzlar kimi”. 
Haradansa yadına Yeganənin sözləri düşdü: 
“  –  Məni  sevirsənsə,  getmə,  Əkrəmcan!  Odun-alovun  içinə  girmə!..  Mən 
adam  taparam,  səni  saxlatdıraram.  Əgər  pul  barədə  fikirləşirsənsə,  onu  da 
downloaded from KitabYurdu.org


52 
 
düzəldərəm.  Nə  qədər  istəsələr,  verərik,  sən  getməzsən,  mənim  yanımda 
qalarsan...” 
Çox  qəribə  təklif  idi.  Adam  taparam...  pul  verərik...  qalarsan...  Elə 
satqınlığa,  ancaq  qorxaqlar,  qeyrətsizlər  razılaşardı.  Məni  əqidəmdən  döndərmək 
çətindir!  Əlbəttə,  o  sözləri  Yeganə  yox,  bir  başqası  desəydi  ,  cavabını  ayrı  cür 
verərdim...” 
Pilləkənlərdə ayaq səsləri eşidən Əkrəm diksindi, təlaş içində, cəld yerindən 
qalxdı; barmaqlarını divarlarda gəzdirə-gəzdirə çətinliklə aynabəndə keçdi. 
“Kimsən?!” – deyə soruşmağa cəsarəti çatmadı. Ehtimal ki, içəri girən adam 
onu  görmədiyindən  uzaqlaşdı,  qapısı  açıldı  və  örtüldü...  Əkrəm  irəli  getdiyi  kimi 
də bir ayaq-bir ayaq geri qayıtdı. Evin ortasında dayanaraq əlləri ilə başını tutdu. 
“Hardasan?!  Tez  gəlib  çıxsana!  Məni  bu  şübhələrdən  xilas  etsənə, 
Yeganə!..”  O,  astadan,  özünə  yad  bir  səslə  inildədi.  Qəhərlənmiş  boğazını 
islatmaq, ürəyinin təşnəsini söndürmək üçün stola yanaşıb stəkan axtardı, su içmək 
istədi.  Lakin...  həmin  dəqiqə  nə  hiss  etdisə,  köynəyi  qızmar  dəmir  kimi  bədənini 
yandırdı,  onu  isti  tər  basdı,  yaxasını  dartıb,  açdı.  Qolları  sustalıb,  yanına  düşdü. 
Əkrəmin sifətində əziyyətlərlə, iztirablarla dolu əzgin bir ifadə yarandı. O, sanki bu 
anda gəncliyini, dözümünü, taqətini itirdi, zəiflədi və fövrən xeyli qocaldı. 
Stol  üstə  bir  butulka,  iki  qədəh  qoyulmuşdu!  Külqabıda  isə  papiros  və 
siqaret kötükləri qalanmışdı... 
 
 
YEDDİNCİ NOVELLA 
 
 
Restoranın lampaları yandı; büllur qədəhlərə şərab yerinə işıq süzüldü. 
Bayaqdan papiros tüstüsündən dumanlı görünən sifətlər birdən-birə aydınlaşdı. 
Yuxarı  başda  kiçik  stolun  arxasında  bir  gənclə  üz-üzə  əyləşmiş  Yeganə 
qanrılıb  çiyninin  üstündən  ətrafdakılara  ötəri  nəzər  fırlatdı.  İçkidən  keflənib 
özündən deyən cavanlar, şadlıqdan turac təkin qaqqıldayan xanımlar, qaradinməz, 
sakit  oturmuş  ahıllar  vardı  restoranda.  Kişilərdən  bəzisinin  yanındakı  bəzəkli 
qadınlar  arvadları  deyil,  məşuqələri  idi.  Aslanla  gələn  Yeganə  kimi.  Bu,  onların 
baxışlarından görünürdü, münasibətlərindən oxunurdu. 
Yeganənin  gözünə  tanış  adam  dəymədi.  Geri  çevrilib  üzünü  Aslana  tutdu, 
rahatlıqla, lakin yorğun bir tərzdə gülümsündü: 
−Niyə danışmırsan, bir söhbət eləsənə, − dedi. 
Aslan qırmızı şərab dolu qədəhini götürüb Yeganəyə tərəf uzadaraq, yarıya 
qədər içdi. Qadın bu sözsüz eyhamla onun nə demək istədiyini başa düşdü: “Sənin 
sağlığına!” Qəlbən fərəhlənsə də, özünü o yerə qoymadı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə