Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə19/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   15   16   17   18   19   20   21   22   ...   156

 

57 


”...Tutulan  cinayətkarlar  arasında  bütün  siniflərin  və  silklərin, 

zümrələrin  nümayəndələri,  hətta  mollalarda  var.  Bununla  belə,  hər 

kəs layiqli cəzasını alacaqdır. Artıq cinayətkar aləmin demək olar ki, 

90  faizi  hüquq-mühafizə  orqanlarının  əlindədir.  Adam  öldürən  bir 

neçə  bəy  də  tutulub.  Bu  bəylər  aqrar  məsələdəki  qanunsuzluqlara 

görə yox, adi qatil kimi cəzalandırılacaqlar. Hərbi vəziyyət elan edi-

lənədək  baĢ  verən  cinayətlər  mülki  qaydada,  hərbi  vəziyyət  zamanı 

törədilənlər isə hərbi məhkəmə vasitəsilə araĢdırılacaq”. Bu fikirlərin 

bizcə, əlavə  Ģərhə  ehtiyacı  yoxdur... 

Azərbaycan  hökuməti  1918-ci  il  sentyabrın  16-da  Gəncədən 

xüsusi  zirehli  qatarla  Qafqaz  Ġslam  Ordusu  və  Azərbaycan  Cümhu-

riyyətinin  birləĢmiĢ  qoĢunları  tərəfindən  azad  edilmiĢ  Bakıya  köç-

dükdən sonra Daxili ĠĢlər Nazirliyinin fəaliyyəti və münasibətlərinin 

dairəsi əhəmiyyətli dərəcədə dəyiĢmiĢ, geniĢlənmiĢ və eyni zamanda 

çətinləĢmiĢdi.  Azərbaycan  hökuməti  Bakıya  daxil  olduqdan  sonra 

ermənilərə  qarĢı  milli  qırğın  törədilməsinin  qarĢısını  almıĢdı  ki, 

bunda da daxili iĢlər naziri Behbud xanın rolu az deyildi... Odur ki, 

Azərbaycan hökuməti o vaxtkı durumunda maliyyə imkanlarının elə 

də  yüksək  olmamasına  baxmayaraq,  bacardığı  qədər  Daxili  ĠĢlər 

Nazirliyinin mərkəzi və yerli orqanlarının təĢkilati və strukturca inki-

Ģafı,  təkmilləĢməsi  üçün  maliyyə-büdcə  xərclərini  artırırdı.  O  vaxt 

Ģübhəsiz ki, bu iĢdə daxili iĢlər naziri B. CavanĢirin Ģəxsi nüfuzu və 

qətiyyəti  az  rol  oynamırdı...  Behbud  xan  yeni  maliyyə  vəsaitlərinə 

nail olunması, yeni strukturların təsis olunması üçün stimul yaradırdı. 

B.  CavanĢir  islahatçı,  reformaçı,  novator  nazir  idi.  1918-ci  il 

avqustun 22-də B. CavanĢir xarici pasportların verilməsi səlahiyyəti-

nin qubernatorlara həvalə edilməsi haqqında əmr vermiĢdi. 

B. CavanĢirə daxili iĢlər naziri iĢlədiyi dövrdə həyata keçirdiyi 

islahatlarda vitse-nazir,  general-mayor Məhəmməd Sadıq bəy Ağa-

bəyzadə (1865-1944) və müavini Mehdi bəy Hacınski (1879-1941) 

yaxından kömək edirdilər. Onların səyləri ilə 1918-ci ilin payızında  

Bakıda  Ġçəri  ġəhərdə  qorodovoylar  hazırlayan  məktəb  açılmıĢdı. 

Məktəbin  rəisi  1918-ci  ilin  sentyabrından  podpolkovnik  ġükür  bəy 

YüzbaĢınski  idi.  Məktəbdə  1200  nəfər  polis  məmurunun  hazır-

lanması nəzərdə tutulmuĢdu. Bunu 1918-ci il oktyabrın 26-da Gən-



 

58 


cədəki gizir məktəbinin ilk buraxılıĢ mərasimindəki çıxıĢında daxili 

iĢlə naziri B. CavanĢirin müavini Mehdi bəy Hacınski söyləmiĢdi. 

Qeyd  etmək  lazımdır  ki,  Gəncədəki  gizir  məktəbini  1918-ci 

ilin  iyununda  türk  generalı  Nuru  paĢa  (1889-1949)  yaratmıĢdı. 

Onun  təĢkilində  general-leytenant  Əli  ağa  ġıxlınski  və  polkovnik 

Süleyman  bəy  Əfəndiyev  mühüm  rol  oynamıĢdılar.  Məktəbin  mü-

davimləri Azərbaycan Ordusunun təĢkilinə cəlb olunmuĢdular. Çün-

ki peĢəkar polis kadrları çatıĢmırdı. Həmin vaxt ölkə ərazisində da-

xili  asayiĢi  cəmi  1500  nəfər  əsgər  və  Bakıda  isə  500  nəfər  polis 

qoruyurdu . 

1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində 

kabinədaxili  dəyiĢikliklərdən  sonra  bitərəf  B.  CavanĢir  daxili  iĢlər 

naziri  olmaqla  bərabər,  həm  də  ticarət  və  sənaye  naziri  vəzifəsini  

yerinə yetirirdi. Bu vəzifədə o, yerli sənayenin inkiĢaf etdirilməsinə, 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici  ölkələrlə  əlaqələrinin 

yaradılmasına da ciddi təĢəbbüslər göstərmiĢdi... 

1918-ci ilin oktyabrında siyasi cəhətdən səbatsız Ģəxslər kimi 

həbs  edilmiĢ,  Rusiyanın  müxtəlif  quberniyalarından  Azərbaycana 

gəlib bolĢevik təbliğatı aparan A. Lukev, B. Baxmutov, Ġ.Yurçenko, 

M.Bıstriçev, S.Baykov, M.Jurin və A.Podstanski Daxili ĠĢlər Nazir-

liyinin polis üzrə inspektorunun yoxlamasından sonra həbsdən azad 

edilmiĢ  və  respublikanın  hüdudlarından  çıxarılmıĢdılar.  Həmin  il 

noyabrın  15-də  isə  DĠN-in  əmri  ilə  siyasi  dustaqlar  Z.N.Dosser 

(1882-1938), M.N.MandelĢtam (Lyadov; əvvəli mençevik olmuĢdu) 

və F.Aqapov da azad edilib, onların bir daha Azərbaycana qayıtma-

ması  Ģətrti  ilə  noyabrın  17-də  Poylu  (Ağstafa)  stansiyasından  öz 

yerlərinə  yola  salınmıĢdılar.  Bu  haqda  DĠN-in  Məhkəmə-Ġnzibati 

ġöbəsinin rəisi nazir B. CavanĢirə məruzə etmiĢdi. 



Təyinat.  12  oktyabr  1918-ci  il.  Bakı  qubernatorunun  təqdi-

matı və daxili iĢlər naziri B. CavanĢirin 78 nömrəli əmri ilə Lütvəli 

bəy  Zülqədərov    ġamaxı  qəzasının    müvəqqəti    rəisi    təyin    edil-

miĢdi... 

Azərbaycan  Respublikasının  Daxili  ĠĢlər  Nazirlyinə  ölkədə 

asayiĢin qorunması və cinayətkarlıqla, o cümlədən fərariliklə müba-

rizədə  Milli  Ordumuzda  kömək  edirdi.  Bunu  Azərbaycan  Cümhu-

riyyəti  hərbi  nazirinin  müavini,  tam  artilleriya  (topçu)  generalı 




 

59 


Səməd  bəy  (Səməd  ağa)  Mehmandarovun  (16  oktyabr  1856,  Lən-

kəran - 12 fevral 1931, Bakı) 1918-ci il 15 noyabr tarixli əmrindən 

görmək olardı. Əmrdə deyilirdi: ”Azərbaycan Ordusu heç bir iĢğalçı 

məqsədlə yaradılmayıb. O, dövlət sərhəddini, dövlətin daxili hüquq 

qaydalarını  qorumaq,  soyğunçu  bandit  çıxıĢlarının  qarĢısını  almaq 

üçün yaradılmıĢ və formalaĢmaqdadır”. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  Hərbi  Nazirliyi  Azərbay-

can  hökumətinin  qərarı  ilə  1918-ci  il  oktyabrın  23-də  təsis  edilmiĢ 

və  Nazirlər  ġurası  noyabrın  1-də  onun  yaranmasını  rəsmən  təsdiq 

etmiĢdi.  Hərbi  nazir  portfeli  əvvəlcə  Nazirlər  ġurasının  sədrinə 

həvalə edilmiĢdi. Ona müavin isə tam artilleriya generalı Səməd bəy 

Mehmandarov  təyin  eilmiĢdi.  Hərbi  Nazirlik  yaradıldıqdan  4  gün 

sonra  3  yeni  hərbi  məktəbin  açılması  üçün  Nazirliyin  sərəncamına 

50 min manat pul ayrılmıĢ, eyini zamanda Gəncədə hələ iyun ayın-

dan  fəaliyyət  göstərən  gizir  (praporĢik)  məktəbi  Bakıya  köçürül-

müĢdü. S. Mehmandarov Azərbaycan Cümhuriyyətinin hərbi naziri 

vəzifəsinə 1918-ci il dekabrın 25-də təyin olunmuĢdu... 

Haşiyə: Əslən qarabağlı olan Səməd bəy Sadıq bəy oğlu Meh-

mandarov  1856-cı  il  oktyabrın  16-da  Lənkəranda  varlı  zadəgan 

ailəsində  anadan  olmuĢdu.  Qırx  altı  il  çar  ordusunda  xidmət 

etmiĢ  və  1917-ci  il  mayın  28-də  tam  artilleriya  generalı  rütbə-

sində istefaya çıxmıĢdı. S. Mehmandarov həmin rütbəyə 1915-ci 

il  martın  22-də  layiq  görülmüĢdü.  Sonuncu  vəzifəsi  Qafqaz  Or-

dusunun  korpus  komandiri  idi.  Ġlk  müstəqil  dövlətimiz  olan 

Birinci Respublika- Azərbaycan Demokratik Respublikası yaran-

dıqdan  sonra  bir  təcrübəli  hərbçi  milli  kadr  kimi  kənarda  qala 

bilməyən    S.  Mehmandarov  milli  ordumuzun  təĢəkkülündə  və 

inkiĢaf  etdirilməsində,  müstəqil  dövlətimizin  daxili  və  xarici 

düĢmənlərinə qarĢı var qüvvəsini sərf etmiĢdi. O, Lənkəran ġəhər 

Dumasının  və  əhalisinin  istəyi  ilə  onlar  tərəfindən  1919-cu  il 

oktyabrın  15-də  Azərbaycan  Cümhiriyyətinin  Parlamentinə  üzv 

seçilmiĢdi.  Səməd  bəy  Azərbaycan  Xalq  Cümhuriyyətinin  40 

minlik nizami ordusunu yaratmağa müvəffəq olmuĢ ilk hərbi na-

zirimiz, milli generallarımızın ağsaqqalı idi. 

Yeri gəlmiĢkən, ilk milli generalrmız Süleyman bəy Əlisüley-

man oğlu Əfəndiyev (5 oktyabr 1864, Ağdam - 21 fevral 1919-cu il 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə