«Qarapapaqlar».-2010.-№4(34).-S.6-15.
KƏSKİN DÖNÜŞ! ERMƏNİ MİFOMANİYASI VƏ HƏQİQƏT
(SƏNƏDLƏR)
ERİX FAYQL,
tarix elmləri doktoru, professor prof.erich.feiql@chello.at www.monarchie.at ALMANİYA
REDAKSİYADAN: 100 ildir ki, erməni təbliğat maşını uydurma soyqırım məsələsindən əl çəkmir. Amma
dediklərinin faktlarla, tarixdəki arxiv sənədləri ilə sübutuna gəldikdə isə hər bir erməni qarşı tərəflə bir masada
əyləşməkdən hər vəcdlə vaz keçməyə çalışır. Çünki qarşılıqlı aparılacaq dialoqun sonu ağır ifşaedici məğlubiyyətlə
bitəcəyini ermənilər hamıdan yaxşı bilir. İndi türklərin səsinə səs verən haqq-ədalət tərəfdarı olan alimlərin də sayı
günbəgün artmaqdadır. Alman professoru da həqiqətin tərəfində durduğunu bu sanballı və faktlara əsaslanan kitab
ilə ermənilərə bir daha mesaj buraxmışdır ki, nə qədər gec deyil, bu xam xəyaldan əl çəksinlər. Çünki Erix Fayql
kimi yüzlərlə ziyalı və tədqiqatçı artıq bu işin izinə düşmüş və illərdir ki, "gizlədilmiş" faktların üzə çıxması və
dünyaya yayılması ilə məşğul olmağı özlərinə şərəf bilmişlər. Çünki tarixdə qalmaq üçün Ziyalı olan kəs ömrünü öz
peşəsi çərçivəsində ləyaqətlə yaşamalıdır.
Alman dilində nəşr olunmuş kitabından gələcək saylarımızda da istifadə edəcəyik ki, Avropa arxivlərindən
oxucularımız hali olsun.
"Bu günə nəzarət edən keçmişi də nəzarətdə saxlayır. Gələcək keçmişə nəzarət edənindir".
Corc ORUELL, "1984"
MİFOMANİYA - patoloji baxımdan yalançılıqla üzvü surətdə bağlı olan psixi xəstəlikdir. Erməni
böhtanları bir əsrdən artıq müddətdə yayıldığından və onların "türklərin erməni xalqına qarşı törətdikləri soyqırım"
adlandırdıqları uydurma əfsanənin də yaşı artıq 90 ilə çatdığından, bu kinli cəfəngiyyatın qarşısının təkzibedilməz
sənədlər və əyani materiallar əsasında cəsarətlə alınmasının vaxtı gəlib çatmışdır.
Onlar arxivdən çıxan bu sənədə istinad edərək "müharibə aparan millət" olduqlarını iddia edirlər: (Sağdakı
sənədə bax. İstinad olunan sənədlərin hamısının surəti müəllifin adı çəkilən əsərində var. Orijinaldan
tərcümə edilməklə bəzisinin foto-surətini də veririk.)
Artıq bir əsr yarımdır ki, erməni fanatları dünyanı terrora məruz qoyurlar. Bu terror Osmanlı imperiyasında
azğınlıq edən və dünya ictimaiyyətini yanlış məlumatlandıran protestant və qriqorian iğtişaşçıları, həmçinin erməni
siyasi təşkilatlarının (daşnaklar, qnçakistlər) üzvləri tərəfindən başlanmışdır. Erməni terroru xofundan adamlar
yalnız nadir hallarda həqiqəti danışmağa cəsarət edir və belə vəziyyət bu günədək davam etməkdədir. Həmin dövrdə
"DAR UL İSLAM" adlı şah əsərini yazmış Mark Sayks erməni fırıldaqlarının ifşaçısı olmuş, həmçinin "LE PETİT
JOURNAL" jurnalı real vəziyyət haqqında yazmağa cəsarət tapmışdı.
«Cənab Nazir,
Erməni Milli Nümayəndə Heyəti adından aşağıdakıları xatırladan Bəyanatı Zati-alilərinizin nəzərinə
çatdırmağı özümə şərəf bilirəm: Yaxşı bildiyiniz kimi, müharibənin əvvəlindən ermənilər de-fakto vuruşan tərəf
olmuşlar, Siz özünüz etiraf etmişdiniz ki, erməni/ər Antanta işinə yenilməz sədaqətlərinə görə ağır itkilər vermiş və
əzablar çəkmişlər, onlar bütün cəbhələrdə Alyans tərəfində vuruşmuşlar:
Fransada onlar ilk günlərdən Xarici Legiona könüllü qismində daxil olaraq fransız bayrağı altında şöhrət
qazanmışlar;
Fələstində və Suriyada Respublika hökumətinin xahişi ilə Milli Nümayəndə Heyəti tərəfindən səfərbər
edilmiş erməni könüllüləri fransız qoşun kontingentinin böyük hissəsini təşkil edərək general Allenbinin qazandığı
qələbələrdə mühüm rol oynamışlar və bu haqda sonuncu və onların fransalı komandirləri rəsmi bəyanat vermişlər;
Qafqazda Rus İmperiyası Ordusunun tərkibində vuruşan 150.000 ermənidən əlavə, 40.000 nəfər könüllü
erməni vilayətlərinin bir qisminin azad olunmasında iştirak etmişlər və yalnız onlar bütün Qafqaz xalqları arasında
öz komandirləri Andronikin və Nəzərbəyovun başçılığı altında bolşeviklərin geriyə çəkilməsindən başlayaraq sülh
müqaviləsinin imzalanmasına qədər türk ordularına müqavimət göstərmişlər.»
Zati-aliləri cənab S. Pişona
Xarici Işlər Naziri
Cənab Nazir, Sizə yüksək ehtiramımı bir daha ifadə etməyə icazə verin.
Sədr: Boqoş Nübar.
(şəxsi imzası)
1914-cü ildə müharibənin başlaması ilə vəziyyət daha dramatik hal aldı. Osmanlı İmperiyasında yaşayan
ermənilər məqsədyönlü şəkildə türklərin arxa cəbhəsi boyunca sabotajlar törətməyə çalışırdılar. Fransada, Rusiyada
və bir sıra digər ölkələrdə, həmin dövrdə Beşlər Cəbhəsi Müharibəsinə cəlb edilmiş Türkiyənin əleyhinə çıxış edən
erməni könüllülərinin güclü ittifaqları yaradıldı ki, «DE-FAKTO MÜHARİBƏ APARAN MİLLƏT» qismində
təqribən minillik bir müddət ərzində özlərinin yaşadıqları və yalnız faydalandıqları torpağa qarşı məkrli, qəddar
mübarizəyə başladılar. Ermənilərin rəhbəri olmuş Boqoş Nübarın 1918-ci ildə Parisdə Fransa Xarici İşlər
Nazirliyinə ünvanladığı məktub (yuxarıda göstərilmiş sənəd) həqiqi vəziyyətin inkarolunmaz dəlilidir.
Onlar müharibə aparırdılar!
"Underwood & Underwood" öz dövrün- də ABŞ-ın ən nüfuzlu mətbuat agentliyi idi. Onun şəkilləri bütün
dünyada yayımlanır və tam mötəbər mənbə sayılırdı. Erməni qiyamları 1915-ci ilin fevral-mart aylarında başladı.
Amerika və Britaniya mətbuatında yayılan çoxsaylı fotoşəkillər osmanlıların cəbhə xəttinin arxasından Vana hücum
və «QİSASA HAZIRIQ: QAFQAZDA ERMƏNİ KONTİNGENTİ» şüarı altında erməni könüllü birləşmələrinin
nümayişi haqqında həqiqətləri əks etdirirdi. Sual olunur: "Nəyin qisası?" Osmanlı ermənilərinin ən mühüm dövlət
vəzifələrini tutduqlarına, bütün tikinti və maliyyə işlərinin, həmçinin iqtisadi idxalın onların əllərində cəmləşdiyinə
və ya onların azad dini etiqada malik olmalarına, ən yüksək ödənişli məktəbləri idarə etdiklərinə və çoxsaylı
imtiyazlardan bəhrələndiklərinə görəmi?
(Şəkildə: 20 iyul 1915-ci il tarixli "Yeniyetmə Ermənistan"dan götürülmüş şəkildə qnçak erməni
könüllüləri dəstəsi.)
"Ermənilərin soyqırımı məhkəmə qarşısında. Tələt Paşanın prosesi" kitabı oxucunu gerçəklikdən yayındıran,
təhrikçilərin emalatxanasında ustalıqla uydurulmuş tipik yalandır. Kitabın üz qabığı üzərində erməni terrorçusu
tərəfindən Berlində qətlə yetirilmiş Tələt Paşa və qeyri-iradi olaraq 1915-ci il hadisələrinin qurbanları haqqında
təsəvvür yaradan kəllə sümükləri yığını təsvir olunmuşdur.
Əvvəldən qarşıya məqsəd qoyulduğu kimi yalan və saxtakarlıq baş tutmuşdur. Əsl söhbət isə Prussiya ilə
Fransa arasındakı müharibəyə həsr olunmuş və 1871-ci ildə (!!) Vasiliy Vereşagin tərəfindən çəkilmiş
"Müharibənin apofeozu" (Tretyakov Qalereyası, Moskva) rəsm əsərindən gedir.
FAKTLARI TAMAMİLƏ YANLIŞ VƏ TƏHRİF OLUNMUŞ TƏRZDƏ ƏKS ETDİRƏN "MUSA
DAĞININ QIRX GÜNÜ" ROMANI ARTIQ ÇOXDAN ÖZÜNÜN BÜTÜN PLANET BOYU ZƏFƏR
YÜRÜŞÜNƏ BAŞLAMIŞ VƏ "MƏNFUR TÜRKLƏRİN" PORTRETİNİ FORMALAŞDIRMIŞDIR.
LAKİN, BURADA ROMANIN MÜƏLLİFİ OLAN AVSTRİYANIN BÖYÜK ŞAİRİ FRANS VERFELİN
HEÇ BİR GÜNAHI YOXDUR. O, YALNIZ SAXTA SƏNƏDLƏRİ ONA TƏQDİM ETMİŞ KƏLƏKBAZ
VƏ ŞARLATAN ERMƏNİ BANDASININ QURBANI OLMUŞDUR.
BU GÜN DƏ DAVAM EDƏN DÜNYA MİQYASLI BU SAXTAKARLIĞIN VƏ YALANIN
PƏRDƏARXASI RƏHBƏRLƏRİ - BÜTÜN KİTABI GUYA Kİ, GƏNC TÜRKLƏR TƏRƏFİNDƏN
VERİLMİŞ UYDURMA QƏTL ƏMRLƏRİLƏ HƏDDƏN ARTIQ BOYAYAN ARAM ANDONYAN,
FIRILDAQLARININ ÜSTÜ YALNIZ BU YAXINLARDA AÇILMIŞ HİYLƏGƏR VƏ SAXTAKAR
PASTOR YOHANNES LEPSİUS, ELƏCƏ DƏ ABŞ-ın SABİQ SƏFİRİ MORGENTAUDUR. ERMƏNİ
MİLLƏTİNDƏN OLAN HƏMKAR- LARI VƏ ETİBARLI ŞƏXSLƏR İLƏ TAM ƏHATƏ OLUNMUŞ
MORGENTAU
KOR-KORANƏ
ONLARIN
PIÇILTILARINA
İNANIRDI,
ÜMİDVARIQ
Kİ,
KOR-KORANƏ İNANIRDI, ƏKS HALDA 0,ERMƏNİ TERRORUNUN ƏSAS GÜNAHKARLARINDAN
BİRİ OLARDI.
VERFELİN ROMANI NƏ QƏDƏR ƏZƏMƏTLİ GÖRÜNSƏ BELƏ, ONUN HƏQİQƏTLƏ HEÇ
BİR ƏLAQƏSİ YOXDUR!
"Gerçək və cəlbedici novella?" Bəli, "cəlbedicidir", lakin "gerçək" deyil!
Hazırda "40 gün" ABŞ-da və ingilisdilli məkanda erotik və kriminal detektiv kimi geniş tirajla satılır və hər
yerdə öz oxucusunu tapır. Lakin, oxuculara çətin məlum olsun ki, Verfelin kitabdakı səhvlərini aydın
sənədləşdirmiş bütün mühüm məqamlar gizlicə silinib kitabdan çıxarılır, misal üçün Van üsyanı barədə epizod ki,
fransız dilində çıxan nəşrə də aiddir. Kitabın yeni nəşrlərində edilən manipulyasiyaların arxasında durmuş mafiya
bu işi hansı məqsədlə yerinə yetirdiyini yaxşı bilir.
Kitabın üz qabığındakı zahiri effekt üçün nəzərdə tutulmuş səhvləri düzəltmək bir o qədər də çətin deyildir:
1. Musa Dağı vulkanik törəmə deyildir, o, daha çox sakit, düz yamaclı dağ landşaftını xatırladır. Nə orada, nə
də Osmanlı İmperiyasının hər hansı digər yerində heç kim köçkünləri qırmanclamamışdır. Belə hərəkətlər türk
qanunvericiliyi ilə ciddi cəzalandırılırdı. Qiyamçıların sahildə guya ki, ağ mələfələrlə köməyə çağırmaları haqqında
əhvalat da gülməlidir («Xristianlar fəlakətdə»). «Qiymətli yükü» təhlükəsiz yerə çatdırmaq üçün fransız donanma
birləşmələrinin zirehli kreyser və nəqliyyat gəmiləri çoxdan sahildən ayrılmışdılar, çünki söhbət Süveyş cəbhəsi
üçün lazımlı minlərlə fanatik və potensial mübarizlərdən gedirdi!
2. Daha sonra hadisələr belə cərəyan etmişdir: Musa Dağının «qəhrəmanları» britaniyalıların və fransızların
Kipr və Misirdəki düşərgələrində hərbi hazırlıq keçmiş, döyüşlərdə iştirak etmək üçün qısa müddətə Suriyaya
gəlmişlər. Lakin, Antanta dövlətlərinin verdiyi səlahiyyətlərdən dözülməz dərəcədə sui-istifadə etdikləri
səbəbindən, onlar tezliklə cəbhə xəttindən çıxarılmışlar. Buna bənzər vəziyyət rus cəbhəsində də baş vermiş və
buna görə də çar komandanlığı get-gedə onlardan uzaqlaşmışdır.
Parisin Tarix Muzeyində Musa Dağı "qurbanlarına" fransızların və britaniyalıların cəbhə döyüşlərinə cəlb
edilməsi məqsədilə hərbi təlim verdikləri əks olunmuş fotoşəkillər vardır. Bu şəkillər sistematik surətdə arxivləri
"arzuolunmaz" sənədlərdən "təmizləmiş" saxtakar erməni nümayəndələrinin nəzərindən qaçmışdır. (Yuxardakı və
aşağıdakı fotolara bax.)
Fotoşəkildəki DESAİX zirehli gəmisi o dövrdə Osmanlı İmperiyasının ən zəif yeri olan Anadolu ilə Suriya
arasındakı ərazidə keşik çəkən donanmanın flaqman gəmisi olmuşdur. Burada ermənilərin məqsədi (Vandakı kimi)
Antanta ordularının hücumunu asanlaşdırmaq üçün arxadan türk cəbhəsini yarmaq idi.
Aram Andonyanın saxtalaşdırdığı 18 fevral 1331-ci il (2 mart 1916-cı il) tarixli məktublarından birini
nəzərdən keçirək. Məktub heç bir müsəlmanın yazmadığı üslubda yazılmış "Bismillah" ifadəsi ilə başlayır. Lakin,
Aram Andonyan məktubun tarixini saxtalaşdırarkən öz iradəsindən asılı olmayan digər labüd səhvə yol vermişdir.
Belə ki, tarixlərin Rumi Osmanlı təqvimi üzrə hesablanma qaydalarından məlumatsız olan Andonyan Rumi və
xristian təqvimləri arasındakı 13 günlük fərqin aradan qaldırılması (fevral 1917) qaydasını bilmədiyindən,
məktubda bir il gec tarix, yəni 1330-cu il (1916-cı il) əvəzinə 1331-ci il tarixini göstərmişdir. Baxmayaraq ki,
məktubun məzmunu ermənilərin əvvəlcədən planlaşdırılmış köçürülməsi aksiyasını "sübut" etməyə hesablanmış
tərzdə tərtib olunmuşdur... lakin, hər halda mənbə doqquz ay (!) hadisənin tarixini saxtalaşdırmışdır.
(Bu, sübut üçün inkarolunmaz bir fotosurətdir)
12 oktyabr 1915-ci il tarixli 537 saylı daha bir sənəd.
A. Andonyan Daxili İşlər naziri Tələtə məruzə edir: "Bizə məlum olmuşdur ki, bəzi adamlar, o cümlədən
məmurlar erməni qızları ilə evlənirlər. Biz bunu qəti qadağan edirik və təkidlə tövsiyə edirik ki, bu adamlar
müəyyənləşdirilib səhraya sürgün olunsunlar ".
Bəs ölənlərin həqiqi sayı? Parisdə qaçqınların işləri üzrə erməni nümayəndəliyinin həmin dövrdəki başçısı
Boqoş Nübar tərəfindən tərtib olunmuş təkzibedilməz sənəd mövcuddur:
Əziz Nazir,
İstəyinizi bildirdiyinizə görə, təcili köməyə ehtiyacları olan Türkiyədən gəlmiş erməni qaçqınları və
köçkünlərinin təqribi sayı barədə məlumatları Sizə yazmağı özümə şərəf bilirəm.
Onların yerləşdikləri ərazilərdə təqribi sayı aşağıdakılardır:
250 000 Qafqazda,
40 000 Persiyada,
80 000 Suriya və Fələstində,
20 000 Mosulda və Bağdadda
Cəmi: 390 000
Deportasiya olunmuşların ümumi sayı 600-700 min nəfər civarında dəyərləndirilir. Mənim Sizə yazdığım
rəqəmlər hazırda Alyansın fəth etdiyi yeni ərazilərdə yaşayan sağ qalmış ermənilərin sayını əks etdirir. Qalanları isə
səhralıq torpaqlara yayıldıqlarından, biz onlar haqqında dəqiq məlumat verə bilmirik.
Əziz Nazir, mənim ən xoş arzularımı qəbul edin.
Cənab Quva.
Səlahiyyətli Nazir,
Xarici İşlər Nazirliyi.
Məktubu Xarici İşlər Nazirliyinə ermənilərin Fransadakı nümayəndəsi Boqoş Nübar göndərmişdir.
(Fransa Xarici İşlər Nazirliyinin Arxivi, Yaxın Şərq Bölməsi, «Ermənistan», cild 2, səh.47).
Bu sənəddə birmənalı şəkildə göstərilir ki, köçürülmüş ermənilər arasında ölənlər 300.000 nəfər olduğu
halda, həmin Vətəndaş müharibəsi dövründə müsəlmanların (türklər, kürdlər, çərkəzlər) insan tələfatı 500.000 nəfər
olmuşdur. Belə göstəricilər sadəcə olaraq unudulur, bu haqda heç kim yazmır və danışmır. Belə ki, bir erməni
yepiskopunun dediyi kimi onlar yalnız "heç nəyə yararsız türklərdir".
FAKTLAR-Cədvəl 2.
Dünyanın ən məşhur demoqraflarından biri, Luisvill Universitetinin (ABŞ) professoru Castin Mak Karti
"Müsəlmanlar və milli azlıqlar - Osmanlı Anadolusunun əhalisi və imperiyanın süqutu" adlı təkzibolunmaz nəşrini
dərc etmiş, sonradan öz tədqiqatlarının nəticələrini cədvəllər şəklində tərtib etmişdir. Bu göstəricilər fonunda
erməni fanatlarının və onların ABŞ-dakı protestant təhrikçilərinin protestant erməni dövlətini HARADA və NECƏ
qurmaq istədikləri sualı öz-özlüyündə əhəmiyyətini dərhal itirir.
Anadolu əhalisinin dini mənsubiyyətlərinə uyğun olaraq faizlə göstərildiyi Osmanlı İmperiyasının xəritəsi
əlavə edilir. Osmanlı İmperiyasında "milli" və yaxud hətta "irqi" ayrı-seçkilik aparılmırdı.
Osmanlı İmperiyasının xristian əhalisi, əsasən yunanlardan və ermənilərdən ibarət idi ki, Mak Karti
tərəfindən bu xəritədə Tukay Ataovun (Anqara, 2001) "Ermənilər sonrakı Ottoman dövründə" əsərindən
götürülmüş rəqəmlərlə qrafik surətdə əks olunmuşdur. Bir çox hallarda "Altı vilayət" adı ilə (altı inzibati vahid -
Osmanlı İmperiyasının şərq əyalətləri) qeyd olunan Anadolu xəritəsi birmənalı təsdiq edir ki, "protestant" erməni
dövlətinin yaradılması əlçatmaz xülya olmuşdur, baxmayaraq ki, bütün müsəlman əhalisinin köçürülməsi
əvvəlcədən planlaşdırılmışdı. Bizim günlərdə ölkənin qərbində azərbaycanlıların öz torpaqlarından qovulması
zamanı bu siyasət dramatik miqyasda həyata keçirilmişdir.
Guya ki, əsasən ermənilərin məskunlaşdığı " Altı vilayət" ifadəsi çaxnaşmalarda, terrorda və müharibədə
maraqlı olan dairələrin uydurduqları standart ifadələrdəndir. C.Mak Karti, həmçinin hazırda təşəkkül tapmış həqiqi
məqamları üzə çıxararaq bildirir ki, "Ermənistan" və "erməni" sözlərinin anlayışında böyük yanlışlıq vardır:
Ermənistan - məsələn, Amerika kimi coğrafi anlayışdır: braziliyalılar, mayya və eskimoslar ABŞ vətəndaşları kimi
amerikalılardır. Bu eynilə türklər, kürdlər, gürcülər və digər kiçik etnik qruplar, o cümlədən "hayklar" yaşayan
Ermənistana da aiddir (ermənilər özlərini «hayk», Anadolunun şərqində yerləşən respublikanı "Hayastan"
adlandırırlar).
"Altı vilayət"in əhalisi barədə manipulyasiyanın klassik nümunəsi: Birinci Dünya Müharibəsindən sonra
Parisdə Antanta dövlətləri qarşısında hesabat verən erməni parlamentariləri "erməni patriarxının statistikasını"
təqdim etmişdilər. Bu statistikaya görə, 1 018 000 nəfər hayk, həmçinin 165 000 digər xristianlar yalnız 666 000
türklərə, qalanları isə çərkəzlər, lazlar, kürd nomadları, oturaq kürd xalqları və s. kimi göstərilən, ümumi sayı 1 432
000 nəfər olan müsəlmanlara qarşı qoyulur ki, bu da "sənədi" başdan-başa iftiraya çevirir. Belə ki, Osmanlı
İmperiyasında əhalinin, yuxarıda qeyd olunduğu kimi, heç vaxt mili mənsubiyyətinə görə siyahıya alınması
aparılmamış, yalnız dini mənsubiyyəti qeyd edilmişdir.
Osmanlı statistikasına görə, ümumi əhalinin 784 917 nəfərini (19%) ermənilər, 176 845 nəfərini (4%) digər
xristianlar, 3 173918 nəfərini (77%) müsəlmanlar təşkil edirdi.
Sağ qalmış ermənilər
Sağ qalmış erməni mühacirlərinin sayı:
SSRİ 400000
Suriya 100000
Yunanıstan 45000
Livan 50000
Fransa 30000
İraq 25000
Bolqarıstan 20000
Fələstin/İordaniya 10000
Kipr 2500
Misir 40000
İran 50000
Digər Avropa ölk. * 2000
Şimali Amerika 35380
Digərləri * 1000
Qaçqınların ümumi sayı 810000
Türkiyədə qalanlar 70000
Cəmi: 880000
(Digər Avropa ölkələri dedikdə: Avstriya, Çexoslovakiya, Macarıstan, Yuqoslaviya, İsveçrə, İtaliya, Böyük
Britaniya.
(Digərləri dedikdə: Yaponiya, Çin, Hindistan, Latın Amerikası.
(Mənbə: C.Mak Karti, «Müsəlmanlar və milli azlıqlar - Osmanlı Anadolusunun əhalisi və imperiyanın
süqutu»).
BU GÜN "1915-Cİ İL" TÜSTÜ PƏRDƏSİ ARXASINDA TÜRKİYƏYƏ VƏ AZƏRBAYCANA QARŞI
ERMƏNİ YÜRÜŞLƏRİLƏ YANAŞI, ERMƏNİLƏRİN 1989-CU İL İŞĞALÇI MÜHARİBƏSİ VƏ ONUN
FACİƏLİ NƏTİCƏLƏRİ GİZLƏNİR.
Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan əraziləri
Dağlıq Qarabağ regionu - Sahəsi 4 388 km
2
Əhalisi (1989) 189 085
Şuşa rayonu - Sahəsi -ci il 289 km
2
Əhalisi (1989) 20 579
Azərbaycanlılar 19 036 (92,5%)
Ermənilər 1 377 (6,7%)
İşğal edilmişdir 8 May 1992-ci il.
Erməni təcavüzünün qurbanları
Həlak olanlar - 20 000
Yaralananlar - 50 000
İtkin düşənlər - 4 866
Dağlıq Qarabağdan kənar ərazilər
Rayonlar: İşğal edildiyi tarix: Əhalisi:
Laçın, 18 may 1992-ci il, 71000
Kəlbəcər, 2 aprel 1993-cü il, 74000
Ağdam, 23 iyul 1993-cü il, 165600
Fizuli, 23 iyul 1993-cü il, 146000
Cəbrayıl, 26 avqust 1993-cü il, 66000
Qubadlı, 31 avqust 1993-cü il, 37900
Zəngilan, 28 oktyabr 1993-cü il, 39500
Dağıntılar və dəymiş ziyan
Yaşayış məntəqələri - 890,
Evlər-150000,
İctimai binalar-7000,
Məktəblər-693,
Uşaq bağçaları-855,
Xəstəxanalar, sağlamlıq mərkəzləri- 695,
Kitabxanalar-927,
İbadət evləri (müxtəlif dinlərə məxsus) -44,
Məscidlər-9,
Tarixi yerlər-9,
Tarixi abidələr və muzeylər-464,
Muzey eksponatları-40 000,
Sənaye və kənd təsərrüfatı müəssisələri-6 000,
Küçələr-800 km,
Körpülər-160,
Su kəməri xətləri-2 300 km,
Qaz kəməri xətləri-2 000 km,
Elektrik enerjisi xətləri-15 000 km,
Meşələr-280 000 ha, Əkin sahələri-1 000 000 ha,
Su təchizatı sistemləri-1 200 km.
Ümumi zərər 60 milyard ABŞ dollarıdır.
Azərbaycanın şair və bəstəkarlarının cəbhədə əks-hücumlar zamanı rast gəlinən eybəcər hala salınmış
abidələri dəhşətli mənzərə yaradır. Heykəllərin sifətləri elə dağıdılmışdır ki, sanki əsgərlər qəsb etdikləri
vilayətlərin əsil simasına xas olan hər şeyi silmək istəmişlər.
Bütün dünyaya məlum olan və ümumi nifrətə layiq hadisə - öz qəddarlığı ilə yalnız Hitler və ya Stalin
erasının aksiyaları ilə müqayisə oluna bilən, təkcə əhalinin öz torpaqlarından qovulması ilə deyil, həmçinin
günahsız insanların kütləvi qırğını ilə nəticələnən Azərbaycanın kiçik şəhəri Xocalının dağıdılması olmuşdur.
Yüz il keçdikdən sonra hələ də Azərbaycan o vaxt çar Rusiyasının himayəsi altında ilk dəfə açıq şəkildə
Bakıda hakimiyyəti zəbt etmək və beləliklə, Azərbaycan neftini ələ keçirmək istəyən ermənilərin 1905-ci il
hücumunun minlərlə qurbanlarmı xatırlayır. Sonda rusların da narahatçılığına səbəb olmuş və onlar tərəfindən son
qoyulmuş bu qırğının və həmin dövrdə çəkilmiş fotoşəkilləri erməni təcavüzünün miqyaslarının şahididir.
Fotoşəkillər işğalçıların təchizatını da göstərir. Azərbaycan ərazisi ilə təcavüzkar qüvvələrə qeyri-qanuni
silah-sursat, həmçinin işğal olunmuş ərazilərdə sayı durmadan artan yeni məskunlaşdırılanları daşıyan və sonu
görünməyən erməni yük maşınları karvanı uzanır.
Ermənilərin 1905-ci ildə Şuşada törətdikləri vəhşilikləri və 13 il sonra Bakıda ermənilərin törətdikləri
dağıntıları göstərən tarixi fotoşəkillər buna sübutdur.
1905-ci il hadisələri bütün Azərbaycanı işğal etmək cəhdinin yalnız müqəddiməsi idi. 1918-ci ilin martında
bütün olaylar yenidən, lakin daha "yüksək" səviyyədə təkrar edildi: erməni qoşunları Bakıya soxuldular və burada
şəhərin yeni ağaları kimi qaldılar. Ermənilərin bu işğalçılıq yürüşləri nəticəsində 20 000 azərbaycanlı həyatını itirdi
və yerli əhali öz məskənlərindən qovuldu.
Vyanadakı Dövlət arxivindən götürülmüş 6059 saylı sənəddə - 1918-ci il Azərbaycan hadisələri
haqqında Osmanlı İmperiyasında Avstriya-Macar hökumətinin üzvü olmuş qraf Trautmansdorffun
dramatik hesabatında,- bildirilir:
Bolşeviklər martın 21-də günortadan sonra saat 5-ə qədər tatarlara (azərbaycanlılara-red.) bütün silahlarını
təhvil vermək və sovet hökumətini tanımaq tələbini bildirən ultimatum elan etdilər. Ermənilər özlərini neytral
apardılar. Onlar tatarların yanına öz nümayəndələrini göndərdilər və tam dəqiqliklə bildirdilər ki, bolşeviklərlə
hesablaşmağa hazırlaşmırlar.
Buna baxmayaraq, 31.03 tarixində axşam ermənilər bolşeviklərlə birləşdilər və tatarlara qarşı çıxış etdilər.
Hücum tamamilə gözlənilmədən başlandı. Tatarlarda 5 pulemyot var idi və heç bir artilleriya qurğusu yox idi,
bolşeviklər və ermənilər gəmi artilleriyasından əlavə daha 12 topa malik idilər.
Tatarların nizami qoşunlarında 400-500 adam olduğu halda, artıq yanvar ayından ermənilərin bütöv bir polku
var idi, bolşeviklərin sərəncamında isə 1,5 polk dayanırdı. Türk zabitlərinin təkmilləşdirilməmiş təşkili və
idarəçiliyi onların məğlubiyyətinə səbəb oldu. Bundan əlavə, şaiyələr yayıldı ki, tatarlar hərbi dəstələrin yaradılması
üçün ianə toplamaq istəmirlər.
Qırğın 31.03. tarixində başlandı və yalnız aprelin 3-də başa çatdı. Təqribən 12 000 nəfər öldürüldü. Evlər
qismən yandırıldı və dağıdıldı. Arxitekturanın şah əsəri olan "İsmailiyyə" binası tamamilə dağıdıldı. Qaçmaqla
canını qurtara bilməyənlərin hamısı ermənilər tərəfindən öz mənzillərində öldürüldülər. Ermənilər müsəlman
qadınların qarınlarını yırtırdılar. Körpə uşaqlara da rəhm etmirdilər. Bu iyrənc cinayətlər bolşeviklərlə (ruslar)
ermənilər arasında müəyyən bir "soyuqluq" yaratdı.
Mənim tatar ziyalıları ilə söhbət etməyə yalnız kiçik bir imkanım oldu, çünki çoxları yalnız qaçmaqla
(qismən Tiflisə) canlarını qurtarmışdılar. Hazırda Bakı demək olar ki, xarici aləmdən tam təcrid olunmuşdur.
(Solda sənədin surəti verilir-bax.)
Erməni təcavüzü - dövlətin ideya məzmunudur. Bunu başa düşmək üçün öz varlığının mənasını müharibə,
terror, yalan və işğalda görən bu qəribə respublikanın gerbinə baxmaq kifayətdir.
Adının nə dilçilik, nə də tarixi nöqteyi-nəzərdən Ermənistanla heç bir əlaqəsi olmayan Ağrı dağını (Ararat)
bəziləri Nuh Gəmisinin lövbər saldığı yer sayır. Bu iddianın həqiqətə uyğunluğu və ya cəfəngiyyat olması haqda
təfsilata varmağın burada nə vaxtı, nə də yeri deyildir. Lakin, ermənilər özlərini Nuh peyğəmbərin vərəsələri elan
etdiyi səbəbindən, məsələ aqressiv və siyasi şəkil alır. Axı bu məkana dair əfsanə təsdiqlənəcəyi təqdirdə, həmin
imtiyaz təkcə hayklara deyil, hamıya aid olmalıdır.
Bütün bunlardan başqa, Ağrı dağı birmənalı olaraq Türkiyə ərazisində yerləşir. Əgər polyaklar öz gerblərində
Brandenburq Darvazalarını təsvir etsəydilər, almanlar buna necə reaksiya göstərərdilər. Yaxud Eyfel Qülləsi
Bundestaqın iclas salonunu bəzəsəydi - fransızlar, və ya Tauer Körpüsü Fransanın üçrəngli bayrağını bəzəsəydi -
ingilislər bunu necə qəbul edərdilər? Ağlasığmazdır, elə deyilmi? Bu gün artıq erməni gerbində «Oraq və Çəkic»
yoxdur. Onu Nuh Gəmisi ilə Ağrı dağı müvəffəqiyyətlə əvəz edir.
VİCDANA ÜNVANLANMIŞ SUAL:
BƏZİ SİYASƏTÇİLƏR, ƏSLİNDƏ HEÇ BİR ANLAYIŞLARI OLMADIĞI HALDA, 1915-Cİ İL
HADİSƏLƏRİNDƏN NECƏ DƏ HƏVƏSLƏ DANIŞIRLAR, LAKİN, 1946-CI İLDƏ MÜHARİBƏDƏN
SONRA YÜZ MİNLƏRLƏ SUDET ALMANLARININ ÖLDÜRÜLMƏSİNDƏN VƏ ÜÇ MİLYONUNUN
DİDƏRGİN SALINMASINDAN DANIŞMIRLAR!
Cavab sadədir. Müəyyən dairələr nəyin bahasına olursa-olsun Türkiyənin Avropa Birliyinə qəbul edilməsinin
qarşısını almaq istəyirlər və bu məqsədə çatmaq üçün heç bir vasitədən çəkinmirlər. Eyni zamanda, onlar özləri heç
nə olmamış kimi bu günə qədər qüvvədə olan Beneş Dekretlərinə sadəcə məhəl qoymurlar.
Burada söhbət ümumiyyətlə ondan getmir ki, Türkiyə Avropa Birliyinə daxil olmaq istəyir və ya daxil
olmalıdır. Bu tamamilə başqa mövzudur. Burada məsələ ikiüzlülükdə, o cümlədən həqiqi vəziyyəti bilmədən
"1915-ci il" haqqında yalan danışmaqla Ankaranı günahlandırmaq istəyən xristian "xalq nümayəndələri"nin
ikiüzlülüyündədir. Lakin, onlar ermənilərin Azərbaycana qarşı bu günə qədər davam edən təcavüzü haqqında bir
kəlmə belə söyləmirlər! On minlərlə tələfat və 1 milyon qaçqın! Bu gün. Indi!
Bəs Türkiyə? İkinci Dünya Müharibəsində tam mühasirədə olmasına baxmayaraq, heç kimi ölkədən
çıxarmadı. Nəticədə minnətdarlıq əvəzinə - BÖHTAN.
Vyana, 20 iyun 1984-cü il:
1915-ci il faciəli hadisələrindən on illər sonra anadan olmuş, mühacir türk fəhlələrinin əmin-amanlığına
cavabdeh, sevilməyə layiq, ailəsinə və işinə sədaqətli diplomat erməni terroristləri tərəfindən Türkiyə səfirliyi
qarşısında qətlə yetirildi. Öldürülən Ərdoğan Ozen (1950 təv.) mənim dostum idi. O zamandan etibarən mən tarixi
həqiqətə nail olmağa çalışıram ki, nəhayət sülh bərqərar olsun.
Kəskin dönüş! Ermənilərin yalançı təbliğatına və təcavüzünə qarşı Azərbaycanlıların və türklərin müqaviməti
təşkil edilir...
1915-ci il hadisələri haqqına həqiqət - bu məkrli vətəndaş müharibəsi idi...
Musa Dağı hadisələri haqqında həqiqət və aldadılmış Frans Verfel...
Ermənilərin Azərbaycanlılara və türklərə qarşı törətdikləri kütləvi qətllər haqqında həqiqət.
Ermənilərin Azərbaycana qarşı bədnam işğalçı müharibəsi haqqında həqiqət...
Ermənilərin Türkiyəyə qarşı psixoloji və fiziki terroru haqqına həqiqət...
VƏ... ABŞ PREZİDENTİNİN BƏYANATI
"Biz bundan sonra da Qarabağ münaqişəsinin sülh və etibarlı həlli yolunu axtarmağı öhdəmizə götürürük....
Mən sülh, tolerantlıq və barışıq naminə çalışan bütün insanları yüksək qiymətləndirirəm..."
Ağ Ev, 24 aprel 2005.
ABŞ-da erməni mafiyasının prezidentə təzyiq göstərmək və ona "soyqırım" sözünü qəbul etdirmək ümidləri
özünü doğrultmadı.
Əvəzində bunun əksi baş verdi. KƏSKİN DÖNÜŞ BAŞLANDI.
(Şəkildə: Van yaxınlığındakı Sevdə abidə. Daş sütun arxasındakı torpaq çuxurunda paramilitarist ermənilərin
zorakı idarəçiliyinin mövcud olduğu qısa müddətdə öldürülmüş 6.000 müsəlman, türk və kürd qurbanları uyuyur.
Türkiyənin bütün şərqində faciəvi 1915-ci ilin baharında ermənilər tərəfindən öldürülmüş əliyalın, müdafiəsiz
insanların xatirəsinə ucaldılmış abidələr olmayan yer çətin tapılar.
Dostları ilə paylaş: |