AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
35
35
İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində
yaşadıqları və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri
aydınlaşır (29, 92). Sir və ya ser xalqının kim olduğunu biz Orxon-Yenisey
abidələrindən öyrənirik. Belə ki, uzun müddət Göytürk xaqanlarının vəziri olmuş
Tonyuquq ucaltdırdığı abidədə özünün mənsub olduğu xalqı "türk sir xalqı"
adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq:
" Türk sir bodun yerintə bod kalmadı" (Türk sir xalqının yerində boy qalmadı).
(11, 117).
Eyni abidənin 11-ci sətrində isə deyilir:
"Türk sir bodun yerintə idi yorımazun"(Türk sir xalqının yerində yiyə
yürüməsin) (11, 118).
Tonyuquq abidəsinin 60, 61 və 62-ci sətirlərində də eyni etnonim ilə
rastlaşırıq:
"Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi
yok ertəçi erti. İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir
bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın
türk sir xalqını yürində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris
xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı
yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək taxtda
oturur) (11, 121). Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına
alıb Ötügenə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan əra-
zisində yerləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir
Qapının, yəni Dərbəndin də adını çəkməkdədir:
"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk" (Doğma
türk xalqını Ötügen yerinə mən - müdrik Tonyuquq özüm gətirdim. 17 - ci sətir)
(11,118). "Təmir Kapığa təgi irtimiz, anta yanturtımız... Ol küntə təgdi türk bodun
Təmir Kapığka" (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı
Dəmir qapıya çatdı. 45 - 46 - cı sətirlər) (11, 120).
Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri
bildirilən türklərin Çin qaynaqlarında adı "Kapan Pu" kimi çəkilən ilk xaqanlarının
adının "Tonyuquq" abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə
etmək lazımdır.
Türklərin qədim Çin mənbələrində əbədiləşərək dövrümüzə gəlib çatan “Boz
qurd” dastanının, daha doğrusu, qurda totem münasibətinin Qafqaz xalqları içərisində
geniş yayılması da türk - sirlərin coğrafi areal baxımından Qafqaz mənşəli olmasının
əlavə sübutu kimi gözdən keçirilə bilər. Məlumat üçün bildirək ki,
bənzər mifik süjetə
osetinlərin, xevsurların, çeçenlərin, meqrellərin və b. Qafqaz xalqlarının əsatirlərində
də rast gəlinir. Azərbaycanda qeydə alınmış bir mif isə Çin qaynaqlarında qeydə
alınmış mifin cüzi fərqlər nəzərə alınmazsa, demək olar ki, tam əsli mahiyyətindədir:
Bir tayfa varımış. Bı tayfanın başçısı sonsuzmuş. Çox qurbannan, nəzir-
niyazdan sora bının bir oğlu olur. Uşax dörd-beş yaşına çatır, əmmə yeriyəmmir, heş
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com