Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə3/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   2   3   4   5   6   7   8   9   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 


ardıcıl  və  mütəşəkkil  mübarizə  aparırlar.  Nəhayət,  “840-cı  ildə  epidemiya,  aclıq, 
saray  çevrilişləri  uyğur  xaqanlığını  son  dərəcə  zəiflədir.  Qırğızların  başçısı  Ajo 
özünü xan elan edərək uyğur xanına bildirir: Sənin ömrün bitdi” [3. 11]. Ədəbi obraz 
Manasın tarixi əsli sayılan Ajo 847-ci ildə həlak olub... 
Göründüyü  kimi,  epos  qəhrəmanı  Manas  konkret  şəxsiyyət  olub.  Bu  dastanı 
mifə,  əfsanəyə,  əsatirə  bağlayan  tədqiqatçılar  da  var.  Lakin,  unutmaq  olmaz  ki, 
xalqın  yaratdığı  ədəbi-bədii  əsərlərdə  mifik  elementlərin  olması  təbiidir.  Bu  isə 
həyat  həqiqətlərinə,  tarixi  reallıqlara  güzgü  tutan  sənət  abidələrimizə  “mifik 
təfəkkürün məhsulu” kimi baxmağa imkan verməməlidir. Manas öz igidliyi, şücaəti 
və  yenilməzliyi  ilə  əfsanəvi  qəhrəman  obrazına  çevrilir,  lakin  o,  əfsanə  qəhrəmanı 
deyil. Məhz bu məqamda əfsanəvi qəhrəmanla əfsanə qəhrəmanına eyni prizmadan 
baxmağın əleyhinəyəm. 
Antitürk  əxlaqının  daşıyıcıları  olan  “lakey”  tədqiqatçıların  Bilqamısa,  Dədə 
Qorquda,  Manasa  ədəbi-tarixi  şəxsiyyət  kimi  deyil,  mifik  subyekt  kimi  baxmaları 
məlum  formuldan  irəli  gəlirdi.  Lakin  sağlam  və  obyektiv  tədqiqatlar  sübut  edir  ki, 
adları  çəkilən  epos  qəhrəmanları  konkret  bir  dövrdə  yaşamış  tarixi  şəxsiyyətlərdir. 
Fikrimizin təsdiqi naminə bu dastanların özünə istinadən bəzi məqamlara toxunmaq 
istərdik. “Manas” belə başlayır:  
Ulularımızdan  qalan  söz:  Qaraxan  və  Oğuz  xandan  sonra  Alança  xanın 
nəslindən  Bayqur  və  Uyqur  çıxdı.  Bayqurun  oğlu  Bəbir  xandan  Tübey,  Tübeydən 
Kököy, Kököydən isə üç oğul-Noqoy, Şıqay və Çıyır dünyaya gəldi. Bu üç qardaşın 
dünyalar  tutmayan  var  -  dövləti  oldu.  Noqoyun  dörd  oğlu  doğuldu.  Orozdu,  Üsen, 
Bəy və Cakıb...”[2. 33]. 
Manas Cakıbın oğludur. Tarixi həqiqət kimi verilən bu şəcərənin özü Manasın 
konkret şəxsiyyət olmasını sübut edir. 
““Manas” bədii təxəyyülün, yoxsa tarixi həqiqətin məhsuludur?” sualına cavab 
axtararkən  elmi  dəlillərə  keçməzdən  öncə  bu  dastanı  zaman-zaman  sinəsində 
yaşadan  xalqın  öz  rəyini  bilmək  daha  vacibdir:  “Qırğızlar  özləri  eposa  və  onun 
qəhrəmanlarına bədii əsər və bədii obraz kimi deyil, fakt və tarixi şəxsiyyətin həqiqi 
məkanı kimi baxırlar” [4.15]. 
Əgər  “Dədə  Qorqud”  oğuzların  ədəbi-bədii  salnaməsidirsə,  “Manas”  qırğız-
ların abidəsidir. “Dədə Qorqud” oğuzların keçdiyi tarixi mərhələlərə güzgü tutursa, 
“Manas”  qırğızların  milli  keçmişini  əks  etdirir.  “Dədə  Qorqud”  və  “Manas”  para-
lelizmləri bir daha əsas verir ki, eyni kökdən “göyərən” bu dastanların genealoji və 
tipoloji məziyyətləri obyektiv qaydada, həqiqət meyarı ilə araşdırılsın. Araşdırmalar 
isə isbat edir ki, “ümumi etnik mənşəyə malik xalqların folklorunda bir çox yaxınlıq 
və oxşarlıq vardır. Deməli, süjetlərin yaxınlığı, oxşarlığı xalqların tarixi qohumluğu 
nəticəsində ola bilər. Başqa sözlə desək, həmin xalqların qədim tayfalarının keçmiş 
əcdadının eyni folklor  irsi  ilə əlaqədar  ola bilər. Əlbəttə, burada dil qohumluğu  da 
müəyyən  rol  oynayır”  [5.22].  Hesab  edirik  ki,  bu  “qohumluğun”  yadlaşdırılmasına 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 


yönəlmiş  yabançı  tədqiqatları  tarixi  gerçəkliyin  öz  mühakiməsinə  vermək  vaxtı 
çoxdan çatmışdır... 
Manasın konkret şəxsiyyət kimi konkret zamana və məkana bağlanmasının bir 
sübutu da qırğızların qədim və orta əsrlər tarixinin zəngin abidələr diyarı olan Talas 
vilayətindəki  gümbəzidir.  Gümbəz  qədim  bir  qəbrin  üzərində  tikilib.  Qırğızlar  bu 
gümbəzi  müqəddəs  ziyarətgahları  hesab  edirlər.  Yeri  gəlmişkən,  onu  da  xatırladaq 
ki,  Orta  Asiyanın  tarix,  etnoqrafiya  və  arxeologiyası  ilə  ciddi  məşğul  olmuş 
görkəmli alim A. N. Bernştam Talası qədim mədəniyyət mərkəzi hesab edir. 
Talas  və  Çuy  vadilərində  tapılmış  maddi-mədəniyyət  nümunələri,  qəbirüstü 
yazılar,  kitabələr  faktiki  olaraq  Bernştamın  sözlərinə  bəraət  qazandırır.  Sağlam 
tədqiqatlar dərin qatlara işlədikcə qırğız  türklərinin qədim tarixi ilə bağlı  yeni-yeni 
tapıntıların  şahidi  olursan.  Pedant,  yaxud  muzdlu  alimlərin  “türk  kökünü  məhv 
etmək” uğrundakı “yarışları” daşların  yaddaşında zaman-zaman yol gələn canlı tale 
yazılarının-tarixi həqiqətlərin qarşısında nə qədər miskin görünür... 
Söz sənətinin şifahi qaynaqlarında qalıb-yaşamaq haqqını tapmış dastanlarımız 
ona görə ölməzlik qazanmışdır ki, bu əsərlər müəyyən bir dövrün tarixi həqiqətlərini 
əks etdirə bilmişdir. Yəni, əslində türk qəhrəmanlıq dastanları türk qəhrəmanlığının 
bədii qiyafəsidir. Elə “Manas” eposu kimi... 
 
Qaynaqlar 
1. Гумилев Л.Н. Дрeвниe тюрки. М., 1967. с.4. 
2. Мaнaс. I книга. Фрунзе, “Киргызыстaн”, 1978. 
3. Сaдыкoв A. Гeрoичeскиe мoтивы в эpoсe “Мaнaс” Фрунзе, 1982, 
4. Musayev S. Epos “Manas”, “Şam”, Bişkek, 1994. 
5. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı “Maarif”, B. , 1981. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 


Afət Haşimi 
AMEA Folklor İnstitutu,  
kiçik elmi işçi  
afethashimi@gmail.com 
 
OĞUZNAMƏ EPİK ƏNƏNƏSİ VƏ TARİXİLİK PROBLEMİ  
 
Özət 
Folklor  ilə  tarixin  münasibətləri ümumən geniş və mürəkkəb  məsələləri əhatə 
edir. Bu məsələyə yanaşmada aşağıdakı tezislər əsas götürülməlidir: 
Birincisi, folklor daşıyıcıları, yəni folkloru yaradanlar onu tarixi gerçəklik kimi 
qəbul etmişlər. 
İkincisi,  folklor  mətnlərində  yaşayan  tarixi  hadisə  və  şəxsiyyətlər  folklor 
obrazları kimi yox, birbaşa tarixin özü kimi qəbul olunanda tədqiqatçıları dolaşıqlığa 
salır.  
Üçüncüsü,  folklor  abidələrinə,  xüsusilə  qəhrəmanlıq  dastanlarına  real  tarixin 
öyrənilməsi  zamanı  istinad  etmək  olar.  Çünki  ilkin  miflər,  mifoloji  eposlar  qədim 
dövrlərdə  tarix  elminin  indi  oynadığı  rolu  oynamışdır.  Yəni  bu  miflər,  dastanlar 
oğuzlar üçün tarix sayılmışdır. 
Dördüncüsü,  folklor  abidələrindən  tarixi  qaynaq  kimi  istifadə  edərkən 
folklordakı tarixin bədii obraz olması heç vaxt nəzərdən qaçırılmamalıdır. Şübhəsiz 
ki, bu obraz öz qaynağını tarixi hadisələrdən almışdır. Lakin həmin obraz təkcə bir 
tarixi hadisəni, yaxud konkret tarixi şəxsiyyəti təmsil etmir.  
Beşincisi,  folklor  mətnlərindən  istifadə  edən  tarixçilər  folklor  poetikasının 
qanunauyğunluqlarına bələd olmalı, eləcə də folklor mətnlərində tarixi məsələlərdən 
danışan  folklorşünaslar  toxunmaq  istədikləri  dövrün  tarixi  hadisələrini  dərindən 
öyrənməlidirlər. 
Açar sözlər: folklor, tarix, mif, Oğuznamə 
 
 
 
Резюме 
Фольклорные и исторические отношения в целом охватывают широкие и 
сложные  вопросы.  В  подходе  к  этому  вопросу  за  основу  нужно  брать  эти 
тезисы: 
Во-первых,  носители  фольклора,  то  есть,  его  создатели,  восприняли 
фольклор как историческую действительность. 
Во-вторых,  когда  исторические  события  и  личности  живущие  в 
фольклорных  текстах,  принимаются  не  как  фольклорные  образы,  а  как  сама 
история, это вводит в заблуждение исследователей. 
В-третьих, на знания полученные из фольклорных памятников, особенно 
героического  эпоса,  можно  опираться  при  изучении  реальной  истории. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə