Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

51

-  Slovakiya vətəndaşlığını almaq hüququ olmamalı; və

-  Son beş il ərzində qəsdən törədilmiş cinayətlə bağlı barəsində 

məhkəmə hökmü olmamalıdır.

1990-cı illərin əvvəllərində Çexiya və Slovakiya hökumətləri qanunların 

ziddiyyəti  nəticəsində  yaranmış  minlərlə  vətəndaşsızlıq  hallarının  həlli 

üçün BMT QAK-a müraciət etmişlər. BMT QAK bu ölkələrə məlumatın 

toplanması  üçün  iki  missiya  göndərmiş  və  vətəndaşlıq  haqqında 

qanunvericilik  məsələlərinə  dair  hökumətlərlə  məsləhətləşmələr  keçir-

mişdi.


1996-cı ildə BMT QAK Praqada vətəndaşlıq məsələlərinə dair Məs-

ləhət Mərkəzinin açılmasına kömək etdi. Mərkəz, Çexiya Respublikası 

ilə  uzunmüddətli  və  həqiqi  bağlılığın  olmasına  baxmayaraq, 

vətəndaşlığı  olmayan  şəxslərə  çevrilmiş  Çexoslovakiyanın  keçmiş 

vətəndaşlarına hüquqi və sosial məsələlərdə məsləhətlər verir. Bir il 

ərzində Mərkəz 6000 min insana yardım etmiş, 900 uşaq daxil olmaqla 

3500-dən  artıq  insan  çex  həbsxanalarına  salınmış,  2000-dən  artıq 

insan  vətəndaşlıqlarını  müəyyən  edə  və  ya  vətəndaşlıq  hüququnu 

həyata keçirə bilmirdilər.

BMT QAK-ın və Avropa Şurasının tövsiyələrinə riayət edərək, Çexiya 

hökuməti  tədricən  vətəndaşlığın  alınmasına  olan  məhdudiyyətləri 

azaltmışdı.  1996-cı  ilin  aprel  ayında  Çexiyanın  qanunverici  məclisi 

vətəndaşlıq  haqqında  qanuna  əlavə  və  dəyişikliklər  qəbul  etdi, 

bunlara  görə  Daxili  İşlər  Nazirliyi  öz  mülahizələrinə  əsasən  Çexiya 

Respublikasında daimi yaşayan  və yaşadıqları faktın rəsmi təsdiqi 

olan  Slovakiya  vətəndaşı  olan  şəxslərə  münasibətdə  məhkəmə 

hökmünə dair müddəanı ləğv etmək imkanını yaradır. 

1999-cu  ildə  Çexiya  Respublikasının  qanunverici  məclisi  daha  bir 

dəyişiklik qəbul etdi ki, bu sonradan Çexiya Respublikası olan ərazidə 

daimi  yaşayan,  lakin  daimi  qeydiyyatı  olmayan  Çexoslovakiyanın 

keçmiş  vətəndaşlarına  Çexiya  Respublikasının  vətəndaşı  olmaq 

imkanını yaradırdı. Bu əlavəyə əsasən, yuxarıda göstərilən şəxslər 

əmək  müqavilələri  və  ya  yaşayış  yerinin  icarə  müqavilələri  və/və 

ya  şahid  ifadələri  əsasında  yaşadıqları  faktı  təsdiq  edə  bilərdilər. 

Tədricən  BMT  QAK-ın,  ictimai  təşkilatların  və  Çexiya  hökumətinin 

birgə  səyləri  nəticəsində  Federasiyanın  dağılmasından  sonra 

Çexiya Respublikasının ərazisində daimi yaşayan Çexoslovakiyanın 

bütün  keçmiş  əhalisinə  Çexiya  Respublikasının  vətəndaşlığına 

məhdudiyyətsiz çıxış təmin edilmişdir.



52

Ayrı-seçkilik  və  ya  vətəndaşlıqdan  əsassız  məhrumetmə  ilə 

əlaqədar səbəblər

Ayrı-seçkilik.

Vətəndaşlığın  verilməsi  və  verilməsindən  imtina  məsələlərində 

Dövlətlərin hərəkət azadlığını məhdudlaşdıran əsas prinsiplərdən biri, 

irqi  ayrı-seçkiliyin  qadağan  edilməsidir.  Bu  prinsip  İrqi  ayrı-seçkiliyin 

bütün formalarının ləğv edilməsinə dair Konvensiyada və bir çox başqa 

sənədlərdə əks etdirilir. İrqi ayrı-seçkiliyin ləğvi üzrə BMT-nin Komitəsi 

1  oktyabr  2004-cü  il  tarixli  ayrı-seçkiliyə  dair  ümumi  tövsiyələrində 

göstərmişdir  ki,  “irq,  dərisinin  rəngi,  mənşə,  milliyyət  və  etnik  mənşə 

əsasında  vətəndaşlıqdan  məhrum  etmə  Dövlətlərin  öhdəliklərinin, 

xüsusilə,  ayrı-seçkilik  olmadan  vətəndaşlıq  vermə  öhdəliyinin 

pozulmasıdır”. 

Lakin, hərdən bəzi şəxslər müəyyən Dövlətin, bu Dövlətlə sıx bağlılığının 

olmasına baxmayaraq, vətəndaşlığını ala bilmirlər. Başqaları üçün bu 

əlaqənin  mövcudluğu  vətəndaşlıq  almaq  üçün  kifayət  ola  bilərdi.  İrq, 

dərisinin rəngi, etnik mənşə, din, cins, siyasi baxışlar və digər amillərə 

görə ayrı-seçkilik açıq-aşkar və ya qəsdsiz qanunlarda və ya onların 

tətbiqində  baş  verə  bilər.  Qanunları,  onlara  qabaqcadan  müəyyən 

münasibət  bildirən  ifadələr  daxil  olduqda  və  ya  onların  tətbiqi  ayrı-

seçkiliyə gətirib çıxardıqda, ayrı-seçkilik adlandırmaq olar.   

Bu problemdən necə qaçmaq olar:

-    Vətəndaşlığa  dair  ayrı-seçkiliyin  yolverilməzliyi  prinsipinin  konsti-

tusiya və vətəndaşlıq haqqında qanunlara daxil edilməsi və inzibati və 

məhkəmə qərarlarının əsasında bu prinsipin həyata keçirilməsi vacib-

dir.

-  Dövlətlər, həm ölkə daxilində, həm də başqa Dövlətlərlə əməkdaşlıqda, 



hər  bir  uşağın  doğulduqda  vətəndaşlıq  almaq  imkanı  olması  üçün 

bütün  zəruri  tədbirləri  görməlidirlər.  Bu  müddəaya  görə  nikahda  olan 

valideynlərdən  olan  uşaqlar,  nikahdan  kənar  doğulan  uşaqlar,  və 

vətəndaşlığı olmayan valideynlərdən olan uşaqlar vətəndaşlıq almağa 

bərabər hüquqları var.  

-    Ərdə  olan  qadının  vətəndaşlığına  dair  1957-ci  il  Konvensiyası  və 

Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğvinə  dair  1979-

cu  il  Konvensiyası  qadınlara  vətəndaşlığın  alınması,  dəyişdirilməsi 

və  saxlanılması  məsələlərində  kişilərlə  yanaşı  bərabər  hüquqların 



53

verilməsini qarşılarına məqsəd qoyurlar. Bu konvensiyalarda göstərilən 

prinsiplərə əsasən ərin vətəndaşlığı onun arvadının vətəndaşlığını av-

tomatik olaraq dəyişməməli, onu vətəndaşlığı olmayan şəxs etməməli 

və ya onun  vətəndaşlığını qəbul etməyə məcbur etməməlidir.

Vətəndaşlıqdan məhrum etmə və imtina

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi göstərir ki, heç kəs əsassız 

olaraq  vətəndaşlıqdan  məhrum  edilə  bilməz.  1961-ci  il  Konvensiyası 

və  Vətəndaşlıq  haqqında  1997-ci  il Avropa  Konvensiyası  Dövlətlərin 

vətəndaşlıqdan məhrum etmə təşəbbüsünü ciddi şəkildə məhdudlaşdırır. 

Hər  növ  bu  cür  vətəndaşlıqdan  məhrum  etmə  hərtərəfli  prosedur 

zəmanətləri ilə müşayiət edilməli və vətəndaşsızlığa gətirməməlidir

Vətəndaşlıqdan məhrum etmə adətən, Dövlətin ayrı-seçkilik təcrübəsini 

həyata keçirdikdə baş verir. Bundan sonra isə şəxs adətən ölkədən de-

portasiya edilir. 



Bu problemdən necə qaçmaq olar:

-  Beynəlxalq hüququn əsas prinsipi ondan ibarətdir ki, bu cür məhrum 

etmə  vətəndaşsızlığa  gətirdikdə,  heç  kəs  vətəndaşlığından  məhrum 

edilə bilməz.

-  Vətəndaşsızlığın Azaldılmasına dair 1961-ci il Konvensiyası bir neçə 

istisna halları müəyyən edir:

-  vətəndaşlığın yalan məlumatların verilməsi və ya fırıldaq vasitəsilə 

alınması;

-    xaricdə  yaşamağın  nəticəsində  vətəndaşlığın  itirilməsi  (yuxarıda 

bax);


-  Dövlətə sadiq olmaq öhdəliyi ilə uyğun gəlməyən hərəkətlər və ya 

Dövlətin həyati vacib maraqlarına xələl gətirə biləcək şəxsi hərəkətlər və 

digər Dövlətə xidmətlərin göstərilməsinə birbaşa qadağanın pozulması 

(bunlar Konvensiyanın imzalanması anında qanunda göstərildiyi halda) 

və ya;

-    Başqa  Dövlətə  sadiqlik  andı  və  ya  sadiqliyin  başqa  formal  bəyan 



edilməsi və ya müvafiq Dövlətə sadiqlikdən imtina (bunlar Konvensiyanın 

imzalanması anında qanunda göstərildiyi halda).

1961-ci il Konvensiyasına üzv Dövlətlər yuxarıda göstərilən əsaslarla, 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə