Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
66 
Haaqada  fəaliyyət  göstərir.  Haaqa  yaxınlığında  Reisvikdə 
KSQT  laboratoriyası  açılmışdır.  1997-ci  ilin  aprel  ayında  İşti-
rakçı Dövlətlərin ilk Konfransı keçirildi.  
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir 
şəraitdə kimyəvi silahları əldə etməmək və ehtiyatda saxlama-
maq,  istehsal  etməmək,  artırmamaq  barədə  öhdəlik  götürmüş-
lər.  Konvensiyada  həmçinin,  2-10  il  dövr  ərzində  konvensiya 
çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün 
vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər 
vasitələr  istisna  olmaqla,  hərbi  sursatlar  ilə  birlikdə  zəhərli 
kimyəvi  maddələrin  və  onların  məhsullarının  məhv  edilməsi 
nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyə-
vi  maddələr  mənşəyindən  və  ya  istehsalından  asılı  olmayaraq, 
(hansı ki, insanlara və  ya heyvanlara zərər  yetirə bilər) zəhərli 
kimyəvi maddələrə aiddir. Buna görə də bu növ kimyəvi mad-
dələr istehsal edən mülki  istehsal imkanları  konvensiyanın  nə-
zarəti altındadır. 
Bu  ləvazimatların  fəallığının  konvensiyanın  öhdəliklərinə 
uyğunluğunu  yoxlamaq  məqsədilə  konvensiyaya  üzv  olan  hər 
bir  dövlət  öz  ərazisində  olan  bu  ləvazimatları,  eləcə  də  ölkə 
ərazisində  saxlanılan  və  istehsal  edilən  kimyəvi  maddələr  və 
onların  məhsullarını  yoxlama  üçün  təqdim  edir.  Bu  məqsədlə, 
nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar hə-
yata keçirilir. 
 
3.6. Bakterioloji silah 
 
Bakterioloji silah – kütləvi qırğın silahlarının bir növüdür. 
Bu silah – bakterial vasitələrə və onları tətbiq etmək üçün işlə-
dilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji 
silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alı-
nan zəhər- toksinlər təşkil edir. 
Bakterioloji  vasitələrin  insanlara,  heyvanlara  və  bitkilərə 
zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. 


 
67 
Onların hətta çox kiçik dozaları belə, yoluxucu xəstəlik törədə, 
yaxud  insanları  və  heyvanları  zəhərləyə  bilər.  Sağlam  adama 
keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəlik törə-
dən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və 
ya  yoluxmuş  həşaratlar,  gənələr  və  gəmiricilərdə  qala  bilər. 
Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda 
inkubasiya və ya gizli tə'sir dövrünün olmasıdır. 
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top gül-
lələri, raketlər və içərisinə maye,  yaxud quru halda mikrob və 
zəhər  qatışığı  (reseptur)  doldurulmuş  xüsusi  konteynerlər  və 
cihazlar  vasitəsilə  ata  bilər.  Onları  zəhərlənmiş  daşıyıcılar  da 
(həşəratlar, gənələr, gəmiricilər) yaya bilər. 
Bakterioloji silahın tətbiqi nəticəsində şübhəsiz ki, şəhərlər 
və başqa yaşayış məntəqələri, dəmir yolu qovşaqları, limanlar, 
su təchizatı mənbələri, həmçinin kənd təsərrüfatı bitkiləri əkil-
miş tarlalar zədələnə bilər. 
Xəstəliyin  yayılmasının  ən  sadə  üsullarından  biri  havanın 
yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat 
havada duman və  ya tüstüşəkilli aerozol buludu  yaradır. Onun 
zədələyici  təsiri  tətbiq  edilən  xəstəliktörədicidən,  ərazinin  rel-
yefındən, meterioloji şəraitdən və s. asılıdır. 
İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edil-
diyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zə-
dələyici  xüsusiyyətlərini  saxlaya  bildiyi  vaxtdan  asılı  olaraq, 
bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. 
Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduq-
da və ya yoluxmuş- yeyinti məhsullarından və ya sudan istifadə 
edildikdə zədələnmək olar. 
Bakterioloji  silahın  tətbiqi  nəticəsində  bioloji  zədələnmə 
ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, 
orada  bioloji  silahın  tətbiqi  nəticəsində  insan,  heyvan  və  bitki 
tələfatı  olsun  Bioloji  zədələnmə  ocağı  yaranan  yerdə  karantin 
və müşahidə rejimləri tətbiq olunur (şək. 18). 
Yoluxucu  xəstəlik  yayan  həşəratlar  bir  yerdən  başqa  yerə 


 
68 
keçdikləri  üçün  bakterioloji  yoluxmanın  ilk  sərhədləri  də 
genişlənir və deməli,  yoluxucu xəstəliklərin  yayılma təhlükəsi 
artır. 
Profilaktika aparmaq və lazımi tədbirləri görmək üçün bak-
teriloloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhə-
miyyəti  var.  Düşmənin  bakterioloji  silahdan  istifadə  etdiyini 
zahiri  əlamətlərə,  bu  vasitənin  hansı  yoluxucu  xəstəlik  törədə-
cəyini  isə  laboratoriyada  aparılmış  tədqiqatlara  görə  müəyyən 
etmək olar. 
 
 
 
ġək. 18. Bioloji zədələnmə ocağı 
 
Bakterioloji  vasitələri  olan  hərbi  sursat  partladıqda  boğuq 
səs  eşidilir,  ətrafa  iri  qəlpələr  yayılır,  torpaq  və  bitki  üzərinə 
damcılar  və  tozşəkilli  maddələr  çökür.  Bəzən  təyyarələrdən 
müxtəlif  yüklərin-konteynerlərin,  torbaların  (kisələrin),  bağla-
maların atıldığnı da müşahidə etmək olar. Yoluxucu xəstəlikya-
yan həşəratlar tətbiq edildikdə, hərbi sursatların partladığı yer-
də əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat  və  gənə 
toplaşa  bilər.  Düşmənin  bakterioloji  vasitələr  tətbiq  etdiyi  ra-
yonlarda  insanlar  arasında  kütləvi  epidemiya,  həmçinin  mal-
qaranın  qırılması  halları baş  verə  bilər.  Bunun  qarşısını  almaq 


 
69 
üçün observasiya və karantin postları təyin edilir. 
Observasiya  -  epidemiya  ocağında  yoluxucu  xəstəliklərin 
yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcrid-
etmə-məhdudlaşdırma  və  müalicə-profılaktika  tədbirləri  siste-
minə deyilir. 
Tibb  bölmələri  təcili  profılaktika və müalicə tədbirləri  gö-
rür.  Əgər  bütün  əhali  təhlükəli  yoluxucu  xəstəliklə  mübarizə 
aparsa, bu tədbirlərin effektli nəticəsi olar. Həkimin və ya baş-
qa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yer-
lərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabı-
nı,  yorğan-döşəyi,  mebeli  və  s.  dezinfeksiya  etmək  lazımdır. 
Xəstəliyin  qarşısını  alan  profılaktika  peyvəndlərindən  və  dər-
man qəbulundan imtina etməyin. 
Qeyd  olunanlarla  bərabər,  baktarioloji  silah  tətbiq  edilən 
şəraitin ümumilikdə qiymətləndirilməsi vacib sayılır. 
Bakterioloji şəraitin qiymətləndirilməsi. Düşmənin bakte-
rioloji  silah tətbiq  etməsi  nəticəsində  yaranan şəraitə bakterio-
loji  şərait  deyilir.  Bakteroloji  şəraiti  adamların,  heyvanların, 
ərazinin,  təsərrüfat  obyektlərinin  bakterioloji  zəhərlənməsi 
miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin 
mülki  müdafiə  dəstələrinin  xilasetmə  və  digər  təxirəsalınmaz 
işlərinə,  həmçinin  əhalinin  kənd  təsərrüfatı  işlərinin  aparılma-
sında göstərdiyi fəaliyyətinə təsirini müəyyən etmək üçün qiy-
mətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitki-
lərin  və  sairənin  mühafizəsini  vaxtında  təşkil  edən  tədbirləri 
həyata keçirmək üçün də qiymətləndirilir. 
Qeyd  etmək  lazımdır  ki,  bakterioloji  zəhərlənmə  ocağını 
şəhər,  rayon,  respublika  miqyasında  ləğv  edirlər.  Lakin  kənd 
təsərrüfatı  rəhbərləri,  qərargahlar,  dəstələr  bakterioloji  zəhər-
lənmə ocağının ləğvində bilavasitə iştirak edir. 
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aid-
dir:  bakterioloji  zəhərlənmə  rayonunun  sərhədini  təyin  etmək; 
torpaqdan istifadəetmə planına və ya ümumi vəziyyət sxeminə 
zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdir-


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə