Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

 
208 
ona  məsləhət  verib,  yol  göstərib,  “get,  sən  xəmir  idin,  yoğurub 
kökəfason bir şey düzəltmişəm, indi özün necə olacağını müəyyən 
etməlisən” -demişdi.  
Zamanın  hökmü,məişətin  diktəsi    ilə  Mehriban  Zəki  doğma 
“Yuğ”dan tədricən ayrıldıqca ustadın qəlbində umu-küsü yaranır. 
Mehriban  da  ruhu  ilə  bunu  duyurdu,  amma    məişətin  də  diktəsi 
vardı axı. 
“Məişətdən  danışmaq  istəmirəm,  amma  o  problemlər  səni 
idarə  edir,  xüsusən  də  müəyyən  bir  yaşa  çatırsan,  artıq  valideyn-
lərin  səni  deyil,  sən  onları  idarə  etməlisən.  Özünü  də,  onları  da 
saxlamalısan  maddi  cəhətdən,  o  zaman  məişətin  yükündən  azad 
ola bilmirsən, həyat sənə məişətlə hesablaşmağı diktə edir”. 
“İbrus”da  “Arabir  görüşməyə  kişi  axtarıram”,  “Buninin  so-
nuncu  döyüşü”  Mehribanın  ən  uğurlu  tamaşaları  olur.  Tamam 
fərqli teatr, fərqli estetika, yeni cığırlar, yeni qastrollar.  
“Ümumiyyətlə,  o  teatr  çox  balaca  məkanda  idi  və  əvvəldən 
də ikidilli tamaşaçı üçün nəzərdə tutulmuşdu. İlk tamaşalarda biz 
oynayanda  ikidilli  tamaşaçılar  üçün  oynayıqdıq  -bir  dəfə  rus 
dilində, bir dəfə də Azərbaycan dilində. Mən çox vətənpərvər insa-
nam  və  dilimi  də  çox  sevirəm,  inanılmaz  dərəcədə  çox  sevirəm. 
Azərbaycandilli  tamaşaçı  ilə  rusdilli  tamaşaçı  arasında  yerlə  göy 
qədər  fərq  var.  Hətta  rusdilli  tamaşaçı  ilə  Rusiya  tamaşaçısı 
arasında  da  böyük  fərq  gördüm.  Azərbaycan  tamaşaçısından  rus 
tamaşaçısından  aldığın  enerjini,  teli  almırsan.  Bir  dəfə 
Mahaçqalada oynayırıq. “İvan Buninin sonuncu döyüşü” tamaşası 
idi.  Tamaşaçı  da  çox,  iynə  atsan  yerə  düşməz.  Artıq  pilləkənlərin 
üstündə  oturublar.Oranın  da  zalı  təxminən  bizim  Gənc 
Tamaşaçılar  Teatrının  zalı  kimidir,arena  kimi.  Zalda  da 
teatralinsanlar,teatrşünaslar  var.  Əsəri  bilirlər  və  rus  tamaşaçısı 
üçün Bunin dahidir. Buninə baxmağa gəliblər.Ağzımı açdım elə bir 
kəlmə dedim ki, cümləmi tamam etməmiş bir nəfər zaldan qışqırdı 
ki,  eşitmədim  dediyini.  Heç  tərpənmədən,  zərrə  qədər  özümü 
itirmədən, hərçənd, mən tez panikaya düşən insanam, eyni tonla – 


 
209 
çünki  sən  özün  sakit  olmamısan,  otur,  sakitləş,  eşidəcəksən  – 
dedim. Xırp səsləri kəsildi”.  
Mehriban  Zəki  “İbrus”da  da  axtarışda  idi,  dayanmaq,  qane 
olmaq  yoxdur  bu  aktrisanın  təbiətində.  Milli  Akademik  Dram 
Teatrı isə onu dəvət edirdi.  
Yalnız bir tamaşa oynadı o teatrın səhnəsində. Mir Mehdi Se-
yidzadənin  yazdığı  “Füzuli”  tamaşasında.  Məşqlər  boyu  nə  ya-
şadısa, duydusa, tamaşanı yarıda qoymamaq üçün üç premyerada 
oynadı  və  rolunu  da  dublyora  həvalə  edib  o  teatrın  qapısını  öz 
əlləri  ilə  arxasınca  qapatdı.  Məşq  müddətində  Mehriban  Zəki  elə 
bil  dənizdən  qumluğa  düşmüş  balıq  idi,  suya  həsrət,  ölmədən 
dənizinə qovuşacağını gözləyən balıq.  
Bir  dəfə  onunla  müsahibəmin  başlığını  belə  qoymuşdum 
“Uzun, incə bir yolun yolçusu”.  Həmin uzun, incə yoldadır Meh-
riban Zəki - əlində sazı, qəlbində incə duyğuları, boynunda vicdanı 
və  şəxsiyyəti  (bəli  bu  zamanlar  vicdan  və  şəxsiyyət  deyilən  məf-
humlar insanın boynunda olur) yıxıla-dura, dizləri qanaya-qanaya, 
qəlbi ondan da artıq qan verə-verə, aldığı yaralar göynəyə-göynəyə 
bir  yol  gedir.  Paralel  yol  düpbədüzdür,  orda  rahatlıqla  addımla-
maq  olar,  amma  Mehriban  Zəki  kimi  insanlara  o  düz  yollar  çox 
maraqsızdır.  O,  az  qism  yolçular  hamının  gedə  bilmədiyi  yolları 
sevərlər.   
“Gələcəyim  hələ  qabaqdadır,  rollarım  hələ  məni  gözləyir- 
zarafatla bunları deyib üstəlik qəribə bir poza alıb gülümsəyir. Ona 
elə gəlir ki, hansısa pafoslu aktrisanı yamsılayır, təqlid edir, lağlağı 
ilə  deyir  bunları,  amma  mən  bir  tamaşaçı  kimi  həqiqət  qəbul 
edirəm bu sözləri, çünki Mehriban Zəki potensialının bəlkə yarısını 
qoya  bilib  ortaya.  Vaqif  İbrahimoğlunun  qoyduğu  o  cığırla  gedir, 
hələ sərt döngələr qabaqdadır.  
“Tamaşaçını gözəllik və gənclik cəlb edir”-deyir. Mən də ra-
zıyam  ki,  Azərbaycan  ədəbiyyatında  Mehriban  kimi  aktrisaların 
oynaması  üçün  güclü  qadın  obrazlarının  kasadlığı  var,  amma 
ömür də başa çatmayıb axı, mədəniyyətimiz yıxılandan sonra yeni 
bir dövrə - yola çıxıb, ümid ölməz. Kinoda çəkildiyi obrazlar haqda 


 
210 
sual verdim – neçə filmə çəkilmisən, yaxud səncə neçə filmdə var-
san? - soruşdum. Cavabı dərhal aldım – heç neçə. Vikipediyada 20 
filmin adı var.  
Ailə qurmadı Mehriban Zəki, bunun üçün o uzun, incə yolda 
bir  az  ləngimək,  yoldan  sapmaq  lazım  idi.  “İnsan  həmişə  xoşbəxt 
olmaq istəyir. Nə fərqi var, ailə qurub xoşbəxt hiss edirsən özünü, 
yoxsa  subaykən.  Əsas  sevib,  sevilib  xoşbəxt  olmaqdır.  Bəlkə  70 
yaşımda “nə sevgi?” deyəcəm, amma indi belə düşünürəm, sevib-
sevilmək  xoşbəxtlikdir.  İnsan  həyata  tək  gəlir  tək  də  gedir,  nə  gə-
ləndə  kimisə  gətirmir  nə  gedəndə  özü  ilə  kimisə  aparmır.  Sənin 
olan da, olmayan da burda qalır, sən gedirsən, bəlkə izin qala”. 
 


 
211 


 
212 
Q
Q
Q
ə
ə
ə
h
h
h
r
r
r
ə
ə
ə
m
m
m
a
a
a
n
n
n
 
 
 
a
a
a
n
n
n
a
a
a
n
n
n
ı
ı
ı
n
n
n
,
,
,
 
 
 
s
s
s
ə
ə
ə
r
r
r
t
t
t
 
 
 
a
a
a
t
t
t
a
a
a
n
n
n
ı
ı
ı
n
n
n
 
 
 
ö
ö
ö
v
v
v
l
l
l
a
a
a
d
d
d
ı
ı
ı
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə