223
Teatr
Hələ tələbə ikən Rus Dram Teatrında işləməyə başlamışam.
O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu
da mənim həyatım.
Rəsmi surətdə təqaüddəyəm, amma hamı bilir ki, aktyorun
təqaüdə göndərilməsi onun ölümü deməkdir. Ona görə də demək
olar ki,
bütün tamaşalarda varam, oynayıram.
İndi əvvəlkindən çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox
işləyirdik, işimizin müqabilində qəpik-quruş alırdıq, amma gələ-
cəyə kommunizmə inanırdıq. Fəxri ad, orden, medal verirdilər,
amma dolanışıq yox idi. Bizi Sovet dövlətimiz istismar edirdi. İndi
heç olmasa çəkilişlərə görə o vaxt olduğundan çox qonorar alırıq.
Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, am-
ma Allaha şükür prezident təqaüdü alırıq.
Fəxr etdiyim bir məqam
var ki, yaxşı təhsilli, öz intellektini yüksəltməyə çalışan gənclik
yetişməkdədir. Dünya miqyaslı tədbirlər bizdə keçirilir, bu da
gözəl haldır. Bir birinin ardınca teatrlar təmir olunur. Azərbaycan
çox inkişaf edir. Hayıf ki, bizim həyatımızın çox uzun bir hissəsi
keçid dövrünə düşdü. Bu keçid dövründə mədəniyyətimiz çox
itirdi. Nəsillər arasındakı ardıcıllıq itdi. Böyük bir nəsil kadrları
itirdik. Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki ara böyük
oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir.
Şəxsi həyatı
Həm Almaniyada, həm də Bakıda yaşayıram. Ailəm ordadır,
mən Bakısız qala bilmirəm, 10 gün sonra havam çatmır, qayıdıram
Bakıya. Bakı üçün necə darıxıramsa özümə yer tapa bilmirəm.
Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah et-
mək olmur – vətəndir vəssalam. Gəlirəm məzarlığa gedirəm, əziz-
lərimi ziyarət edirəm. Atalığım rəhmətə gedəndə ona layiq məzar-
üstü düzəltdirə bilməmişdim. Mənimki belə gətirib ki, atam da
224
olub, atalığım da. O, böyük elm adamı idi, bu il ona layiq məzar-
üstü düzəltdirdim, bir az rahatladım. Hiss edirəm ki, bizdən sonra
gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq,
təəssüf
ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyük-
lərin məzarı ziyarətgahdır. Gəlirəm, hökmən onları ziyarət edirəm.
Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə
çəkirəm, çünki bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusu-
dur.
Arvadım, qızım, bir oğlan nəvəm var. Ailəm mənim hər şe-
yimdir. Onlardan danışmaq istəmirəm, gözə gələcəklərindən qor-
xuram. Onlar üçün yaşayıram, Allahdan sağlamlıq istəyirəm ki,
onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsinlər.
Qızım xoreoqrafiya məktəbini bitirib, sonra da Xarici Dillər
Universitetində təhsil alıb.
Demək olar ki, dörd dil bilir.
90-cı illərin əvvəli idi, xaos hökm sürürdü. Mən maşınımı
saxlayıb teatra girmək istəyirdim, bir-neçə nəfər əllərində zəncir
kəsdilər qarşımı ki, bizi Bayıla apar. Dedim ki, uşaqlar bağışlayın,
mənim məşqim başlayıb, axşam tamaşam var. Girdim teatra bir də
gördüm arxadan dəhşətli səslər gəlir, çönüb gördüm ki, maşınımı
salıblar dəmir, ağac, nə bilim əllərinə nə gəldi onun altına. Maşın-
dan əsər-əlamət qalmadı, qayıtdım geri, məni aldılar mühasirəyə
təhqiramiz ifadələr işlətdilər. Həmin məqamda əlimdə avtomat
olsa biçərdim onları, çünki çox təhqir olunmuşdum, alçaldılmışdım.
İllər keçdi, mən “Sovetski”də böyümüşəm, dostlara bu məsələni
danışdım, onları çox sərt cəzalandırdılar.
Həmin illər “Azadlıq” radiosundan Mirzə Xəzər mənə təklif
elədi ki, gəl, burda səni də, ailəni də işlə, evlə təmin edirik qal.
Dedi ki, çox az qalıb, Sovetlər Birliyi dağılmaq üzrədir, səni burda
məcburi köçkün kimi sənədləşdirək, bir dənə o sözə görə get-
mədim. Mən bakılı, azərbaycanlı kimi bunu edə bilməzdim. Ailə-
min isə təhlükəsizliyi üçün onları göndərdim. Həqiqətən də çox
keçmədi Sovetlər Birliyi dağıldı, o vaxt bu heç ağla gəlməzdi. Mən
elə bir ömür yaşamışam ki, heç kimi alçaltmamışam, satqın olma-