14
Şəkil 4. Böyrəyin funksional vahidi – nefronun quruluşu.
Toplayıcı borular böyrəyin qabıq maddəsində birləşir və daha böyük
xaricedici axacaqlara çevrilir. Axacaqlar böyrəyin beyin maddəsindən
keçərək onun ləyənlərinin boşluğuna açılırlar. Yumaqcıq kapsulasının
diametri təxminən 0,2 mm, kanalcıqların ümumi uzunluğu isə (hər bir
nefronun ayrılıqda) 35-50 mm çatır.
Böyrək kanalcıqlarının quruluş və fəaliyyətini öyrənmək üçün onları
seqmentlərə bölürlər:
1) nefronun proksimal seqmenti – bunun tərkibinə proksimal
kanalcığın qıvrım və düz hissələri aid edilir;
Yukstaqlomerul-
yar apparat
Proksimal kanalcıq
Efferent arteriola
Afferent arteriola
Boumen kapsulu
Yumaqcıq
Distal kanalcıq Toplayıcı borucuk
Arteriola
Venula
Peritubulyar
kapilyarlar
Henli
ilgəyi
Qabıq maddə
Beyin maddə
Son sidik
böyrək
ləyəninə axır
15
2) nefron ilgəyinin nazik şöbəsi – bura Henli ilgəyinin enən və qalxan
hissələri aiddir.
3) nefronun distal seqmenti – bu şöbə nefron ilgəyinin qalxan yoğun
hissəsindən, distal qıvrım kanalcıqlar və birləşdirici borulardan
ibarətdir.
Nefron kanalcıqları toplayıcı borulara birləşmişdir. Borular
embriogenez dövründə sərbəst inkişaf edir, amma funksional cəhətdən
distal seqmentlərə yaxındırlar (şəkil 4).
Böyrəklərdə bir neçə növ nefronlar vardır: superfisial (səthi
nefronlar), intrakortikal və yukstamedulyar. Bunlar bir-birindən yerləş-
mələrinə,
yumaqcıqların
böyüklüyünə
(yukstamedulyar
nefronlar
superfistal nefronlardan böyükdür), yumaqcıqların və proksimal
kanalcıqların böyrəyin qabıq maddəsində yerləşmə dərinliyinə və
nefronların ayrı-ayrı şöbələrinin uzunluğuna, xüsusən nefron ilgəyinin
uzunluğuna görə fərqlənirlər. Superfisial nefronların Henli ilgəyi qısa,
yukstamedulyar nefronların isə uzun olur.
Böyrəklərin qan təzyiqi – insanın bədən çəkisinin yalnız 0,43%-ni
təşkil edən böyrəklərin hər ikisindən adi şəraitdə (sağlam adamlarda)
ürəkdən qovulan qanın 1/4-dən 1/5-nə qədəri keçir. Böyrəyin qabıq
maddəsində 1 q toxumadan axan qanın həcmi 4-5 ml/dəqiqə təşkil edir. Bu
orqanizmimizdə ən yüksək qan təchizatına malik olan toxumalardan biridir.
Böyrək yumaqcığı və onun qan təhcizatının elektron mikroskopik görünüşü
şəkil 5-də aydın göstərilir.
Böyrəyin qan təchizatının xüsusiyyətlərindən biri də odur ki,
orqanizmdə geniş diapazonda dəyişən arterial təzyiqin olmasına ( 90 mm
c.s.- 190 mm c.s. qədər) baxmayaraq, böyrəklərin qan təchizatı sabit qalır.
Bu hal böyrək qan təchizatının xüsusi tənzim sisteminin olması ilə bağlıdır.
Qısa böyrək arteriyaları qarın aortasından ayrılır və sonra böyrəkdə daha
kiçik qan damarlarına bölünürlər.
16
Şəkil 5. Böyrək yumaqcıqlarının elektron mikroskopik təsviri
Böyrək yumaqcığına gətirici (afferent) arteriya daxil olur və burada
kapillyarlara paylanır. Sonra kapillyarlar birləşərək aparıcı (efferent)
arteriolanı yaradırlar. Bu damarla qan yumaqcıqdan xaric olur.
Yumaqcıqlardan çıxan efferent arteriola yenidən kapillyarlara bölünərək
proksimal və distal qıvrım kanalcıqlar ətrafında sıx kapillyar tor yaradır.
Beləliklə, qanın çox hissəsi böyrəklərdə iki dəfə kapillyarlardan–
başlanğıcda
yumaqcıq,
sonra
kanalcıq
kapillyarlarından
keçir.
Yukstamedulyar nefronların qan təchizatında fərqləndirici hal odur ki,
burada efferent arteriola kanalcıq ətrafında kapillyar tor yaratmır, birbaşa
damarlar vasitəsi ilə qan beyin maddəsinə daşınır.
Yukstamedulyar kompleks – bu törəmə morfoloji quruluşuna görə
üçbucaqlıya bənzəyir. Üçbucağın iki tərəfini afferent və efferent
arteriolalar, əsasını isə bərk ləkə (makula densa) adlanan distal
kanalcıqların hüceyrələri təşkil edir (şəkil 6)
17
Şəkil 6. Yukstaqlomerulyar aparatın quruluşu.
Sidik yaranma prosesi:
Müasir təsəvvürlərə əsasən son sidik 3 prosesin nəticəsində yaranır:
– süzülmə (filtrasiya);
– geriyə sorulma (reabsorbsiya);
– sekresiya;
Sidiyin yaranmasının birinci mərhələsi böyrək yumaqcıqlarında
başlayır. Burada qanın plazmasından böyrək yumaqcığı kapsulasına
(Şumlyanski-Boumen kapsulası) zülalsız maye (ilk sidik) süzülür.
Distal
kanalcıq
Yukstaqlo-
merulyar
hüceyrələr
Afferent ar.
Efferent arteriya.
18
Sonra bu maye kanalcıqlarla hərəkət edirkən su və həll olunmuş
maddələr müxtəlif sürətlə geriyə sorulur (kanalcıq reabsorbsiyası).
Üçüncü proses – kanalcıq sekresiyasıdır. Nefronun epitel hüceyrələri
qandan və hüceyrəarası mayedən bəzi maddələri kanalcıqların mənfəzinə
keçirir. Kanalcıq sekresiyasının digər yolu kanalcıq mənfəzinə nefron
hüceyrələrində sintez olunan yeni üzvi maddələrin, o cümlədən, NH4
+
və
H
+
keçməsindən ibarətdir. Bu proseslərin hər birinin sürəti orqanizmin
vəziyyətindən asılı olaraq dəyişir.
Yumaqcıq (qlomerulyar) filtrasiyası:
Plazmanın suyu və kiçik molekullu komponentləri yumaqcıq
süzgəcindən (bu süzgəc yüksək molekulyar maddələri az keçirir) keçirlər.
Bu proses yumaqcıq kapillyarlarındakı qanın hidrostatik təzyiqi (insanlarda
70 mm c.s.) ilə qan plazması zülalının yaratdığı onkotik təzyiqin (30 mm
c.s.) və yumaqcıq kapsulasından qan plazmasının ultrafiltrasiyasının təzyiqi
(20 mm c.s.) arasındakı fərqin nəticəsidir [yəni, 70-(30+20)]. Aydın olur ki,
yumaqcıq kapillyarlarındakı qan təzyiqi plazma zülalının onkotik və
yumaqcıq kapsulasındakı mayenin təzyiq cəmindən yüksək olduqda
filtrasiya mümkün ola bilər.
Yumaqcıq kapillyarlarının ümumi səthi böyrəklərin 100 q çəkisinə
1,5m² təşkil edir. Kapillyar mənfəzindən kapsula boşluğuna süzülən
mayenin qarşısında duran filtrasiyaedici membran 3 qatdan ibarətdir:
endotel hüceyrələri, bazal membran və epitel hüceyrələri. Endotel
hüceyrələri çox nazikdir və onlarda dairəvi və oval deşiklər vardır – bu
deşiklər hüceyrə səthinin 30%-ni təşkil edir.
Normal qan axını şəraitində nisbətən böyük zülal molekulları
endotelin məsamələri səthində baryer qatı yaradaraq formalı elementlərin
və kiçik dispersli zülalların keçməsinə mane olur. Plazmanın qalan
komponentləri və su sərbəst olaraq bazal membrana çatır. Bazal membran
yumaqcıq membranının çox vacib tərkib hissəsidir. İnsanlarda bu membran
3 qatdan ibarətdir – mərkəzi və iki periferik qatlar. Bazal membranın
Dostları ilə paylaş: |