L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

 
193 
hiponatriemiya,  hipokaliemiya  ilə  yanaşı sidiyin xüsusi  çəkisinin  azalması 
qeyd edilir.   
Oliqoanurik  mərhələnin  xoşgedişi  zamanı  3-cü  mərhələ  -  diurezin 
bərpası və ya poliuriya mərhələsi inkişaf edir.  
3.  Poliuriya    mərhələsi  –  diuretik    bərpa  mərhələsi  və  ya  poliurik  
mərhələ.  Diurez  bərpa  olunur.  Azotemiya  azalır.  KBÇ  –  nın  bütün 
simptomları keçir. Bu mərhələdə hipokalemiya əmələ gələ bilər (poliuriyaya 
görə). Hipokaliemiyaya qarşısını almaq lazımdır. Bu mərhələ 1-2 ay çəkir. 
4. Sağalma  mərhələsi – böyrək  funksiyalarının  bərpası  bir  il  (6-12 
ay) çəkir,  buna  görə,  KBÇ  keçirmiş  uşaqlar  1  il   müddətinə  dispanser  
qeydiyyatına  götürülürlər,  çünki  istənilən  respirator  infeksiya  xəstəliyin  
kəskinləşməsinə  və böyrək çatmamazlığına  səbəb  ola  bilər.  
        Ağırlaşmalar
Sepsisin 
inkişafı, 
beyin 
ödemi 
– 
böyrək 
ensefalopatiyası,  ürək-damar  çatmamazlığı  ağciyər  ödeminə  qədər  və 
pielonefrit inkişaf edə bilər. Ölüm 40-70% hallarda ola bilər. 
        Müalicə. KBÇ  müalicəsi  aşağıdakı  istiqamətlərə  yönəldilməlidir: 
1) KBÇ-nı  əmələ  gətirən  səbəblərə. 
2) Pozulmuş  homeostazı  bərpa  etməyə. 
3) Ağırlaşmaların qarşısını almağa. 
Aşağıdakı hallarda konservativ müalicəyə başlamadan təcili olaraq 
dializ müalicəsi təyin edilir: 
  qabarıq hiperkatobolizm zamanı (qanda sidik  cövhərinin 15-20 mq/sut 
dan  çox  artması,  yüksələn  hiperkaliemiya,  metabolik  asidozla 
birlikdə);
 
  ağır  hüceyrədaxili  hiperhidratasiya  zamanı  (ağciyər,  beyin  ödemi 
təhlükəsi);
 
  tam renal anuriya zamanı;
 
  KBÇ-nın  geriyə  dönməyən  gedişi  zamanı  (bilateral  kortikal  nekroz, 
hemolitikouremik sindrom, bədxassəli hipertoniya).  
 


 
194 
1.  Əgər  KBÇ  daşla  tutulma  nəticəsində  əmələ  gələrsə  və  obstruksiya 
varsa,  kateterizasiya  aparılır.  Ağır  duzlarla  zəhərlənmədə  mütləq  antidot 
yeridilməlidir.  Sulfanilamid  preparatlarının  katerizasiyası  və  bikarbonatlar 
yeridilir. 
2. Homeostazın  bərpası. Su-duz mübadiləsinin bərpası. İçilən maye və 
xaric  olan  sidik    nəzarətdə    olmalıdır.  Çıxarılan  maye  qədər  orqanizmə 
infuzat  yeridilir.  Heç  bir  infuzion  terapiya  diurez  alınanadək  aparılmır. 
Sidik  qovucu  kimi  Furosemid  istifadə  edilir.  Əgər  diurez  alınmasa,  onda 
süni  yolla  ishal  törədilir.  Sorbit  içizdirilir  (50,0-100,0  Sorbit  +  50,0-100,0 
su),  maye  bağırsaqla  çıxarılır.  Diurez  alınmasa,  xəstə  2-4  sutkadan  sonra 
xəstə  ölə  bilər.  Belə  hallarda    mütləq  hemodializ  lazımdır.    Bu  dövrdə  ən 
çox ölüm olur. Diurez başlanan kimi infuzion terapiya başlanır: saluretiklər 
və  osmodiuretiklər,  hemodez,  qlukoza-duz  məhlulları  lazikslə  birlikdə 
yeridilir.  
Ümumiyyətlə,  etiotrop  müalicə  zamanı  diferensial  yanaşma  ilə 
aparılmalıdır.  Yəni,  heç  vaxt  zədələnməmiş  böyrəklər  fonunda  yaranan 
kəskin  böyrək  çatmamazlığı  ilə  uzun  sürən  böyrək  xəstəlikləri  fonunda 
yaranan çatmamazlığı (KBÇ ilə XBÇ) ayırd etmək lazımdır.  
Dinamikada  rentgen-radioizotop  və  exoqrafiya  müayinəsindən  istifadə 
edilir. Uroqrafik müayinə aparılmadan aparıcı  etioloji faktor olan anuriyanı 
aşkar  etmək  olmur.  Bu  variantda  sidikaxarlarının  kateterizasiyası  müalicə 
problemini həll etmiş olur.  
KBÇ-nın  terapiyasında  əsas  problemi  travma  və  yanıqlar  zamanı 
aparılan  cərrahi  əməliyyatlar  fonunda  yaranan  böyrək  çatmamazlığı  təşkil 
edir.  Belə  hallarda  vaxtında  və  təcili  şokəleyhinə  tədbirlərin  həyata 
keçirilməsi xəstənin həyatını xilas edir. 
Sulfanilamidlərin böyük dozalarının qəbulu nəticəsində yaranan anuriya 
zamanı 2-4%-li natri hidrokarbonat məhlulunun yeridilməsindən əlavə, sidik 
axarlarının kateterizasiyası aparılır.  


 
195 
Kəskin 
hemoliz 
ilə 
əlaqədar 
əmələ 
gələn 
KBÇ 
zamanı 
qlükokortikoidlərin  təyini  məsləhətdir  ki,  bu  da  antitellərin  yaranmasının 
qarşısını alır.  
Kəskin qlomerulonefrit fonunda yaranan KBÇ-ı ilk növbədə filtrasiyanı 
yaxşılaşdıran  tədbirlərin,  AT-in  aşağı  salınması  və  mikrosirkulyasiyanı 
yaxşılaşdırmaq  yolu  ilə  həyata  keçirilməsini  tələb  edir.  Bu  məqsədlə, 
yuxarıda  da  qeyd  edildiyi  kimi  hipotenziv  preparatlar  və  diuretiklərdən, 
paralel olaraq antikoaqulyant və antiaqreqantlardan istifadə edilir.  
Oliqoanurik mərhələdə orqanizmə per os və venadaxili yolla köçürülən 
mayenin  miqdarı  xaric  olan  mayenin  həcminə  müvafiq  olmalıdır.  Su 
balansının  təyini  zamanı  suyun  endogen  yolla  da  əmələ  gəlməsini  nəzərə 
almaq  lazımdır.  Hüceyrəxarici  dehidratasiya  zamanı  Ringer  məhlulu, 
qlükoza və NaCl-un izotonik məhlulu, hiperhidratasiya zamanı isə 20-40%-
li qlükoza məh. yeridilir.  
Azotemiyanı  azaltmaq  məqsədi  ilə  qida  ilə  orqanizmə  daxil  olan 
zülalları  miqdarı  azaldılır,  lakin  bu  zaman  qidanın  kaloriliyinə  fikir 
verilməlidir.  Bu  problemi  qida  rasionunda  karbohidratları  və  yağları 
çoxaltmaqla həll etmək olar.  
Eyni  zamanda  intoksikasiya  ilə  mübarizə  aparılır:  lespenefril  damcı 
şəklində  100-500  gündə  2  dəfə  verilir,  və  ya  Xofitol  ampula  5,0  şəkilində 
venaya vurulur və  eyni zamanda tablet  şəklində yaşına görə per os verilir, 
azotemiya azalana qədər bu preparatlar təyin edilir. Kəskin dövrdə Curantyl 
və Trental venaya yeridilir. 
Hiperkaliemiya  ilə  mübarizə  aparılır  (ürək  blokadası  verə  bilər). 
Kalini  toxumalara  yenidən  bölmək  ücün  Sol.  Glucosi  20-40-%-li  vurulur. 
Qlükoza  kalini  birləşdirir və qlikogenə  çevirir.  Kalinin  antaqonisti  kalsidir. 
Qlukonat  kalsi  0,5-1,0  ml  10%-li  hər  yaşa  vurulur.  Hiponatremiya  ilə 
mübarizə,  əgər  natri  az  azalıbsa  xüsusi  mübarizə  aparılmır.  Əgər 
hiponatremik  sindrom  əmələ  gəlsə  onda  venaya  5-10%-li  NaCl  yeridilir. 
Hipokalsemiyada, hipermagniemyada, hiperfosforemiyada da kalsi yeridilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə