11
7. Dünya təsərrüfatının ayrı-ayrı elementləri arasındakı münasibətlər
səviyyələri təşkil edir. Dövlətlər arasındakı münasibətlər beynəlxalq
qaydalar və normalarla tənzimlənən beynəlxalq səviyyədir. Milli
sərhədlərdən kənara çıxan axınların münasibətləri transmilli səviyyəni -
daxili informasiya sistemləri olan firmaların və qrupların fəaliyyət dairəsini
təşkil edir. Bu səviyyə get-gedə müstəqilləşir və onun tənzimlənməsi
çətinləşir. Transmilli səviyyəyə həmçinin qeyri-formal fəaliyyət şəbəkəsi:
narkotiklərlə və silahla ticarət, gizli miqrasiya da - daxildir.
Dünya təsərrüfatı sisteminin ibarət olduğu elementlərin əksəriyyəti
orada eyni vaxtda fəaliyyət göstərir. Güc mərkəzləri arasında toqquşmalar,
razılaşmalar, birləşmələr mövcuddur. Öz strategiyasını bütün dünyada və ya
ayrı-ayrı bölgələrdə yayan oliqopoliya əlamətləri meydana çıxır.
8. Bir sistem kimi, dünya iqtisadiyyatı dövlətlər, iqtisadi birliklər,
hüquqi və fiziki şəxslər arasındakı münasibətləri tənzimləyən beynəlxalq
ümumi və xüsusi hüquq normalarına əsaslanan qaydalar olmadan inkişaf edə
bilməz. Müəyyən olunmuş konvensiya normalarına və adi normalara riayət
olunması dövlətlərin özü və beynəlxalq hüquqa nəzarətin kollektiv formaları
ilə məşğul olan müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təmin edilir. Bu qay-
dalar dünyanın məhsuldar qüvvələrinin və ayrı-ayrı altsistemlərin inkişafının
tələblərinə uyğun olaraq dürüstləşdirilir və yenidən nəzərdən keçirilir.
1.2. Dünya təsərrüfatının subyektləri
Dünya təsərrüfatında məqsədyönlü sahibkarlıq fəaliyyəti istehsal
amillərinin vəziyyətini və inkişafını, habelə onların birləşmə üsullarını
müəyyən edən subyektlər tərəfindən həyata keçirilir.
Dünya təsərrüfatının subyektlərinə lazımi kapitala sahib olan,
beynəlxalq sahibkarlıq məkanında istehsal fəaliyyətini təşkil etməyi bacaran,
müəyyən beynəlxalq hüquqlara və vəzifələrə yiyələnən təsərrüfat vahidləri
aiddir.
Bu cür əsas təsərrüfat subyektləri sırasına ayrı-ayrı dövlətlər, TMK,
regional təsərrüfat inteqrasiyası birlikləri, beynəlxalq iqtisadi təşkilatlar
daxildir.
_____________________________________________________
Dövlət dünya təsərrüfatının əsas subyektidir
Dövlət cəmiyyətin siyasi və iqtisadi təşkilinin forması olmaqla,
hakim sinfin, əhalinin müəyyən qruplarının maraqlarını əks etdirir. Hakim
sinif, yaxud qruplar öz maraqlarını dövlətin məqsədlərinə çevirir. Dövlət və
təsərrüfat fəaliyyətlərinin qarşılıqlı təsiri bu əsasda baş verir. Bu isə, iqtisadi
subyektlərin müəyyən siyasi vəhdət əsasında birləşməsini nəzərdə tutur.
12
Hakimiyyət aparatı olmaqla, dövlət nəinki cəmiyyət üzərində durur, həm də
onun maraqlarını təmsil edir və bu ona müəyyən müstəqillik verir.
Dövlətin inkişafı milli təsərrüfatla sıx əlaqədardır. Milli iqtisadiyyat
adətən şaxələnmiş, tarazlanmış kompleks olduğuna görə, dövlət təsərrüfatın
nisbətlərini qorumalı, struktur yaradan istehsalları saxlamalı və yenidən
qurmalı, onların dağıdıcı xarici təsirdən mühafizəsini təmin etməli,
iqtisadiyyatın strukturunun təkmilləşməsinə və onun səmərəliliyinin
yüksəlməsinə yardım göstərməlidir.
Dövlətin iqtisadiyyatdakı rolu ilk növbədə şirkətlər üçün ölkə daxi-
lində və xaricdə təminatlı bazarların yaradılması, kapital yığımında, daxili
və xarici iqtisadi əlaqələrin ümummilli maraqlar baxımından tənzimlənmə-
sində, bilavasitə ÜDM-in yaradılmasında iştirakı ilə ifadə olunur. Bu
məqsədlər əsasən milli gəlirin dövlət maliyyəsi vasitəsi ilə bölgüsü nəticə-
sində əldə edilir.
Dövlət tərəfindən toplanılan maliyyə vəsaitlərinin artımı uzun
müddət ərzində baş vermişdir. İnkişaf etmiş 14 ölkə üzrə məlumatlar
hökumətin xərclərinin 1870-ci ildəki 8,35%-dən 1996-cı ildəki 47%-dək
artdığını nümayiş etdirir. 1980-1990-cı illər ərzində inkişaf etmiş ölkələrdə
cari daxilolmaların norması ÜDM-in 34%-dən 37,5%-dək, inkişaf etməkdə
olan ölkələrdə isə 25%-dək artmışdır. ÇXR və Şərqi Avropa ölkələri istisna
edilməklə, demək olar ki, heç bir yerdə dövlətin yenidən bölgü prosesində
oynadığı rolda nəzərəçarpan dəyişikliklər baş verməmişdir.
Dövlətin topladığı maliyyə vəsaitləri əsasən dövlət tərəfindən təmin
olunan işçi qüvvəsinin hazırlığına imkan verirdi. Təkcə 1980-1990-cı illərdə
MDM-də təhsil xərcləri 3,9%-dən 4,8%-dək artmış, səhiyyə xərcləri isə
5,6%, o cümlədən inkişaf etmiş ölkələrin məcmu ÜDM-in 6,3%-ni təşkil
etmişdir.
Ölkələrin bir çoxunda dövlət əhalinin sosial təminatına görə məsuliy-
yət daşıyır. Dövlətlər əhaliyə sosial xidmətlərin göstərilməsi üçün ÜDM-in
20%-nə yaxın (inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 5%-nə yaxın) vəsait
ayırırlar.
Dövlət sahibkarlıq fəaliyyətinin aktiv iştirakçısıdır. O, malları və
xidmətləri almaqla tələbat yaradır, kapital qoyuluşlarını həyata keçirir,
subsidiyalar verir. Uzun müddət ərzində şəxsi istehlakın payının azalması,
dövlətin istehlak payının isə artması baş vermişdir. İndi inkişaf etmiş
ölkələrdə şəxsi istehlak 1820-ci ildə ÜDM-in təqribən 85%-ni təşkil
edirdisə, ötən əsrin başlanğıcında təqribən 60%-i həcmində olmuşdur. Ötən
əsrin axırıncı 25 ili ərzində isə şəxsi istehlakın payı artmışdır. Son illərdə
dövlətin istehlak payı 20%-dən çox deyil (cədvəl 1.1). Dövlətin istehlak
payının ən yüksək göstəriciləri gəlir səviyyəsi yüksək olan və ən yoxsul
ölkələrdə müşahidə edilir.