M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
oyuncaqlar  almağı  təklif edib.  Kömək  məqsədilə  badəni  hər iki 
formada,  (dairə  və  oval  formasında)  olan  oyuncaq  təsvirlərdən 
oval formalı oyuncağın təsviri  seçilməlidir.  Hər uşağa bir təsvir 
seçmək təklif olunur.  Təsviri  düzgün  seçən  uşaq  (oyuncaq  ayı) 
tərəfindən mükafatlandırılır.
§4.  Məktəbə lıa/.ırlıq  qrupunda  rəsin fəaliyyəti
Rəsmin  xarakteri.
5  yaşlı  uşağın  rəsmi  daha  aydın  və  dərkctdirici  olur.  Təs­
virdə  verilmiş  bədii  tərtibat,  kompozisiya  qurumu,  forma,  rəng 
uyğunluğu,  xarakterik  cizgilər tərbiyəçi  tərəfindən  istiqamətlən­
dirilməklə verilə bilər.  Kollektiv iş prosesində  görüləcək  iş haq­
qında  hər  uşağın  fikri  dinlənilir  və  iş  aralarında  bölüşdürülür. 
Özünə  nəzarət  artdığından  uşaq  buraxılan səhvi  görərək  düzəlt­
məyə  çalışır.  Uşaqlarda sərbəstliyin  inkişaf etdirilməsi daha çox 
iş prosesində  əldə  edilən təcrübə  sayəsində  öz  düşüncə və  fikir­
lərinin  ifadə tərzi sayəsində baş  verir.  Getdikcə yaradıcı qabiliy­
yət üzə çıxır, bədii zövq  inkişaf edir.
Naxış  üzrə  rəsm  məşğələləri  daha  səliqəli  və  zövqlü  icra 
edilir.  Bu yaş qrupunun uşaqları  məhdud sahə daxilində naxışla­
rı  forma  və  rəngə  uyğun  düzgün  seçməyi  və  yerləşdirməyi  mə­
nimsəyərək naxışlardan düzgün kompozisiya qurmağa çalışırlar.
Süjet üzrə rəsm  işləri daha ifadəli  və dolğun  olur.  Əşyanın 
təsvirində  daha  xarakterik  cizgilərin  verilməsinə  nail  olurlar. 
Müşahidə qabiliyyəti  genişləndiyindən məşğələdən əvvəl mövzu 
üzrə müşahidə və təhlil keçirilir.  Məşğələ prosesində  işin sərbəst 
icrasında  öncədən  aparılan  təhlilin  höyük  əhəmiyyəti  vardır. 
Mövzu  üzrə  təhlil  əhatəli  və  səviyyəli  aparılarsa  iş  prosesində 
uşaq  daha  sərbəst  olar,  məşğələ  yaradıcı  şəraitdə  keçər.  Məşğə­
lələrdə  tərbiyəçi  uşaqların etdiyi  xırda  əlavələrə  nəzarət  edərək, 
lazım  gəldikdə  müəyyən  düzəliş  və  məsləhətlər  verərək  onları 
yaradıcılığa istiqamətləndirir.  Uşaqlar öz  arzu və  istəklərini,  dü­
şüncələrini təsvir etməyə çalışırlar.
72


Təsvın sənət və onun tədrisi metodikası
Təsvir  texnikasında  aldıqları  hilik  bacarıqlara  nisbətən 
təsvirin səviyyəsi və keyfiyyəti daha yüksək olur.
Rəsmin təliııı məsələsi. Bir neçə təsviri bir mövzuda vermə­
yə  çalışırlar.  Təsvirdə  əşyanın  fərdi  xarakter  və  xüsusiyyətlərini 
verməyə səy göstərirlər. Xırda hissələrin təsviri mənimsədilir.  Tər­
biyəçi çalışmalıdır ki. müşahidə zamanı uşaq təsviri anlasın.
1 'saqlarda təşkilatçılıq xüsusiyyəti  və əmək vərdişləri inki­
şaf edir (özünə xidmət və növbətçilik).
Əşyanın  təsvirində  ümumidən  xüsusiyə,  xarakterik əla­
mətin  verilməsinə  diqqət  yetirilir.  Əşyanın  düzgün  təsvirində 
hissə  münasibətlərinin  düzgün  verilməsinə;  əsas  hissəsini  əlavə 
hissədən  ayırmaq,  düzgün təsvir ardıcıllığını, xarakterik cizgiləri 
vermə  bacarığını  mənimsətmək  əsas  təlim  məsələsi  kimi  qoyu­
lur.  Hüııdür-alçaq,  “böyük-kiçik”,  “ağaclar-evlər”;  eııli-ensiz, 
“körpü”,  “yol”,  “darvaza”  çəkməklə  hissə  münasibətini  düzgün 
verməyə  çalışırlar.  Mövzudan  asılı  olaraq təsviri  yandan,  duruş, 
oturmuş, əyilmiş vəziyyətlərdə çəkməyə çalışırlar.
Rəng  anlayışında  tərbiyəçi  uşaqlara spektral  (qırmızı,  yaşıl, 
san,  göy. nanneı. bənövşəyi, qəhvəyi), neytral (ağ. qara boz) rəng­
dən  açıq,  tünd,  (ağ  rəng  əlavə  etməklə)  rənglər  almaq  mənim­
sədilir. Uşaqlar  olvaıı. şux. sönük rəng çalarları alaraq rəsm edirlər.
Məktəbəhazırlıq  qrupunun  uşaqlarında  müşahidəyə  maraq 
artdığından  bu  qrupun  uşaqlan  təbiət  hadisələrini  müşahidiə  edir, 
gözəlliyi  görür,  sevinir  və  estetik  zövq  alır.  Daha  çox  əmək, 
əyləncə  və  bayram  təsvirli  rəsmlər  edirlər.  Bu  qrupda  tərbiyəçi 
uşaqdakı fərdi qabiliyyəti və fitri istedadı üzə çıxarmağa çalışır.
Əşyanın  düzgün  təsvirinə  nail  olmaq  üçün  hissələri  aydın 
seçilən  əşyalardan  istifadə  edilir.  Uşaqlar  naturadan  rəsm  məş­
ğələlərində  təsviri  hər  tərəfdən  görmə  imkanı  əldə  edirlər.  Ar­
dınca tərbiyəçi göz yaddaşına görə rəsm  işi təklif edir.  Əşya mü­
şahidə  edildikdən  sonra  götürülür  və  uşaq  göz  yaddaşına  görə 
düşünərək rəsm edir.
Naxış  tərtibində  məhdud sahə  daxilində  həndəsi  formalar­
dan  və  nəbati  naxışlardan  kompozisiya  qurmaq  mənimsədilir.
73


Təsvın sənət və onun tədrisi metodikası
Ardınca milli  naxış  elementləri  və milli sərvətimizi  (neft  buruq- 
lan),  milli  məşğuliyyətimizi  (pambıqçılıq,  üzümçülük,  atçılıq 
və  s.) əks  etdirən  naxış  elementlərindən  ibarət  kompozisiya  qur­
maq  mənimsədilir.  Məhdud  sahə  daxilində  (kvadrat,  düzbucaq 
və s.)  “qoç buynuzu”, “buta”  və digər  milli  naxış  elementlərin­
dən kompozisiya qurmaq mənimsədilir.
Rəngləri  və çalarları  uşaq sərbəst  seçsə  də rəng uyğunluq­
larının düzgün verilməsinə, naxış elementlərinin yerləşdirilməsi- 
nə tərbiyəçi nəzarəti olmalıdır.  Rəng duyumunu inkişaf etdirmək 
məqsədi ilə tərbiyəçi uşağa boş vaxtında rəngsiz şəkilləri rənglə­
məyi təklil'edə bilər.
Məşğələnin  effektli  keçməsi  üçün  tərbiyəçi  eyni  mövzu 
üzrə yapma və applikasiva (kompleks) məşğələləri də keçir.
Milli  qabların  yapılması  və ya hazır siluetlər daxilində  ve­
rilmiş hazır formalardan naxış kompozisiyası qurmaq,  applikasi- 
ya işi etmək təklif edilir.
Təsvirin  rabitəli  məzmunda  verilməsində,  uşaqlara  fəza 
münasibətləri  məııimsədilməklə təsviri  aşağıda  -  ön planda,  yu­
xarıda -  arxa  planda vermək mənimsədilir.  Uşaqlara təsviri  bü­
tün  kağız boyu verməklə onların böyük və kiçik planda verilmə­
sini (yerləşdirilmosiııdən asılı olaraq) izah edir.  Bu yaş dövrünün 
uşaqları  artıq  özlərini  cəmiyyətdə  baş  verən  hadisələrdə,  bay­
ramlarda. müəyyən tədbirlərdə,  meyvə  və tərəvəz  yığımında  gö­
rür və onu təsvirdə verməyə çalışırlar.  Təsvirdə hərəkəti vermək 
təsvirə fərdilik verir və rəsmi daha da dolğun edir.
Təsvir texnikasında  akvarel  boya və  fırça  ilə  iş texnikası 
təkmilləşir, fırçanı bütün xovu ilə işlədərək “gül ləçəkləri”, “yar­
paqlar” və s. təsvir texnikası  mənimsədilir.  Bununla yanaşı quaş 
və  rəngli təbaşirlo  işləmək bacarığı,  fırçanın xovu  ilə qalın,  na­
z ik  dalğavari  və dövri, qırıq  xətlərin çəkilmə və rəngləmə texni­
kası  təkmilləşir.  Qələmlə  düz  xətli təsvirlərin  çəkilməsi  və  səli­
qəli rəngləmə texnikası  inkişaf etdirilir.  Gəzintidə və s.  rəngli tə- 
başir.  kömür və  digər təsvir vasitələri  ilə  iş  üsulunun təkmilləş-
74


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə