Təsvın sənət və onun tədrisi metodikası
Fəaliyyət prosesində, uşaqlar həmçinin müxtəlif vəsaitlərlə
tanış olurlar və bu vəsaitlərdən istifadə prosesinə yiyələnərkən
onlarda əqli inkişaf formalaşır.
Təsviri sənətin təlim prosesi, müasir dövrdə analiz, sintez,
tutuşdurma və ümumiləşdirmə kimi fikri əməliyyatların forma
laşması zəminində inkişaf edir. Müşahidə zamanı təsvir etməzdən
əvvəl əşyanın və onun hissələrinin baxılması vacibdir. Tikinti və əl
işinin hazırlanması zamanı, uşaqlar əşyanı və onun hissələrini
formasına və böyüklüyünə görə seçməyi mənimsəyirlər.
Uşaqlar əşy aları oxşarlığına görə birləşdirməyi, əşya və
ya hadisələrdə, hər hansı əlaqə və ya fərqi görməyi, onları tutuş
durmağı mənimsəyirlər.
Bizi əhatə edən ətraf aləmdəki əşyaları formasına görə bir ne
çə qrupa ayırmaq olar (dairə, oval,
düzbucaq, silindr və s. formalı).
Əşyaların formaca uyğunluğu əsasında rəsm və yapmada
təsvir üsullarının ümumiliyi üzə çıxır. Məsələn, almanın, qozun,
gəlinvatmazın. cücənin hissələrini yaparkən gil parçasını dövri
hərəkətlə vərdənələmək (yapmaq) lazımdır və yaxud qələmin
çubuğun, çəpərin, təyyarənin, nərdivanın və s. yapılmasında gili
uzunsov formada vərdələnəmək vacibdir.
Uşaqlar tərbiyəçinin rəhbərliyi altında tədricən əşyaları
analizetmə xüsusiyyətinə yiyələnirlər.
Təsvir prosesində əşyaların və onun xüsusiyyətinin dərk
edilməsi, uşaqların düşüncəsində getdikcə möhkəmlənir. Artıq
onlar, müəyyən əşyaları rənginə, forma və böyüklüyünə görə
tanıyıb seçə bilir, bu əlamətin başqa bir çox əşyalara aid oldu
ğunu dərk edir, onları başqa əşyalarda görür və tanıyırlar.
Təsviri səııat prosesində əşyaların baxılması zamanı yol
daşlarının işinə qiymət verərkən, onları tutuşdurarkən uşaqlarda
rabitəli nitq inkişaf edir.
Psixoloqların göstərdiyi kimi müxtəlif fəaliyyət növü
prosesində olduğu kimi təsviri fəaliyyət prosesində də təsviret-
mə bacarığı mənimsədilərkən əldə edilən biliklər nəticəsində
uşaqlarda əqli inkişaf tərbiyə edilir.
19