17
hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək,
Komitənin vəzifəli şəxslərinin və tabeliyində olan digər qurumların
işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək,
onları müvafiq kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
51. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görmək;
52. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan
təklif, ərizə və şikayətlərə baxmaq və vətəndaşların qəbulunu təmin
etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış
internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən
edilmiş qaydada digər tədbirlər görmək;
53. gömrük orqanlarında xidmətkeçmə və əmək münasibətləri
haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək;
54. gömrük orqanlarının vəzifəli şəxslərinin və Komitənin
tabeliyində olan digər qurumların işçilərinin dövlət və sosial
müdafiəsi üzrə tədbirlər görmək, onların fiziki hazırlığını təmin
etmək və tibbi təminatını həyata keçirmək;
55. xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını,
bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi
idman kompleksinin normativlərini təsdiq etmək;
56. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı
hüquqlara malikdir:
1. gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn
hüquqları həyata keçirmək; 4.1.2. gömrük işi üzrə qanunvericilik
aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə
tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;
3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin
və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq;
4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini
aparmaq;
5. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların
və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq,
18
fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini)
qanunvericiliyə uyğun olaraq yoxlamaq;
6. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra
şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyət-
lərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmə-
lərini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək,
hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış
fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük
orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək;
7. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə
cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən
şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə,
müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və
başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və
xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus
rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə
etmək;
8. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid
edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması,
onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək
məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-
axtarış fəaliyyətini həyata keçirmək;
9. cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada təhqiqat və ibtidai istintaq aparmaq;
10. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı
işlər üzrə icraat aparmaq, bu işlərə baxmaq və inzibati xətalar
törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;
11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə
tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o
cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
12. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları
cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət
olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur
obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin
qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;
19
13. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların
daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparıl-
ması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audioyazılar,
video və foto çəkilişlər aparmaq;
14. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə
gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün
yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə
yetirilməsinə nəzarət etmək;
15. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metod və
vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə
əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq,
məsləhətləşmələr aparmaq;
16. gömrük orqanlarında kargüzarlığın təşkil edilməsi, icra və
əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini
yoxlamaq;
17. Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi
təyinatlı təhsil müəssisələrində kadrların hazırlanması üzrə
müqavilələr bağlamaq;
18. fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, gömrük
işi sahəsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
19. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq;
20. Azərbaycan Respublikasının gömrük işi sahəsi üzrə
beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;
21. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları
(qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq
təcrübəsini öyrənmək;
22. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə
müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
23. Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun
tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini
həyata keçirmək;
Dostları ilə paylaş: |