M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə27/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   23   24   25   26   27   28   29   30   ...   171

67 

 

1.Ünsiyyәtin linqvistik-funksional әsası;  



2. Ünsiyyәtin artikulyasiyası vә ya sәsin mәxrәci;  

3. Ünsiyyәtin akustik әsası;  

4. Ünsiyyәtin dәrk etmә vә ya idraki әsası (Veyselli 2008: 92). 

Fonetika dilin dәrk edilmәsi vә tәşәkkülünә aid olan anatomiya, fiziologiya vә akustika 

kimi  birbaşa  linqvistik  mahiyyәt  daşımayan  digәr  fәnlәrlә  dә  bağlıdır.  Mәhz  bu  baxımdan 

fonetika,  dilçiliyin  digәr  şöbәlәrindәn  fәrqlәnir  vә  dilçilik  elmindә  qrammatikanın  sәrhәdlәri 

xaricindә  dә  işıqlandırılır.  Fonetikanın  dilçlik  şöbәlәri  içәrisindәki  yeri  türkologiyanın  Türkiyә 

mәktәbi  ilә  digәr  Türk  Cümhuriyyәtlәri  vә  Topluluqlarınadakı  türkoloji  dilçilik  әnәnәsindә  dә 

fәrqli şәkillәrdә izah olunur:  

1.Türkologiyanın Türkiyә mәktәbindә fonetika bәhsi qrammatikanın içәrisindә öyrәnilir;  

2. Digәr Türk Cümhuriyyәtlәri vә Topluluqlarında isә fonetika qrammatikadan ayrı bir 

bölüm olaraq öyrәnilir. 



“Fonologiya”  yunan  dilindәn  alınmış  bir  sözdür:  -phōnē  “sәs”,  -loqos  “söz,  oxuma, 

öyrәnmә,  elm,  tәlim”  demәkdir.  “Fonologiya”  dilin  sәs  quruluşunun  funksional  vә  struktural 

qaydalarını incәlәyәn linqvistik bir bölümdür. Bununla da “fonologiya” bir semiotik fәnn sahәsi 

olaraq әsl “fonetika”dan fәrqlәnir. Çünki, fonetikada әsasәn dilin fiziki vә akustik artikulyasiya 

tәrәflәri  öyrәnilir.  Sözügedәn  fәnlәrin  bir-birilә  daxili  bağlılığı,  yәni  “fonetika”  ilә 

“fonologiya”nın birlikdә öyrәnilmәsi isә, hәr şeydәn öncә, onların terminoloji ifadәsi ilә şәrtlәnir. 

Bir  çox  halda  “fonologiya”nı  “funksiional  fonetika”  (A.  Martine)  adı  ilә  dә  adlandırırlar  vә  ya 

bәzәn  “fonetika”  termini  “fonologiya”  sahәsini  dә  ehtiva  edәn  qavram  vә  mәzmunu  ifadә  edir, 

yәni,  bunların  arasında  qәti  bir  fәqlilik  yoxdur.  Buna  baxmayaraq,  “fonologiya”  da  dilçiliyin 

digәr bölümlәri (qrammatika: morfologiya, sintaksis) kimi, dil sistemindә müәyyәn bir tәbәqәni 

ifadә edir (ЛЭC 1990: 555). Belәliklә, “fonologiya” dilin sәs komponentlәrinin eyniliklәrini vә 

fәrqlilikәrini  öyrәnir.  “Fonologiya  elmi  XX  yüzilin  20-30-cu  illәrindәn  “diaxronik  fonologiya” 

olaraq da bilinir.  

   


2.1.1.2. Müqayisәli türkoloji dilçilikdә fonetika vә fonologiyaya dair araşdırmalar 

Müqayisәli türkoloji dilçilikdә istәr fonetika vә onun bir bölmәsi olan fonologiya, istәrsә 

dә digәr dil sәviyyәlәrinin ümumi müqayisәli-tarixi dilçilik yöntәmi ilә öyrәnilmәsinә, yuxarıda 

da göstәrildiyi kimi, XIX yüzildә ilk öncә aşağıdakı şәkildә başlanılmışdır. Әvvәlcә konkret bir 




68 

 

türk dili vә bir türk dili qrupunu vә ya bölgәsini tәşkil edәn türk dillәri hәm sinxronik, hәm dә 



diaxronik  olaraq  nisbәtәn  tarixi-müqayisәli,  daha  geniş  bir  ölçüdә  isә    tәsviri-linqvistik 

yöntәmlәrlә  öyrәnilmişdir.  Mәsәlәn,  Mirzә  Kazım  bәyin  “Türk-tatar  dilinin  ümumi 

qrammatikası” (1846) adlı kitabında Osmanlı türkcәsi digәr  yaxın türk dillәri ilә qismәn tarixi-

müqayisәli,  daha  çox  isә  tәsviri-linqvistik  yöntәmlә  araşdırılmaya  cәlb  olunmuşdur.  O. 

Bötlinqkin “Yakut dili haqqında” (1851) adlı әsәrindә yaxın vә әn yaxın qohum türk dillәrinin vә 

qohum  olmayan  digәr  bölgә  dillәri  materiallarının  da  araşdırılmaya  cәlb  olunması  ilә  tarixi-

müqayisәli  yöntәmin  daha  geniş  bir ölçüdә tәtbiq  olunduğu müşahidә olunur. N. F. Katanovun 

“Digәr türk mәnşәli dillәrlә әsas qohumluq әlaqәlәrinin göstәrilmәsilә Uryanxay (xakas) dilinin 

araşdırma  tәcrübәsi”  (1903)  adlı  әsәrindә  dә  xakas  dili  hәm  tarixi-müqayisәli,  hәm  dә  tәsviri-

linqvistik  üsulla  öyrәnilmişdir.  V.  Radlovun    “Şimal  türk  dillәrinin  müqayisәli  qrammatikası,  I. 

Şimal  türk  dillәrinin  müqayisәli  fonetikası”  (1882)  adlı  әsәrindә  isә  Sibirdәki  türk  dillәrinin 

fonetik  quruluşu  artıq  qrup  vә    ya  bölgә  türk  dillәrinin  ayrıca  bir  dil-nitq  sәviyyәsi  olaraq 

araşdırılmışdır.  Bu  baxımdan  hәmin  әsәr  ayrılıqda  qrup,  bütövlükdә  isә  bütün  türk  dillәrinin 

müqayisәli-tarixi araşdırılmasının bir ilkin başlanğıc mәrhәlәsi olaraq dәyәrlәndirilә bilәr.  

Ümumi müqayisәli türkoloji dilçiliyin öncә müqayisәli-tarixi, sonra isә tarixi-müqayisәli 

çәrçivәli  yöntәmlәrinә  vә  hәmin  yöntәmlәrlә  aparılan  linqvistik  araşdırmalara  dair  daha  geniş 

bilgi  vә  linqvistik  açıqlanmalar  tәfәrrüatlı  olaraq  aşağıda  yer  alacaqdır.  Hәmin  bilgi  vә 

açıqlanmalar konkret ümumtürk dili örnәklәrinin öyrәnildiyi linqvistik araşdırmalara dayanılaraq 

verilәcәkdir. 

XX  yüzildә  türk  dillәrinin  fonetikasına  vә  fonologiyasına  dair  araşdırmalar  bir  öncәki 

dönәmdәkilәrdәn fәrqli olaraq hәm ümumtürkoloji vә türkoloji dilçilik, hәm dә altayşünaslıq vә 

ümumi dilçilik zәminlәrindә, daha geniş bir filoloji-linqvistik miqyasda aparılmışdır. Başlanğıcda 

bir türk dilinin digәr türk dillәri ilә vә iki vә ya daha çox türk dilinin bir-birilә vә qohum olmayan 

dillәrlә dә ümumi müqayisәli kontekstdә öyrәnilmәsi diqqәti çәkir.  XIX yüzildә vә XX  yüzilin 

әvvәllәrindә  türkoloji  dilçilik  sahәsindә  aparılmış  olan  elmi-monoqrafik  vә  publisistik-kütlәvi 

sәciyyәli yazılarda türk dillәri vә ya ümumtürk dili ya “Tatar dili”, ya “Tatar-türk, türk-tatar dili”,  

çox zaman da “türk dili” adı ilә adlandırılmışdır.

12

 Belә bir vәziyyәt hәmin vaxtlarda ümumtürk 



                                                 

12

  IX  yüzildәn  etibarәn  Çinin  şimalındakı  müxtәlif  mәnşәli  bütün  köçәri  tayfalar,  özәlliklә  dә  müxtәlif  türk 



lәhcәlәrindә danışan xalqlar çin tarixçilәri, Avropalılar vә ruslar tәrәfindәn öncә “Tatar”, sonra isә “Türk” adları ilә 

adlandırılmışdır. “Tatar” adının Avrasiya coğrafiyasında bir “etnonim” olaraq getdikcә yayğınlaşmasını bir tәrәfdәn 

dә  XIII-XIV  yüzillәrdә  baş  verәn  işğalçı  Monqol-Tatar  hәrәkatı  şәrtlәndirmişdir.  Çünki  o  zaman  monqollar  da 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə