M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

Səlimin bu qədər danışmağı, dil uzunluğu Mehdi kişinin xoşuna gəlmədi. 
“Qabağımdan qayıdır, deyəsən, bu küçük mənim. Deyəsən, yavaş-yavaş hörmətimi 
saxlamır. Qulağıma bir səda da gəlib. Nəzirlilər tərəfə yön basır. Eybi yox...” 
Gur və həlim səslə: 
- Səlim, çayını içdinmi, duraq. Ya Allahın bir adı, - deyib Mehdi kişi 
yerindən durdu. Çöldə qatı qaranlıq düşmüşdü. Ayrım nə qədər yalvar-yaxar 
elədisə, qonaqlar gecəni qalmadı. Mehdi kişi bayırdakı qaranlığı görəndə ürəyində 
bir yüngüllük hiss etdi, sevindi. Talvarın 
altında öz atını görəndə bu sevinc yarıbayarı ürəyində qırılıb məhv oldu. Atın 
rənginin ağ olmağı onu məyus elədi. Yeddi verstdən, - dedi, - görəcəklər ki, gələn 
mənim atımdı. Di gəl,  srafilin gülləsindən canını qurtar görüm, necə qurtarırsan. 
stədi Ayrıma başqa bir at üçün 
ağız açsın, şəninə sığışdırmadı. Həm də Ayrım bu iki daşın arasında, şəhər yerində 
hardan alsın atı. Yenə özünün atı olsaydı, bir bəhanə eləyib, minib gedərdi. 
Səlim atları açıq havaya çəkdi. Ayrım atın yüyənindən tutub ərklə: 
- Ay Mehdi qardaş, özün də belə düşmənli, necə deyərlər, yara hələ isti, 
düşmənin də hirsi soyumamış olar, nahaq belə bivaxt yola çıxırsan, vallah qalsan 
yaxşıdı. Səhər dan ağaranda yola düşərdin. Kişinin ürəyinə daha da qorxu düşdü. 
Bayaqdan fikirləşdiklərinin hamısını Ayrım elə bil eşidib, duymuşdu. Səlim atların 
üzəngisini bərkitdi, yüyəni, toqqanı bir daha yoxladı. Başıaşağı düşünən Mehdi 
kişiyə yarıkönüllü: 
- Gedəkmi, a yeznə? - dedi. 
Ə
slində Səlimin də getməyə heç könlü yox idi. Yeznəsinin bəd xasiyyətinə bələd 
olduğundan dinib-danışa bilmirdi. Bir-iki dəfə Ayrıma him eləmişdi ki, bəlkə sən 
desən, qaldı. Gecdən-gec fikir ağuşundan ayılan Mehdi kişi: 
- Yox, yox, - dedi, - gərək bu gecə kəndə çataq. Arvad-uşaq yiyəsizdi. 
Ayrım: 
- Onda sizə yaxşı yol, -dedi, - uğur olsun. Uşaqlardan arxayın ol, özüm tez-
tez onlara baş çəkəcəm. Mehdi qardaş, çalışın arada barışıq yaradın. 
Hər ikisi ata sıçradı. Ev sahibəsi Həcər arxalarınca bir parç su atmaq istədi. 
Suqarışıq dolça əlindən düşüb, daşlıqla üzüaşağı səslənə-səslənə diyirləndi. Mehdi 
kişi geri dönüb: 
- Qırıldımı, a Səlim? - deyə həyəcanla soruşdu. 
- Nədi danışdığın, - dedi, - mis dolça da qırılarmı, şüşə-zaddımı? 
Kişi əlini döyünən ürəyinin üstünə qoydu. Kədərlə dərindən nəfəs alıb, acığını atın 
üstünə tökdü, yambızına bir qamçı çəkdi. 
Hələ də həyətdə duran Ayrım hirslə arvadının üstünə çəmkirdi: 
- Topal ol səni, bizi kişinin yanında biabır elədin. 
 
* * * 
 
Atlılar şəhəri arxada qoydular. Püstəli dərəsinin aşırımını keçəndə Səlim 
başını qaldırıb göyə baxdı. 
- Adamın ürəyi partlayır, - dedi, - bu zəhrimar Ay da çıxmadı ki, yolu-izi 
ə
məlli-başlı görək. 


- Nəyinə lazımdı Ay, ulduz. nə vaxtdan bəri aşıq olmusan? - Mehdi kişi 
köntöy-köntöy cavab verdi. Səlimə olan bayaqkı hirsi soyumamışdı. 
- Əşi, Ayı, ulduzu neynirəm. Adam kor kimi diqqətlə qabağa baxmaqdan 
taqətdən düşür, sən də ki, elə bil ağzına su almısan, heç dinib-danışmırsan. - Səlim 
ilk dəfə idi yeznəsi ilə belə yekəxana danışırdı. Sözünün qabağına söz qoyurdu. 
Nəsil davası düşməmişdən qabaq da Mehdi kişidən onun o qədər də xoşu gəlmirdi. 
“Höcət adamdı” - deyirdi. Yerli-yersiz dediyini təsdiq etməyə çalışır. Höcət 
adamnan ləj adamın başında ağıl olmaz.  ndi də qohumluq xətrinə bununla yol 
yoldaşı olmuşdu. Nahaq qan tökülən gündən Səlimin yeznəsinə nifrəti daha da 
artmışdı. El qınamasaydı, onun yoğun boynuna bircə xəncər vurardı. Acığı 
tutacağından, bu kimsəsiz dərədə özündən çıxıb dəli-dolu bağırmağından ehtiyat 
edib: 
- Eşitməmisən, söhbət yolun qayçısıdır, - dedi. 
Kişi atın başını çəkdi. Səlim qorxuya düşdü. Fikirləşdi ki, bu səfeh oğlu 
səfeh məni qəfıl vurub eləyər. Elə indicə Ayrımın evində hiss elədim ki, məndən 
zəncir gəmirir. Namərdlik bunun əlində bir içim sudu... 
Sakit təbiətli Səlim hər iki tərəfə çox yalvardı, çalışdı ki, bu nahaq qan 
davasını yatırtsın. Amma onun sözünü eşidən olmadı. Həm də o, Nəzirli tayfasının 
Qara Omarı ilə qardaş kimi idi. Səlim ehmallıca yəhərin qaşındakı tüfəngə əl atdı. 
Ə
lini tətiyə qoyub gözünü qırpmadan qorxa-qorxa yeznəsinə baxdı. Mehdi kişi 
geriyə dönmədən: 
- Əyə, səfeh-səfeh danışma, - dedi, - gecə vaxtı nə qayçıdan-mayçıdan 
danışırsan? Qulaq as, gör nə deyirəm. - Atım bir az yaxına sürüb, qısıq səslə: - 
Gəlsənə, aşağı enib ağ taladan o taya keçək. Cadar düzünü addayıb Xramın başına 
çıxarıq. 
- Xramdan aşağı enmək mümkündürmü? 
- Bir təhər enərik, burda qorxuram itə-qurda rast olaq. Ancaq bircə şeyi 
bilirəm ki, Səngər dağının dibində Nəzirlilərdən kimsə mütləq bizi gözləyir. 
- Onlar nə bilir ki, biz buraya g’lmişik? 
- Eh, sağ olmuş, çuğul indi çoxdan çatdırıb bu xəbəri... 
- Yaxşı, Xrama çıxdıq, sənin bu zəhrimarın da dəlinin biridi... Bir balaca 
hündür yerə çıxanda kişnərtisi gəsmir. Üstəlik də oradan o tayda kəndi görüb lap 
kövrələcək. Bəlkə bir tel tapıb ağzını ora çatanda bağlayasan. Hə, heç yadıma 
düşmür, çayı keçə biləcəyikmi, su orda 
yaman dərindi ha... 
Mehdi kişi hirslə: 
- Əşi, gedək, - dedi, - nə olar, olar, Allahın adını çağırıb Xramdan enərik. Bir 
də ki, silahımız var, bir təhər özümüzü qoruyarıq. 
Səlim istədi desin ki, ay əyri  srafilin gülləsindən qorundu ha... Qabağımıza 
çıxmasın, çıxsa işimiz bitdi. Dinmədi. Fikirləşdi ki, onsuz da ayaq üstə ölüb, 
srafilin adını çəksəm, bədbəxt lap qorxuya düşər. 
Atlılar Ağ talanı keçib yoxuşa dikləndilər. Cadar düzünə yenicə çıxmışdılar 
ki, gecikmiş Ay hər yeri süd kimi ağartdı. Elə aydınlıq idi ki, arabir uzaqda uçan 
yarasanı, tikanlıqlardan qəfıl çıxıb qaçan dovşanı belə görmək mümkün idi. Mehdi 
kişi başını qaldırıb tərs-tərs Aya baxdı. Dodaqaltı deyinib, yaşına yaraşmayan 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə