M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   ...   54

Toylu - busatlı Çaqqallı yaylağı, 
Dərdə dərman yemlik, quzuqulağı, 
Ə
llərim onlardan üzərmi ola? 
 
Borçalı çökəyi, Qazax mahalı! 
Mən düşmüşəm sizdən uzaq, aralı, 
Mahir təhlükədə, qəlbi yaralı, 
Özü bu möhnətə dözərmi ola? 
 
Rumıniya, 1943, əsirlikdə 
 
  
OLMAZ - OLMAZ 
 
Ömrümün əzəli, sonu Vətənim, 
Yad ellilər səndə bay olmaz - olmaz. 
Çox gəzdim, dolandım yad ölkələri, 
Heç birisi sənə tay olmaz - olmaz. 
 
Nərgiz, bənövşəli Çinar dərəsi, 
Ballı, Qızılqaya, Qarol təpəsi, 
Marallı, cüyürlü ovlu sinəsi, 
Yadların oxuna yay olmaz - olmaz. 
 
Çaqqallının qıcı, ayıbiləyi, 
Kəklikotu, Xəlyər, Çobançörəyi, 
Yarpız, quzuqulağı, qaymaqçiçəyi, 
Ölsə də Hitlerə pay olmaz - olmaz. 
 
Göydağ, Meşəbaşı, ey Oydərəsi! 
A Dardaş, Qaraxaç ellər yaylası! 
Coşubdur Mahirin odlu sinəsi, 
Nə qədər yazsa da zay olmaz - olmaz. 
 
Almaniya, 1944-cü, əsirlikdə 
 
 
HARAY 
 
Dostum Süleyman Qoca oğluna 
 
Sızlayır qəlbimin incə telləri, 
Düşmüşəm sizlərdən aralı, haray! 
Doğma Körpülüdən bir xəbər verin, 
Bütün ömrüm olsun baharlı, haray! 


 
Səhərin mehində, ya axşamçağı, 
çəndə badəni olaydım saqi. 
O Zoğalbulağı, o gözəl bağı, 
Dolanaydıq bülbül sədalı, haray! 
 
 
Körpülü kəndinin göy meşəsindən,  
O allı - yaşıllı xoş sinəsindən,  
Sarı nərgizindən, bənövşəsindən,  
Həsrət könlüm istər bar alı, haray! 
 
O gözəl ətirli Çinar dərəsi,  
Qızıl qayadakı elin binəsi,  
Düşəndə yadıma onun hərəsi,  
Ürəyim olur hey qubarlı, haray! 
 
Ə
kdiyim gülləri yaxşı becər sən,  
Həqiqətimi Mahirə yetirsən,  
Nəzirin sağlığı xəbərin versən,  
Ollam onda qartal havalı, haray! 
 
1946-cı il, Donbass 
 
 
DÜNYA 
 
1946-cı ilin axırlarında əsgərlikdən doğma kəndimizə gəldim. Əsirlikdə 
keçirdiyim dözülməz həyat, xalqın arasına alınaçıq çıxa bilməməyim qardaşım 
Nəzirin cəbhədə həlak olması, ailəmin dağılması məni kədərləndirməyə bilməzdi. 
Odur ki, dünyadan şikayətləndim. 
 
Axdı göz yaşlarım, döndü ümmana, 
Yatmış bəxtim haçan oyana, dünya? 
Gülmədi taleyim yaşım olalı, 
Niyə üzün döndü o yana, dünya? 
 
Dönə - dönə tale mənə baxdı kəm, 
tirdim anamı mən tifil ikən, 
Biz olduq taleyi küskün, baxtı kəm, 
Üz tutum indi mən hayana, dünya? 
 
Boylanıb baxıram qardaşım hanı, 
Sellər kimi axır Mahirin qanı, 
Gəlməyir qələmə dərdimin sanı, 
De niyə baxmırsan bu yana, dünya? 


 
1946-cı il 
 
 
  
AY ƏM M OĞLU 
 
Mahmud Nəzirovun ana qardaşı Bəkirov Adilin toy tədarükü vaxtı idi. 
Mahmud kolxoz sədri Mehralının evinə gəldi. Ondan ətlik heyvan aldı. Özünü də 
ailəliklə toya dəvət etdi və mütləq gəlmələrini xahiş elədi. Bu söhbətdə mən də 
orada idimsə də yox kimi oldum. Necə deyərlər, gecdən - gec, a xala xatirin 
qalmasın deyə quşqun təklifi etdi. 
- Hə, əmioğlu, sən də burdasan, toya gəlsən, pis olmaz, - dedi. 
Mən: 
- Cəsədim burdadır,  özüm yox.  ndi mən kimə lazım olaram... - cavabını 
verdim. 
 
Adın da, sanın da dillərdə gəzər, 
Başın tac alanda, ay əmim oğlu! 
Qaldırarlar göyə təriflə səni 
Ə
ldə güc olanda, ay əmim oğlu! 
 
Sən pis desən, sənə yaxşı deyərlər, 
Lazım olmadıqda hörmət edərlər, 
Sən hey ağlatsan da, yenə gülərlər, 
Hərdən bac alanda, ay əmim oğlu! 
 
Verməzlər qiyməti səndəki yaşa, 
Kimisi ağa deyər, kimisi paşa, 
Ayaqda dursan da, çəkərlər başa, 
Varın ucalanda, ay əmim oğlu! 
 
nsan ölsə, pisi - yaxşısı qalar, 
Ömrünə fələyin şərbəti dolar, 
tirər huşunu, dili lal olar, 
Axtar gic olanda, ay əmim oğlu! 
 
Səma açıq ikən ildırım çaxar, 
Oğul - uşaq hər kəs ona dil açar, 
Qohum üz döndərər, dostlar da qaçar, 
Mahir qocalanda, ay əmim oğlu! 
 
 
Ş
R N - Ş R N 
 



 
Bağçalı - bağatlı ana torpaqda, 
Yetişmişdir bəhər, bar şirin - şirin. 
Bu göy ağacların göy budağından 
Dərir alma, armud yar şirin - şirin. 
 
Vətən bizim, gözəl el də bizimdir 
Azad sözlər bizim, dil də bizimdir, 
Ş
irin sözbət bizim, tel də bizimdir, 
Ötür sinələrdə tar şirin - şirin. 
 
Xeyir söz danışar həmişə dilim, 
ndi qönçə tutub bağdakı gülüm, 
Mahir qəlblə deyir: yaşasın elim! 
Onda yaradılan var şirin - şirin. 
 
II 
 
Səhərlər, axşamlar çölə çıxanda, 
Görünür gözümə Ay şirin - şirin. 
Xoş görürəm gələn gözəl baharı, 
Keçir günlər, həm da ay şirin - şirin. 
 
Bülbül gül eşqilə badə içəndə, 
Oxuyub seyr edir bağda, çəməndə, 
Sonalar tökülüb suda çiməndə, 
Doldurur gölləri çay şirin - şirin. 
 
A dostlar, Mahirin gümrah çağında, 
Dolanır bülbüllər solu - sağında, 
Bu yeni dünyanın təzə bağında, 
çər mürəbbəli çay şirin - şirin! 
 
1958-ci il 
 
 
AY BAHAR! 
 
Ə
risin dağların buzları, qarı, 
Müjdələr gətir sən bizə, ay bahar! 
Yayılsın hər yana günəşin nuru, 
Salam yetir gülər üzə, ay bahar! 
 
Bəzənsin səhralar, al geysin dağlar, 
Bülbül nəğməsilə oyansın bağlar, 


Nərgiz, bənövşələr açsın bu çağlar, 
Yerisin körpələr düzə, ay bahar! 
 
Həsrətinlə daim səni arzular, 
Mahnı deyə - deyə gəlinlər, qızlar: 
- Boyansın al rəngə dərələr, düzlər, 
Lalə ver oğlana, qıza, ay bahar! 
 
Yurdumun elində hər gün yaz olsun, 
Göldə üzən ördək olsun, qaz olsun. 
Mahirin döşündə telli saz olsun, 
Gəzək güllər üzə - üzə, ay bahar! 
 
1958-ci il 
 
 
K M  
 
Dolanıb gəzdikcə ana Vətəni 
Coşdurdu sinəmi dəryalar kimi. 
Alıbdır qoynuna laylalar deyir, 
Beşikdə körpəyə analar kimi. 
 
Belədir sözümün doğrusu - düzü, 
Bir - birindən gözəl dağları, düzü. 
Yeriyir tarlaya gəlini, qızı, 
Qatarlaşıb gələn sonalar kimi. 
 
Ağaclar bar tutur, tarlalar sünbül, 
Açılır çiçəklər, qönçələnir gül, 
Oxşar, gəzər Mahir necə ki, bülbül, 
Bağları, bağçanı dolanar kimi. 
 
  
AY KÖNÜL 
 
Qanad çal dağların zirvəsinə sən, 
Xəbər ver günəşdən, aydan, ay könül! 
Təslim olsun sənə Mars da, Zöhrə də, 
Atılanda oxlar yaydan, ay könül! 
 
Uçduqca bir nəzər sal ölkəyə sən, 
Bağlıyam Muğana, Tebet - Kürə mən, 
Mil düzündə açıb güllü yasəmən, 
lham al gürlayan çaydan, ay könül! 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə