90
BİRİNCİ KİTAB
mişlər. Təbiidir ki, onlar bu torpağa özləri ilə tat dilini gətirməmiş
dilər. Elə bundan sonra da yəhudilər öz milli mənsubiyyətlərini yə
hudi yox, tat hesab etməyi daha üstün tutmuşlar. (Əsasən də, tatlar
öz milli etnik mənsubiyyətlərini qəbul etmədiklərinə görə. Məsələn,
indi Xızı tatı başqa dilə mənsub olan “dağlı” sözünü özünə etnik ad
seçmiş, lahıclı tat isə Lahıc coğrafi adından özünə etnik ad düzəlt
miş, Suraxanı tatı isə özünü “pars” adlandırmağı üstün tutur). Alın
ma dili öz doğma dilinə çevirən (bunun analogiyası dünya xalq
larında olduqca çoxdur) ailə-məişət, xüsusilə, din və onun məra
simlərinə dair leksik vahidləri (bunların bəziləri yəhudi dili ilə qo
hum olan qədim ərəb dili leksemləri ilə eyniyyət təşkil edir) tat dili
nə gətirmiş, beləliklə də, almma, özününkü olmayan (qeyri-semit
dil olub İran dillər qrupuna daxil olan) tat dilini bir növ özününkü
ləşdirmiş, ona milli-semit tərkibi vermişlər, bu da təbiidir. Çünki
yəhudilər tat deyillər, Azərbaycana gələndən sonra tat dilini qəbul
etmişlər. (Yaxın vaxtlara qədər Azərbaycanda olmuş, bu torpağa
köçüb gəlmiş bəzi tatdilli erməni kəndlərinin əhalisi kimi). Məs.:
Tat dilində aylann adı müsəlman aylarının adı ilə yanaşı indi, əsa
sən, Avropa aylarının adlan işlədilir. Yəhudilər isə mart ayının 20-
21-dən başlanan ilin aylannın adını qədim yəhudi aylannm adı ilə
adlandırırlar. Nisan (mart-aprel), iyer (aprel-may), sivon (may-iyun),
tomuz (iyun-iyul), ov (iyul-avqust), ilul (avqust-sentyabr), tişri
(sentyabr-oktyabr), xəşvon (oktyabr-noyabr), kisləv (noyabr-de
kabr), divid (dekabr-yanvar), şəvad (yanvar-fevral), odor (fevral-
mart; uzun ildə voodor).
Əsrlərin keçməsinə, coğrafi şəraitin dəyişməsinə, ətrafdakı
müxtəlif dinlərə və dillərə məxsus etnik qruplann bu və ya başqa şə
kildə olan təsirinə baxmayaraq, Qubanın Qırmızı qəsəbə və Bakı şə
hərinin R.Rza, Vidadi, Əzizbəyov, Sabir, Hüsü Hacıyev və s. kimi
mərkəzi küçələrində yaşayan Azərbaycan yəhudiləri, yaxud da elmi
ədəbiyyatda adlandırdıqları kimi - dağ cuhudlan bu gün belə
danışdıqları tat dilinin leksik tərkibində yəhudi-semit dilinin ən
qədim qadanna gedib çıxan çoxlu dini, ailə-məişət termin sözlərini
saxlayıb mühafizə edə bilmişlər və bu leksik vahidlər bu gün də
AZƏRBAYCAN TATLARININ DİLİ
91
həmin ləhcənin möhkəm, dəyişməz leksik tərkibini təşkil edir. Həmin
ləhcədən gətirdiyimiz aşağıdakı misallar buna canlı şahiddir: baxur -
cavan, bit - ev, boroxo - xeyir-dua, barux - xeyir-dua verilmiş (iş,
adam), bəhimo - heyvan, cədoy - qurbanlıq (heyvan), quf - bədən,
vücud, qən idim - cənnət, qadeş - müqəddəs, qadüş - mərhuma
oxunan dua, qolut - qovulma, sürgün; qıyno - matəm mahnısı, dofus
- möhür, dohan - ruhani atanın dua oxuyan zaman çatdığı ekstaz
vəziyyət, dərəşo - dua (oxunan), zəxüt -yaxşılıq, zox - paklıq,
zəmiro - dini mahnı oxunması prosesi, zəmirüt - dini mahnıları ifa
edən şəxs, id - şahid, isroylümə - yəhudi dinini təbliğ edən şəxs,
kaddim - şərq, timon - cənub, sofun - şimal, kətubo - kəbin kağızı,
sinaqoqda - təsdiqlənmiş sənəd, kəllo - gəlin, lovonə - ay, mesovo -
qəbir (əlhət) daşı, miğdoş - məbəd, müqəddəs yer; midbor - səhra,
çöl; midraş - dini mədrəsə, mizbəyax - qurban kəsilən yer, miyus -
murdar, napak (adam, heyvan); milo - sünnət, minhəq - dini adət,
mərasim; misva - müqəddəs, dini borc, din xatirinə xeyirxahlıq;
mobul - qiyamət, məhşər; mozol - xoşbəxtlik, molqut - şəhid, cəza
nəticəsində zəncirlə döyülüb ördürülən; moloxo - iş, fəaliyyət;
molxut - ağa, hökmdar; moləxo - pıçaq, motono - allah vergisi,
moşiyax - ziyarət (r.d.messiya), müri - müəllim, məsliyax - mü
vəffəqiyyət, namaz - (qədim yəhudi sözüdür, ərəb dilinə keçmişdir.
Bundan sonrakı sözlə müqayisə et) - namaz, nimaz - yəhudi kilsəsi
(sinaqoq), nişir - qartal, novi - peyğəmbər, nəşumo - can, ruh odomi
- adam, olo - and (özünə bəraət zamanı), omin - amin, paroşo -
müqəddəs kitab, pesax - pasxa (dini bayram), rabi - savad, rav -
alim, roğiyağ - göy, asiman; rufi - həkim, təbib; rəşoğ - zalım,
günahkar, qansız; sedağa - Allah yolunda pay, sisid - kəbin kəsi
ləndə gələcək ər-arvadın üstünə örtülən örtük; sifir - kitab, suko - ba
har bayramı, bahann ilk gününün bayramı; suf - son, tahnit - oruc,
tiro - tövrat, təlmid - şagird, köməkçi; təfılim - səna-dua, alqış;
təşuvo - tövbə, xalaf - əvəz edən, nəslin davamçısı; hazzon - ruhani
adam, hazzir - donuz əti, haton - bəy (evlənən oğlan), haham - baş
ruhani, hüq - ekvator, dünyanın tən ortası; huppo - kəbin kəsmə
mərasimi, həşqoho - Allah nəzəri, şədar - şəxsiyyəti təsdiq edən
92
BİRİNCİ KİTAB
vəsiqə, şiro - dini nəğmə, şobot - şənbə (суббота ilə müq.et), şovo -
and içmək (inandırmaq üçün), şolum - salam, şolumi - əmin-
amanlıq, dostluq; şomoş - yəhudi məbədində (sinaqoqda) xidmət
edən şəxs, ivri - yəhudi, ovun - günah, hədinoy - bir Allah, milix -
məlik, padşah; ərif - axşam qaranlığı, toran; ətiyüt - dövr, zaman və
s.
TAT DİLİNİN QAFQAZ (ŞAHDAĞ QRUPU)
DİLLƏRİNƏ TƏSİRİNƏ DAİR
Tat dilinin İber-Qafqaz dillərində olan Ləzgi, Q nz dilləri və
Ləzgi dilinin Qımıq şivəsinə qarşılıqlı təsiri məsələsi də çox maraq
lıdır. Bu təsir, xüsusilə, özünü tat kəndlərinin qonşuluğunda yerlə
şən Q nz dili (Quba rayonu) və Qımıq şivəsində (Quba və Xaçmaz
rayonlan) daha qabanq göstərir.1
Müxtəlif sistemli dillər olmalarına baxmayaraq, bu qonşu dil
lərin bir-birinə təsiri çox təbiidir.2
Q nz dilinin fonetikasında diqqəti cəlb edən mühüm cəhətlə
rindən biri budur ki, bu dildə alınma sözlərin bəzi səsləri (məs.: o, a,
ı, ü) “u”-ya çevrilir və bəzən, alınma sözün əvvəlinə “u” səsi artın-
lır. Bu fonetik hadisə tat dilinin bütün ləhcə və şivələri üçün xarak
terikdir və tat dilinin möhkəm dəyişməz qaydalanndandır. Məs.:
Q n z dilində'’
Tat dilində
duxtur
duxtur
baluq
baluq
1 М.И.Гаджиев. Конахкентскии говор татского язька. Автореф. канд. дисс.,
Баку, 1966, стр. 21; Tat dilinin Qonaqkond ləhcəsi, Bakı, 1971, səh. 104
2 М.И.Гаджиев, Конахкентскии говор татского языка. Автореф. канд. дисс.,
Баку, 1966, стр. 21-22.
3 Ləzgi və qnz dillərinə, həmçinin, Ləzgi dilinin Qımıl şivəsinə dair materiallar
Ş.M.Sədiyevin «Склонение существительных в Крызском языке» və
«Кимильскии говор лезгинского языка» adlı məqalələrindən götürülmüşdür.
Вах: Azərb. CCR Elmlər Akademiyasının xəbərləri, 1959, N - 1, səh. 90-99;
1961, N - 4, səh. 83-93
AZƏRBAYCAN TATLARININ DİLİ
93
rayun
rayun
ustul
ustul
kuttan
kutən
kalxuz
qalxuz
sandux
sanduq
dükan
dukun
gunşi
qunşi
kubu
_________ qubi
tur
tur və s.
Tat dilində izafət əlaməti kimi “ə” sonluğu özünü göstərir və
təyin əmələ gətirir. Dağıstan dillərinə, tamamilə, yad olan bu hadisə
qnz dilində vardır və özünü “ə” kimi deyil, “a”kimi göstərir. Məs.:
Daqaara kul - daş ev. Tat dilində sinqə dahar - daş qaya, kələ xunə
- böyük ev, durə di - uzaq kənd və s.
Tat dilində “a” hissəciyi cəm əmələ gətirən şəkilçilərdən bi
ridir. Qnz dilində də bu, eynilə, cəm əmələ gətirən şəkilçidir. Məs.:
admiya - adamlar (Müq et: t.d. dara - ağaclar və s.)
Tat dilində (həm də bütün İran dillərində) inkar şəkilçilərin
dən biri də “mə”-dir. Bu inkar şəkilçisi qnz dilində özünü “m” kimi
göstərir ki, bu da tat dilindən alınmadır. Məs.: Qnz dilində de, söylə
felinin təsdiqi uxu, inkan isə muxu - demə olur.
Tat dilindən qnz dilinə müəyyən sözlər də daxil olmuşdur. Bu
sözlərin bəziləri sırf tat sözləri, bəziləri isə başqa dillərin sözləridir.
Q nz dilində
Tat dilində
tov
toy (ocaq)
dağar
dahar (qaya, daş)
dar
dar(ağac)
paggaq
paçça (padşah)
admi
ədəmi (adam)
qumiş
koumiş (camış)
-_______ d[iga_____________
cikə (yer)
Dostları ilə paylaş: |