Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

52 

 

Katalizator  tozlarından  baş  verən  itkinin  qarşısını  almaq  üçün  tsiklonlardan 



istifadə  edilir.  Tsiklonlardan  çıxan  tüstü  qazları  bir  daha  tozlardan  təmizlənmək 

üçün elektrik süzgəcindən keçirilir.  

Məlumdur  ki,  destruktiv  proseslərin  çoxu  yüksək  təzyiq  və  temperatur 

şəraitində  aparılır  ki,  bu  da  karbohidrogen  itkisinə  və  bununla  birlikdə  gedən 

hidrogen-sulfidin atmosferi çirkləndirməsinə səbəb olur.  

Yüksək  təzyiq  və  temperatur  şəraitində  aparılan  proseslərdəki  itki  alçaq 

temperaturlu alkilləşmə və qaz fraksiyalayıcı proseslərdə baş verən itkiyə nisbətən 

bir neçə dəfə çox olur.  

Atmosferin hidrogen-sulfid və karbohidrogen buxarları ilə çirklənmə dərəcəsi 

emaldan alınan  neft  məhsullarının soyudulma sistemindən  və benzin  fraksiyasının 

sabitləşdirilməsindən  də  asılıdır.  Neft  məhsulu  nə  qədər  dərin  soyudulursa  onun 

buxarlanmasından  baş  verən  itki  də  bir  o  qədər  az  olur.  Bu  qayda  ilə  benzinin 

sabitlik dərəcəsi yüksəldikcə itki azalır. Benzində həll olmuş qazlar karbohidrogen 

qazlarının parsial təzyiqinin yüksəlməsi ilə nəticələnir.  

Atmosferə  atılan  hissəcikləri  azaltmaq  üçün  müxtəlif  qurğulardan  istifadə 

olunur.  Bunlar  tozun  çökməsi  ilə  bağlı  olan  hava  təmizləyiciləri,  hissəciklərin 

yanması  ilə bağlı qurğular, elektrostatik  toz tutanlar  və  yaxud elektrosüzgəclərdir. 

Elektrosüzgəclərin  iş  prinsipi  kül  hissəciklərinin  elektrik  sahəsində  elektrik  yükü 

qazanmaq qabiliyyətinə əsaslanır. 

Ayrılan  tüstü  qazlar  filtrin  lövhələrinin  yanından  keçdikdə,  yüksək  voltlu 

boşalma  nəticəsində  əmələ  gələn  ionlar  və  ya  elektronlar  toz  hissəciklərini 

bombardman  etməklə,  onlara  elektrik  yükü  ötürürlər.  Yüklənmiş  toz  hissəcikləri 

cəlb olunaraq, torpaqlanmış  metal kollektor lövhələrə çökürlər. Bu  lövhələr dövrü 

olaraq  mexaniki  vibrasiya  və  ya  çırpılma  yolu  ilə  təmizlənir.  Belə  qurğular  tüstü 

qazlarında  olan  hissəciklərin  99  %-ni  tutub,  saxlamağa  qadirdirlər.  Bu  qurğuların 

işlənməsi  üçün  az  elektrik  enerjsi  tələb  olunur.  Bundan  başqa,  belə  süzgəclərə 

xidmət etmək çox asandır. 

Havanın orta keyfiyyəti o deməkdir ki, havadakı bir və ya daha çox qarışığın 

miqdarı müəyyən olunmuş standart qiymətin 50 %-ni aşır. Lakin, qarışıqlardan heç 



53 

 

biri  100  %-lik  standart  səviyyəsinə  çatmır.  Havanın  yaxşı  keyfiyyəti  onu  göstərir 



ki, qarışıqlardan heç birinin miqdarı müəyyən olunmuş standart qiymətlərin 50 %-

ni keçmir. Ozon üçün bir müstəsna hal mövcuddur.  

Kükürd oksidlərini havaya buraxan mənbələrdən biri və bəlkədə başlıcası neft 

emalı  müəssisələridir.  Havada  oksidlər  su  buxarı  ilə  reaksiyaya  girərək,  sulfit  və 

sulfat  turşularının  kiçik  damcılarını  əmələ  gətirir.  Öz  növbəsində  sulfat  turşusu 

havada olan kalsium və dəmir oksidləri ilə reaksiyaya girərək, kalsium və dəmirin 

sulfatlarını yaradır. 

Cədvəl 3.1 

Havanın çirklənməsinin yol verilən normaları və havanın keyfiyyət 

kateqoriyaları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




54 

 

Kükürd oksidlərinin  miqdarı  ilə səciyyələnərək havanın keyfiyyəti son 25-30 



ildə  müəyyən  qədər  yaxşılaşsa  da,  kükürd  oksidlərinin  atmosferə  olan  tam 

tullantısı 1983-cü  ildə 1975-ci  ilə  nisbətən təxminən 20 % azalmışdır. Atmosferin 

kükürd oksidləri ilə çirklənmə mənbələri bu müddət ərzində, bir yerdən başqa yerə, 

məsələn şəhər ərazilərindən kənd yerlərinə köçürülmüşdür. 

Neft  və  qazda  azot  oksidlərinin  miqdarı  yalnız  0,2  -  0,3  %  -ə  çatır,  məhz  bu 

azot havada oksigen vasitəsilə oksidləşir. 

Demək olar ki, azot 2-oksidi atmosferə atılan bütün azot oksidlərinin 10 %-ni 

təşkil etsədə, havadakı kimyəvi reaksiyaların mürəkkəb ardıcıllığı nəticəsində, azot 

oksidinin xeyli miqdarı daha təhlükəli birləşmə olan azot 2-oksidinə çevrilir. 

Tədqiqatçılar, atmosferdə azot  2-oksidinin olması  ilə ölüm  hallarının artması 

arasında  əlaqə  tapmağa  çalışmışlar.  Statistik  təhlil  göstərir  ki,  havada  yüksək 

miqdarda  azot  2-oksid  olan  rayonlarda  ürək  və  xərçəng  xəstəliklərindən  ölənlərin 

sayı daha yüksək olur. 

Cədvəl 3.2  

Səhiyyə xidməti tərəfindən təyin olunmuş havanın keyfiyyətinin ilk 

standartları 

 

Qatışıqlar 

 

Standartı əhatə edən 

zaman müddəti 

Yol verilən 

maksimal qatılıq 

Milyonda bir 

hissənin ekvivalenti 

(mln

−1

Havada 


asılmış 

hissəciklər 

Kükürd oksidləri 

Karbon oksidləri 

Oksidləşdirilən 

ozon 


 

Azot-2 oksid 

Karbohidrogen 

İl  ərzində  orta  həndəsi 

Maksimal qatılıq (24 s) 

İllik orta qatılıq 

Maksimal qatılıq (24 s) 

Maksimal qatılıq (8 s) 

Maksimal qatılıq (1 s) 

Maksimal qatılıq (1 s) 

İllik orta qatılıq 

Maksimal qatılıq (3 s) 

75 mkq m

−3

 



260 mkq m

−3

 



80 mkq m

−3

 



365 mkq m

−3

 



10 ml m

−3

 



40 ml m

−3

 



240 mkq m

−3

 



100 mkq m

−3

 



160 mkq m

−3

 



 

 

 0,03 



 0,14 

 9,0 


 35,0 

 0,12 


 0,053 

 

 



 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə