Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   2   3   4   5   6   7   8   9   ...   23

14 

 

  Neft  məhsulları  öz  mütəhərrikliyini  itirən  temperatura  qədər  (həmin 



temperaturdan  yüksək  temperaturda)  artıq  parafinlər  kristallaşmış  olur.  Deməli, 

hələ  donma  temperaturuna  qədər  əmələ  gəlmiş  kristallar  əvvəldə  qeyd  olunduğu 

kimi,  yanacaq  süzgəclərini  tuta  və  eyni  zamanda  yanacaq  borularında  tıxaclar 

əmələ  gətirə  bilər.  Buna  görə  də  neft  məhsullarının,  xüsusilə  yanacaq  və  yağların 

donma temperaturları ilə yanaşı, onların kristallaşma temperaturları da təyin edilir. 

  Müəyyən  temperaturda  neft  məhsulunun  kiçik  kristallarının  əmələ  gəlməsi 

ilə  bulanma  müşahidə  olunur.  Həmin  temperatura  bulanma  temperaturu  deyilir. 

Bulanma temperaturu neft məhsullarının istismar keyfiyyətini göstərən sabitlərdən 

biridir. Bulanma temperaturu gözlə və ya optik üsullarla təyin edilir. Təyinatda neft 

məhsulu  soyudularkən  müqayisə  üçün  şəffaf  etalondan  istifadə  edilir.  Əmtəə 

yanacaqlarının aşağı temperaturdakı xassələri normalaşdırılmışdır. 

 

 



15 

 

1.2. XAM NEFTİN KARBAHİDROGENLİ HİSSƏSİ, ONUN 



XÜSUSİYYƏTLƏRİ 

 

 Neftin karbohidrogen tərkibi. Neft-parafin, naften, aromatik, hetereatomlu, 

qatran-asfalt  və  mineral  maddələrin  qarışığından  ibarətdir.  Neftin  tərkibində 

göstərilən  sinif  karbohidrogenlərin  miqdarı  başqa  sinif  birləşmələrdən  daha  çox 

olub,  onların  miqdarı  müxtəlif  neft  mədənlərindən  çıxarılan  neftlərdə  geniş 

intervalda dəyişir. 

  Neftin  tərkibində  olan  parafin  karbohidrogenlərinin  ümumi  miqdarı  əsasən 

25-30%  (həll  olmuş  qazlar  nəzərə  alınmadıqda)  təşkil  edir.  Neftdə  həll  olan 

qazların miqdarı nəzərə alındıqda isə parafinlərin miqdarı 40-50%-ə, bəzi neftlərdə 

isə 50-70%-ə çatır. Bununla yanaşı, tərkibində cəmi 10-15% parafin olan neftlər də 

vardır. 

  Neftin tərkibində çox az  miqdar etil qrupundan daha böyük (etil  və s.) alkil 

qrupu saxlayan şaxəli quruluşlu parafinlərin olması da müəyyən edilmişdir. 

 Qaz  parafin  karbohidrogenlər:  Qaz  karbohidrogenləri  xalis  qaz,  qaz 

kondensat və neftlə birlikdə neft yataqlarından çıxarılır.  

Müxtəlif  qaz  kondensat  yataqlarından  çıxarılan  stabil  kondensatın  miqdarı 

geniş  intervalda  (5-10  sm

3

/m

3



-dən  300-500  sm

3

/m



3

-ə  qədər  və  daha  çox)  maye 

karbohidrogenlər olur. 

  Qaz  kondensat  yataqlarındakı  qazların  tərkibində  metanın,  elecə  də  benzin, 

kerosin  və  dizel  fraksiyalarının  tərkibini  təşkil  edən  yüksək  molekullu 

karbohidrogenlərin miqdarı çox olur. 



 

 

 

 

 

 

 


16 

 

 



Cədvəl 1.2 

Neftlə birlikdə çıxan qazların kimyəvi tərkibi (% həcmlə) 

Mədən 

CH



C

2

H



C

3

H



C

4

H



C

5

H

12

 

CO



N

2

+nadir 

qazlar 

Abşeron 


yarımadası 

 

Qərbi  



Quş-Dağ 

 

Anastasiyev-



Troitski 

 

Sokolovo-Qorski 



 

Şpakov 


Romaşkin 

Bavlin 


 90,94 

 

 



 86,8 

 

 



 85,1 

 

 



 53,0 

 

41,2 



46,5 

38,5 


0,1-3 

 

 



 4,5 

 

 



 5,0 

 

 



 9,0 

 

 15,0 



21,4 

21,0 


0,1-0,8 

 

 



 3,0 

 

 



 1,0 

 

 



 11,2  

 

15,8  



14.4 

20.0 


 1,6 

 

 



 2,0 

 

 



 1,0 

 

 



10,0 

 

 6,9 



4,5 

8,0 


0,3-2,0 

 

 



 3,2 

 

 



 2,8 

 

 



 5,8 

 

 4,0 



 2,2 

 3,5 


1-8 

 

 



0,4 

 

 



5,0 

 

 



1,0 

 

0,1 



 − 

 – 



 

 

 0,1 



 

 

 0,1 



 

 

 10,0 



 

17,0 


11,0 

 9 


 

 Maye parafin karbohidrogenləri: Tərkibində beşdən on altıya qədər karbon 

atomu  saxlayan  parafin  karbohidrogenləri  maye  halında  olur.  Bəzən  bu  qrup 

karbohidrogenlərə  orta  parafinlər  də  deyilir.  Yanacaqların  (benzin,  kerosin,  dizel) 

tərkibinin əsas hissəsini maye parafin karbohidrogenləri təşkil edir. Parafinlərin C

5

 

-dən C



9

 -a qədər olan nümayəndələri benzin fraksiyasının tərkibinə daxil olur.  

  Müxtəlif yerlərdən çıxarılan neftlərdən ayrılan benzin fraksiyalarının analizi 

göstərir  ki,  onun  tərkibinin  əsas  hissəsini  karbohidrogenlərin  ən  sadə 

nümayəndələri  təşkil  edir.  Lakin,  Neft  Daşları  və  Anostasiyev–Trotski  neft 

mədənlərindən çıxarılan neftlərin tərkibində uzun yan zəncir saxlayan və daha çox 

şaxələnmiş karbohidrogenlər də olur.  

  İzoprenoid  quruluşlu  parafinlərin  neftin  tərkibində  olması  60-cı  illərdə 

müəyyən  edilmişdir.  Alifatik  izoprenoidlərə  zəncirində  hər  üç  metilen  qrupundan 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə