“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   2   3   4   5   6   7   8   9   ...   29

10 

 

miqdarı  istehsalda tətbiq olunan əməyin miqdarından və işçilərin sayından, həmçinin 



əmək  məhsuldarlığından  asılıdır.  Buna  görə  də  əmək  məhsuldarlığı  yüksək  olan 

mədəni  xalqlar  daha  çox  sərvət  yaradır  və  yaxşı  yaşayırlar  [22].  İqtisadi  artım 

probleminin araşdırılması sahəsində K.Marksın da  müəyyən xidmətləri olmuşdur. O, 

"Kapitalı"ın  II  cildində  ictimai  istehsalın  iki  böyük  bölmədən,  istehsal  vasitələri 

istehsalı  və  istehlak  şeyləri  istehsalından  ibarət  olduğunu  göstərmiş  və  onların 

arasındakı  tarazlıq  şərtlərini  aşkara  çıxarmışdır  [48].  Şübhəsiz  ki,  Keyns  də  iqtisadi 

artımla  bağlı  mühüm  tədqiqatlaraparıb.  Keynsçi  baxışlar  sisteminin  əsas  müddəaları 

C.M.  Keynsin  «Məşğulluğun,  faizin  və  pulun  ümumi  nəzəriyyəsi»  (1936)    əsərində 

öz əksini tapıb. Keyns iqtisadiyyatın bazar mexanizmi vasitəsilə özünü tənzim etməsi 

haqqında neoklassik nəzəriyyəni qəbul etmir. O,  göstərir ki, təbii inkişaf edən bazar 

iqtisadiyyatı ideal sistem deyil, bu sistemə iqtisadi sarsıntılar xasdır. O hesab edir ki, 

azad  iqtisadi  sistem  maddi  və  əmək  resurslarından  dolğun  və  səmərəli  istifadə 

olunmasını,  həmçinin  iqtisadiyyatın  fasiləsiz  artımına  sərbəst    şəraitin  yaradılmasını 

təmin  edə  bilmir.  Keyns  bazar  iqtisadiyyatını  saxlayıb,  yalnız  onu  dövlət  siyasətilə 

düzəltməyi təklif edir [45].  

Keyns  modelinə  əsasən,    makroiqtisadi  tarazlığın  təmin  olunmasında  tələb 

həlledici  rol  oynayır.  Tələbin  həlledici  ünsürü  isə  multiplikator  vasitəsilə  mənfəətin 

artmasını təmin edən  investisiyalardır.  Keynsçilər  istehsal amillərinin  və onların bir-

birini  qarşılıqlı  əvəz  etməsinin  səmərəliliyi  haqqında  neoklassik  baxışları 

dəstəkləmirlər.  

XX  əsrin  ortalarında  keynsçi  nəzəriyyəsinin  davamı  olaraq  neokeynsçilik 

nəzəriyyəsi  formalaşdı.  Bu  nəzəriyyənin  yaradıcılarından  biri  dinamik  iqtisadi  artım 

modelini  irəli  sürən  ingilis  iqtisadşısı  R.Harrod  olub.  R.Harrodun  1948-ci  ildə  dərc 

etdirdiyi  «İqtisadi  dinamika  nəzəriyyəsinə  dair»  monoqrafiyası  onu  müharibədən 

sonrakı  keynsçiliyin  lideri  və    neokeynsçi  dinamika  nəzəriyyəsinin  banisi  kimi 

tanıtdı.    Harrodun  metodologiyası  mahiyyətcə  Keynsin  metodologiyasına  yaxın  idi. 

Yəni  bunların  hər  ikisində  arpegir  makroiqtisadi  göstəricilər,  yəni  məcmu  tələb  və 

gəlir,  məcmu  yığım,  investisiya  və  s.  tətbiq  olunurdu.  Belə  təhlil  ilk  növbədə  təkrar 

istehsal  prosesinin  kəmiyyət  tərəfini  təsvir  etməyə  imkan  verirdi,  onun  keyfiyyət 



11 

 

müəyyənlikləri,  sosial  nəticələri  isə  təhlildən  kənara  qalırdı.  Fərq  ondadır  ki,  Keyns 



təkrar  istehsal  prosesini  statistik  vəziyyətdə  nisbətən  qısa  vaxt  kəsimində  tədqiq 

edirdi.    Harrod  isə  daha  çox  dinamik  proseslərə,  xüsusən  uzunmüddətli  planda  baş 

verən proseslərin tədqiqinə fikir verirdi.  

İstənilən  vasitə  ilə  ÜDM  artımını  saxlamaq  cəhdi  ona  şərait  olduqda  

perspektivə malikdir. Lakin şərait dəyişə bilər. Təbii ki, R. Harrod şərtləri dəyişməyə, 

iqtisadiyyatın  tsiklik  inkişaf  ziddiyyətlərinin  həll  olunması  mexanizm  və  alətlərini 

təklif  etməyə  cəhd  etdi.    Beləliklə,  istehsalın  tsiklik  tənəzzülünün  nəticələrinin 

yumşaldılması,  işsizliyin  miqyasının  azaldılması  və  bu  əsasda,  istehsal  artımının 

intensivləşdirilməsi, tələbin yüksəldilməsi məsələsi qoyuldu. 

Sonralar  bəzi  nəzəriyyəçilər  Harrodun  müddəaları  əsasında  postkeynsçi  artım 

nəzəriyyəsini,  xüsusilə  gəlirlərin  bölgüsünün  oynadığı  rolla  əlaqədar  fikirləri  inkişaf 

etdirməyə  çalışdılar.  N.Kaldor,  daha  sonra  A.Pezenti  gəlirlərin  əmək  haqqına  və 

mənfəətə  ayrılmasının  yığımın  ümumi  normasına  necə  təsir  etdiyini  və  zəmanətli 

artım  tempinin  təbii  templərə  necə  uyğunlaşdığına  imkan  verdiyini  göstərməyə 

çalışdılar.  Neokeynsçi  modelin  bir  qədər  fərqli  variantı  amerikan  alimi  E.Domar 

tərəfindən  irəli  sürülüb.  R.Harrodun  tədqiqatlarından  xəbərsiz  olaraq  o, 

“tarazlaşdırılmış iqtisadi artımın idarəedilməsi” prinsipini irəli sürüb [56]. O, Keynsin 

“investisya  gəlir  yaradır”  fikri  ilə  razılaşaraq    qeyd  edir  ki,  investisyalar  eyni 

zamanda  əmtəə  təklifinin  artmasına  gətirib  çıxarır.  Ilkin  Keyns  modellərindən  fərqli 

olaraq,  bu  model  investisiyaları  yalnız  gəlirlərin  deyil,  həm  də  yeni  güclərin 

yaradılması  amili  hesab  edir.  Domarın  fikrincə,  tələb  və  təklifin  dinamik  tarazlığı 

yeni  gücləri  və  gəlirləri  əmələ  gətirən  kapital  qoyuluşunun  dinamikası  ilə  müəyyən 

edilir. Deməli, əsas vəzifə investisiyaların  həcmi  və dinamikasının  müəyyən edilmə-

sindən ibarətdir.  

İqtisadi  artım  modellərini  müəyyən  edən  nəzəriyyələrdən  biri  də  neoklassik 

nəzəriyyədir.  Neokeyns  nəzəriyyəsindən  fərli  olaraq,  bu  nəzəriyyə  o  prinsipi  əsas 

tutur  ki,  iqtisadiyyat    sərbəst  olaraq,  heç  bir  müdaxilə  olmadan  hərəkət  edir  və 

uzunmüdətli  dövrdə  artımın  təbii  templəri  əvvəcədən  qarantiya  olunmuş  templərə 

bərabər olur. Neoklassik cərəyan R.Solou və ABŞ vətəndaşları, iqtisadçı P.Duqlas və 



12 

 

riyaziyyatçı  X.Kobbun  əsərlərində  öz  əksini  tapır.  İqtisadi  artım  nəzəriyyəsinə 



P.Solounun  əsas  töhfəsi  onun  tərəfindən  hazırlanmış  2  modeldə  öz  əksini  tapıb: 

1)iqtisadi  artımın  mənbələrinin  faktorlu  təhlili  modeli;  2)  iqtisadi  artım,  kapital  və 

yığım  arasındakı  qarşılıqlı  əlaqəni  aşkar  edən  model.  P.Solou  1956-cı  ildə  tamamilə 

başqa  yolla  gedərək,  uzunmüddətli  meyllərin  öyrənilməsinə  diqqətini  cəmləməkdən 

ötrü  qısamüddətli  xarakterli  tarazlıqdan  şüurlu  surətdə  yayındı  [82].  Onun  üçün 

modelin aqregir xarakteri və yığım normasının sabitliyi haqqında hipotez kifayət etdi 

ki,  o  iqtisadi  artıma  kapital  yığımı  prosesinin  nəticəsi  kimi  baxsın.  Qısa  müddətdə 

yığım norması kapital yığımını və təbii ki, həm də onun artımını müəyyən edir. Lakin 

uzunmüddətli  dövrdə  əhalinin  dinamikası  ilə  müəyyən  edilən  təbii  artım  tempi 

bərqərar olur. Kafi model əldə etmək üçün texniki tərəqqinin təsirini də nəzərə almaq 

lazım  gəldiyindən,  P.  Solou  1957-ci  ildə  ilk  dəfə  olaraq,  sonralar  «Solou  qalığı» 

adlandırılan  bir  meyarı,   yəni avtonom texniki tərəqqinin empirik  ifadəsini ölçlməyə 

nail olmuşdu [83]. Nəticədə, Harrod neytral tərəqqi modeli ilə birgə Solou modeli H. 

Kaldor tərəfindən müəyyən edilən artımın «stilistik halları»nın əksər hissəsini nəzərə 

almağa  qadir  oldu.  Solounun  işləri  uzunmüddətli  planda  kapitalın  məhsuldarlığı  və 

faizin  real  norması  kimi  məsələlərdə  daha  uğurlu  gələcək  vəd  edirdi.  Solounun 

modelində həlledici məqam olan “qənaət davranışı”, görünür, bu amili endogen kimi 

nəzərdən keçirməyi tələb edirdi. 

Ümumiyyətlə,    Solou  modelində  iqtisadi  artımın  əsas  amilinin  davamlı  texniki 

proqres  və  resurslardan  səmərəli  istifadə  edilməsi  göstərilir.  Uzunmüddətli  dövrdə 

fundamental  texniki  proqres  iqtisadi  artım  yaradılmasında  əsas  rol  oynayır.  

Neoklassik modellərdə çox faktorlu istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci 

illərinin  axırlarında  ABŞ  vətəndaşları,  iqtisadçı  P.Duqlas  və  riyaziyyatçı  X.Kobb 

1899-1922-ci  illərdə  Amerikanın  emaledici  sənayesində  əsas  kapitalın,  işlənmiş 

saatların  miqdarının  və  istehsalın  həcminin  artmasını  nəzərdən  keçirərək  üç 

müvəqqəti  sıra  düzəltmişlər.  Kobba-Duqlas  funksiyası  hazırda  da  iqtisadi  artımın 

amillərinin, xüsusilə texniki tərəqqinin qiymətləndirilməsi üçün istifdə edilir [83].  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə