Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

 
 
 
 
inkişafı səviyyəsində hər iki cəhətin həm ayrılıqda, həm də onların bir-birilə qarşılıqlı 
əlaqələri  fonunda  öyrənilməsi  vacibdir.  Çünki  elə  dövlətlər  vardır  ki,  onlar  eyni 
zamanda  həm  kreditor,  həm  də  debitor  qismində  beynəlxalq  borc  (kredit) 
münasibətlərində iştirak edirlər. 
 
Bir  sıra  inkişaf  etmiş  ölkələrdə  kreditlərin,  borc  resurslarının  verilməsi  və 
alınması məsələləri onların konstitusiyasında, digər ölkələrdə parlament aktlarında öz 
əksini tapır.  Konstitusiyada  maliyyə  nazirindən belə  vəsaitlərlə aparılan  iş barəsində 
parlamentə,  onun  üzvlərinə  məlumat  verilməsi  tələb  olunur.  Bu  tələb  iki  səbəbə 
əsaslanır.  Birincisi,  borc  verilməsi  və  ya  kredit  alınması  ilə  sövdələşmələrdən  sonra 
bu vəsaitlərdən istifadə olunması auditor nəzarəti ilə əlaqəlidir. İkincisi isə, parlament 
öz seçimlərini bu vəsaitlər barəsində məlumatlarla təchiz edə bilməlidirlər
3

 
Dövlət  borclarının  vahid  idarə  edilməsi  sisteminin  formalaşması  vəsaitlərin 
mobilizasiya  olunması  və  onların  məqsədli  olaraq  səmərəli  şəkildə  istifadə 
olunmasına  şərait  yaradır.  Burada  bu  prosesdə  iştirak  edən  müvafiq  orqanların 
fəaliyyətinin  əlaqələndirilməsi,  onların  qarşılıqlı  təsir  mexanizmlərinin  və 
qaydalarının qanunvericilik əsasında işlənib hazırlanması, valyuta, pul-kredit və borc 
və büdcə siyasətini müəyyən edən, onu həyata keçirən orqanlar arasında informasiya 
mübadiləsi  mexanizmlərinin  hazırlanması,  müvafiq  orqanların  funksiyalarının  və 
səlahiyyətlərinin 
qanunvericilik 
əsasında 
müəyyənləşdirilməsi 
və 
konkretləşdirilməsinə dair məsələlər dövlət borclarının idarə edilməsinin qanunverici 
əsaslarının möhkəmləndirilməsinin mühüm amilləri kimi qəbul edilir. 
 
Onu  da  qeyd  edək  ki,  dövlət  borclarının  vahid  idarə  edilməsi  sisteminin 
formalaşması həm daxili, həm də xarici borcların cəlb edilməsi, onların qaytarılması 
və  xidmətlə  bağlı  bütün  əməliyyatlar  üzrə  qeydiyyatların  vahid  şəkildə  həyata 
keçirilməsini  təmin  edə  bilər.  Borcların  idarə  edilməsi  sistemində  bu  elementlərin 
təmin  edilməsi  borclarla  bağlı  xərclərin  daimi  nəzarətdə  saxlanılması,  bu  xərclərin 
optimallaşdırılmasına şərait yaradır. 
                                                
 


 
 
 
 
Rusiya  Federasiyasında  dövlət  borclarının  uçotu  və  qeydiyyatı  ilə  bağlı  vahid 
sistem  fəaliyyət  göstərir.  Bu  sistem  çərçivəsində  dövlət  daxili  və  xarici  borclarının 
qeydiyyatı kitabının yaradılması və dövlətin borc öhdəliklərilə bağlı informasiyaların 
bu kitabda yerləşdirilməsi müvafiq qanunvericiliklə tələb olunur. 
Bir  sıra  ölkələrdə,  o  cümlədən  İrlandiya,  Danimarka,  isveç,  Yeni-Zelandiya 
borclara  xidmətlə  bağlı  xərclərin  və  risklərin  azaldılmasına  yönələn  yeni  idarə  etmə 
metodları  tətbiq  edilir.  Borc  öhdəlikləri  portfelinin  idarə  edilməsinə  bu  cür  yeni 
məzmunda  yanaşma  qiymətli  kağızlar  portfelinin  idarəedilməsi  praktikası  ilə 
müəyyən  dərəcədə  anologiya  təşkil  edir,  lakin  burada  əsas  məqsəd  borcla  bağlı 
xərclərin  azaldılmasıdır.  Borc  portfelinin  idarəedilməsi  səmərəliliyi  portfelin 
valyutanın  növünə  görə  borcun  qaytarılma  müddətinə  görə,  faiz  stavkalarının 
strukturu və ödəmələrin müntəzəm qrafik əsasında həyata keçirilməsi məsələləri üzrə 
qiymətləndirilir. 
  
3.2 Dövlət borcunun (kreditinin) planlaşdırılması və ödənilmə 
mexanizminin təkmilləşdirilməsi. 
 
 
Bildiyimiz  kimi,  ÜDM-in  dövriyyəsi  maddi  və  dəyər  formasında  həyata 
keçirilir. ÜDM-un dəyər formasında dövranı zamanı maliyyə vəsaitinin yaraldılması, 
bölgüsü,  yenidən  bölgüsü  və  istehlakı  prosesində  maliyyə  münasibətləri  yaranır. 
Özlüyündə bu  maliyyə  vəsaitinin  yaradılması, bölgüsü, yenidən bölgüsü  və  istehlakı 
prosesinin  idarə  edilməsi  maliyyə  planlaşdırılmasının  köməyi  ilə  həyata  keçirilir. 
Maliyyə  planlaşdırılması  iqtisadiyyatı,  təsərrüfatlararası  nisbəti  balanslaşdırır,  əmək, 
maddi və maliyyə ehtiyatlarından səmərəli istifadənin yollarını müəyyənləşdirir. 
 
Qeyd  edək  ki,  dövlət  krediti  münasibətləri  maliyyə  münasibətlərinin  tərkib 
hissəsidir.  Eyni  ilə  maliyyə  planlaşdırılmasının  tərkib  hissələrindən  biri  də  dövlət 
borcu  planlaşdırılmasıdır.  Dövlət  borcu  münasibətlərində  maliyyə  resursu 
mənbələrinin aşkar edilməsi, aşkarlanmış maliyyə vəsaitlərinin dövlət tərəfindən cəlb 
edilməsi,  cəlb  olunmuş  maliyyə  vəsaitlərinin  istifadəsi,  istifadə  edilmiş  həmin 


 
 
 
 
vəsaitlərin geri qaytarılması proseslərini, başqa sözlə dövlət borcunun idarə edilməsi 
dövlət  borcu  planlaşdırılmasının  obyektini  təşkil  edir.  Bu  baxımdan    dövlət  borcu 
planlaşdırılması dövlət borcunun idarə edilməsinin mühüm funksiyasını təşkil edir. 
 
Belə demək olar ki, dövlət borcu planlaşdırılması milli iqtisadiyyatın inkişafına 
müsbət  təsir  göstərir.  Dövlət  borcu  planlaşdırılması  vasitəsi  ilə  dövlət  qarşılaşdığı 
vəsait  qıtlığını  bilavasitə  həll  edir.  Bir  maliyyə  planlaşdırılmasının  forması  kimi 
dövlət  borcu  planlaşdırılması  bir-biri  ilə  sıx  əlaqədə  olan  bir  sıra  mürəkkəb  işləri 
özündə  birləşdirir.  Bu  baxımdan  planlaşdırma  mərhələli  şəkildə  həyata  keçirilir. 
Əsasən dövlət borcunun planlaşdırılması aşağıdakı mərhələləri özündə birləşdirir: 
I. 
Mövcud məsələ ilə tanışlıq və strateji məqsədin müəyyən edilməsi; 
II. 
Hər  hansı  tədbirin  həyata  keçirilməsi  üçün  ilk  növbədə  onun  mexanizmi  ilə 
tanış olmaq və nail olunacaq məqsədi müəyyən etmək lazımdır. 
III. 
Spesifik  təhlil  nəticəsində,  müəyyən  dövr  ərzində  obyektin  inkişaf 
xüsusiyyətlərinin araşdırılması; 
Burada müəyyən dövr dedikdə, keçmiş dövrlər nəzərdə tutulur. Burada keçmiş 
dövr  ərzində  obyektin  göstəricilərinin  hansı  səviyyədə  olması,  necə  inkişaf  etməsi, 
plan  göstəricilərinin  faktiki  hesabat  göstəriciləri  ilə  necə  uzlaşması,  yaranan  dövlət 
borclanmasının  hansı  mənbə  hesabına  və  necə  idarə  edilməsi  araşdırılır.  Burada 
həmçinin cari ilin spesifik xüsusiyyətləri də nəzərə alınır.  
IV. 
Ayrı-ayrı göstəricilərin hesablanması; 
Bu  zaman  keçmiş  və  planlaşdırılan  dövrün  inkişaf  xüsusiyyətləri  təhlil  edilib 
əsas götürülərək göstəricilər üzrə uyğun hesablamalar aparılır. 
V. 
Göstəricilər müəyyənləşdirildikdən sonra, onlar əsasında dövlət borcu planının 
tərtibi; 
Planda  əsasən  cəlb  olunmuş  borcun  həcmi,  hansı  müddətə  istifadə  edilməsi, 
əsas borc üzrə faizlərin məbləği xüsusi qeyd olunmalıdır. Burada cəlb edilmiş borcun 
məbləği  mövcud  problemin  həlli  üzrə  lazım  olan  məbləğə  bərabər  olmalıdır.  Daha 
doğrusu kredit sərhəddi düzgün müəyyənləşdirilməlidir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə