Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

22 

 

-



 

 Vençur şirkətə edilən cəlbedici investisiya təkliflərinin xüsusiyyətləri. 

İlk öncə, vençur şirkətlərin fəaliyyətlərində qarşısına çıxacaq risklər müəyyən 

edilir. Risk nə qədər çox olarsa, investisiyadan əldə ediləcək gəlirin də bir o qədər 

yüksək olması artıq məlum məsələdir. İnvestor əlindəki kapitalı inşaat şirkəti və ya 

dövlətin  nəzarətində  olan  nisbətən  daha  az  riskli  digər  sahələrə  yönəldə  bilər, 

ancaq  bu  zaman  riskin  çox  yüksək  olduğu  başlanğıc  mərhələlərdə  qoyulan 

investisiyalardan əldə olunan gəlirdən daha az qazanacaqdır. Vençur investisiyalar, 

bəlkə  də,  ən  riskli  investisiya  növüdür  və  bu  sahədə  müsbət  nəticələrin  əldə 

edilməsi  ehtimalı  zəifdir.  Bununla  belə,  başlanğıc  mərhələdə  qoyulan  investisiya 

uğurlu olduğu halda, qazanılan gəlir miqdarı da çox yüksək olur. 

d)

 

İnvestisiya imkanlarının yaradılması 

İnvestisiya  imkanları  müxtəlif  mənbələr  hesabına  yaradıla  bilər.  Eynilə 

investisiya  və  ticarət  bankları  kimi  vençur  şirkətlər  də  investisiya  bazarlarında  öz 

strategiya  və  fəaliyyətləri  ilə  seçilirlər.  Onların  bu  istiqamətdə  istifadə  etdikləri 

üsullar bunlardır: 

 



 Birbaşa  marketinq.  Vençur  şirkətlərin  əlaqə  quracağı  və  birgə  iş  görəcəyi 

iqtisadi  subyektlər  ola  bilər:  texnoloji  yeniliklərlə  bağlı  layihələri,  fikirləri  olan 

innovativ  insanlar  və  ya  bu  sektorda  fəaliyyət  göstərən  təcrübəli  mütəxəssislər. 

Bunlardan  başqa,  öz  işində  əlavə  kapitala  ehtiyac  duyan  yeni  şirkətləri  də  aid 

etmək olar. 

 



 Dolayı  marketinq.  Vençur  şirkətlər  maliyyə  və  ticarət  qəzetlərinə, 

jurnallarına və s. elan verirlər. Eləcə də, vençur fondlar və fəaliyyəti mövzusunda 

olan müxtəlif konfrans və seminarlara qatılaraq və ya bunları özləri təşkil edərək 

kapital investorları ilə və sərmayəyə ehtiyac duyan şirkətlərlə əlaqə yarada bilərlər. 

 

 İnformasiya  mənbələri.  Sahibkarlardan,  hüquqşünaslardan,  mühasiblərdən, 



sənaye  istehsalatlarından,  digər  vençur  kapitalistlərdən  və  banklardan  alınan 

informasiya  (xəbərlər,  məsləhətlər  və  s.)  investisiya  imkanlarının  yaradılmasında 

önəmli  mənbədir.  Cəlbedici  investisiya  fürsətlərinin  dəyərləndirilməsi  sahəsində 



23 

 

bir-birilə  rəqabət  şəraitində  olan  vençur  şirkətlər  effektiv  və  geniş  bir  əlaqə 



şəbəkəsi qurmaq məcburiyyətindədirlər.  

Vençur  şirkətlərin  fəaliyyəti  vençur  fondların  toplanması,  vençur  kapitalın 

qoyulması və kapitaldan çıxış olmaqla 3 əsas mərhələdən ibarətdir. Digər tərəfdən 

bu  fəaliyyət  müxtəlif  alt  mərhələri  özündə  birləşdirir.  Bunlar  ─  vençur  fondların 

yığılması  və  idarə  edilməsi,  innovativ,  təşəbbüskar  sahibkarların  öz  layihələrini 

vençur  şirkətlərə  təqdim  etməsi,  layihələrin  qiymətləndirilməsi,  layihənin  biznes-

planının  hazırlanması,  texniki-iqtisadi  əsaslandırmaların  aparılması,  kapital 

qoyuluşunun  qərara  alınması,  müqavilənin  imzalanması  və  şirkətin  kapitalından 

çıxış mərhələləridir. Vençur firmalar tərəfindən start-up şirkətlərə kapital qoyuluşu 

aşağıdakı şəkildə baş verir: 

 

ġəkil 1.5. Vençur maliyyələĢməsi prosesi 

 

Vençur  maliyyələşməsinin  birinci  mərhələsi  vençur  fondların  toplanması  və 

idarə  edilməsidir.  İlk  öncə  yığılacaq  vençur  fondların  miqdarı  müəyyənləşdirilir. 

Bunun  üçün  vençur  sərmayə  ayrılacaq  müəssisələr  seçilir,  bu  müəssisələrin 

xüsusiyyətləri, idarəetmə və digər xərcləri və s. öyrənilməsi həyata keçirilir.  



24 

 

Vençur  fondlarının  toplanması  üçün  əsas  şərt  bu  işə  girişəcək  investorların 



olmasıdır.  Bu  məqsədlə  əllərindəki  vəsaiti  uzunmüddətli  və  daha  riskli 

investisiyalarda  dəyərləndirmək  istəyən  investorları  bir  yerə  yığacaq  təşkilat 

yaradılır.  Uzunmüddətli  investisiyalara  ölkədəki  iqtisadi  konyuktura,  faiz 

dərəcələri,  inflyasiya,  investisiya  mühiti,  maliyyə  bazarlarının  vəziyyəti,  siyasi 

mühit və s. müxtəlif amillər təsir göstərir. İnkişafda olan və zəif ölkələrdə vençur  

fondların  fəaliyyətinə  bu  amillərin  təsiri  daha  güclüdür.  Bundan  başqa  vençur 

investisiya  zamanı  bir  sıra  əlavə  risklər  də  (marketinq  riski,  texnoloji  risk  və  s.) 

meydana  gəlir. Bu  səbəblə, vençur  fondların bütün öhdəlikləri qarşılayacaq qədər 

çox və uzunmüddətli olması əsas məsələlərdən birinə çevrilir.  

Vençur fondların əsas maliyyə mənbələri kimi bunları qeyd etmək olar: özəl 



vençur  şirkətlər,  ticarət  bankları,  investisiya  bankları,  sığorta  şirkətləri,  qeyri-

hökumət  təşkilatları,  investisiya  şirkətləri,  fiziki  şəxslər,  sosial  sığorta  fondları, 

xarici şirkətlər, dövlət tərəfindən ayrılan birbaşa və dolayı fondlar və s. 

Hüquqi  sistem  və  iqtisadi  quruluşlarındakı  müxtəlifliklərə  görə,  vençur 

fondların maliyyə mənbələri ölkədən-ölkəyə dəyişir.  

Kapitalın qoyulması vençur şirkətlərin fəaliyyətinin əsasını təşkil edir. Vençur 

şirkətlərlə  sahibkarlar  məhz  bu  mərhələdə  bir-birilə  qarşılıqlı  əlaqəyə  keçir  və 

investisiya  qoyuluşu  həyata  keçirilir.  Kapital  qoyuluşu  aşağıdakı  fazaları  özündə 

birləşdirir: 

1)

 



Biznes-planın məzmunu və hazırlanması; 

2)

 



İlkin araşdırma; 

3)

 



Sahiblik və idarəetmə məsələləri; 

4)

 



Gözlənilən gəlir və riskin dəyərləndirilməsi; 

5)

 



Qiymətləndirmə; 

6)

 



Müqavilənin bağlanması və məzmunu; 

7)

 



İnvestisiyanın həyata keçirilməsi. 

Biznes-planın  məzmunu  və  hazırlanması.  Vençur  maliyyələşdirmə  prosesi  iş 

qurmaq istəyən sahibkarın vençur şirkətlərə biznes-planı təqdim etməklə başlayır. 

Biznes-plan potensial sərmayədarların yeni qurulacaq şirkətin gələcək fəaliyyəti və 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə