MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə11/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
36 
36 
mübarizəyə  qaldırmaq  üçün  onu  əvvəlcə  öz  nəzərində 
qaldırmaq,  yüksəltmək  lazımdır.  Ə.Hüseynzadə  tərəfindən 
«türkləşmək, islamlaşmaq və avropalaşmaq» şəklində formulə 
edilib,  bir  prinsip  halına  gətirilən  və  «Müsavat»ın  başlıca 
şüarını,  milli  Azərbaycan  bayrağının  əsasını  təşkil  edən  bu 
ideya özündən əvvəlki millətçiliyin bir ifadəsi idi.  
Əhməd  bəy  Ağaoğlu  da  milli  dövlətçilik  ideyalarını 
yaranmasında  və  formalaşmasında  mühüm  yerə  malikdir. 
Avropada,  Parisdə  təhsil  almış  Əhməd  bəy  islamçılığın  və 
türkçülüyün  inkişafında  müstəsna  xidmətlər  göstərmişdir.  O, 
"Həyat",  "Kaspi"  və  b.  qəzetlərdə  xalqın  milli  şüurunun 
oyanması, milli özünüdərk istiqamətlərində məqalələr yazır və 
ilk  islami  ehkamlara  əməl  olunmasını  vacib  sayır.  Mütəfəkir 
islamla  türkçülüyün  bir-birini  tamamlaması  ideyasını  irəli 
sürməklə,  milli  dövlətçilik  ideyasında  milli  bir  xətt 
götürmüşdür. Ə.Ağaoğlu da Ə.Hüseynzadə tərəfindən formulə 
edən  islamlaşmaq,  müasirləşmək  və  türkləşmək  ideyasını 
qəbul edirdi. 
İslamçılığın və türkçülüyün Azərbaycanda geniş yayılması və 
özünə  yer  tapmasının  nəticəsi  olaraq  ölkənin  ictimai-siyasi 
həyatında  ciddi  yeniliklər  baş  vermişdi.  Buna  nümunə  kimi, 
1911-12-ci  illərdə  əsası  qoyulan  "Müsavat"  Partiyasını 
göstərmək  olar.  «Müsəlman  Demokratik  Partiyası-Müsavat» 
gizli  bir  təşkilat  olaraq  qurulmuşdu.  Partiyanın  ilk 
proqramının  «Ciddi  xəbərdarlıq»  başlığında  yazılmışdı: 
««Müsavat»  Partiyasının  Bakı  şöbəsi  öz  üzvlərini  rus 
hökumətinin və onun agentlərinin özünə hökumətin diqqətini 
çəkməmək  üçün  açıq  tənqiddən  çəkindirir,  çünki  tənqid 
edənlər  və  onun  həmfikirləri  bundan  ziyan  çəkirlər»  (85, 
s.40).  «Müsavat»ın  proqramında  öncə  türkçülükdən  daha çox 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
37 
islam dini və sosial-demokrat məfkurəsi üstünlük təşkil edirdi. 
««Müsavat»ın ilk proqramı islami xarakter daşımış, partiyanın 
sonrakı fəaliyyəti dövründə işlənib hazırlanmış, dolğunlaşmış, 
Azərbaycanın 
istiqlalı 
və 
müstəqilliyinə 
xidmətə 
yönəldilmişdir»  (86,  s.29).  «Müsavat»ın  proqramı  ilk 
dönəmlərdə əsasən, islam, müəyyən qədər də sosial-demokrat, 
türkçülük ideyaları əsasında tərtib edilmişdi.  
Milli  partiyalarımızda  sosial-demokrat  xəttinin  bir  müddət 
əsas yer tutması isə təsadüfi deyildi. Ötən əsrdə Azərbaycanın 
ictimai-siyasi  həyatında  mühüm  rol  oynayan  sosial-demokrat 
və yaxud sosializm ideologyiası birmənalı şəkildə mənfi deyil, 
müsbət çalarları ilə qeyd edilməlidir. Fəhlə və kəndli sinfinin 
müdafiəçisi  kimi  çıxış  edən,  ictimai  bərabərliyi  irəli  sürən 
sosial-demokrat  ideyası,  XIX  əsrin  sonlarında  bütün  çar 
Rusiyasında olduğu kimi, Azərbaycanda da geniş yayılmışdır.  
Sosial-demokrat  ideologiyasına  daha  çox  bağlı  olan 
Azərbaycanın  görkəmli  dövlət  xadimi,  mütəfəkkir  Nəriman 
Nərimanov 
(1870-1925) 
bu 
prinsiplər 
çərçivəsində 
Azərbaycanın  azad,  ədalətli  sosialist  dövləti  olacağına 
inanmışdı.  Ona  da  inanmışdı  ki,  bolşeviklərlə  bir  yerdə, 
sosializm  uğrunda  mübarizə  aparmaqla  buna  nail  olmaq  olar. 
N.Nərimanovun  rus  bolşevkilərinə  olan  inamı,  Leninlə 
dostluq  əlaqələri  və  başqa  məsələlər,  hazırda  bəzi 
tədqiqatçılarda  ona  qarşı  mənfi  fikirlərin  yaranmasına  rəvac 
verməkdədir.  Ş.Qurbanov  «Nəriman  Nərimanov  dünyası» 
kitabında  yazır:  «İndi  bəzi  alimlər  və  təsadüfi  jurnalistlər 
nahaq  yerə  onu  tənqid  atəşinə  tuturlar,  yeri  gəldi-gəlmədi 
tənqid etmədən keçinmirlər» (35, s.14). 
Şübhəsiz  ki,  N.Nərimanov  da  Rəsulzadə  və  başqaları  kimi, 
Azərbaycanı müstəqil  görmək istəmiş, ancaq bunun, sosialist 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
38 
38 
prinsiplər  əsasında  baş  verəcəyini  qəbul  etmişdi.  Bu, 
Azərbaycanın  müstəqil  dövlətçiliyi  və  istiqlalı  məsələsində, 
sosial-demokrat  əqidəli  N.Nərimanovla  Rəsulzadə  və  başqa 
milli  məfkurəli  insanlar  arasında  bir  sıra  fikir  ayrılıqlarına 
səbəb  olub.  Milli  məfkurəli  ziyalılardan  (M.Ə.Rəsulzadə, 
Ə.Hüseynzadə,  Ə.Ağayev  və  b.)  fərqli  olaraq  N.Nərimanov 
ömrünün  son  vaxtlarına  qədər  Azərbaycanın  gələcəyini 
Rusiyada, ümumilikdə bütün dünyada sosializmin qələbəsində 
görmüşdü.  N.Nərimanov  inanırdı  ki,  dünyada  sosializmin 
qələbəsi  ayrı-ayrı  millətlərə,  o  cümlədən  Azərbaycanı  da 
müstəqil,  azad  edəcək  və  sosial  bərabərlik  təmin  olunacaq: 
«Ey  müsəlman  qardaşlar!  Fəhlələr,  zəhmətkeşlər  və  vicdanı 
oyanmış ziyalılar! Millətin səadətini istəyirsiniz isə bu milləti 
zikr olunan müqəddəs nöqtəyə dəvət edirsiniz isə, «Hümmət» 
ictimaiyyun-amiyyun  firqəsi  «Hümmət»  təşkilatının  bayrağı 
altına cəm olunuz» (43, 121). 
N.Nərimanov  yalnız  ömrünün  son  illərində  bolşevik  «sosial-
demokrat»iyasının əsl mahiyyətini görə bildi ki, artıq çox gec 
idi. Bolşevik «sosial-demokrat»iyasının ikiüzlülüyünə görə isə 
Nərimanovu  günahlandırmaq  düzgün  olmaz.  Nərimanovla 
Rəsulzadəni  milli  maraqlara  zidd  şəkildə  bir-birinə  qarşı 
qoymağın isə nə siyasi, nə də elmi-fəlsəfi əsası var. «Bunların 
ikisi  də  Azərbaycan  xalqının  lideridir,  ikisi  də  xalqını, 
vətənini  sevən,  onu  nicat  yoluna  çıxarmağa  çalışan 
vətənpərvərlər  idi.  Üstəlik,  bir-birini  sevən,  qiymətləndirən, 
heç biri o birinin başından bir tük də əskik olmasını istəməyən 
adamlar idi» (36, s.11).  
1917-ci  ildə  çar  Rusiyasında  baş  verən  fevral  burjua 
inqilabından  sonra  Azərbaycanda  ictimai-siyasi  durum  yeni 
bir  dövrə  qədəm  qoyur,  milli  hərəkat  güclənərək  geniş 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə