MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə70/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
214 
214 
ailəsində dünyaya göz açdığı üçün islama yaxından bələd idi. 
İslamın mahiyyəti ilə yaxından tanış olduğu üçün o, bu dinin 
təssübkeşi kimi də çıxış edir. Uşaq vaxtlarından islama böyük 
maraq  göstərən  M.Ə.Rəsulzadə  sonralar  bunu,  dinin 
ecazkarlığına heyranlığı ilə izah edir: «Məscidə çox gedərdim. 
Namaz mənə şərən vacib olmadığı zamanlar belə bir çox qəza 
namazları  keçən  saqqallıların  etmədiyi  ibadətlərin  icrasına 
həvəsli  idim.  Ramazan  gecələrində  məscidə  gedər,  sübh 
açılana  kimi  namaz  qılardım-gecə  namazı.  Ən  çox  həzz 
aldığım yer məscid idi. Bir zamanlar məktəbə, sonra mətbəəyə 
nə kim bir həvəslə gediyor idimsə, o vaxt məscidə də öylə bir 
həvəslə  gediyordum.  Məsciddə  qazanılacaq  savabların 
hamısına  sahib  olmaq  da  başlıca  amalım  idi.  Fəqət  bütün  bu 
istəklərim,  təmayüllərimlə  bərabər  şiə  məscidinin  ən  böyük 
fəzilətini  və  ən  böyük  savabını  təşkil  edən  ağlamaqdan 
məhrum idim» (50, s.272). 
M.Ə.Rəsulzadə  gənc  olarkən  hesab  edirmiş  ki,  bir  möminin 
həyatı ancaq göz yaşı ilə inciləşir: «Mən də bir mömin olmaq 
fikrində  idim.  Ancaq  həyati  imanımın  incisiz  olacağına 
mütəəssif idim. Bu məni o vaxt bəlkə də izah etmədiyim bir 
vicdan  təzyiqi  altında  bulunduruyordu.  Fəqət  sonra  ağlar 
vaxtlarım  oldu.  Nadir  olsa  da  ağladım.  Zənn  edirəm  ki,  çox 
səmimi  olaraq  ağladım.  İnsanın  darğınlığında,  müsibət  və 
matəmlərində  yeganə  müdari-təsəllisi  olan  acı  giriyələrə  nail 
oldum.  Yalnız  dini  bir  təsirlə  deyil,  bəşəri  bir  təsirlə  də 
ağladım»  (50,  s.273).  Dinlə  yanaşı,  bəşəri  təsirlə  də  ağlayan 
M.Ə.Rəsulzadə  bu  zaman  milli  və  bəşəri  dəyərlərin 
ümumiliyindən çıxış edir. Onu ağladan islami, insani və milli 
dəyərlərin cəmiyyət arasında yetərincə başa düşülməməsi idi. 
Ona  görə  də  əvvəllər  zorla  ağlamaq  istəyi  baş  tutmasa  da, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
215 
sonralar Məhəmməd Əmin həm dini, həm də bəşəri bir təsirlə 
ağladığını etiraf edir. 
İslama  özünməxsus  bir  münasibət  bəsləyən  Rəsulzadəni 
həmyaşıdlarından,  başqa  insanlardan  fərqləndirən  əsas  cəhət 
bu  dinə  fanatikcəsinə  deyil,  mövcud  gerçəkliklərə,  şəraitə 
uyğun şəkildə yanaşması idi. Gənc yaşlarında sosial-demokrat 
olmasına  baxmayaraq,  M.Ə.Rəsulzadə  nəinki  islam  dinini 
rədd edir, hətta islamiyyət üzrə birliyi vacib saymış və islami 
sosializminin tərəfdarı kimi çıxış edir. «Hümmət» qəzeti üçün 
şüar kimi götürdüyü «Hümmətür-rical təqləül-cibal» (kişilərin 
himməti  dağları  qoparar)  atalar  sözünün  izahına  həsr  etdiyi 
eyni  adlı  məqalədə  M.Ə.Rəsulzadə  yazır:  «Hər  bir  şeyin 
qüvvəti  birlikdədir.  Birlik  isə  yalnız  "mən  sənə  yoldaşam"  - 
deyib təsəlli verməklə olmaz. Bu, dildə deyilən sözü əməl ilə 
də göstərməlidir. Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, 
həmməsləklik  ilə  olur...  Məsələn  biz  cavanların  biri 
millətpərəst, o biri demokrat, üçüncüsü ətiqpərəst, dördüncüsü 
cədidpərəst  olub  da,  bu  cür  dəstə-dəstə  olmaqda,  hərəmiz 
özünə  məxsus  bir  yol  götürüb,  müəyyən  bir  məslək  ilə 
getməkdən hamımız tək-tək tələf olarıq və heç birimizin əli öz 
muradına çatmaz….  
İndi  yoldaşlar!  Hərəmiz  bir  güncdə  bir  xüsusi  cəmiyyət 
qayırıb da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir 
və  fellərimizdən  bir-birimizi  hali  etməliyik.  Millətpərəstlik 
bizə  yararsa,  hamımız  millətpərəst,  demokratlıq  yararsa, 
hamımız demokrat və qeyri  bir  yarar məslək üzrə olub, sözü 
və  işi  bir  olan  iş  görək.  Bəndəyə  qalır  isə  hər  bir  dəstədən 
olursa olar, ancaq islamiyyət üzrə olaq. İslamiyyətdən kənara 
çıxsaq  fəlakət  bizi  gözləyir.  İslam  bizə  rahi-nicatdır  -  desəm 
eyni savabdayam. Nə sosializmin, nə də demokratizmin ümdə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
216 
216 
əqidələri  islam  ilə  müxalif  deyil.  Bəlkə  şarəyei-müqəddəsi-
islam  qoyduğu  qəvaidlə  eyni  mütabiqətdə  və  müvafiqətdədir. 
Zəkat, fitrə və qeyrə sədəqlər vacibi-sünnəti materializm deyil 
də  nədir?  Bərəkət  cəmaətlikdədir.  Ümur  cümhuri-şura  ilə 
görülməlidir - kəlamları demokratizmi icab etməzmi? Xülasə, 
yenə də təkrar edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət 
üzrə olaq ki, bu eyni insaniyyətdir» (49, s.18-19).  
Millətin  mənafeyi,  rifahı,  xoşbəxt  gələcəyi  naminə  istənilən 
bir  cərəyan  ətrafında  birləşməyi  vacib  sayan  Məhəmməd 
Əmin  hesab  edir  ki,  hazırkı  şəraitdə  bu,  islam  dini  əsasında 
mümkündür. Bu baxımdan  M.Ə.Rəsulzadə hətta Allahı inkar 
edən  materializmin  bəzi  müdəalarının  islamla  üst-üstə 
düşdüynü  qeyd  edir.  O,  hətta  bir  qədər  dərinə  gedərək,  bəzi 
islami  dəyərlərlə  materializm  arasında  oxşarlıqlar  olduğunu 
sübut etmək istəyir. Mütəfəkkirin məqsədi müxtəlif əqidələrə - 
demokrat,  millətçi,  islamçı  və  s.  tapınan  insanları  islamiyyət 
üzrə  birləşdirməyə  nail  olmaq  idi.  Məhəmməd  Əmin 
ətrafındakıları  inandırmağa  çalışır  ki,  islam  müxtəlif  əqidəli 
insanları  bir-birindən  ayırmır,  əksinə  birləşdirir.  Ona  görə  də 
M.Ə.Rəsulzadənin 
islamın 
mərkəzində 
ictimaiyyətin 
dayandığını  önə  çəkməsi  təsadüfi  deyil.  Sosial  məsələnin 
mərkəzində  də  məhz  ictimaiyyət,  yəni  ictimai  bərabərlik, 
sosial  sosial  ədalət  dayanır.  Eynilə  islam  dinində  də 
cəmiyyətin  bərabər  yaşamaq  hüququ,  bir  nəfərin  digəri 
üzərində  ağalığının  olmaması  qeyd  edilir.  Bu  baxımdan 
M.Ə.Rəsulzadə  islama  fanatcasına  yanaşanları  tənqid  edərək 
ona  olduğu  kimi  dəyər  verilməsini  tələb  edirdi.  O,  bu 
prinsiplərdən birinin başqasına nisbətdə nə şişirdilməsinin, nə 
də  rolunu  azaldılmasının  tərfdarıdır.  M.Ə.Rəsulzadənin 
məqsədi birdir: hər iki ideyanın bir-biri ilə uzlaşan tərəflərini 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə