MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə107/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   103   104   105   106   107   108   109   110   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

86 



86 

yüldən  yaradıcılıqla  yaradılır.  Ədəbiyyat,  incəsənət  yaradıcı 

əmək adamları belə obrazlı təfəkkürə malikdir. 

Nəzəri  anlayıĢlar  və  nəzəri  obrazlı  təfəkkür  yanaĢı 

mövcuddur. Onlar bir-digərini qarĢılıqlı tamamlayır, qarĢılıqlı 

əlaqədə  olan  varlığın  müxtəlif  tərəflərini  aĢkarlayır.  Nəzəri 

anlayıĢlar  təfəkkürü  mücərrəd  olsa  da,  gerçəkliyi  ümu-

miləĢmiĢ, həm də daha düzgün əks etdirir. 



Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləĢən 

insanın ətraf aləmi qavraması ilə birbaĢa bağlıdır və onsuz icra 

olunmur.  Fikir  hissi  –  əyani  olaraq,  insanı  gerçək  aləmə 

bağlayır.  Qısamüddətli  və  operativ  hafizədə  təmsil  olunan 

obrazlar təfəkkür üçün zəruridir. 

Təfəkkürün  bu  növündən  istifadə  etdikdə  adam  qav-

radığı  cisim  və  hadisələrin,  icra  etmiĢ  olduğu  praktik  iĢin 

surəti  əsasında  fikirləĢir.  Təfəkkürün  bu  növü  bağça  yaĢlı 

uĢaqlarda özünü qabarıq Ģəkildə göstərir. 

 Nəzəri  obrazlı  təfəkkür  obrazları  uzunmüddətli  hafi-

zədən  əldə  edir,  sonra  dəyiĢdirir.  Bu  təfəkkür  forması  mək-

təbəqədər  və  kiçik  məktəb  yaĢlı  uĢaqlara  xasdır.  Praktik 

fəaliyyətlə  məĢğul  olan  yaĢlı  insanlara  da  bu  təfəkkür  növü 

xasdır. 


Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, 

təfəkkür  prosesləri  praktik  dəyiĢdirmə  fəaliyyəti  xarakteri 

daĢıyır  və  insan  onu  real  predmetlərlə  icra  edir.  Məsələ  həlli 

zamanı  əsas  Ģərt  müvafiq  predmetlərlə  uyğun  iĢ  görməkdir. 

Adətən  bu  cür  təfəkkür  konkret  praktik  fəaliyyətdən  kənara 

çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baĢ verir. Ona 

görə  də  bu  cür  təfəkkürü  eyni  zamanda  praktik  təfəkkür  də 

adlandırırlar.  BəĢəriyyətin  tarixi  inkiĢafı  prosesində  birinci 

növbədə  əyani-əməli  (praktik)  təfəkkür  özünü  göstərir.  Üç 

yaĢına  qədərki  uĢaqlarda  da  təfəkkür  əsasən  əyani  əməli 

xarakter  daĢıyır.  Bu  təfəkkür  növü  istehsal  proseslərində 

çalıĢan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun 

hazırlanmasından ibarətdir., 

Mücərrəd  (məntiqi)  təfəkkür  təfəkkürün  ən  yüksək 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



87 

87 


87 

87 


87 

87 


87 

87 


87 

inkiĢaf  etmiĢ  növüdür.  Adətən  məktəb  yaĢı  dövründə  praktik 

təcrübə  əsasında,  ilk  dəfə  sadə  Ģəkildə  olsa  da,  mücərrəd 

təfəkkür  yaranır və inkiĢaf edir. Mücərrəd təfəkkür mücərrəd 

məfhumlara  istinad  edən  təfəkkür  olmaqla,  mücərrəd 

məfhumlar, hökmlər əsasında baĢ verir. 

Qeyd  etmək  lazımdır  ki,  adını  saydığımız  təfəkkür 

növləri eyni anda baĢ verir və inkiĢafın səviyyələri kimi özünü 

biruzə verir. 

Nəzəri  və  praktik  təfəkkürün  fərqi  ondan  ibarətdir  ki, 

onlar praktika ilə müxtəlif cürə bağlıdır. Praktik təfəkkürün iĢi 

xüsusi  konkret  məsələ  həllinə  yönəlir,  nəzəri  təfəkkür  isə 

ümumi qanunauyğunluqların həllinə istiqamətlənir. 

 

IV.11.5. Təfəkkürün formaları 

 

Təfəkkürün  üç  forması  vardır:  məfhumlar,  hökmlər, 



əqli nəticə. 

Məfhum (anlayıĢ) – cisim və hadisələrin mühüm, əsas 

əlamətlərə  görə  əks  etdirilməsindən  ibarət  təfəkkür 

formasıdır.  Məsələn,  «mübtəda»  məfhumuna  cümlədə  kimin 

və ya nəyin haqqında danıĢıldığını bildirmək əsas əlamət kimi 

daxildir.  Məhz  həmin  əlamət  mübtədanı  digər  cümlə 

üzvlərindən fərqləndirir. 

Məfhumlar  xüsusi,    ümumi,  konkret  və  mücərrəd  ola 

bilir.  Xüsusi  məfhumlar  tək,  xüsusi  bir  cismə  və  ya  hadisəyə 



aid  olur.  Məsələn,  «GünəĢ»,  «Bakı»  məfhumları  xüsusi 

məfhumlardır.  Bu  cür  məfhumların  altında  biz  yalnız  bir 

əĢyanı və ya hadisəni baĢa düĢürük. 

Ümumi  məfhumlar  bir  qrup  cisim  və  ya  hadisəyə  xas 

olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu 

ümumi  məfhumdur.  Həmin  məfhum  altında  gələcəyin 

mütəxəssisi kimi hazırlanan insanları baĢa düĢürük. 

Konkret  məfhumlar  bilavasitə  qavranıla  bilən, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

88 



88 

arxasında  əşya  təsəvvür  olunan  məfhumlardır.  Məsələn, 

«ev»,  «ağac»  məfhumları  konkret  məfhumlardır.  Mücərrəd  

məfhumlar isə bilavasitə qavranıla bilməyən və arxasında əĢya 

təsəvvür  olunmayan  məfhumlardır,  məsələn  «sevinc», 

xoĢbəxtlik» və s. 

Məfhumlar  çoxlu  qarĢılıqlı  keçidlərlə  təsəvvürlərlə 

bağlıdır  və  eyni  zamanda  ondan  əhəmiyyətli  dərəcədə 

fərqlənir.  Onlar  psixoloji  ədəbiyyatlarda  eyniləĢdirilsələr  də, 

gerçəkliyi  inikas  etdirmək  xüsusiyyətlərinə  görə  biri 

digərindən fərqlənir.  



Təsəvvürlər    obrazlı  –  əyanidir,  bilvasitə  verilmiĢ 

informasiyaları  qavrayıĢda  inikas  etdirir.  Real  təfəkkür 

proseslərində  təsəvvür  və  anlayıĢlar  bəzi  vahidliklə  verilir. 

Əyani  –  obraz  təsəvvürlər  təfəkkür  proseslərində  daha  çox 

sxematikləĢir  və  ümumiləĢir.  Bu  sxematikləĢmə  təsəvvür 

əlamətlərinin 

birləĢməsinə 

uyğun 


gəlmir. 

Təsəvvür 

obrazlarında  predmetin  əyani  əlamətləri  ön  planda  özünü 

göstərir.  Buna  baxmayaraq  anlayıĢ  və  təsəvvürlər  qarĢılıqlı 

əlaqəlidir və biri digərinə keçir.  

Təsəvvürlərin  məzmun  obrazlarının  zəruri  olaraq 

dəyiĢmələri fikri proseslərə qoĢularaq, sxematikləĢmiĢ və daha 

çox  ümumiləĢmiĢ  tam  bir  pilləvari  iyerarxiya  yaradır  və 

anlayıĢlara  keçir.  Təsəvvürlərin  özlərinin  anlayıĢa  keçmək 

meyillidir.  Belə  ki,  təkcədə  ümumi,  hadisədə  mahiyyət, 

obrazda – anlayıĢ əks olunur. 

Digər tərəfdən anlayıĢlar təfəkkürünün insan Ģüurundakı 

axarı  həmiĢə  təsəvvürlərlə  bağlıdır,  amma  anlayıĢlar 

təfəkkürünün  axarı  təsəvvürlərə  müvafiq  gəlmir,  çünki  belə 

təfəkkür  ona  aid  olan  təsəvvürlərlə  əlaqədardır.  Təsəvvürlər 

təfəkkür  proseslərində  həddən  artıq  parçalanmıĢ,  fraqmentar 

halda  daxil  edilir.  Təsəvvürlər,  əyani  obrazlar  adətən,  təkcə, 

anlayıĢ  isə  ümumi  ifadə  olunur.  Məfhum  (anlayıĢ)  və 

təsəvvürlər  gerçəkliyin  müxtəlif  qarĢılıqlı  əlaqələri  olan 

tərəflərini inikas etdirir. 

Məfhum  və  təsəvvürlər  çətinliklər  zamanı  xüsusilə 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə