MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə122/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   118   119   120   121   122   123   124   125   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

132 



132 

təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar 

musiqi  və  s.  insanda  estetik  hisslər  doğurur.  Estetik  hisslərə 

insan  ictimai  təcrübəni  mənimsəməklə  yiyələnmiĢdir.  Ġnsan 

üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.         

Psixoterapiyada  məhz  insanın  estetik  hisslərinə  təsir 

göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə 

çalıĢırlar.  Bu  mənada  musiqi  terapiya,  art  terapiya  və 

naturapsixoterapiyada  musiqi,  incəsənət  əsərləri  və  təbiət 

gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli 

estetik  hisslər  insan  Ģəxsiyyətinin  həm  mənəvi,  həm  də  psixi 

sağlamlığının  əsas  Ģərtini  təĢkil  edir.  Vaxtılə  Aristotel 

incəsənət  əsərlərinin  qavranılmasının  insanın  psixoloji  və 

fizioloji  vəziyyətinə  müsbət  təsirini  qeyd  etmiĢ  və  bu  halı 

«təmizlənmə» (katarsis) adlandırmıĢdır. 

Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə 

orqanizmin  funksiyasını  aktivləĢdirir,  bədəni  gümrah  edir. 

Yumor,  satira,  təbəssüm,  gülüĢ,  həzz,  heyran,  həsəd  və  s. 

estetik hisslər hesab olunur. Ġnsan hisslərin köməyi ilə ətrafda 

baĢ  verən  hadisələrə  münasibətini  bildirir,  baĢqaları  ilə 

qarĢılıqlı  münasibətini  tənzimləyir,  həm  də  özünün  psixoloji 

sağlamlığını  təmin  etməyə  cəhd  göstərir.  Ġnsanın  estetik 

hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüĢü və 

yaĢadığı sosial mühit də təsir göstərir. 



Praksis  hisslər  –  insanın  öz  fəaliyyətinə  bəslədiyi 

emosional  münasibəti  ilə  bağlıdır.  Fəaliyyət  prosesi  insanda 

həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. 

Fəaliyyət prosesində, sərf edilmiĢ sayda yaranan razılıq və ya 

narazılıq  duyğusu  praksis  hisslər  adlanır.  Ġnsan  fəaliyyətinin 

hər  bir  forması  praksis  hisslərin  obyekti  ola  bilər.  Hər  hansı 

fəaliyyət  prosesində  qarĢıya  çıxan  maneələri  aradan 

qaldırdıqca,  iĢin  uğurla  yerinə  yetirilməsindən  alınan  razılıq 

hissi  praksis  hisslərə  aiddir.  Dərs  zamanı  qarĢılıqlı  əlaqənin 

yaranması,  izah  olunan  məsələnin  Ģagirdlər  tərəfindən  aydın 

baĢa  düĢüldüyünü  gördükdə,  eləcə  də  pedaqoji  refleksiyaya 

müraciət  edərkən  keçirilən  dərsdə  məqsədə  nail  olunması  ilə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



133 

133 


133 

133 


133 

133 


133 

133 


133 

bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur. 

Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir. 

Beləliklə  fəaliyyət  prosesində  göstərilən  səydən  asılı 

olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı 

baş  qaldıran  hisslər  praksis  hisslər  adlanır.  Fəaliyyətin,  iĢin 

mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi 

hallarda  iĢin  gediĢi  ilə  bağlı,  bəzi  hallarda  isə  fəaliyyətin 

nəticəsi  ilə  bağlı  olur.  Çətin  tapĢırığın,  məsələnin  düzgün 

həllinin  tapılması  ilə  bağlı  tələbənin  keçirdiyi  sevinc  hissi 

praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli 

ilə  bağlı  uğursuz  axtarıĢlardan  yaranan  həyəcan,  gərginlik, 

məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir. 

Beləliklə,  insanın  Ģəxsiyyət  kimi  psixoloji  portretinin 

mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuĢ 

halda  deyil  vəhdətdə  təzahür  edir.  Odur  ki,  insanın  mənəvi 

aləmini,  idrak  fəaliyyətini  və  Ģəxsiyyətini  təzahür  etdirən  ali 

hisslərin  tərbiyə  edilməsi  və  inkiĢaf  etdirilməsi  gənc  nəslin 

tərbiyəsi iĢinin mühüm tərəflərindəndir.                  



 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar  

 

1.

 



Hisslər nəyə deyilir? 

2.

 



Hisslər duyğulardan nə ilə fərqlənir? 

3.

 



Hisslərin  obyekti  və  subyekti  nədən 

ibarətdir? 

4.

 

Hisslərlə  emosiyaların  oxĢarlıq  və  fərqini 



Ģərh edin. 

5.

 



Hisslər  insanın  idrak  fəaliyyətində  nə  kimi 

rol oynayır? 

6.

 

Hisslərin  xarici  ifadəsi  özünü  nələrdə 



göstərir? 

7.

 



Hisslərin  əsas  keyfiyyətlərini  xarakterizə 

edin. 


8.

 

Hisslərin fizioloji əsasları barədə danıĢın. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

134 



134 

9.

 



Hisslərin  hansı  funksiyaları  vardır?  Onları 

Ģərh edin. 

10.

 

 Hisslərin  keçirilmə  formaları  hansılardır? 



Onları Ģərh edin. 

11.


 

 Ali  hisslər  hansılardır?  Onların  hər  biri 

haqqında ayrılıqda danıĢın. 

 

Referat, məruzə və müstəqil tədqiqatlar üçün 

mövzular 

1.

 



Hiss və emosiyalar psixoloji problem kimi. 

2.

 



Hisslərin ekspresiyası. 

3.

 



Hisslərin  baĢqa  idrak  prosesləri  ilə  qarĢılıqlı 

təsiri. 


4.

 

Ali  hisslər  və  onların  insan  Ģəxsiyyətinə 



təsiri. 

 

Ədəbiyyat 



 

1.

 



Bayramov  Ə.S.  ,  Əlizadə  Ə.Ə.  Psixologiya 

2-ci nəĢri. - Bakı 2002. 

2.

 

Əlizadə  Ə.Ə.  Ġdrak  prosesləri  və  hisslər. 



Psixopedaqoji məsələlər. – Bakı,2006, səh. 252-337. 

3.

 



Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin 

psixoloji problemləri. Bakı 1998 

4.

 

Əliyev R.Ġ. Psixologiya. - Bakı 2003. 



5.

 

Ġzard K. Psixoloqiə emoüii. Moskva 2001. 

6.

 

Nemov R.S. Psixoloqiə. Kniqa 1. -  Moskva.,  



1898. 

7.

 



Qranovskaə  R.M.  Elementı  praktiçeskoy 

psixoloqii. - SPb. 1997. 

8.

 

Mayers D. Psixoloqiə – Minsk, 2001, s. 530-



563 

     9. 


Reykovskiy  Ə.    Gksperimentalğnaə 

psixoloqiə gmoüii. – M., 1979. 

     10. Selğe Q. Stress bez distressa Moskva 1979 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə