www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
39
onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli
məktəblərdə rus dili təliminin psixoloji əsasları haqqında»,
«Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri
təlim psixologiyası, nitq inkiĢafı sahəsində SSRĠ-də aparılan ən
uğurlu tədqiqatlardan hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında,
psixoloji fikrin inkiĢafı və təĢəkkülündə Əhməd Kərədi
Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuĢdur. O, 1921-ci
ildə Türkiyədə təhsilini baĢa vurduqdan sonra Bakıya gəlmiĢ,
1922-1960-cı illərdə V.Ġ.Lenin adına APĠ-də dərs demiĢ,
müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmiĢdir.
1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə
Ģöbəsində çalıĢmıĢdır.
1933-cü ildə V.Ġ. Lenin adına APĠ-nin nəzdində
aspirantura Ģöbəsi açılır. Bu Ģöbənin yaradılmasıyla
psixologiya üzrə kadr hazırlığında da bir dönüĢ yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-
lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-
mikalar baĢladı. Qeyd etmək istərdik ki, SSRĠ miqyasında
gedən proseslər eynilə Azərbaycanda da baĢ verirdi. Bununla
bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji
elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist
mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu
nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və
psixoloqlarının (X. Fikrət, Mühiddin, Ġ. Hikmət, T. Tofiq, N.
Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi
isə rus pedaqoji fikrindən tərcümə edilmiĢ əsərlərdən milli
pedaqoji fikrə keçirdi.
Ġntellektual mübahisələr çox zaman bir-birinə qara yax-
maqla baĢa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də,
yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
40
yanlıĢlıqlar eyni ilə Azərbaycanda da təkrar olunurdu.
Moskvada A.P. Pinkeviçin, P.P. Blonskinin baĢına gətirilənlər
Bakıda B.B. Komarovski, A.O. Makovelski, Ə. Seyidov, Ə.
Zəkuzadə üçün təkrarlanırdı. Hədə, təhqir və yalanlara cavab
vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən
alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf
məktubları yazır, düzgün elmi mövqelərini tənqid etmək
məcburiyyətində qalırdılar».
Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-
xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli
marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz
onlar «haqlı» çıxırdılar. Tənqid olunanlar sırasında adətən
həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.
1931-ci ildə F.Ə.Ġbrahimbəyov testlər metodunun milli
psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə
danıĢmağa məcbur olur. Onun 1936-cı ildə nəĢf etdirdiyi
«UĢaqların əqli inkiĢafında zərərli nəzəriyyə» adlı məqaləsində
pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya
və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə
gənc və istedadlı alimlər gəlir. Onların sırasından S. Hacıyev,
M. Məhərrəmov, M. Abbasov və baĢqaları xüsusilə seçilirdilər.
1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika
Ġnstitutu fəaliyyətə baĢlayır. Fərəhli haldır ki, institutun
nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da
fəaliyyət göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan
tədqiqatlar psixologiya elminin inkiĢafında xüsusi yer tutur.
Ġnstitutda yaradılan Ģöbəyə M.R. Abbasov baĢçılıq edir. Bu
institutda müxtəlif dövrlərdə F.Ə. Ġbrahimbəyov, A.O. Mako-
velski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə, Ə.K.
Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov,
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
41
Ə.Ə. Əlizadə və baĢqa görkəmli alimlər çalıĢmıĢ, tədqiqat iĢləri
aparmıĢlar.
Hazırda institut Təhsil Problemləri Ġnstitutu adı ilə fəaliy-
yət göstərir. Ġnstitutun psixologiya və yaĢ fiziologiyası Ģöbə-
sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda psixologiya elminin inkiĢafında
APRDƏĠ (hazırda Bakı Slavyan Universiteti), SSRĠ-nin 50
illiyi adına APXDĠ (hazırda Azərbaycan Dillər Universiteti),
KDPĠ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil
müəssisələri də özünəməxsus rol oynamıĢdır.
1946-cı ildə ÜĠK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-
ci tədris ilindən baĢlayaraq orta məktəblərin buraxılıĢ
siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı
qərar qəbul olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris
ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya
kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə
tapĢırılır. O, 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir.
1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı
ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya
M.C. Məhərrəmov, daha sonra professor Ə.S. Bayramov
rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev
rəhbərlik edir.
M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının
hazırlanmasında, həm də psixologiya elminin inkiĢafında əvəz-
siz xidmətlər göstərmiĢdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji
Ġnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmiĢdir. 1944-cü
ildə ADU-nun aspiranturasına daxil olmuĢ və ömrünün sonuna-
dək orada çalıĢmıĢdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-
giyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psi-
xologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini
Dostları ilə paylaş: |