MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə131/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   127   128   129   130   131   132   133   134   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

162 



162 

V.16.3. Xarakter haqqında təlimlər tarixindən 

 

        Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan 

olmuĢdur.Xarakterin  təsnifatı  üzrə  ilk  cəhd  Platona 

məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını 

yaratmıĢdır.  Qədim  yunan  ədəbiyyatında  Afina  cəmiyyətində 

yayılmıĢ  xarakter  tipologiyasını  Teofrast  təsvir  etmiĢdir. 

Xarakterin  tədqiqatına  zahiri  görünüĢün  onun  müəyyən 

Ģəxsiyyət  tipinə  məxsusluğu  arasında  bağlılıq  haqqında  elm-

fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmiĢdir.    

        XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran-

mağa  baĢladı.  Frenologiyanın    yaradıcısı  Qall  insan  xarak-

terinin  təĢəkkül  tapdığı  27  elementar  psixi  xüsusiyyətləri 

sadalayır,  onların  arasında  artıq  –  törəmə  instinkti,  övlada 

məhəbbət,  bağlılıq,  dostluq,  dağıdıcı  instinkt,  mübarizəyə  və 

özünü müdafiəyə meyillilyi qeyd etmək olar. 

        XIX  əsrin  sonlarında  xarakter  problemləri  üzrə  ilk 

maraqlı  əsərlər    kimi: F.Cordonun  “Ġnsanın  genealogiya  və 

bədəni  nöqteyi-nəzərdən  xarakter”  və  F.Polanın  “Xarakterin 

psixologiyası” kitabları meydana gəlir.  

        XX əsrin  əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə 

insanın  subyektiv  xüsusiyyətlərini  deyil,  həm  də  onun  dünya 

görüĢünü,  “ictimai  baxıĢlarını”  nəzərə  alan  xarakterin 

psixosial  təsnifatını  yaratmağı    təklif  etdi.  Lazurski  insanın 

ətraf mühitə uyğunlaĢma dərəcəsindən və ətraf mühitin insana 

hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji 

səviyyə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaĢma 

qabiliyyəti  olmayan  insanlar;  orta  səviyyə  -  ətraf  mühitdə  öz 

yerini  tapa  bilən  və  ondan  öz  məqsədləri  üçün  istifadə  edə 

bilən insanlar; ali səviyyə - yaradıcı səviyyədir. O ətraf mühiti 

dəyiĢdirməyə çalıĢan insandır. 

        Bu üç uyğunlaĢma və  üstünlük səviyyələrini nəzərə alma 

əsasında  Lazurski  xarakterin  aĢağıdakı  təsnifatını  təklif 

etmiĢdir: 

        AĢağı  səviyyə:  1)  ağıllı  tip;  2)  affektiv  tip  (hərəkətli, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



163 

163 


163 

163 


163 

163 


163 

163 


163 

hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar, 



fəal, inadkar). 

        Orta 

səviyyə:1) 

praktik 


olmayan 

nəzəriyyəçilər,idealistlər 

(alimlər, 

rəssamlar, 

dini 

xəyalpərəstlər);  2)  praktiklər  –  realistlər,  alturistlər, 



ictimayətçilər, hökümlülər, evdarlar. 

        Ali  səviyyə:  Bu  insanlara  Ģüurluluq,  ruhi  duyğuların 

uzlaĢması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-

terin daha dəqiq anlaĢılmasına gətirib çıxardı.  

        Fərdi  xarakterlərin  tipologiyasını  təhlil  edən  Z.Freyd 

xarakterin  strukturu    ideyasını  əsas  götürərək  sübut  edir  ki, 

“müəyyən  əlamətlərdən  əsas  xarakterin  formalaĢdırılması 

formulunu çıxartmaq  olar, həm də nəzərə almaq lazımdır ki, 

daimi  əlamətlər  ya  dəyiĢilməyən  ilkin  impulsları,  ya  da 

onların  sublimasiyasını  və  ya  onların  yaratdığı  reaktiv 

törəmələrini təmsil edir”. 

        Erkən  uĢaqlığın  xüsusiyyətləri,  psixoseksual  mərhələnin 

inkiĢaf  etməsinin  spesifikası,  müəyyən  psixoseksual  mərhə-

lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini Ģərt-

ləndirir.  Freyd  xarakteri  oral-passiv,    oral-təcavüzkar,  anal-

xarakterə, genital xarakterə ayırırdı. 

        Müasir  psixoanalitiklər    xüsusilə  A.Louenin  tipoloji  

modelində xarakterin  aĢağıdakı  tiplərini ayırırlar:  aral,  mazo-

xist, əsəbi, fallik-narsis, Ģizoid. 

.        A.Louen xarakter anlayıĢını yalnız pataloji hallarla 

məhdudlaĢdırmağı  təklif  edirdi.  Ġnsan  -  əgər  onun  tipik 

davranıĢ vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o 

deməkdir  ki,  o  real  həyatda  Ģəraitin  müəyyən  tələblərinə 

uyğunlaĢaraq  özünü  çox  gözlənilməz  aparır.  Müasir  amerika 

psixologiyasında    xarakterin  iki  alternativ  tərifindən  istifadə 

olunur:  “Xarakter  –  Ģəxsiyyətin  əxlaqi  və  mənəvi  baxıĢıdır”; 

“Xarakter – Ģəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”. 

        R.Kettel  Ģəxsiyyətin  əsas  amilləri  arasında  güc  və 

zəifliyi qeyd edirdi. Onun funksiyası“Ali-mən”in gücü sərt və 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

164 



164 

prinsipial  hərəkət  edən  insanın  iradəsinin  gücünü,  “Ali-

mən”in  zəifliyi  isə  öz  hərəkətlərində  qeyri-sabit  olan  insanın 

iradəsinin zəifliyini bildirməkdən ibarətdir. 

        Kettelə  görə xarakter – insanın müəyyən münasibətlərdə 

davranıĢında özünü biruzə verən, Ģəxsiyyətin  əldə etdiyi daha 

sabit  zəruri  xüsusiyyətlərinin  fərdi  uyğunluğudur.      Bunlar 

aĢağıdakılardır: 



1.

 

Özünə  münasibət  (tələbkarlığın,  tənqidin,  özünəqiy-

mətləndirmənin dərəcəsi). 

2.

 

BaĢqalarına  münasibət  (fərdilik  və  ya  kollektivçilik, 

eqoizm  və  ya  alturizm,  qəddarlıq  və  ya  xeyirxahlıq, 

laqeydlik və ya həssaslıq, kobudluq və ya nəzakət, ya-

lançılıq və ya düzgünlük və s.). 

3.

 

TapĢırılan  iĢə  münasibət  (tənbəllik  və  ya  iĢgüzarlıq, 

səliqəlilik  və  ya  pintilik,  təĢəbbüskarlıq  və  ya 

passivlik, səbirlilik və ya səbirsizlik, məsuliyyət və ya  

məsuliyyətsizlik, təĢkilarçılıq və s.). 

4.

 

Xarakterdə  iradi  keyfiyyətlər  də  öz  əksini  tapır:  çə-

tinlikləri,  mənəvi  və  fiziki  ağrıları  dəf  etməyə  hazır 

olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi. 

        Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və 

bir-birləri 

ilə 

sıx 


bağlıdır. 

Xarakterin 

əlamətləri 

(xüsusiyyətləri)  dedikdə  insan  Ģəxsiyyətinin  bu  və  ya  baĢqa 

xüsusiyyətləri    baĢa  düĢülür.  Bu  xüsusiyyətlər  insanın 

müxtəlif  fəaliyyət  növlərində  sistemli  Ģəkildə  özünü  biruzə 

verir  və  bunlara  görə  müəyyən  Ģəraitdə  Ģəxsiyyətin  etdiyi 

hərəkətləri qiymətləndirmək olar. Əlamətlərin birinci qrupuna 

Ģəxsiyyətin  istiqamətini  (meylini)  ifadə  edən  xüsusiyyətlər 

(sabit ehtiyaclar, maraqlar, meyllər, ideallar, məqsədlər), ətraf 

mühitə  münasibətlər  və  bu  münasibətləri  həyata  keçirmənin 

fərdi-özünə  məxsus  vasitələrini  təmsil  edən  sistem  daxildir. 

Ġkinci  qrupa  xarakterin  intelektual,  iradi  və  emosional 

xüsusiyyətləri daxildir. 

        Xarakterin  tiplərinin  baĢqa  təsnifatları  da  var.  Məsələn, 

insanın  həyata,  cəmiyyətə,  mənəvi  dəyərlərə  münasibəti  əsa-




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə