www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
60
aĢkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ
testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar.
Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək
qabiliyyətini aĢkara çıxarmaq dayanır. Bu testdə tapĢırıqlar
sistemi elə qurulmuĢdur ki, yoxlanan adam Ģəraiti dəyiĢmək,
obyektə baĢqa cür yanaĢa bilmək imkanına malik olsun.
Məsələn, obyektlərin Ģərhi zamanı onları daha çox sahəyə
tətbiq etmək yollarını fikirləĢmək və ya daha çox dairə və ya
kvadrat tipli Ģəkilləri daxil etməsi tələb olunur. Bunun üçün
yoxlananlara dairələr (kvadrat) Ģəkli çəkilmiĢ vərəqə verilir.
Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək
Ģəkillər seriyası çəkmək tələb olunur. Yerinə yetirilən iĢ
özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə
qiymətləndirilir.
Şəxsiyyət testləri fərdin Ģəxsiyyətinin müxtəlif cəhətlərini
tədqiq etmək üçün istifadə olunur.
Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya
dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi
əsasında yoxlananların Ģəxsiyyətini tamlıqda öyrənməyə imkan
verən metodikadır. Bu cür testlərə RorĢarx testini, tematik
apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-
ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan Ģəkildə baĢ
verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz
daxili hiss və məramını ifadə edir (Ģəkillər elə tərtib olunur ki,
onları müxtəlif Ģəkildə Ģərh etmək mümkün olsun)
Psixodiaqnostik metod kimi sosiometriya metodundan da
istifadə olunur. Sosiometriya (latınca – sosietas-cəmiyyət və
yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və
kollektivlərdərəğbət
və
nifrət
tipli
Ģəxsiyyətlərarası
münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri
üçün tətbiq olunan standartlamdırılmıĢ metodik üsulların
məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
61
C.Moreno tərəfindən iĢlənilmiĢdir. Bu metodun köməyi ilə əldə
edilmiĢ məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda
əks etdirilməklə təhlil olunur.
Nəhayət psixologiyada riyazi – statistik metodlardan da
istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə
edilmiĢ nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aĢkara
çıxarılır.
Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik
metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat
yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində
özünü
göstərən
xarakterik
halların,
sənədlərin,
Ģəhadətnamələrin və s. təhlilindən istifadə olunur.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1.
Psixologiyanın bir elm kimi tərifini verin.
2.
Psixi hadisələri necə təsnif edirlər? Onları xarakterizə
edin.
3.
Ġdrak prosesləri dedikdə nələri baĢa düĢürsünüz?
4.
Ġdrak prosesləri hansılardır?
5.
Psixi xassələr hansılardır? Onlları fərqləndirən
cəhətləri izah edin.
6.
Psixologiyanın müasir elmlər sistemində tutduğu yeri
izah edin.
7.
Müasir psixoloji fənnləri təsnif edərkən hansı
prinsiplərə əsaslanırlar?
8.
Müasir psixologiyanın sahələrini Ģərh edin.
9.
Müasir
psixologiyanın
baĢlıca
istiqamətləri
hansılardır?
10.
Azərbaycanda
elmi
psixologiyanın
inkiĢaf
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
62
xüsusiyyətlərindən danıĢın.
11.
Psixologiyanın əsas tətqiqat metodları hansılardır?
Onları xarakterizə edin.
12.
Eksperiment metodunun hansı növləri vardır?
13.
Psixoloji testləri xarakterizə edin.
14.
Psixologiyada riyazi-statistik metodlardan nə üçün
istifadə edirlər.
Referat, məruzə və müstəqil tədqiqat üçünüçün
mövzular
1.
Psixi hadisələr və onların xüsusiyyətləri.
2.
Azərbaycanda psixoloji fikrin və elmi psixologiyanın
inkiĢafı.
3.
Müasir psixologiya və onun elmlər sistemində yeri.
4.
Müasir psixologiyanın tədqiqat metodları.
Ə D Ə B Ġ Y Y A T
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəĢri –
Bakı. 2002, s. 7-127
Ümumi psixologiya A.V.Petrovskinin red. ilə – Bakı,
1982, s. 5-68
Əliyev B.H. Məhkəmə psixoloji ekspertizasının ümumi
məsələləri. – Bakı, 1997
Əliyev R.Ġ Psixologiya tarixi. – Bakı, 2006, s. 14-18;
354-375.