MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə65/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   61   62   63   64   65   66   67   68   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

177 


ġəxsiyyət  haqqında  sosiodinamik  istiqamətə  gəldikdə,  həmin 

nəzəriyyə  tərəfdarları  Ģəxsiyyətin  davranıĢını  xarici  mühitin  təsiri  ilə 

bağlayır, Ģəxsiyyətin daxili xassələrinə əhəmiyyət vermirlər. BaĢqa sözlə 

B = F (E) formulu əsas götürülür.  



İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) formulunu 

əsas  götürürlər.  Bununla  da  onlar  Ģəxsiyyətin  davranıĢını,  fəallığını 

daxili  və  xarici    amillərin  qarĢılıqlı  təsiri  ilə  bağlayırlar.  Bu  ideyadan 

çıxıĢ  edən  psixoloqlar  Ģəxsiyyətin  fəallığının  mənbəyinin  onun 

tələbatlarından ibarət olduğunu irəli sürürlər.  

ġəxsiyyətin 

istiqamətinin 

xarakteristikası

Yuxarıda 

Ģəxsiyyətin strukturundan danıĢarkən onun ən mühüm bloklarından biri 

kimi  istiqamətini  qeyd  etdik  və  buraya  onun  tələbatlarının,  davranıĢ 

motivlərinin,  maraq  və  meyllərinin,  dünyagörüĢünün,  əqidə  və 

ideallarının və s. daxil olduğunu qeyd etdik.  



Tələbat  orqanizmin  və  ya  şəxsiyyətin  nəyə  isə  obyektiv 

ehtiyacını  əks  etdirən  psixi  hadisədir.  Tələbatlar  həm  insan,  həm  də 

heyvana  mənsub  olmaqla  bioloji,  yalnız  insana  mənsub  olmaqla  sosial 

və  ya  mənəvi  xarakter  daĢıya  bilər.  Bununla  belə  insanların  və 

heyvanların  bioloji  tələbatlarını  eyniləĢdirmək  mümkün  deyildir.  Dərk 

olunma  və  ödənmə  xüsusiyyətlərinə  görə  insan  tələbatları  bir- 

birlərindən əsaslı Ģəkildə fərqlənir. Ġnsan tələbatları onun dərk olunmuĢ 

ehtiyacları ilə bağlı olur. Hər hansı bir   dərk olunmuĢ ehtiyac adamı  o 

ehtiyacın ödənilməsi ilə əlaqədar Ģəraitdən asılı edir. Bu asılılığın psixi 

təəssüratdan keçirilməsi nəticəsində adam fəallaĢır. 

Tələbatların  ödənilməsi,  görülən  iĢ,  istifadə  edilən  alətlər  yeni 

tələbatlar  doğurur.  Ġnsanın  tələbatları  olduqca  müxtəlifdir.  Adətən 

mənĢəyinə görə tələbatları iki yerə bölürlər: təbii və mədəni tələbatlar.  



Təbii  tələbatlar  –  fərdin  yaĢayıĢını  və  nəslini  davam  etdirmək 

üçün  Ģərait  və  ehtiyacların  inikası  əsasında  yaranır.  Təbii  tələbatlara 

qida,  təmizlik,  isti  və  soyuqdan  mühafizə,  istirahət,  nəsli  davam 

etdirmək və s. ehtiyaclar misal ola bilər. 



Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda mövcud 

mədəniyyətin  psixi    inikası  nəticəsində  yaranır.    Mədəniyyət,  sosial 

qrupda,  tarixi  inkiĢaf  prosesində  insanların  əli  və  dühası  ilə  yaradılmıĢ 

cisim, hadisə və münasibətlər mövcuddur. Hər konkret tarixi cəmiyyətin 

özünəməxsus  geyim,  ünsiyyət,  məiĢət  və  s.  dəbləri  və  onların  inikası 

əsasında  yaranan  tələbatlar  sistemi  vardır.  Fərd  cəmiyyət    daxilində  ən 

kiçik yaĢlarından real gerçəkliyi dərk etmə prosesində adət və ənənələrə, 

yaĢayıĢ  və  davranıĢ  tərzinə  yiyələnir,  sosiallaĢma  prosesi  keçirir. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



178 

SosiallaĢma  prosesində  fərd  sosial    qrupun  tələbatlar  sistemini,  onların 

ödənilməsi  yol  və  vasitələrini  də  mənimsəyir.  Mədəni  tələbatlar  öz 

məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də Ģəxsiyyət ən təbii 

ehtiyaclarını  belə  daxil  olduğu  sosial  qrupun  mədəniyyəti  çərçivəsində 

ödəyir.  Beləliklə,  cəmiyyətin  tarixi  inkiĢaf  səviyyəsindən  asılı  olaraq, 

orada  yaĢayan  adamların  tələbatlar  sistemi  istər  məzmun,  istərsə  də 

forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.  

Tələbatları,  onların  məzmunlarının  səciyyəsinə  görə  təsnif 

edərkən  maddi  və  mənəvi  tələbatları  müəyyənləĢdirirlər.  Maddi 

tələbatlar-maddi  ehtiyaclardan  doğur.  Mənəvi  tələbatlara  insanların 

siyasətə, əxlaqi davranıĢa, dinə, elmə, incəsənətə   və s.  olan tələbatları 

daxildir.  

Maddi  və  mənəvi  tələbatlar  bir-birilə  ayrılmaz  surətdə  bağlıdır. 

Mənəvi  tələbatların  təmin  olunması  üçün  daima  maddi  Ģeylərin  olması 

tələb  edilir  ki,  bunlar  da  öz  növbəsində  maddi  tələbatların  predmetini 

təĢkil edir.  

Buradan isə aydın olur ki, mənĢəyinə görə təbii olan tələbat, eyni 

zamanda  predmetinə  görə  maddi  tələbat  ola  bilər.  MənĢəyinə  görə 

mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər. 

Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir 

və  onların  insan  Ģüurunun  inkiĢaf  tarixinə  və  yönəldikləri  obyektlərə 

münasibətini ifadə edir.  

  ġəxsiyyətin  davranıĢ  motivləri.  Qeyd  etdiyimiz  kimi, 

tələbatlar  Ģəxsiyyətin  davranıĢının,  fəallığının  mənbəyini  təĢkil  edir. 

Məhz  buna  görə  də  onlar  insanı  fəaliyyətə  təhrik  edən  səbəblər,  baĢqa 

sözlə  motivlər  rolunu  oynayır.  Motiv  (latınca  movero-hərəkətə  gətirən) 

insanı  hər  hansı  bir  məqsədəyönəlmiĢ  iĢə,  fəaliyyətə  təhrik  edən 

səbəbdir. 

Təcrübə  göstərir  ki,  motivlər  bir-birindən  onlarda  təzahür  edən 

tələbatların  növünə,  onların  kəsb  etdiyi  formalara,  geniĢliyinə  və  ya 

məhdudluğuna, onların reallaĢdığı  fəaliyyətin konkret məzmununa görə 

fərqlənir.  Fəaliyyətin  mürəkkəb  növləri,  bir  qayda  olaraq  bir  motivə 

deyil, eyni vaxtda bir necə təsir göstərən və qarĢılıqlı təsirdə olan motivə 

cavab  verir  ki,  bunlar  da  insanın  hərəkət  və  əməllərinin  ĢaxələnmiĢ 

motivləĢmə  sistemini  təĢkil  edir.  Motivləşmə  elə  motivlər  birliyidir  ki, 

Ģəxsiyyətin  istiqamətini,  yönəliĢliyini  müəyyən  etməklə  onun 

fəaliyyətinin səmərəliliyini də Ģərtləndirir. 

Əvvəlki  fəsildə  qeyd  etdiyimiz  kimi,  motivləri  dərk  edilən  və 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə