3. Ticarət
Xanlıqlar dövründə ġəkidə həm daxili, həm də xarici ticarət xeyli inkiĢaf
etmiĢdi. Sənətkarların çoxu öz mallarını bilavasitə özləri satır, xırda alverlə məĢğul
olurdular. 1824-cü ildə ġəkidə 400-dən çox belə dükan və həftə bazarları var idi.
Burada əsasən kənd təsərrüfatı məhsulları satılırdı. Xarici ticarətdə ipək ixracı
mühüm yer tuturdu. Ġpək almaq üçün ġəkiyə gəlmiĢ xaricilər karvansaralara
düĢürdülər.
ġəhərdə daxili ticarətin xeyli inkiĢaf etdiyini göstərmək üçün təkcə onu
qeyd etmək lazımdır ki, ġəkidə yüzlərlə dükan var idi. Feodal hökmdarlar ticarətdə
fəal iĢtirak edirdilər. Məhəmmədhəsən xanın 264 Ģəxsi dükanı var idi.
Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, ġəki xanlarından Məhəmmədhəsən
xan eyni zamanda ġəkidə ən varlı feodal idi. Xanlıq ərazisində 233 tut bağı,
ġəkinin özündə 4 və ətrafında 6 dəyirman və s. var idi.
ġəhərdə sənətkar və alverçilərə məxsus 317 dükan, karvansaralarda isə xana
məxsus 52, ayrı-ayrı Ģəxslərə məxsus isə 48 dükan var idi. ġəhərdə kənd təsərrüfatı
məhsullarını, həmçinin xaricdən gətirilmiĢ Ģeyləri satmaq üçün bazarlar var idi.
Bazarlara darğalar nəzarət edirdilər. Darğa bazarda qanun-qaydaya əməl
olunmasına və bazarda satılan mallardan vergi toplanmasına nəzarət edirdi. Darğa
bunun müqabilində bazardan toplanmıĢ darğalıq pulu alırdı.
Bazarda çox qələbəlik olduğundan, oradan dövlət, ictimai, dini və baĢqa
tədbirlər üçün də istifadə olunur, xanın fərmanları və baĢqa elanlar oxunurdu.
Carçılar xanın əhalinin xan üçün ictimai iĢlərə çıxması, düĢmən basqını olan zaman
baĢ verə biləcək təhlükə haqqında məlumatını da bazarda car çəkməklə
bildirirdilər. Bazarlarda dərviĢlər çıxıĢ edir, cinayətkarlar barəsində, dəstələr
yaratmaq üçün səfərbərlik keçirilməsi və s. barəsində burada məlumat verilirdi.
Az-çox savadı olan mollalar bazarda oturur və müəyyən xərc müqabilində
baĢqaları üçün məktublar, ərizələr, dualar yazır, tacirlər arasında bağlanan ticarət
müqavilələrini tərtib edirdilər.
XVIII əsrin 60-cı illərində Qızlar və HəĢtərxan tacirləri karvan yolları ilə
ġəki və ġamaxıya hətta qadağan olunmuĢ malları gətirirdilər. Bundan baĢqa
tacirlər gizli yolla ġəkiyə külli miqdarda Rusiya pulu gətirirdilər. Təkcə 1767-ci
ildə ġəki və ġamaxıya 105 min manat pul gətirilmiĢ, bu pula hər biri 6 pud olan
400 tay ipək alınmıĢdı. Ġpəyin pudu 36—48 gümüĢ manata idi. Ümumiyyətlə, ipək
almaq üçün hər il Rusiyadan Azərbaycana 600 min manata qədər pul gətirilirdi.
108
O zaman üçün bu çox böyük məbləğ idi. Ġpək alveri və baĢqa ticarət əməliyyatı
karvansaralarda və bazarlarda aparılırdı.
ġəkidə 5 karvansara — Gəncə, Təbriz, ġamaxı, ləzgi və erməni
karvansaraları var idi. Bu karvansaralarda ticarət üçün müxtəlif Ģəhər və ölkələrdən
108
Г а с и А б д у л л а е в. Азербайджан в XVIII веке и взаимоотношение с Россией, с. 440.
51
gələn tacirlər yerləĢirdilər.
109
Karvansaraların qarətdən mühafizə olunması üçün
onları qala kimi tikirdilər. Karvansaraların alt mərtəbəsi malları saxlamaq üçün
anbar, üst mərtəbələrdə isə tacirlərin yaĢayıĢ hücrələri olurdu. AxĢamlar
karvansaraların darvazaları bağlanır və Ģəhərlə əlaqəsi kəsilirdi.
110
O vaxt ġəki xanlığında da tranzit ticarəti gedirdi. Ġrandan buraya Ġran və
Qərbi Avropa malları gətirilirdi. Qərbi Avropada istehsal olunmuĢ parçalar və
metal məmulatın Ġran körfəzi vasitəsilə gətirilərək Ġran və Cənubi Azərbaycanın
sənətkarlıq məhsulları ilə birlikdə Xəzərin cənubi limanlarından, dəniz vasitəsilə
Bakıdan, Səlyandan keçirilərək Muğan düzü ilə Azərbaycanın Ģəhərlərinə
aparılırdı. Bunun çox hissəsi ġəki bazarına aparılır, oradan isə Dağıstana və digər
vilayətlərə göndərilirdi. Türkiyədən gətirilən türk və Fransa malları Naxçıvan və
Tiflisdən ġəkiyə çatdırılırdı.
ġəkidən ipək və digər kənd təsərrüfatı məhsulları — taxıl, düyü, meyvə,
yağ, bal, tütün, diri heyvanlar — inək, camıĢ, at və s. ixrac olunduğu kimi, ġəkiyə
də çoxlu mallar gətirilirdi. Bunlar boya, çit, qənd, dəmir Ģeyləri, sabun, Ġran və
Rusiyadan müxtəlif geyim Ģeyləri, taxta-Ģalban, neft, duz, mis, xalça-palaz, barıt,
kəndir və s. ibarət idi.
Tacirlərin və sənətkarların sıra ilə düzülmüĢ dükanlarında da ticarətlə
məĢğul olurdular və bu dükanların cəmi dalanbazar adlanırdı. Eyni növ mallar
müəyyən ticarət dükan sıralarında satılırdı: Bu dükan sıraları, həmin dükanlarda
satılan malların adını daĢıyırdı. Məsələn, ayaqqabı satılan dükanlar baĢmaqçılar
sırası, dərzi dükanları sırası, dəmirçixanalar sırası, dabbaqxana, boyaqxana,
papaqçılar, ipəkçilər sırası və s. Eyni zamanda müxtəlif mallarla ticarət edən
dükanlar sırası da var idi və bu sıra qarıĢıq mallar sırası adlanırdı. Ümumiyyətlə
ġəkidə 8 dalanbazar var idi.
111
Qeyd olunmuĢ dükan sıralarından baĢqa, mal-qara, quĢ, göyərti, meyvə və s.
satılan xüsusi yerlər də var idi.
Ticarət dükanları adətən iki hissədən ibarət olurdu. Qabaqdakı hissədə
satılan malların nümunələri düzülürdü. Ġkinci isə anbar idi. Öz mallarını satan
sənətkarların dükanları 2, yaxud üç hissədən ibarət olurdu. Bu hissələrdən birində
sənətkar öz malını satır, o biri hissədə iĢləməklə məĢğul olur, üçüncü hissədə isə
hazır mallarını saxlayırdı.
XVIII əsrdə ġəki xanlığında rus, holland, iran, hind pulları ilə yanaĢı
xanlığın özündə zərb olunan xan abbasıları da dövriyyədə idi. ġəkidə pul kəsmək
109
Р. Э
ф е н д и з а д е. Материалы о цеховом устройстве и кустарном производстве в городе
Нухе. Азeрб. ЕА ТИЕА, iĢ 10.
110
R. Ə f ə n d i z a d ə. ġəki torpağında ipəkçilik haqqında tarixi materiallar. Azərb. EA TĠEA, iĢ II,
vər. 15.
111
R. Ə f ə n d i z a d ə. Göstərilən əsəri, TĠEA, inv. 10, vər.10.
52
üçün zərbxana var idi. Burada gümüĢ abbasılar və fulus adlanan mis pullar
kəsilirdi.
ġəki tacirlərinin üzərinə böyük vergilər qoyulurdu. Karvansara sahibləri öz
qazanclarının beĢdə bir hissəsini xəzinəyə verməli idilər.
Ticarətdən toplanan vergi daha çox idi. Bu vergilər Məhəmmədhəsən xanın
«Dəstur ül-əməli»ində öz əksini tapırdı. Bunlardan darğalıq, qəssabxana pulu,
dəllalxana pulu, sabun pulu, dəyirman pulu, hamam pulu və rəhdarini göstərmək
olar. Bunlardan ən böyüyü rəhdari idi. Bu vergi, daha doğrusu, gömrük pulu həm
Ģəhərə mal gətirib satanlardan, həm də baĢqa yerə mal aparanlardan alınırdı.
Rəhdarinin miqdarı malın keyfiyyətindən asılı idi. Xanlığın sərhədində olan silahlı
dəstələr rəhdari almadan xanlığın sərhədinə və sərhəddən xaricə mal buraxmırdı.
Rəhdari xanlıqlarda, bütün Azərbaycanda ticarətin inkiĢafına ciddi mane olurdu.
Belə ki, ġəki xanlığından baĢqa bir xanlıq ərazisinə mal aparmaq üçün bəzən 3-4
və daha çox xanlığın ərazisindən keçmək və hər xanlığın ərazisində rəhdari
gömrüyü vermək lazım gəlirdi. Buna görə də Azərbaycanda, xüsusən ġəki
xanlığında qaçaq mal ticarəti xeyli artmıĢdı. Təsadüfi deyildir ki, «Dəstur ül-
əməl»də qaçaq mal satıĢı ilə məĢğul olanların cəzalandırılması nəzərdə
tutulmuĢdu.
112
Xanlar ticarətin bu və ya digər sahəsini iltizama verirdilər və həmin sahələr
üzrə ticarətlə məĢğul olan tacir öz malını ixrac etmək istəyəndə iltizamçıya ödənc
verməli idi. Məsələn, ġəkidən xaricə ipək ixrac edən, yaxud aparan tacir
«iltizamçıdan icazə kağızı almalı və apardığı hər batman üçün ona müəyyən
məbləğ ödəməli idi. Satmağa aparılan ipək gizlədildikdə, yaxud iltizamçıya
çatacaq məbləğ ödənilmədikdə, iltizamçı bunu müəyyən edərsə, tacir ikiqat məbləğ
ödəməli idi».
113
Belələri hətta divan tərəfindən cəzalandırılırdı. Ġpək, yun və
pambıq parçanı bəzi rənglər ilə boyamaq hüququ da iltizamçıların inhisarında idi.
«Həmin rənglər ilə iltizamçıdan baĢqa heç kim boyaya bilməzdi».
114
BaĢqa rənglər
ilə isə boyama müstəqil idi. Bu halda narazı tacirlər, öz mallarını yalnız ġəki
xanlığının sərhədlərindən kənarda boyaya bilərdi. Ġltizamçıdan baĢqa heç kimin
sabun alveri ilə məĢğul olmaq ixtiyarı yox idi. Ümumiyyətlə, ticarətin elə bir sahəsi
yox idi ki, xanlar qazanc əldə etmək üçün onu iltizama verməsinlər. Bu ölkədə baĢ
verən ardı-arası kəsilməyən feodal ara müharibələri, həmçinin xarici basqınlar
ticarətin inkiĢafına əsaslı surətdə mane olurdu.
Dostları ilə paylaş: |