MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
78 
kifayət  qədər  öyrənilmədiyini  göstərmişdir.  Alim  düzgün  ola-
raq  yazılı  ədəbiyyat  nümunələri  ilə  müqayisədə  folklor  örnək-
lərinin etnopoetika müstəvisini tam aşkarlamaq üçün daha çox 
xammal ehtiyatlarına malik olduğuniu vurğulamış, ən qədim və 
ilk  türk  şeirinin  köklərini  “Dədə  Qorqud”  eposunun  səhifələ-
rində axtarmışdır. O, belə düşünür ki, ən qədim və ilk türk şeiri 
qoşa  misralı  şeirdir.  Elə  buna  görə  də  elmi  mənbələrdəki  ilk 
şeirin  qısa  şeirlər  olduğu  fikrini  də  tamamilə  məqbul  sayır. 
Alim  fikrində  haqlıdır.  Çünki  ibtidada  çox  bəsit  bir  dərəcədə 
olan dil birdən-birə mürəkkəb parçalı vəznləri yarada bilməzdi 
(Abid  Əmin).  İnsanların  həqiqət  və  xəyal  haqqındakı  bilik  və 
təsəvvürləri  zaman-zaman  artıb  çoxaldıqca,  onların  arzu  və 
emosiyalarının  yeni-yeni  çalarları  yarandıqca,  tarix  gələcəyə 
doğru irəlilədikcə şeirimiz də qoşamisralılıqdan çoxmisralılığa 
doğru irəliləmişdir. “Dədə Qorqud” eposunun zəngin örnəkləri 
əsasında  şeirimizin  qədim  poetikasını  bütün  təfsilatı  ilə  araş-
dıran alim belə nəticəyə gəlir ki, məhz qoşa atın yanaşı getməsi 
təsəvvüründən  qoşa  bənd-iki  dördlük  doğula  bilərdi.  Bu  gör-
kəmli alim tam qətiyyətlə bildirir ki, türk etnosu öz həyat tərzi, 
qəhrəmanlığı,  fəaliyyət  dairəsi  və  hətta  o  dünyası  üçün  ata 
borclu olduğu kimi, poetik təffəkürünün formalaşması üçün də 
məhz ata borcludur. 
Uzun  illərdir  ki,  “Dəli  Domrul”  boyunun  digər  boylarla 
və  bütövlükdə  eposun  özü  ilə  əlaqə  və  təmasının  zahirən  zəif 
görünməsi  təbii  olaraq  qorqudşünaslıqda  bir  çox mübahisələrə 
səbəb  olmuşdur.  Şübhə  doğuran  məqamlar,  mülahizə  və  fər-
ziyyələrlə  bağlı  məsələlərə  realist  mövqedən  yanaşan  alim 
nəyin  mülahizə,  nəyin  fərziyyə,  nəyin  isə  həqiqət  olduğunu 
elmi  dəlil  və  inandırıcılıqla  sübut  etməyi  çox  gözəl  bacar-
mışdır. Belə ki,  o, qorqudşünaslıqda mübahisə və fərziyyələrə 
rəvac verən faktlar və dəlilləri diqqətə çatdırır, sonra isə “Dəli 
Domrul”  boyunun  “Dədə  Qorqud”  eposunun  strukturundan  - 
süjetindən,  kompozisiyasından,  poetik  elementlərindən  ayrıl-
maz və təcridolunmazlığını əсaslı arqumentlərlə isbat edir.  


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
79 
Monoqrafiyanı oxuduqca hiss edirsən ki, “Dədə Qorqud” 
eposunun daha qabarıq görünən bütün məsələləri barədə xeyli 
məqalə  və  kitablar  çap  edilməsinə  baxmayaraq,  bu  sahədə  bir 
çox  aktual  problemlırin  təhlili  və  izahı  hələ  də  öz  tədqiqatını 
gözləyir. “Xalq təfəkkürünün və xalq istəyinin təcəssümü olan 
“Dədə  Qorqud“  eposunu  həm  qəhrəmanlıq  abidəsi,  həm  də 
tədqiqat obyekti kimi bütün dövrlərin eposu” hesab edən prof. 
K. Əliyev eposun poetikasında səciyyəviliyi və qeyri-adiliyi ilə 
seçilən  Təpəgözün  sirrinin  hələ  də  qorqudşünaslıqda  kifayət 
qədər açılmadığını göstərir və bunu nəzərə alaraq o, Təpəgözün 
dastana  gəlişini  və  gedişini  əks  etdirən  və  “Basatın  Təpəgözü 
öldürdüyü boy” kimi tanınan bu boydan həm Qalın Oğuz elinin 
özünə,  həm  mifik  dünyaya,  həm  də  eposun  strukturuna  və 
poetika  sisteminə  nəzər  yetirir,  bir  çox  elmi  mülahizələri 
heyrətamiz dərəcədə dəqiqləşdirir və konkretləşdirir. Tədqiqat-
çı  haqlı  olaraq  Təpəgözün  əsl  mahiyyətinin  üzə  çıxarılmasını 
onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün 
təyin  edilməsində  görür.  O,  bu  yolla  gedərək  Təpəgözün  epo-
sun  poetikasında  tutduğu  yer  və  mövqeyi,  daşıdığı  funksiyanı 
çox  dürüst  şəkildə  izləmiş,  elmi  ümumiləşdirmələrini  həqiqət 
donunda oxucuya təqdim etmişdir. 
“Dədə  Qorqud”  eposunun  əbədiyaşarlığı,  möhtəşəmliyi, 
zənginliyi,  dolğunlğu,  keyfiyyət  genişliyi  barədə  danışılası, 
tədqiq  ediləsi  məsələlər  çoxdur.  Bunlardan  biri  də  eposda  öz 
geniş bədii ifadəsini tapan qəhrəmanlıq motivləridir. Eposdakı 
bu  motivlər  barədə  mötəbər  elmi  mülahizələr  söylənilmiş, 
bunlar uzun illər boyu müxtəlif aspektlərdən öyrənilmişdir. La-
kin  indiyəcən  eposun  gənc  qəhrəmanı  Uruzla  bağlı  müəyyən 
məsələlərə  lazımi  diqqət  göstərilməmişdir.  Eposda  üç  boyun 
iştirakçısı  olan  Uruz  müxtəlif  döyüşlərdə  qələbə  çalmaq  əvə-
zinə,  dəfələrlə  məğlub  olur,  hətta  əsir  də  düşür.  Bəs  konkret 
olaraq  bu  gözlənilməzlik  həm  eposun  strukturu,  həm  də  Oğuz 
eli üçün hansı mahiyyət  kəsb edir? Bəs igidlik  göstərən Oğuz 
bəyinə  Dədə  Qorqudun  gəlib  ad  vermək  ənənəsi  baxımından 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
80 
Uruzun payına nə düşür? Şübhəsiz ki, bəlli bir faktdır ki, Dədə 
Qorqud  başqa  boylarda  götdüyümüzün  tamam  əksinə  olaraq 
Uruza gəlib ad vermir. Bəs nə üçün? Bu məntiqi ortaya çıxaran 
prof. K. Əliyev özü də bunları müxtəlif aspektlərdən elmi ba-
xımdan  dolğun  şəkildə  cavablandırır.  Bizcə,  alimin  aşağıdakı 
ümumiləşdirilmiş  fikrinə  nəzər  salmaqla  məsələnin  mahiyyə-
tini tam dərk etmiş olarıq: “... eposla bağlı epik ənənə daha çox 
hakimiyyət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə hər 
şeydən  qabaq,  eposda  epik  ənənənin  qoruyucusudur.  Həyatda 
sayılıb  seçilən  nəsil  ənənəsi,  yəni  şəcərəsi  olan  və  həyatda 
şəcərəsini qorumağı bacaran eposda da epik ənənəni qorumağa 
daha çox səlahiyyətlidir. Belə bir səlahiyyət sahibi məhz Uruz-
dur, çünki Uruz Qazan xanın oğlu, Bayındır xanın nəvəsidir!” 
Qorqudşünaslıqda  ən  aktual  problemlərdən  biri  də  bəzi 
obrazların  digər  qəhrəmanlarla  müqayisədə  az  öyrənilməsidir. 
Prof. K. Əliyev belə hesab edir ki, dastanda qəhrəmanla bağlı 
hadisələri  düzgün  oxumaq,  qəhrəmanı  olduğu  kimi  dəyərlən-
dirmək, qəhrəmanın şəxsiyyətində  və  fəaliyyətində ehtiva olu-
nan  xalq  fikrini  və  düşüncəsini  tam  dəqiqliyi  ilə  tapmaq  və 
aşkara çıxarmaq folklorşünaslığın ana vəzifəsidir. 
Eposda Dirsə xan oğlu Buğac obrazının mövqeyinə digər 
eposşünaslara  nisbətən  daha  geniş  müstəvidə  aydınlıq  gətirən 
alimin fikirləri yenidir və bizcə, digər obrazlar da elmi uğurlar 
işığında eposşünaslıqda bu qaydada öyrənilməlidir. 
“Dədə Qorqud” eposunun poetikasını öyrənərkən eposda-
kı  qəhrəman  Oğuz  igidləri  ilə  yanaşı  daha  qabarıq  formada 
görünən və bəzi  mətləblərin ideya daşıyıcısı  olan Burla xatun, 
Banuçiçək,  Selcan  xatun  obrazlarından  da  yan  keçmək  olmaz. 
Prof. K. Əliyev müxtəlif boylarda nəql edilən hadisə və əhva-
latlarla  bağlı  olan  bu  xanımların  eposun  mətnində  öz  funk-
siyaları müqabilində necə təsvir və təqdim olunmasını dəqiqlik 
və obyekivlik meyarı ilə saf çürük edir. 
“Dədə Qorqud“ eposundakı boyların istər süjet strukturu, 
istərsə  də  onların  bir-biri  ilə  sıx  əlaqəli  formalarının  öyrənil-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə