Conceptual Framework
14
©
IFRS Foundation
Keyfiyyət xüsusiyyətlərinin artırılması
QC19
Müqayisəlilik, təsdiq edilə bilən, vaxtında təqdimat və
anlaşıqlıq, uyğun və düzgün təqdim edilən məlumatın
faydalılığını artıran keyfiyyət xüsusiyyətləridir. Keyfiyyət xüsusiyyətlərinin artırılması həmçinin, hər ikisi
eyni dərəcədə uyğun və düzgün təqdim edildikdə, hadisəni təsvir etmək üçün iki yoldan hansının istifadə
edilməli olduğunu müəyyən etməyə kömək edə bilər.
Müqayisəlilik
QC20
İstifadəçilərin qərarlarına alternativlərdən birini seçmək aiddir. Məsələn, investisiyanın satılması və ya
saxlanması və ya bir və ya digər hesabat verən müəssisəyə investisiya yatırmaq. Nəticə etibarilə, əgər hesabat
verən müəssisə barədə məlumat, digər müəssisələrin oxşar məlumatları və eyni müəssisə haqqında digər dövr
və ya tarix üzrə oxşar məlumatı ilə müqayisə edilə bilərsə, daha faydalıdır.
QC21
Müqayisəlilik, maddələr arasında oxşarlıqları və fərqləri müəyyən etməkdə və anlamaqda istifadəçilərə
kömək edən keyfiyyət xüsusiyyətidir. Digər keyfiyyət xüsusiyyətlərindən fərqli olaraq, müqayisəlilik bir
maddəyə aid edilmir. Müqayisə üçün ən azı iki maddə tələb olunur.
QC22
Ardıcıllıq, müqayisəliliklə əlaqəli olsa da eyni deyildir. Ardıcıllıq, ya hesabat verən müəssisə daxilində bir
dövrdən başqa dövrə ya da bir dövr üzrə müəssisələr üzrə, eyni maddələr üzrə eyni metodların istifadə
edilməsinə aiddir. Müqayisəlilik məqsəddir, ardıcıllıq isə bu məqsədə nail olmağa kömək edir.
QC23
Müqayisəlilik birtiplilik deyildir. Məlumatın müqayisəli olması üçün, oxşar maddələr oxşar, fərqli maddələr
isə fərqli görünməlidir. Məlumatın müqayisəliliyi, fərqli maddələri oxşar göstərməklə, oxşar maddələri isə
fərqli göstərməklə artmır.
QC24
Fundamental keyfiyyət göstəricilərinə cavab verməklə müəyyən dərəcədə müqayisəliliyə nail olunur. Uyğun
iqtisadi
hadisənin düzgün təqdimatı təbiətcə digər hesabat verən müəssisənin oxşar uyğun iqtisadi hadisənin
düzgün təqdimatı ilə müəyyən dərəcədə müqayisəlilik xüsusiyyətinə malik olur.
QC25
Bir iqtisadi had
isənin bir neçə cür düzgün təqdim edilə bilməsinə baxmayaraq, eyni iqtisadi hadisə üzrə
a
lternativ uçot metodlarına yol verilməsi müqayisəliliyi azaldır.
T
əsdiqlənmə imkanı
QC26
Təsdiqlənmə imkanı istifadəçiləri əmin edir ki, məlumat, təqdim etmək üçün nəzərdə tutduğu iqtisadi hadisəni
düzgün təqdim edir. Təsdiqlənmə imkanı müxtəlif məlumatlı və müstəqil müşahidəçilərin, tamamilə razılıq
olmamasına baxmayaraq, müəyyən bir təsvirin düzgün təqdimat olmasına dair razılığa gələ biləcəyi anlamına
gəlir. Kəmiyyət baxımından məlumat təsdiq edilə bilən olması üçün vahid qiymətləndirmə nöqtəsinin olması
vacib deyil. Bir çox mümkün məbləğlər və əlaqəli ehtimallar da təsdiq oluna bilər.
QC27
Təsdiq etmə birbaşa və ya dolayı ola bilər. Birbaşa təsdiq etmə, məbləği və ya digər veriləni birbaşa müşahidə
vasitəsilə, məsələn, nağd pulu saymaqla təsdiq etməkdir. Dolayı təsdiqetmə isə hər hansı bir modelə,
formulaya və ya digər texniki vasitəyə daxil olanların yoxlanması və eyni metodologiyadan istifadə etməklə
nəticələrin yenidən hesablanmasıdır. Buna misal olaraq, mal-materialın balans məbləğinin ona daxil olanları
(kəmiyyət və ilkin dəyər) yoxlamaqla və yekun mal-material qalığının, ilkin dəyərin hərəkəti üzrə eyni
metoddan (məsələn, ilk mədaxil – ilk məxaric metodundan istifadə etmək) istifadə etməklə yenidən
hesablanmasını göstərmək olar.
QC28
Bəzi izahların və tamamilə gələcəyə yönəlik maliyyə məlumatının gələcək dövrə qədər təsdiqi mümükün
olmaya bilər. İstifadəçilərə bu məlumatı istifadə etmək istədiklərinə dair qərar verməyə kömək etmək üçün,
adətən əsas ehtimalları, məlumatın tərtib edilmə metodunu və məlumatı təsdiq edən digər faktorlar və halları
açıqlamaq vacibdir.
Vaxtında təqdimat
QC29
Vaxtında təqdimat, məlumatın, qərar qəbul edənlərin qərarlarına təsir edə bilmək üçün vaxında onlara
çatdırılması deməkdir. Adətən, məlumat nə qədər köhnə olarsa, o qədər də faydasız olar. Lakin, bəzi
məlumatlar, hesabat dövrünün sonundan xeyli müddət sonra da faydalı ola bilərlər, çünki, bəzi istifadəçilərin
meylləri müəyyən etməyə və qiymətləndirməyə ehtiyacı ola bilər.
Anlaşıqlıq
QC30
Məlumatı təsnifləşdirmək, xüsusiyyətləndirmək və aydın və dəqiq təqdim etmək onu anlaşıqlı edir.
QC31
Bəzi iqtisadi hadisələr kompleks xarakterə malikdir və anlaşılması üçün asanlaşdırılması mümkün deyil. Bu
hadisələr barədə məlumatların maliyyə hesabatlarından xaric edilməsi bu maliyyə hesabatlarındakı
Conceptual Framework
©
IFRS Foundation
15
məlumatları başa düşməyi asanlaşdırır. Lakin, bu hesabatlar yarımçıq olmuş olardı və ona görə də potensial
olaraq səhv olardı.
QC32
Maliyyə hesabatları, biznes və iqtisadi fəaliyyətlər barədə yaxşı anlayışı olan və məlumatı səylə nəzərdən
keçirən və təhlil edən istifadəçilər üçün hazırlanır. Bəzən, hətta yaxşı məlumatlı və çalışqan istifadəçilərin
belə, çətin iqtisadi hadisələr barədə məlumatı anlamaq üçün məsləhətçinin köməyinə ehtiyacı ola bilər.
Keyfiyyət xüsusiyyətlərin artırılmasının tətbiqi
QC33
Keyfiyyət xüsusiyyətlərinin artırılması mümkün qədər maksimumlaşdırılmalıdır. Halbuki, əgər məlumat
uyğun və ya düzgün təqdim olunmazsa, fərdi və ya qrup şəklində, keyfiyyət xüsusiyyətlərinin artırılması,
məlumatı faydalı edə bilməz.
QC34
Keyfiyyət xüsusiyyətlərinin artırılmasının tətbiq edilməsi əvvəlcədən müəyyən edilmiş qaydaya tabe olmayan
dövrü prosesdir. Bəzən, bir keyfiyyət xüsusiyyətinin artırılmasının, digər keyfiyyət xüsusiyyətinin
maksimumlaşdırılması üçün azaldıla bilər. Məsələn, yeni maliyyə hesabatı standartının prospektiv qaydada
tətbiq edilməsi nəticəsində müqayisəliliyin müvəqqəti azalması, uyğun və ya düzgün təqdimatın uzun
müddətli dövrdə təkmilləşdirilməsi üçün məqbul sayıla bilər. Düzgün açıqlamalar qeyri-müqayisəliliyi
qismən kompensasiya edə bilər.
Faydalı Maliyyə Hesabatı Verilməsi Üzrə Xərc Məhdudiyyəti
QC35
Xərc, maliyyə hesabatı vasitəsilə verilə biləcək məlumatlar üzrə geniş yayılmış məhdudiyyətdir. Maliyyə
məlumatını təqdim etmək bir sıra xərcləri tələb edir və bu məlumatları təqdim etməyin faydası hesabına həmin
xərclərin özünü doğruldacağı vacibdir. Xərclərin və əldə ediləcək faydanın bir çox nəzərə alınmalı növləri
mövcuddur.
QC36
Maliyyə məlumatlarını təqdim edənlər daha çox maliyyə məlumatını toplamaqda, işlənilməsində, təsdiq
edilməsində və yayılmasında xərc çəkirlər, lakin, yekun olaraq bu xərclərə, azalmış gəlirlər formasında
istifadəçilər məruz qalırlar. Maliyyə məlumatlarının istifadəçiləri də təqdim edilmiş məlumatın təhlili və şərh
edilməsi üzrə xərclərə məruz qala bilərlər. Əgər lazım olan məlumat təqdim olunmadıqda, istifadəçilər bu
məlumatı haradansa əldə etmək və ya onu təxmin etmək üçün əlavə xərclərə məruz qalırlar.
QC37
Uyğun olan və nəzərdə tutduğunu düzgün təqdim edən maliyyə məlumatını təqdim etmək istifadəçilərə daha
əminliklə qərar qəbul etməyə kömək edir. Bu kapital bazarının daha səmərəli fəaliyyəti və bütövlükdə
iqtisadiyyat üzrə kapitalın dəyərinin daha aşağı olması ilə nəticələnir. Fərdi investor, borc verən və ya kreditor
da, daha
məlumatlı qərar qəbul etməklə fayda əldə edir. Lakin, ümumi məqsədli maliyyə hesabatlarında hər
bir istifadəçinin uyğun hesab etdiyi məlumatı təmin etmək mümkün deyil.
QC38
Xərc məhdudiyyətini tətbiq edərkən, Şura, müəyyən bir məlumatı təmin etmək və istifadə etmək üçün çəkilən
xərclərin həmin məlumatı təqdim etməyin faydası hesabına özünü doğruldacağını qiymətləndirir. Təklif
edilmiş maliyyə hesabatı standartını yaradılmasında xərc məhdudiyyətini tətbiq edərkən, Şura, maliyyə
məlumatını təmin edənlərdən, istifadəçilərdən, auditorlardan, akademiklərdən və başqalarından bu standartın
məsrəfləri və faydalarının gözlənilən xarakter və kəmiyyəti haqqında məlumat əldə etməyə çalışır. Bir çox
hallarda, qiymətləndirmələr kəmiyyət və keyfiyyət üzrə məlumatların birləşməsinə əsaslanır.
QC39
Təbiətcə subyektivliyə malik olduğuna görə, maliyyə məlumatı üzrə müəyyən maddələri təqdim etməyin
məsrəfləri və faydaları barədə müxtəlif şəxslərin qiymətləndirmələri fərqli olur. Buna görə də, Şura, maliyyə
hesabatı ilə bağlı məsrəfləri və faydaları, hesabat verən fərdi müəssisələr üzrə deyil ümumi olaraq nəzərə
almağa çalışır. Bu, məsrəflər və faydaların qiymətləndirmələrinin həmişə bütün müəssisələr üzrə eyni hesabat
vermə tələblərinə əsaslanması demək deyil. Müəssisəllərin müxtəlif ölçülü olmaları, kapitalın müxtəlif
yollarla əldə edilməsi (dövlət və ya özəl), müxtəlif istifadəçilərin ehtiyacları və digər faktorlar səbəbindən,
müvafiq fərqli yanaşmalar ola bilər.