Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

44 
 
növbədə  tut,  zeytun,  qarağac,  şam,  akasiya  ağacları  əkilmişdi.  Bir  neçə  yerdə 
güllük-çiçəklik  də  salınmışdı.  Məhəlli  ağac  cinslərindən  başqa,  kənardan,  bu 
yerlərə ağac növləri də gətirilirdi. 
Ötən  əsrin  altmışıncı  -  yetmişinci  illərində  bağın  ərazisini  xeyli 
genişləndirirlər,  altı-yeddi ildən sonra bəzək ağacları və kol-koslar əkilir, rəqs 
və  istirahət  meydanları  düzəldilir.  Bağın  bədii  görkəmini  ildən-ilə 
gözəlləşdirirdilər. 
Neft  sənayesinin  inkişafı  ilə  əlaqədar  bağın  da  görkəmi  get-gedə 
dəyişir, hovuzlar, köşklər, terraslar salınır. Doxsanıncı illərin ortalarında əsaslı 
binalar tikilir. 
Əhalini  bağa  həftədə  bir  dəfə  buraxırdılar.  Amma  bağın  darvazaları 
yüksək rütbəli məmurların, milyonçu neftxudaların üzünə hər zaman açıq idi. 
Quru  bağ  -  Burada  kol-kosdan  əlamət  yox  idi.  Yarım  xaraba  hovuz 
heç  vaxt  su  görməzdi,  zir-zibillə  dolu  olardı...  Yağış  vaxtı  sel  yuxarı 
məhəllələrdən gətirdiyi zir-zibili, çirkabı bura tökərdi. 
Yığıncaqların  çoxu  burada  keçirilərdi.  Qocaman  müəllim  Ağabala 
Qasımov  nəql  edərdi  ki,  1905-ci  ildə  minarələrdən  azan  səsi  ucalanda, 
kilsələrin  zəngləri  səda  qoparanda  Parapetdə  qırmızı  parçanın  üzərində  iri,  ağ 
hərflərlə  yazılmış  iki  şüar  asdılar:  «Rədd  olsun  mütləqiyyət!»,  «Yaşasın 
sosializm!» Ətraf küçələrdəki adamlar meydana tələsdilər, havaya da bir neçə 
şar  buraxdılar.  Şarların  üstündə  bu  sözlər  yazılmışdı:  «Məhv  olsun 
monarxiya!»  «satqınlara, casuslara ölüm!». 
Qaradovoylar, 
pristavlar, 
bütün 
polis 
məmurları 
əl-ayağa 
düşmüşdülər, şüarlara yaxın düşmək olmurdu. Şarları partlatmaq üçün güllə də 
ata  bilmirdilər  ki,  çaxnaşma  düşər,  qırğın  başlaya  bilər.  Get-gedə  adamların 
sayı artırdı... Müxtəlif yerlərdə kürsü qoyub natiqlər Azərbaycan və rus dilində 
nitq söyləyir,   istibdadı   lənətləyir,   hürriyyəti   alqışlayırdılar. 
Birdən polismeyster silahlı qaradovoy dəstəsilə Bazar (Hüsü Hacıyev) 
küçəsindən  Vrankel  (Qarayev)  küçəsilə  üzü  aşağı  hücuma  keçdi.  Starı 
Politseysk  (Məmmədəliyev)  küçəsindən  gələn  at  nallarının  səsləri  eşidildi  və 
atlı kazaklar camaatın başının üstünü aldılar, şallax və tatarını işə saldılar. 
Kim  hara  yaxın  idi  o  səmtdə  -  Voronsov  (Əzizbəyov),  Qəssabbazar, 
Tatarski (Krupskaya)    küçələrinə üz tutub qaçırdı. 
«Malağan»  (9  Yanvar)  bağı:  Onun  hər  tərəfi  karvansara  idi; 
qəzalardan  yük  gətirən  malağanlar  tövlələrdə,  həyətdə  atlarını  bağlayar, 
furqonları qoyardılar. Bu aradakı küçələrdə, həyətlərdə, döngə  və  dükanlarda, 
evlərdə, dəhlizlərdə, zirzəmilərdə çoxlu çəlləkçi emalatxanası vardı. Çirkablı su 
və dizə qalxan palçıq xəstəlik və natəmizlik mənbəyi idi. Hələ 1870-ci illərdən 
burada  bağça  salmağa  çalışırdılarsa,  yeraltı  suyun  keyfiyyətinin  pisliyi, 
torpağın gildən ibarət olması, tullantılar ağacların inkişafına imkan vermirdi. 


45 
 
Neft  milyonçusu  Şibayevin  şahanə  mülkü,  Rusiyanın  çay  ticarəti 
maqnatı,  dünyanın  çay  ticarəti  inhisarçısı  vısotskinin  öz  arxitekturasına  görə 
digər  binalardan  seçilən  və  uzaqdan  nəzərə  çarpan  mülkü,  Hacı  Haşımın  oğlu 
Əli Heydərin Çin və Yaponiya səfərindən qayıtdıqdan sonra yapon memarlığı 
üslubunda  tikdirdiyi  Mikado  (Səməd  Vurğun)  teatrı,  bir  də  Hacı  Ələkbər 
Dadaşovun  qoşa  əzəmətli  gəlir  evlərinin  ucaldılması  «Malağan»  (9  yanvar) 
bağı ətrafının simasını dəyişdirdi. 
Mülkədar  Ələkbər  Dadaşov  barədə  maraqlı  bir  əhvalat  danışırdılar. 
Beş oğlu var imiş, balacası çox cüvəllağı imiş, fürsət tapan kimi evdən şey-şüy 
çırpışdırıb, aparıb satırmış, tuta bilmirlərmiş. Axırda atası təngə gəlib deyir ki, 
ay bala, bu şeyləri hey aparıb ucuz qiymətə satıb zay edirsən, tullayırsan çölə, 
heç olmasa  mənə sat. Oğlan  deyir  ki, dədə, səninlə sövdam tutmaz.  «Niyə, ay 
qoduq, birdən ikiyə  mənimlə  sövdələşibsən? Bəs əminlə  niyə tutur?»  «O ayrı, 
sən  ayrı.  Bilirəm  ki,  səninlə  tutmaz»  -  deyə  oğlan  boyun  qaçırır.  Atası  təkid 
etdikdə oğlan deyir: «Yaxşı, indi ki, üz vurursan, de görüm o altındakı xalçaya 
nə  qədər  verərsən?».  Kişi  özünü  itirir,  qəzəblə  qışqırır:  «Küçüyün  biri  küçük, 
altımdakı malımı mənə satırsan? Qoduq!» Oğlan gülür: «Gördün dədə, - deyir, 
-  dedim  tutmaz,  təkid  edirsən.  Əmim  şeyə  baxmamış  pulu  çıxardıb  hesabı 
çürüdür». 
Birja  (26  Bakı  komissarı)  meydanı  bomboş  idi,  xəzri,  ya  da  gilavar 
əsəndə tozdan göz açmaq olmurdu. Yaxınlıqdakı kazarmada yaşayan soldatlar 
bu meydanda məşq edirdilər. 
Axşam  bazarı  -  Veçerna  (S.  Vurğun  bağı)  meydanı  da  bomboş  idi, 
ətrafında  taxta  budkalar  vardı;  axşamüstü  tünlük  olardı.  Cürbəcür  şey  alıb 
satırdılar. 
Bakıda  ağac,  kol-kos,  gül-çiçəklik  salınmasına  Hacı  Zeynalabdin 
Tağıyevin  1895-ci  ildə  Mərdəkanda  açdığı  bağbanlar  məktəbi,    daşlıq  və 
qumsallıqda  saldığı  təcrübə  pöhrəliyi    ixtisaslı  bağbanlar  dəstəsinin 
yaranmasına böyük təkan verdi. 
Dəniz  kənarında  bulvar  salmaq  məsələsi  Bələdiyyə  idarəsində 
dəfələrlə  müzakirə  edilmişdisə  də,  əsl  əməli    işə    yalnız      1909-cu    ildə,  
istedadlı    mühəndis,  yorulmaz  təşkilatçı    və  patriot  Məhəmməd  Həsən  
Hacınskinin  rəhbərliyi  altında  başlanır.  Bələdiyyə  idarəsi  bulvar  salmaq  üçün 
60.000  manat  pul  buraxmağı  qərara  alır.  Bakı  varlıları  da  xeyli  kömək  edir. 
Layihə işlərində və təşkilat məsələlərində şəhərdəki bir neçə əzəmətli  binanın  
və iki  Kirx  binasının  layihə müəllifi Adolf Eyxler ürəkdən iştirak edir. 
Bulvar  şəhərin  dəniz  fasadı  olduğunu  nəzərə  alaraq  müsabiqə  elan 
edilir  və  tanınmış,  adlı-sanlı  memar  və  inşaatçı  mühəndislər  işə  qoşulur.  30 
memar-mühəndis  müsabiqədə  iştirak  etməyə  dəvət  olunur.  Fərdi  sifarişlərin 
yerinə  yetirilməsinə  baxmayaraq  bu  müsabiqədə  Zivərbəy  Əhmədbəyov, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə