Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə64/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   60   61   62   63   64   65   66   67   ...   104

 
216 
illik  ekspedisiya  dövründə  aşığın  dörd  əlyazmasını  ələ  keçirə 
bildim.  Ekspedisiyadan  qayıdandan  sonra  onlar  üzərində  işlə-
məyə  başladım. Həm də ekspedisiya  müddətində elin dilindən 
yazdığım  nümunələr  də  mənim  köməyimə  çatırdı.  İndi  arxi-
vimdə  ekspedisiya  dövrü  elin  dilindən  yazdığım  11  bloknot 
vardır.  Əlimdə  olan  dörd  əlyazmasını  şəxsən  özüm  əldə  elə-
mişəm,  məndən  başqa  heç  kim onları görməyib  və  istifadə də 
eləməmişdir.  İlisu  əlyazmasını  mənə  Yunus  dayı  Təhməzov 
bağışlamışdır. Orada 200-ə qədər şeir var. Şeirlər şəkillər üzrə 
düzülmüşdür. Əlyazmasının əvvəllində yazılıb: 
 «Rəhmətlik  Molla  Cümənin  qəlbindən  süzülən  müxəm-
məs, təxmis, divani, qafiyə, kötəlləmə, əvvəl axır həmin dəftərə 
yazıldı. 
Bunları yazdım burda qalmaq üçün 
Oxuyanlar bir dua qılmaq üçün». 
İlisuda  mənə dedilər ki, kəndin Tovla Tala  məhəlləsində 
də bir əlyazması vardır. Həmin ünvana getdim. Dedilər ki, ərəb 
əlifbası  ilə  əlyazması  olub,  ancaq  indi  yoxdur,  hara  olub  bil-
mirik. 
İkinci əlyazmasını mənə Zaqatalanın Kəpənəkçi kəndində 
aşıq Murtuzəli hədiyyə vermişdir. Burada qoşma, gəraylı, diva-
ni,  təcnis,  müxəmməs,  müxtəlif  biçimli  şeirlər,  bayatılar  top-
lanmışdır, yüzdən artıq şeir vardır. Ancaq çox təəssüf olsun ki, 
əlyazmasının  yarıcırılmış  bir  hissəsi  qalmışdır.  Burada  Molla 
Cümənin Könlü ilə deyişməsindən bir parça da vardır. 
Üçüncü  əlyazmasını  bizə  Şəkinin  Baş  Göynük  kəndində 
Molla  Cümənin  qızı  Reyhan  xanım  bağışlamışdır.  Əlyazma-
sının  əvvəlində  yazılıb:  «Bu  dəftər  yazıldı  1333-cü  idə  katibi 
Molla  Cümə  ibn  Salah.  Mərgum  «Aşağı  Layisqi»  əlyazması 
122 səhifədir, bir ümumi dəftərdir. Adi çernillə yazılıb, özü də 
köçürən o qədər də savadlı olmayan şəxsdir. 1940-50-ci illərdə 
köçürülüb.  Onu  da  deyim  ki,  Molla  Cümənin  öz  xətti  ilə 
yazdığı əlyazmasının taleyi  mənə  məlum deyil, orijinalnı  mən 
görməmişəm. Bu əlyazması elə bil həmin əlyazmasının orijina-


 
217 
lından köçürülmüşdür. Hər halda məndə olan əlyazmaların ha-
mısından daha çox şeirlər bu dəftərdə qalmışdır.  
Dördüncü əlyazmasını bizə Şəkinin Aşağı Göynük orta 
məktəbinin  müəllimi  Vədud  Hacıyev  bağışlamışdır.  Bu  əlyaz-
ması  M.Ə.Sabirin  1914-cü  ildə  İsa  bəy  Aşurbəyovun  mətbə-
əsində  çap  olunmuş  «Hophopnamə»sidir.  Kitabın  səhifəsində 
bütün  ağ  yerlərdə  Molla  Cümənin  şeirləri  yazılmışdır.  Bəzi 
şeirlərin  yazıldığı  illəri  də  göstərilmişdir.(1918,1919)  Həmin 
kitabin  səhifələrində  Molla  Cümənin  150-ə  yaxın  şeiri  vardır. 
Oxuculara məlum olsun ki, mən bu əlyazmaların üzərində 35 il 
işləmişəm. Əlyazmaları çox çətin oxunur, bütün əlyazmaları və 
elin ağzından topladığım 11 dəftərdə yazılmış şeirləri dəfələrlə 
oxumuş,  müqayisələr  aparmış  və  nəhayət  orijinalı  aşkar  edib 
aşığın  külliyyatına  daxil  etmişəm.  Son  kitabı  Prezident  admi-
nistrasiyası  25  min  nüsxədə  çap  edib,  Azərbaycanın  bütün 
rayon  və  kəndlərində  olan  kitabxanalara  hədiyyə  verilmişdir. 
41  müəllif  vərəqi  həcmindədir.  Ulu  Tanrı  şahiddir  ki,  bu 
kitabda  yalnız  və  yalnız  mənim  şəxsən  əldə  etdiyim  şeirlər 
toplanmışdır. Başqa əlyazmalarına ehtiyac duymamışam. Türk 
dünyasının, Ulu Tanrının qarşısında üzüm ağ, alnım da açıqdır. 
Ömrü  faciə  ilə  başa  çatmış  sənətkarın  şeirlərini  bir-bir  əldə 
edərək  41  müəllif  vərəqi  həcmində  kitabla  əbədi  bir  heykəl 
ucaltmışam. Bütün şeirlər yalnız və yalnız şəxsən əldə etdiyim 
nümunələrdir. Bununla fəxr edir, qürur hissi keçirirəm. 
Molla Cümə çox zəngin, əvəzi olmayan ədəbi irs qoyub 
getmişdir. Mən Şəki, Qax, Zaqatala, Balakən rayonlarını dolaş-
dım. Oaralarda demək olar ki, Molla Cüməni tanımayan, şeir-
lərini əzbərdən bilməyən şəxs yox idi. Bütün bu yerlərə yayıl-
mış,  insanların  hafizəsində  özünə  yer  almış  şeirləri  toplamaq, 
yığmaq,  səliqəyə  salıb  aşığın  bağrından  qopduğu  xalqına  çat-
dırmaq, təvazökarlıqdan kənar olmasın,  mənə nəsib olmuşdur. 
Mən bununla əvvəlcə böyük ustada, sonra da özümə əbədi hey-
kəl  qoymuşam.  İndi  qalır  bu  böyük  tükənməz  ədəbi  irsi  incə-
ləmək, çözələmək, geniş hərtərəfli təhlil edib qiymətləndirmək. 


 
218 
Molla  Cümənin  bir  neçə  şeirini  1930-cu  illərdə  Hüm-
mət Əlizadə çap eləmişdir. Bir şeirini də Salman Mümtaz «El 
şairləri» kitabında vermişdir. Mən fəaliyyət göstərdiyim illərdə 
aşığın  əsərlərindən  ibarət  aşağıdakı  kitabları  çap  eləmişəm. 
Bunlar Molla Cümənin ilk kitablarıdır. 
1.Molla  Cümə.  Şeirlər.  «Azərnəşr»,  1966,  5 
m/vərəqi. 
Bu kitab böyük əks-səda doğurdu. Bu kitab əsas etiba-
rilə mənim ekspedisiya zamanı topladığım nümunələrdən tərtib 
olunmuşdur.  Oxucular  təəccüb  elədilər.  Molla  Cümənin  o 
qədər şeiri varmış. Bu kitabın çapında mənə keçmiş tələbə yol-
daşım  Azərbaycan  KP  mərkəzi  Komitəsinin  katibi,  professor 
Şıxəli Qurbanov kömək eləmişdi. Kitabın bir nüsxəsini Şəkiyə 
Baş  Göynük  kəndinə  Molla  Cümənin  qızı  Reyhan  xanıma 
hədiyyə  göndərdim.  Bir  müddətdən  sonra  Reyhan  xanımın 
oğlu,  Molla  Cümənin  nəvəsi  Mövlud  Əzizovdan  bir  məktub 
aldım. Orada yazılmışdı: «Hörmətli Paşa müəllim, salam! Sizin 
göndərdiyiniz  hədiyyəni  aldım  və  çox  şad  oldum.  Siz  bilir-
sinizmi  ki,  anam  və  bacılarım  nə  qədər  şad  oldu.  Xüsusən, 
anam  nə  qədər  şadlandı,  həddi-hesabı  yoxdur.  Kitab  çatandan 
sonra demək olar ki, kəndin adamlarının hamısı kitabı oxumaq 
xüsusən  babamın  həyatı  haqqında  Sizin  yazdığınız  müqəd-
diməni  oxunması  ilə  daha  çox  maraqlanırlar.  Bir  sözlə,  sizin 
adınız əzbər olmuşdur. Xüsusən Sizin Cavad oğluna verdiyiniz 
yüksək  qiymət  Göynük  camaatı  arasında  böyük  şadlığa  səbəb 
olmuşdur… Paşa müəllim, Sizə məlum olsun ki, bu yaxınlarda 
babamın  şəkli  tapılıb.  Qaxdan  həkim  Calal  kişinin  qızı  verib. 
Axtıda (Dağıstanda – P.Ə.) 1914-cü ildə çəkilib. Həmin şəkilin 
üzünü  çıxarıb  hər  halda  ya  özüm  gətirərərm  və  ya  göndərə-
rəm.» 
2.Molla  Cümə.  Seçilmiş  əsərləri.  «Yazıçı»,  1983,  8 
m/vərəqi.  
Kitab  çap  olunanda  «Yazıçı»nın  baş  redaktoru  Sabir 
Rüstəmxanlı, şöbə müdiri isə Məmməd İsmayıl idi. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə