Giriş
6
masiya məkanında qısa bir müddətdə yayılmasına xidmət edir.
Buradan texnikanın, o cümlədən maşınqayırmanın insaniyyətin
inkişafında böyük rolu olması özünü aydın göstərir. Artıq bu sahə təkcə
insanların gündəlik həyatında yaranan məişət problemlərinin həllində
yox, həm də inkişaf etmiş sənaye dövlətləri tərəfindən digərlərinə qarşı
aparılan böyük siyasətdə təzyiq vasitəsi kimi istifadə olunur. Ona görə
də, bu kitabda maşınqayırmanın tarixi araşdırılarkən bu sahənin
cəmiyyətə sosial təsiri nəzərdə tutulur.
Kitabın əsas məqsədi bu gün bizə məlum olan elmi-texniki
tərəqqinin, siviliyasiyanın ümumi tarixi ilə əlaqəli olan, uzun və
mürəkkəb tarixi inkişaf yolunu müxtəlif mərhələlərdə aydınlaşdırmağa
xidmət edir. Burada təkcə maşınların yaranmasının texniki tərəfi yox,
həm də onları cəmiyyətlə əlaqəli təsiri nəticəsində baş vermiş mədəni və
sosial dəyişikliklər izah edilir.
İnsanların
formalaşması
dövründə
istehsal
alətləri
və
münasibətlərinin yaranması məsələlərinə toxunan bu kitabda, sonrakı
mərhələlərdə əsasən elm və texnika arasındakı qarşılıqlı təsirə böyük
əhəmiyyət verilir. İstər antik dovrdə, istər orta əsrlərdə və istərsə də
yaxın keçmişdə insanların gündəlik tələbatlarını ödəmək üçün lazım
olan istehsal alətlərinin yaradılması cəhdlərinin təhlili ön planda durur.
Maşınqayırmanın tarixinə əsasən üç mərhələdə baxılır: sənaye
inqilabına qədərki, ondan sonrakı və son zamanlar avtomatlaşdırmanın
yaranması ilə xarakterizə olunan elmi-texniki dövr.
Mündəricata nəzər saldıqda görmək olar ki, kitabın birinci fəslində
texniki avadanlıq və alətlərin yaranmasının əvvəlində baş vermiş ilkin
cəhdlərin xronoloji təhlili verilir. Həmçinin, ikinci fəsildə geniş təsvir
edilmiş sənaye inqilabı üçün ilkin şərtlərin formalaşmasında bunların
rolu oxuculara çatdırılır.
İkinci fəsildə sənaye inqilabının əsas şərtləri göstərilir və ayrı-ayrı
dövlətlərin misalında bu prosesin dünyada baş verən texniki tərəqqinin
genişlənməsinə təsiri nümayiş etdirilir.
Sonuncu yüzillikdə maşınqayırmanın və ümumi texnikanın inkişafın-
Giriş
7
da baş verən dəyişikliklərin əsas istiqamətlərinə avtomatlaşdırmanın
təsiri özünə III fəsildə yer alır. Bu fəsildə keçən əsrin ortalarında
yaranan hesablama texnikası ilə müşaiət olunan, bu günə kimi ümumi
inkişafa güclü təsirə malik bir prosesin gedişi verilir.
Maşınqayırma
ümumi
texnikanın
tərkib
hissəsi
kimi
araşdırıldığından, kitabda mənbə kimi təkcə texniki mətnlər yox, həm də
mədəni və sosial tarixə aid müxtəlif mənbələr, elmi alətlər və texniki
artefaktlardan da istifadə olunmuşdur. Məsələyə belə yanaşma
maşınqayırmanın tarixi ilə ümumi tarix fənni arasında əlaqə yaradaraq
ona yaxın olan sahələri də əhatə edir. Kitabda təsvir olunan, müxtəlif
tarixi mərhələlərə aid texniki yeniliklərin təsviri zamanı Avropa
kitabxanalarında
saxlanılan
ilkin
mənbələrdən
geniş
istifadə
olunmuşdur. Qədim dövrün mühəndislərinin bu və ya digər məsələyə
münasibətləri verilərkən, onların yazılış üslubu saxlanmışdır. Burada
məqsəd o dövrlərdə texnika ilə məşğul olmuş insanların, əsasən də
mühəndislərin öz fikirlərini təsviretmə qabiliyyəti haqqında təsəvvür
yaratmaqdır.
Ümumiyyətlə, bu kitabda sonuncu yüzillikdə hərbi texnikada baş
verən tərəqqi haqqında məlumat verilmir. Məqsəd bu sahənin
insaniyyətin başına gətirdiyi fəlakətlərə bəraət qazandırmamaqdan
ibarətdir.
Maşınqayırmanın tarixinin bu kitabda verilən təsviri yeni, innovativ
texniki avadanlıq və texnologiyalar haqqında böyük zaman intervalında
baş vermiş texniki dəyişikliklər əsasında retrospektiv olaraq ümumi fikir
söyləmək imkanı verir.
Kitabın mətnini reprezentativ təsvir etmək üçün sonda vacib
sözlərdən ibarət registr verilmişdir. Oxucuların nəzərinə o da çatdırlır ki,
yazılışı azərbaycan dilində tələffüzündən kəskin fərqlənən yer və insan
adları mötərizədə original şəkildə göstərilmişdir.
Maşınqayırmanın yaranması
8
I. Sənaye inqilabına qədərki dövrdə maşınqayırmanın
yaranması və inkişafı
1.1. Maşınqayırmanın cəmiyyətin inkişafında yeri
M
üasir cəmiyyətdə gündəlik həyatın tərkib hissəsinə çevrilmiş
texniki
vasitələrin
hazırlanması
üçün
açar
rolunu
oynayan
maşinqayırmanın vacib bir sənaye sahəsi olması təkzib olunmazdır. Bu
qənaətə texnikanın bu günkü səviyyəsinə nəzər saldıqda gəlmək olur.
Maşınqayırmanın bir neçə yüz il əvvəl bir elm kimi cəmiyyətin mədəni
inkişafında nə dərəcədə rol oynaması haqqında fikir soyləmək, ancaq bu
elmin inkişaf tarixini təhlil etdikdə mümkün olar.
Maşın və sonralar yunanların işlətdiyi “Machinarium” insan
sivilizasiyasının əvvəlində çox ibtidai formada mövcud olmuş və yalnız
sonralar, daha inkişaf etmiş mədəni mərkəzlərin yaranmasından sonra
formalaşmağa başlamışdır. Adından göründüyü kimi bu elm maşınların
tətbiqi ilə bağlı olub, bir-biri ilə hərəkətli birləşmiş hissələrin köməyi ilə
hər hansı bir tapşırığın mexaniki yerinə yetirilməsindən bəhs edir.
İlk dəfə olaraq maşın kəlamını Aristotel b.e.ə. 340-cı ildə özünün
“Mexanikanın problemləri” kitabında işlədərək lingləri, çarxları və
vintləri belə adlandırmışdır [1.1]. Maşın sözü qədim yunan dilindən
götürülmüşdür, mənası “machina” yəni mexaniki əmək vasitəsi
deməkdir.
İlk dövrlərdə maşınlarla məşğul olanlara mexaniklər, bu
sahəyə isə mexanika deyirdilər. Onu da qeyd etmək lazımdır ki,
mexanika sözü də qədim yunanlara məxsus olub - əl qabiliyyəti,
sənətçilik kimi mənalar daşıyır.
Antik dövrdə qədim yunan alimləri Arximed, Ktesibios, Filon və
başqa dühaların mexanikaya maraq göstərmələrinə baxmayaraq, o
dövrdə bu sahə bir elm kimi mövcud deyildi [1.1
−
1.4]. O dövrün
mühəndisləri ( mühəndis ərəbcə “həndəsəni bilən” deməkdir) ideyalarını
heç bir metoda əsaslanmadan və hesablama aparmadan, yalnız malik
Dostları ilə paylaş: |