Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

Anar – 75  

 

23 



“Dədə Qorqud”, “Qəm pəncərəsi”, “Nigarançılıq”, “Əlaqə” və s. 

filmləri tamaşaçıların böyük  məhəbbətini qazanmış, illər keçsə 

be

lə bu gün də öz əhəmiyyətini itirməmişdir.  



Xüsusi ilə onun ssenari müəllifi və rejissor kimi çoxillik gər-

gin zəhmətinin bəhrəsi olan “Uzun ömrün akkordları” ikiseriyalı 

bədii-sənədli filmi dahi sənətkarımız Üzeyir Hacıbəyovun adına 

la

yiq  bir  töhfədir.  Film  bəstəkarın  yaradıcılığının  dərin  xəlqi 



kök

lərini, onun doğma torpağına bağlılığını əks etdirir.  

“Sizi  deyib  gəlmişəm”  əsərinin  ssenarisi  əsasında  çəkilmiş, 

Ana


rın rejjisoru olduğu “Qəm pəncərəsi” filmi dahi Mirzə Cəlilə 

həsr  olunmuşdur.  Filmdə  tarixilik  və  müasirliyin  vəhdəti yara-

dılmışdır. “Filmin mətni dünyaya “qəm pəncərəsi”ndən baxmaq 

ak

tının bədii-fəlsəfi mahiyyətini açmağa, Mirzə Cəlilin və onun 



vətəndaş, sənətkar kimi baxdığı dünyada yaşayan insanların ta-

le

yini paralel şəkildə izləməyə imkan verir”(49).  



“Nigarançılıq”  filmi  isə  Mirzə  Cəlil  Anar  münasibətlərinin 

son


rakı  mərhələsidir.  Sənətkar  filmdə  Cəlil  Məmmədquluzadə-

nin “Nigarançılıq”, “Quzu” və “Usta Zeynal” hekayələrinin mo-

tiv

lərini,  bu  əsərlərin  əsas  məzmun  xətlərini birləşdirərək  tam



töv bir yeni əsər yaratmağa nail olmuşdur. Hətta bir çox hal-

lar

da Mirzə Cəlildəki süjetlərin yeri dəyişdirilmiş, ayrı-ayrı əsər-



lərdə iştirak edən obrazlar burada eyni bir əsərin tərəf müqabil-

ləri kimi götürülmüşdür. Məsələn, Mirzə Cəlilin “Quzu” heka-

yəsindən fərqli olaraq Anarın “Nigarançılıq” filminin qəhrəmanı 

seyn kişi quzunu Əziz xana deyil, Qurbanəli bəyə bağışlayır. 



Ni

garançılıq  hekayəsinin  müəyyən  məqamları  “Qurbanəli  bəy” 

he

kayəsi  ilə  məharətlə,  incə  vasitələrlə  əlaqələndirilmişdir. 



Flim

də Anarın güclü vətən sevgisinin bir daha şahidi oluruq. Bu 

ba

xımdan müəllif Qurbanəli bəyin bir çox müsbət xüsusiyyətlə-



rini 

göstərərək sanki ona haqq qazandırır. Bir çox məqamlarda 

Qur

banəli bəyin Kərbəlayi Qasımı müdafiə etməsi, Qarabağ atı 



haq

qında qürurla danışması, nökəri Əlinin plov bişirmə bacarığı 

ilə öyünməsi deyilənlərin təsdiqidir. 

Anarın kino sahəsindəki uğurlarından biri də son illərin məh-




Aytən Quliyeva

 

 



24 

su

lu olan “İblis” filmidir. Film ədəbiyyatımızın gözəllik və sevgi 



şairi olan, repressiya  qurbanı  H.  Cavidə  həsr olunmuşdur. B. 

Əlibəyli  film  haqqında  yazır:  “...İblis  Anarın  trilogiyasının 

üçün

cü  filmi  kimi  dəyənləndirilir...  “Qəm  pəncərə”si,  “Üzeyir 



öm

rü” və “İblis” trilogiyasına ilk baxışda milli mədəniyyətimi-

zin, ədəbiyyatımızın, mənəviyyatımızın onurğa sütunu olan bö-

yük  şəxsiyyətlər  haqqında  portret  filmlər  kimi  də  yanaşmaq 

olar... Sözügedən filmlər yalnız Üzeyir Hacıbəyov, Mirzə Cəlil, 

Hüseyn 


Cavid haqqında, onların həyat və yaradıcılıqları haqqın-

da deyil, 

həm də o sənətkarlar və onların yaşadığı mühit və za-

man  haqqındadır”(27).  

Qeyd  etdiyimiz  kimi,  Anar  yaradıcılığında  vətənpərvərlik, 

mil


li  kökə,  soya  dərindən  bağlılıq  müxtəlif  şəkillərdə  təzahür 

edir.  Bu  təzahürlərdən  biri  xalqımızın  minillik  ulu  söz  abidəsi 

olan “Dədə Qorqud” dastanına  münasibətdir. Bu mövzuya ədib 

ya

radıcılığında  müxtəlif  janrlarla  müraciət  etmiş,  “Dədə  Qor-



qud” kinodasta

nını yaratmışdır. Anar bir sənətkar kimi kinodas-

tan

da ölməz ədəbi abidənin dilini, ruhunu, xalq yaradıcılıq ma-



ne

rasını  saxlamağı,  həm  də  ulu  əsərdə    müasirlik  cizgilərinin, 

ele

mentlərinin bütövlüyünü kəşf etməyi bacarmışdır. Kinodasta-



nın dilinin, üslubunun və təsvir vasitələrinin tarixi-ictimai dövrü 

rea


list tərzdə verə bilməsi xüsusilə diqqəti cəlb edir. 

Sənətkarın “Dədə Qorqud dünyası” əsəri də sırf vətənpərvər 

ya

zıçı  təfəkkürünün  məhsuludur.  Bu  əsərdə  Anar  Azərbaycan 



xal

qının mənəvi genişliyini, humanizmini, tarixən qərəzsiz, vic-

dan

lı, xeyirxah bir xalq kimi ucalığını, mənfur düşmənə, xainə 



qar

şı sərtliyini, dosta qarşı kövrəkliyini, mərdliyə rəğbətini, sa-

dəliyini yüksək bədiiliklə qələmə alıb. O, tarixin  müxtəlif keş-

məkeşli  sınaqlarından  qəhrəmanlıqla  keçmiş  qədim  bir  xalqın 

mənəvi  zənginliyini  onun  öz  abidəsi  ilə  açır  və  qonşu,  qohum 

xalq


lara məhəbbətini aydınlaşdırır, bu xalqın müdriklik dünyası-

nı  tərənnüm  edir.  “Müəllifin  “Dədə  Qorqud  dünyası”  əsərində 

əsrlərin o tayından bizə boylanan dərdlərimizə münasibəti izlə-

yəndə həm tariximizlə, həm dilimizlə, həm də ən qədim qiymətli 




Anar – 75  

 

25 



abi

dəmizə  münasibətlə  bağlı  fikirlər  öz  çəkisinə  görə  diqqəti 

cəlb edir” (53,10). 

Anar bu haqda yal

nız yazmaqla kifayətlənmədi. Bu əsəri ek-

ran


laşdıraraq (1975) xalqımızın müdriklik və mərdlik rəmzi olan 

bu yazılı abidənin ömrünə ömür qatdı. Lakin bu da son deyildi: 

“...

Məmləkətimizin  ən  qiymətli  sənət  abidələrindən  biri  olan 



Dədə  Qorqud”  dastanının  1300 illiyi  münasibəti  ilə  Prezident 

Apa

ratında  sevimli  rəhbərimiz  H.  Əliyevin  yanında  keçirilmiş 



şavirədə  görkəmli  yazıçımız  Anar  həmin  dastanın  motivləri 

əsasında  çoxseriyalı  film-tamaşa  hazırlamağın  labüdlüyündən 

söh


bət açmış və onun təklifi rəğbətlə qarşılanmışdır”(74). 

Anarın ədəbiyyat və mədəniyyətimizə olan böyük xidmətlə-

rin

dən biri sözsüz ki, “Qobustan” toplusudur. O, 1968-87-ci il-



lərdə bu jurnalın baş redaktoru olub. “Qobustan” ədəbiyyatımız-

da,  mədəniyyətimizdə  “altımışıncılar”  adlanan  nəslin  ruhunun, 

dün

yagörüşünün, estetik zövq və meyarlarının ifadəsi olmuşdur. 



Top

lu elə ilk nömrələrindən oxucuların maraq və rəğbətini qa-

zan

mışdır. Bunun səbəbi isə topluda gedən yazıların məzmunu 



və daha geniş anlamda jurnalın ümumi ruhu, məramı, mövqeyi 

idi. Anar “Ömrümün 

Qobustan illəri” məqaləsində toplunun ər-

səyə  gəlməsi  haqqında yazır:  “Qobustan”  mənim  gəncliyimdir, 

bizim 

nəslin gəncliyidir. Düz otuz il bundan əvvəl—1968-ci ilin 



pa

yızında bu toplunun baş redaktoru təyin olunanda otuz yaşın-

day

dım... 


 

...Elə həmin görüşdə Cəfər Cəfərov mənə başqa bir niyyətini 

də söylədi. Dedi ki, vaxtilə Mehdi Məmmədovun redaktorluğu 

ilə "Azərbaycan incəsənəti" adlı almanax çıxıb. Çəmisi üç nöm-

rəsi çıxıb, sonra qapanıb. Həmin almanaxı bərpa eləmək istəyir 

və Mehdi müəllimin teatrda çox məşğul olduğunu nəzərə alaraq 

baş  redaktorluğu  mənə  təklif  edir.  Bu  təklifi  böyük  həvəslə  və 

se

vinclə qəbul etdim və 19 il–1968-ci ilin sentyabrından 1987-ci 



ilin iyunu

na  qədər  incəsənət  almanaxının  baş  redaktoru  işlə-

dim”(6,69). 

Anarın incəsənətimizə göstərdiyi xidmətlər haqqın-

da geniş məlumat verən Ə.Həsənov yazır: “Azərbaycanda yeni 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə