Aytən Quliyeva
24
su
lu olan “İblis” filmidir. Film ədəbiyyatımızın gözəllik və sevgi
şairi olan, repressiya qurbanı H. Cavidə həsr olunmuşdur. B.
Əlibəyli film haqqında yazır: “...İblis Anarın trilogiyasının
üçün
cü filmi kimi dəyənləndirilir... “Qəm pəncərə”si, “Üzeyir
öm
rü” və “İblis” trilogiyasına ilk baxışda milli mədəniyyətimi-
zin, ədəbiyyatımızın, mənəviyyatımızın onurğa sütunu olan bö-
yük şəxsiyyətlər haqqında portret filmlər kimi də yanaşmaq
olar... Sözügedən filmlər yalnız Üzeyir Hacıbəyov, Mirzə Cəlil,
Hüseyn
Cavid haqqında, onların həyat və yaradıcılıqları haqqın-
da deyil,
həm də o sənətkarlar və onların yaşadığı mühit və za-
man haqqındadır”(27).
Qeyd etdiyimiz kimi, Anar yaradıcılığında vətənpərvərlik,
mil
li kökə, soya dərindən bağlılıq müxtəlif şəkillərdə təzahür
edir. Bu təzahürlərdən biri xalqımızın minillik ulu söz abidəsi
olan “Dədə Qorqud” dastanına münasibətdir. Bu mövzuya ədib
ya
radıcılığında müxtəlif janrlarla müraciət etmiş, “Dədə Qor-
qud” kinodasta
nını yaratmışdır. Anar bir sənətkar kimi kinodas-
tan
da ölməz ədəbi abidənin dilini, ruhunu, xalq yaradıcılıq ma-
ne
rasını saxlamağı, həm də ulu əsərdə müasirlik cizgilərinin,
ele
mentlərinin bütövlüyünü kəşf etməyi bacarmışdır. Kinodasta-
nın dilinin, üslubunun və təsvir vasitələrinin tarixi-ictimai dövrü
rea
list tərzdə verə bilməsi xüsusilə diqqəti cəlb edir.
Sənətkarın “Dədə Qorqud dünyası” əsəri də sırf vətənpərvər
ya
zıçı təfəkkürünün məhsuludur. Bu əsərdə Anar Azərbaycan
xal
qının mənəvi genişliyini, humanizmini, tarixən qərəzsiz, vic-
dan
lı, xeyirxah bir xalq kimi ucalığını, mənfur düşmənə, xainə
qar
şı sərtliyini, dosta qarşı kövrəkliyini, mərdliyə rəğbətini, sa-
dəliyini yüksək bədiiliklə qələmə alıb. O, tarixin müxtəlif keş-
məkeşli sınaqlarından qəhrəmanlıqla keçmiş qədim bir xalqın
mənəvi zənginliyini onun öz abidəsi ilə açır və qonşu, qohum
xalq
lara məhəbbətini aydınlaşdırır, bu xalqın müdriklik dünyası-
nı tərənnüm edir. “Müəllifin “Dədə Qorqud dünyası” əsərində
əsrlərin o tayından bizə boylanan dərdlərimizə münasibəti izlə-
yəndə həm tariximizlə, həm dilimizlə, həm də ən qədim qiymətli
|