Anar – 75
51
MƏHƏBBƏT MOTİVLİ HEKAYƏLƏR
Anarın bütün bədii yaradıcılığı, demək olar ki, məhəbbət
məfhumu üzərində qurulub. Onu ədəbiyyat tariximizdə məşhur-
laşdıran, sevdirən də məhz məhəbbət motivinin əfsunlayıcı gücü
ol
muşdur. İstər Anarın hekayələrində, istərsə də, roman və po-
vest
lərində biz müxtəlif tipli, məhəbbət, sevgi təzahürləri ilə
qar
şılaşırıq. Burada hələ yetkinlik yaşına təzəcə qədəm qoymuş
bir qızın qəlbinin ilk sevgi qığılcımlarını, sevgi bayramı həsrəti-
ni, gənc ikən kövrək, formalaşmamış duyğuları, tərəddüdləri uc-
ba
tından ilk məhəbbətini taksi ilə əbədiyyən yola salmış qəhrə-
ma
nın mənəvi əzablarını, məhəbbətin əsl mahiyyətindən agah
olan
beşmərtəbəli binanın altıncı mərtəbəsindəki Təhminəni,
bü
tün səylərinə baxmayaraq bu mərtəbəyə çatmağı bacarmayan,
məhəbbəti uğrunda sona qədər mübarizə aparmağa qadir olma-
y
an Zauru, təsadüfi telefon əlaqəsi ilə həyatının qadınını tapmış
Sey
muru, itirdiyi sevgi hisslərini yenidən yaşamaq, xatırlamaq
üçün bir günlüyə də olsa ətrafındakı hər şeydən ayrılıb “ilk eş-
qi
nin vüsalına gələn” Əsməri görürük.
Nasirin
əvvəldən sona qədər qəhrəmanın keçirdiyi duyğuların
ifa
dəsindən ibarət olan “Taksi və vaxt” hekayəsi dörd kiçik his-
sədən ibarətdir. Bu hissələrin hər birində biz qəhrəmanı müxtəlif
si
tuasiyalarda, müxtəlif vəziyyətlərdə görürük. Yazıçı hekayə
bo
yu qəhrəmanının müxtəlif zaman kəsimlərində daxili dünyası-
nı, hiss və həyəcanlarını, fikir və düşüncələrini insan sərrafı kimi
iz
ləyir.
Birinci his
sədə qəhrəman gəncdir, onun cəmi-cümlətanı iyir-
mi yaşı var. Qəlbi ilk eşqin həyəcanı ilə döyünür, lakin buna
baxmayar
aq tərəddüd edir: “Mən tərəddüd içindəydim: deyim,