94
çalışır. Cəmiyyətdə
fərdlərin münasibətləri faydalılıq
zəminində qurulur. Burada əsas məsələlərdən biri fərdi və
ictimai borc və vəzifələrinın nisbətidir. Əxlaqi məsələlər əqidə,
motivasiya, pinsiplər müstəvisindən davranış, real münasibətlər
müstəvisinə keçir.
Etikada sensualizm iki formada - naturalist evdemonizm
və panteist evdemonizm kimi özünü ifadə edir. Bütövlükdə
burada əxlaq dindən mümkün qədər uzaqlaşdırılıb. Əxlaqi
davranışda düzgün düşüncənin, dərketmənin rolu da bir o qədər
vurğulanmayıb. İnsanın dərketmə imkanları onun əxlaqi
təbiətinin tərkib hissəsi kimi qəbul olunur. Təfəkkür vasitəsilə
insan özünü azadlıq mərhələsinə ucaldır. Düşünə bilən insan
ağılllıdır, deməli, əxlaqlı olmaq üçün ağıl müstəqilliyini əldə
etmək lazımdır.
Maarifçilik dövrünün məramlarından biri həqiqət və
əxlaqiliyin, dərketmə və azadlığın vəhdəti olmuşdur. Əxlaqı
axtaran düşüncə tərzini tapır, elmi düşüncə yoluna düşən isə
əxlaqa gəlib çıxır. Maarifçilər tərəfindən insan zəkasının
avtonom, yəni müstəqil olması ideyası irəli sürülmüşdü. Fikir
azadlığı və tolerantlıq tələbi onu göstərirdi ki, insan problemi
mərkəzi ideyalardan biri olmuşdur. Tədqiqat əsasən insanın
təbii, intellektual, iradi və emosional imkanları ətrafında
aparılırdı. Burada həm də subyektin təbii tələblərinə ictimai
münasibətlərin nə dərəcədə uyğun olub-olmaması məsələsi də
araşdırılırdı.
Beləliklə, bu dövrdə hökm sürən empirist yanaşma
insanı təbii, emosional, intellektual və estetik tərəflərinin
toplusu kimi başa düşərək, onun əxlaqi yüksəliş yolunu ağıl və
hisslərin uzlaşdırılması kimi göstərilirdi.
Əxlaqi keyfiyyətlərin, siyasətin, hüququn, hətta dinin
xüsusiyyətlərini “insan təbiəti” ilə əlaqələndirən burjua
inqilabının ideoloqları onu ictimai həyatın təbii əsası olduğunu
qeyd edirlər. “İnsan təbiəti” dedikdə onlar burada insanın
dəyişilməz və daimi keyfiyyətlər toplusunu, şəxsi əlamət və
95
cizgilərini nəzərdə tuturdular. Bu mövqedən çıxış edənlər
sırasında ilk növbədə Hüqo Qrotsi, Şeftsberi, Hobbs və
Spinozanın adlarını çəkmək lazımdır.
Qeyd etmək lazımdır ki, feodalizm dövründə hökm sürən
dini ideologiya müqəddəs kəlam və hisslərə müraciət edirdi.
Lakin burada bir xüsusiyyət qeyd olunmalıdır. Yeni dövr
filosofları birləşdirən əlamət – insan, fərd probleminə abstrakt,
tarixi əsaslandırmadan uzaq olan yanaşma olmuşdur. real
ictimai praktikadan ayrı götürülmüş fərd insan təbiətinin
mahiyyəti haqqında əsl biliyi verə bilməz
1
.
Məs. H.Qrotsi göstərirdi ki, insanlarda anadangəlmə
“birgəyaşayış instinkti” var, bura görə də onlar bir yerdə
yaşayır və fəaliyyət göstərir. İnsan özünə bənzərlərlə ünsiyyət
yaratmağa meyllidir. T.Hobbs isə göstərir ki, “bütün insanlar
ictimai həyata qadir olmayan varlıqlar kimi dünyaya gəlirlər.
Təbiətən kobud və eqoist məxluq kimi doğulan insanlar həris,
qorxaq, qəzəbli və bir sıra digər mənfi keyfiyyətli olurlar,
heyvani ehtiraslara meyillidirlər; onların hərəkətləri fayda və
yaxud şöhrət naminədir; onlar başqasını deyil, özlərini daha
çox istəyirlər. Qrotsi hesab edirdi ki, dövlət birgə yaşamaq
meylindən irəli gələrək təbii əsaslar üzərində formalaşır, özü də
burada birgə yaşayışın faydalı olub-olmamasına varmırlar.
Hobbs isə, əksinə düşünürdü ki, təbii vəziyyət “hər kəsin
hər kəsə qarşı müharibə aparmasıdır” və buna görə də dövlətin
yaranması – məcburi və zəruri bir aktdır, çünki yalnız dövlət
hakimiyyəti insanları cəza almaq qorxusu altında vətəndaş
qanunlarına riayər etməyə məcbur edə bilər.
Məlumdur ki, burjua cəmiyyətinin iqtisadi əsasını
kapitalist istehsal üsulu təşkil edir. Burada abstrakt əmək
əsasında izafi dəyər hesablanır. Canlı insan burada bir vasitədir.
Nəticədə burjua ideologiyasında insanın ictimai xarakteri və
sosial tərəqqi bir abstraksiya kimi çıxış edir. Əxlaqda bu
1
Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987, s.292-293
96
abstraksiyalar ictimai maraqlar və yaxud borcun imperativi,
hökmü kimi qələmə verilir.
Digər tərəfdən, burjua dövründə insan nisbi azadlığa da
nail olur. Etikada bu zəmində insanın əxlaqi kamilləşdirilməsi
utopiya şəklində formalaşır. Burada fərdin ictimai və fərdi
maraqları üst-üstə düşür. Əxlaqi zəka yeni, ahəngdar dünyanın
formalaşmasında əsas kimi çıxış edir. Beləliklə, ictimai
tərəqqidə əxlaqi əsas var: mənəvi kamilləşdirmə Allah vergisi
yox, insan zəkasının məhsuludur.
Eyni zamanda fərd və cəmiyyət arasındakı münasibətlər
ideal ola bilməz. Burjua əxlaqında fərd ideal formada,
ziddiyyətsiz götürülsə də, göstərilir ki, insanın kifayət qədər
qüvvəsi var ki, o, yeni, ahənglə dolu gələcəyə doğru irəliləyə
bilsin. Beləliklə, iki problem var: real, həqiqi eqoizm və
abstrakt əxlaqi normalar. Bunların arasında yaranan
ziddiyyətlər etika elminin tədqiqat predmetinə çevrilmişdir.
Həmin problemlərin həllinə burjua inqilablarının təmsilçiləri də
müəyyən mənada müraciət etmişdilər. Həmin inqilab
başçılarının vəzifələri dini ideologiya baxımından (dini
itaətkarlıq mövqeyindən) qiymətləndirilir, sosial dəyişikliklər
isə ümumi tale, qismət kimi qəbul olunurdu.
Cəmiyyətə xas olan empirik eqoizmin və abstrakt
fəzilətlərin qarşıdurması insanın özündə axtarılır və
qiymətləndirilir. Əxlaqi proqramın tələbləri əsasında insan
daxilən təmizlənir. İnsan xoşbəxt olmaq istəyir. Bu arzu isə
ictimai maraqlarla toqquşur. Burjua etikasının vəzifəsi belə
antaqonizmi həll etməsidir (lakin tam aradan götürülməməsi
şərtilə). Antaqonizmin həlli əxlaqi şüurda baş verir. Bəs əxlaqi
şüur nədir? Əxlaq ağıla əsaslanır, sosial bütövün maraqlarını
müdafiə edir, təbii tələblərə, hisslərə, maraqlara qarşı çıxış edir.
Cəmiyyət münasibətləri əxlaqlı şəxsiyyətin strukturunda ifadə
olunur. Əxlaqlı şəxsiyyət məntiqə əsasən hərəkət edir. Yalnız
ağıl vasitəsilə insan özünü idarə edib bir çox bəlalardan xilas
Dostları ilə paylaş: |